Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ


 Hərbi Hava Qüvvələri günü



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə13/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   9   10   11   12   13   14   15   16   ...   121

34 
 
14. Hərbi Hava Qüvvələri günü 
 
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, 
Birinci  Dünya  Müharibəsində  almanlara  qarĢı  keçirilən 
hava  əməliyyatlarında  fəal  iĢtirak  edib  və  indiki  Belarus 
ərazisində  gedən  döyüĢlərdən  birində  həlak  olub.  1992-ci 
ildən  Azərbaycanda  HHQ  ilə  bağlı  islahatlar  dövrü 
baĢlanıb.  Həmin  il  bu  qurumun  strukturu  milliləĢdirilib. 
General-mayor  Rail  Rzayev  HHQ-nin  komandanı  təyin 
edilib. Bir  qədər  sonra  HHQ  Hava  Hücumundan  Müdafiə 
QoĢunları  ilə  birləĢdirilib.  General-leytenant  rütbəsi  alan  Rail  Rzayev  Hərbi  Hava 
Qüvvələri və Hava Hücumundan Müdafiə QoĢunlarının (HHQ və HHMQ) komandanı 
kimi fəaliyyətini davam etdirib. 1994-cü ildə - atəĢkəs müqaviləsi imzalandıqdan sonra 
Azərbaycanda baĢlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təĢkil 
edib. Səbəb  aydındır  –  iĢğal  altında  olan Azərbaycan  əraziləri yüksək  relyefə  malikdir 
və  bu  əraziləri  iĢğaldan  qurtarmaq  iĢində  qırıcıların,  hərbi  təyyarələrin  və  hava 
hədəflərini  vuracaq  texnikaların  əvəzi  yoxdur.  1997-ci  ildə  Azərbaycanın  Ali  Hərbi 
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılıĢına baĢlayıb. Beləliklə, 
2005-ci  ildən  Azərbaycanda  müdafiəyə  ayrılmıĢ  vəsaitlərin  əhəmiyyətli  hissəsi  məhz 
HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə - Azərbaycanın illik hərbi 
büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir 
neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 
faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq 
hərbi büdcənin təxminən  250  milyon  manatı deməkdir. Proqrama  uyğun  olaraq, 2008-
2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləĢdirilməsi aparılacaq və HHQ-nin 
aviaparkı  təxminən  50%-dək  müasir  döyüĢ  təyyarələri  hesabına  yeniləĢdiriləcək. 
Xatırladaq  ki,  Azərbaycan  və  NATO  arasında  imzalanmıĢ  Fərdi  TərəfdaĢlığq  üzrə 
Əməliyyat  Planı  (ĠPAP)  çərçivəsində  H.Z.Tağıyev  qəsəbəsindəki  hərbi  aerodrom 
modernləĢdirilib.  Eyni  zamanda  hərbi  aerodromlarda  uçuĢların  təhlükəsizliyini  təmin 
etmək  məqsədilə  xüsusi  avadanlıqlar  quraĢdırılıb,  texniki  təminat  binaları  yenidən 
tikilib  və  təmir  edilib,  aerodromun  texniki  təminatı,  paraĢüt-desant  xidməti  və  əyləc 
paraĢütlərinin  yığılması  binalarının  inĢasına  baĢlanılıb.  Hazırda  Azərbaycan  HHQ-nin 
pilotları MDB məkanında ən çox uçuĢlar keçirmiĢ pilotlar sayılır. Azərbaycan pilotları 
əsasən  Azərbaycan  Ali  Hərbi  Təyyarəçilik  Məktəbində  hazırlanır,  Türkiyə,  Ukrayna, 
ABġ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. 1992-ci ilin 
sentyabrında  verilən  fərmana  əsasən    14  fevral  -  Azərbaycan  Hərbi  Hava  Qüvvələri 
günü  kimi  qeyd  olunur.  Azərbaycanın  ikinci  müstəqilliyi  dövründə  –  1992-ci  ilin 
aprelin  1997-ci  ildə  Azərbaycanın  Ali  Hərbi  Təyyarəçilik  Məktəbi  ilk  milli  hərbi 
təyyarəçilərimizin  buraxılıĢına  baĢlayıb.  Beləliklə,  2005-ci  ildən  Azərbaycanda 
müdafiəyə  ayrılmıĢ  vəsaitlərin  əhəmiyyətli  hissəsi  məhz  HHQ  və  HHMQ-nin 
dirçəldilməsinə  sərf  edildi.  2008-2010-cu  illər  ərzində  HHQ-nin  aviaparkı 
modernləĢdirilib.  
 


35 
 
21.Beynəlxalq Ana Dili günü 
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.” 
                                                                               
Ümummillilider Heydər Əliyev
 
“Ey  türk  oğulları,  vətənin  bir  ovuc  torpağını  dünyanın  var-dövlətinə,  dilimizin  bir 
sözünü ləl cavahirata dəyişməyin.”
                                      Şah İsmayıl Xətai 
 
 
 
 
 
 
 
 
Beynəlxalq  Ana  Dili  Günü  UNESCO-nun  1999-cu  il  noyabr  tarixində  keçirilən  BaĢ 
konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət 
rəngarəngliyini  qoruyub  saxlamaq  üçün  qeyd  edilir.  Dil  hər  bir  millətin  maddi  və 
mənəvi irsini qoruyan və inkiĢaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan 
öz  ana  dilini  yaxĢı  bilməli  və  onu  qorumalıdır.  Ana  dili  insanın  mənəvi  aləminin 
zənginləĢməsində,  dünyagörü-Ģünün  geniĢlənməsində,  mükəmməl  təhsil  almasında,  öz 
soydaĢları  ilə  ünsiyyət  qurmasında  mühüm  rol  oynayır.  Ana  dili  millətin 
özünəməxsusluğunu  qorumaqla  yanaĢı,  tərcümə  vasitəsilə  baĢqa  xalqların  mədəni  irsi 
ilə  tanıĢ  olmağa,  onlarla  ünsiyyət  qurmağa  imkan  yaradır.  Dünyada  məhv  olmaq 
təklükəsi  ilə üzləĢən dillərin qorunması  məqsədilə  hər  il  keçirilən  Beynəlxalq  Ana dili 
günü  hər  kəsə  öz  doğma  dilinin  varlığını  hiss  etmək,  onunla  qürur  duymaq,  inkiĢaf 
etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını 
səciyyələndirən amillərdən  biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının 
təzahürü,  onun  milli  sərvəti,  qan  yaddaĢıdır.  Xalqın  taleyi,  onun  mənliyi,  mənəviyyatı 
və mədəniyyəti olan dil cəmiyyətin təĢəkkülü və inkiĢafı ilə birgə yaranır, tərəqqi edir. 
Millətin  dilinin  dövlət  statusuna  yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik,  tarixin 
qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.  
 
                                         Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi, 
 
 
 
 
 Bu dil, - əcdadımızın bizə qoyub getdiyi 
 
 
 
 
 Ən qiymətli mirasdır, onu gözlərimiz  tək 
 
 
 
 
 Qoruyub nəsillərə biz də hədiyyə verək. 
                                                                                                                               B. Vahabzadə 
 
 
 
 
 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə