Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 200,55 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix18.04.2018
ölçüsü200,55 Kb.
#39448
1   2   3   4   5   6   7

Neft-qaz  maşınqayırması  avadanlıqları  bazarında  Braziliya  ən  böyük  paya  sahib 

olub Venesuela və Argentinanın önündə birinci yeri tuturdu. 

2014-cü  ildə  Cənubi  Amerika  neft-qaz  maşınqayırması  avadanlıqları  bazarı  51 

milyard  dolları  təşkil  edirdi  və  bazarın  2014-2019-cu  illər  arası  illik  artım  tempinin 

5,8%  olmaqla,  2019-cu  ildə  bazarın  həcminin  67,5  milyard  dollara  çatacağı 

proqnozlaşdırılır.  Bazarda  qazma  avadanlıqları  2014-cü  ildə  dominantlıq  təşkil  edirdi, 

xüsusilə  Braziliya.  Buna  səbəb  sözügedən  ölkədə  davamlı  və  geniş  şəkildə  dəniz  və 

qeyri-ənənəvi ehtiyatlarının istismarını qeyd etmək olar. 

Cənubi  Amerika  neft-qaz  maşınqayırması  bazarında  əsas  aparıcı  şirkətləri 

sırasına  “

 

Schlumberger  Ltd.”  (ABŞ),  “Weatherford  International  Plc”  (İrlandiya), 



“Halliburton  Co.”  (ABŞ),  “Baker  Hughes  Inc.”  (ABŞ)  və  “Nabors  Industries  Ltd.” 

(Bermud) daxildir. 

 

Asiya/Sakit okean sənayesinin neft-qaz maşınqayırma sənayesi 

Asiya/Sakit okean neft-qaz maşınqayırması avadanlıqları bazarı 2014-cü ildə 88,1 

milyard  dollar  təşkil  edirdi  və  bazarın  2014-2019-cu  illər  arası  illik  artım  tempi  4  % 

olmaqla, 2019-cu ildə bazarın həcmi 107 milyard dollara çatacağı proqnozlaşdırılır. 

Neft  avadanlıqları  bazarında  qazma  avadanlıqları  və  boruşəkilli  məhsullar 

sözügedən  bazarda  xüsusilə  fərqlənir.  Belə  ki,  2014-cü  ildə  qazma  avadanlıqları  bazar 

payının  53  %-ni  təşkil  edir.  Boruşəkilli  məhsullar  isə  2014-cü  ildə  bazarın  19,8%-ni 

təşkil  etdir  və  2014-2019-cu  illər  arası  4,6%  illik  artım  tempi  ilə  bazar  payının  artımı 

proqnozlaşdırılır. 

Asiya/Sakit  okean  neft-qaz  maşınqayırması  bazarında  fəaliyyət  göstərən  əsas 

şirkətləri  sırasına  “

 

Schlumberger  Ltd.”  (ABŞ),  “Weatherford  International  Plc” 



(İrlandiya),  “Baker  Hughes  Inc.”  (ABŞ),  “National  Oilüell  Varco”  (ABŞ)  və  “Nabors 

Industries Ltd.” (Bermud) daxildir. 

Bu  regionun  neft  avadanlıqları  bazarının  böyük  hissəsi  Çinin  nəzarətindədir  və 

2014-cü  ildə  bazar  payının  45,8%-ni  sözügedən  ölkənin  payına  düşüb.  2014-2019-cu 

illər arası Çin bazarda 3,3% illik artım tempinə böyüyəcəyi proqnozlaşdırılır. 

 





Avropa regionunun neft-qaz maşınqayırması sənayesi 

Avropa regionunun neft-qaz maşınqayırması sənayesi bazarı qazma avadanlıqları, 

boruşəkilli  məhsullar,  təzyiqli  nasos  avadanlıqları,  qazma  üçün  məhlullar,  nəzarət 

avadanlıqları, burulmuş boru avadanlıqları üzrə seqmentləşmişdir. 

Avropa  neft-qaz  maşınqayırması  avadanlıqları  bazarı  2014-cü  ildə  45,6  milyard 

dollar olmuşdur və 5,4% illik artım tempi ilə 2019-cu ilə bazarın həcminin 60 milyard 

dollar  olacağı  proqnozlaşdırılır.  Bu  region  üçün  də  yeni  ehtiyatların  kəşfi  və  qazma 

avadanlıqlarına olan tələbatın artması ilə bilavasitə bağlıdır. Qazma avadanlıqları region 

bazarındakı payı 2014-cü ildə 59,2% təşkil etmişdir. 

Region  üçün  fərqlənən  şirkətlərə  isə  “Schlumberger  Ltd.”  (ABŞ),  “Weatherford 

International  Plc”  (İrlandiya),  “Baker  Hughes  Inc.”  (ABŞ),  “

Halliburton  Co.”  (ABŞ), 

Superior Energy Services” (ABŞ)



 və Nabors Industries Ltd.” (Bermud) aiddir.

 

 



10 

1.2 

Dünya 

neft-qaz 

maşınqayırması 

məhsulları 

bazarının 

xarakteristikası  

Şimali Amerika regionu dünya neft-qaz maşınqayırması məhsulları bazarında 39 

%-lə  əsas  paya  malik  olub  birinci,  Mərkəzi  və  Cənubi  Amerika  regionu  isə  6  %-lə 

sonuncu  yeri  tutmuşdur.  Neft-qaz  maşınqayırması  məhsullarının  region  bazarları  üzrə 

bölgüsü aşağıdakı cədvəldə göstərilmişdir.  

 

Cədvəl 1. Regionlar üzrə neft-qaz maşınqayırmasının payı 

Xüsusilə  inkişaf  etməkdə  olan  regionlarda  neft  və  qaz  hasilatının  artması 

bilavasitə  enerjiyə  olan  tələbin  və  infrastrukturun  genişləndirilməsi  ilə  bağlıdır.  Neft 

maşınqayırması avadanlıqlarına olan tələbdən əldə olunan gəlir aşağı səviyyədə inkişaf 

etməkdə  olan  ölkələrin  payına  düşəcəkdir.  Böyük  bazarlar  arasında  isə  gəlirlərin 

paylanması  stabilliyi  ilə  seçilir.  Çin,  Asiya/Sakit  okean  regionunda  tələbə  hökm 

etməklə,  sabit  artım  tempi  üzrə  enerji  istehlakı  yüksək  səviyyədə  davam  etdirəcəkdir. 

Rusiya  dünyada  ən  böyük  enerji  istehsalçısı  olmasına  baxmayaraq,  neft-qaz 

maşınqayırması  avadanlıqlarına  tələb  orta  artım  tempindən  aşağı  olacaqdır,  lakin  bu 

2006-2011-ci  illərlə  müqayisədə  əhəmiyyətli  dərəcədə  müsbət  göstərici  hesab  edilir. 

Neft-qaz  maşınqayırması  avadanlıqlarına  tələbatın  artımı  xüsusilə  Braziliyada 



39% 

20% 

19% 

16% 

6% 

0% 


5% 

10% 


15% 

20% 


25% 

30% 


35% 

40% 


45% 

Şimali 


Amerika 

Asiya/Sakit 

okean 

Afrika və Orta 



Şərq 

Avropa 


Mərkəzi və 

Cənubi 


Amerika 


11 

əhəmiyyətli  dərəcədə  böyük  olacaqdır  ki,  bu  da  bilavasitə  son  on  illikdə  neft  və  qaz 

hasilatında  yaranmış  yüksəlişlə  əlaqədardır.  İnkişaf  etmiş  ölkələrdə  neft-qaz 

maşınqayırması məhsulları bazarı nisbətən zəif inkişaf edəcəyi proqnozlaşdırılır. Şimali 

Amerika və Avropa neft-qaz maşınqayırması məhsulları bazarı 2006-2011-ci il dövrünə 

nəzərən  artım  tempində  irəliləyişlər  gözlənilir.  ABŞ-da  neft  istehsalı  avadanlıqlarına 

tələbat artacaq, belə ki, dünya üzrə orta hesabla şist qazının davam edən bumu neft və 

qaz  hasilatının  ümumi  azalmasına  mane  olur.  Son  on  ilin  tendensiyası,  yəni  neft 

istehsalı avadanlıqlarına tələbat birbaşa neft hasilatından asılı olması Böyük Britaniyada 

da davam etməkdədir. Tələbatın aşağı artım sürəti zəngin ölkələrlə məhdudlaşmayacaq, 

lakin  Argentina,  Meksika  və  Venesuela  dünyanın  çox  zəif  bazarları  arasında  yer 

tutacaqdırlar. 



Avadanlıqların  qiymətlərinin  artması  gözlənilir:  Yeni  ehtiyatların  kəşfi  və 

mövcud  ehtiyatların  tükənməsi  daha  dərin  laylarda  işləməklə  bağlı  hasilatın  yeni 

metodlarının  meydana  çıxmasına  gətirib  çıxartdı  ki,  bu  da  öz  növbəsində  qazmanın 

artan  mürəkkəbliyində  və  istehsal  xərclərinin  artmasında  öz  əksini  tapdı.  Bununla 

yanaşı,  texnoloji  nailiyyətlər  əsasında  qazmanın  effektivliyinin  artması  xərclərin 

azaldılmasında  büruzə  verəcəkdir,  lakin  qeyri-ənənəvi  ehtiyatlarda  qazma  işlərinin 

aparılmasına yaranan zərurət, xüsusilə, şist neftin və neft qumlarının istifadəsində tətbiq 

olunacaq texnologiya qiymətlərin yüksəlməsinə şərait yaradacaqdır. 



Sənayeləşmiş ölkələr əsas istehsalçı olmaqda qalır: Qlobal səviyyədə neft-qaz 

maşınqayırması  avadanlıqlarının  istehsalı  yüksək  texnologiya  sahib  inkişaf  etmiş 

ölkələrdə  cəmlənmişdir.  İstehsalın  strukturu  tələbatın  bölgüsündən  asılıdır  və  bəzi 

ölkələr  sırf  ixracatla  məşğul  olur.  ABŞ  neft-qaz  maşınqayırması  avadanlıqların 

istehsalında lider olmaqla, 2011-ci ildə bu sahədə payı 44% təşkil etmişdir. Rusiya, Çin 

və  Kanada  neft-qaz  maşınqayırması  avadanlıqların  istehsalında  böyük  paya  malik 

olsalar  da,  sırf  ixracatçı  kimi  fəaliyyət  göstərmirlər.  Eyni  zamanda  neft-qaz 

maşınqayırması  avadanlıqların  istehsalının  əksəriyyəti  kiçik  ölkələrdə  olmasına 

baxmayaraq,  avadanlıqlara  tələbin  artması  istehsal  həcminin  genişlənməsinə  gətirib 

çıxartmasını  proqnozlaşdırılır.  Daha  böyük  texnoloji  intensiv  avadanlıqların  istehsalı 

gözlənildiyi kimi, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə cəmlənəcəkdir. 



Yüklə 200,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə