Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 259,59 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix18.04.2018
ölçüsü259,59 Kb.
#39280
1   2   3   4   5   6   7   8   9

10 

 

 



 

3.

 

TƏBİİ EHTİYATLAR 

 

Abşeron iqtisadi rayonu ölkənin faydalı qazıntılarla zəngin regionlarındandır. 



İqtisadi rayon mişar və  əhəng daşları, sement xammalı, kvars və tikinti qumları, eyni 

zamandazəngin və müxtəlif tikinti materialları ehtiyatına malikdir. Rayonda aparılan 

geoloji-kəşfiyyat işləri burada mütəmadi olaraq yeni tikinti materialları ehtiyatının aşkara 

çıxarılması ilə nəticələnir.Rayonun tikinti materialları kompleksində karbonat tipli əhəng 

ehtiyatları  əsas yer tutur. Respublikada olan 37 əhəng-karbonat tipli ehtiyatın 15-i 

Abşeron iqtisadi rayonunun payına düşür. Abşeron iqtisadi rayonunun karbonat tipli 

tikinti materialları ehtiyatlarından hazırda mişardaşı, sement, əhəng, üzlük plitə  və s. 

istehsalında geniş miqyasda istifadə olunur. Abşeron iqtisadi rayonunun ərazisində kərpic-

kirəmid istehsalı üçün tamamilə yararlı gil ehtiyatı vardır. Onların ümumi miqdarı 6,0 

milyon m


3

-dən çox olmaqla, ölkədə mövcud olan ümumi ehtiyatın 10,4 faizini təşkil edir. 

Abşeron iqtisadi rayonunun ərazisi tikinti qumu ehtiyatı ilə də zəngindir. Ümumiyyətlə, 

Abşeron iqtisadi rayonu ən mühüm tikinti materialları növləri ilə kifayət qədər təmin 

olunmuşdur. Bunlar rayonda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, əhalinin məişət 

və təsərrüfat tikintilərinə olan tələbatının ödənilməsinə əlverişli şərait yaradır.  

Abşeron iqtisadi rayonu ərazisində sement istehsalı üçün xammal ehtiyatını  əhəng 

daşları, gil, gips daşı, pemza, digər mineral əlavələr təşkil edir. Əhəng daşı və gil yataqları 

Abşeron yarımadasından 12 km şimalda yerləşir.  Əhəng daşları yarımadanın orta 

bölməsinin tipik dəniz sahili çöküntülərindən ibarətdir. Əhəng daşının faydalı qalınlığı orta 

hesabla 16,58 m təşkil edir. Onların tərkibi: SiO

─ 8,7 faiz; Al



2

O



─ 1,5 faiz; Fe

2

O



─ 1,2 


faiz; MqO ─ 0,8 faiz;CaO ─ 49 faiz; SO

─ 0,5 faiz;P



2

O



─ 0,1 faiz; digərləri ─ 39 faiz 

təşkil edir.  

Əsas kərpic-kirəmit materialı yaşına görə dördüncü dövr və yuxarı pliasen 

çöküntülərinə aid edilən kontinental, bəzən də dəniz çöküntülərindən ibarət giltorpaq və 

gildən ibarətdir. Abşeron iqtisadi rayonunda 2 gil yatağı vardır. Ehtiyatı 6,0 mln. m

3

-dan 




11 

 

çoxdur. Bu ehtiyatların 60 faizi Abşeron, 40 faizi Sumqayıt yatağının payına düşür. Bu 



yataqların hər ikisi istismardadır. Abşeron yatağı Abşeron yaruslu çöküntülərindən 

ibarətdir. Ehtiyatı 3,8 mln. m

3

-dən çoxdur. Dağ kütləsinin çıxarılışı ildə144 min m



3

-dur. 


Sumqayıt yatağında illik gil çıxarılışı 28 min m

3

  təşkil edir. Tikinti qumu yataqları 



cənub-qərb istiqamətində Xəzər sahili boyu uzanır. 

Güzdək yatağı eyniadlı yaylada, qəsəbədən 1,5 km şimalda Güzdək stansiyasından 

20 km məsafədə yerləşir. Yataq aralarındakı  məsafə 3,5 km olan iki kiçik sahədən 

ibarətdir. Ehtiyatlarına görə (61,8 mln. m

3

) respublikada 2-ci yeri tutur. Bu yatağın 



payına Abşeron  əhəng daşının 28,4 faizi, respublika istehsalının 13,5 faizi düşür. Bu 

daşlar yaşına görə Abşeron yarımadasının orta və yuxarı bölməsinə aid edilir. Tərkibi 

kalsium karbonatın üstünlük təşkil etdiyi çöküntü mənşəli, məsaməli, az çatlı açıq sarı 

və boz rəngli süxurlardan ibarətdir. Tərkibində CaCO

3

- ün miqdarı 85-97 faizdir. Yataq 



1952-ci ildən istismar olunur. Əsas məhsulu mişar-daşıdır. İldə 13,8 mln. ədəd (229 min 

m

3



) istehsal olunur. Tullantısı 10 faiz təşkil edir ki, bundan çınqılistehsalında istifadə 

edilir. Ehtiyatları 250 ilə hesablanmışdır. Abşeron iqtisadi rayonu ərazisində duz ehtiyatı 

da mövcuddur. 

 

 




12 

 

 



4.

 

SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR VƏZİYYƏTİ 

 

Ölkə iqtisadiyyatında həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi 



inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz 

müsbət nəticələrini verməyə başlamışdır. Belə ki, 2003-2010-cu illərdə Abşeron iqtisadi 

rayonunun ümumi məhsul buraxılışının həcmi 3,2 dəfə, adambaşına düşən ümumi 

məhsul buraxılışının həcmi isə 2,4 dəfə artmışdır. Lakin bu göstərici ölkə üzrə orta 

göstəricidən azdır. Qeyd edilən dövrdə ölkə üzrə ümumi məhsul buraxılışında artım 4,5 

dəfə, adambaşına düşən ümumi məhsulun həcmində artım isə 4,1 dəfə olmuşdur. 2010-

cu ildə iqtisadi rayonun əhalisiölkə əhalisinin 5,7 faizini təşkil etdiyi halda, məhsul və 

xidmətlərin ümumi buraxılışında rayonun xüsusi çəkisi 1,4 faizə, sənaye məhsulu 

buraxılışında─1,1 faizə, kənd təsərrüfatı  məhsulu istehsalında─1,8 faizə, pərakəndə 

əmtəə dövriyyəsində isə 4,3faizə  bərabər olmuşdur. 2010-cuildə ölkə üzrə adambaşına 

düşən ümumi məhsulun həcmi 5334,5manat olduğu halda, iqtisadi rayonda bu göstərici 

1295,1 manatabərabər olmuşdur. Qeyd etmək lazımdır ki, 2003-2010-cu illər  ərzində 

Abşeron rayonunda ümumi məhsul buraxılışının həcmi 5,1 dəfə, Xızı rayonunda 5,1 

dəfə, Sumqayıt şəhərində2,4 dəfə artmışdır. 

Ölkədə son illərdə iqtisadi artım yüksək olmuşdur. Bu artımın təmin olunması 

əsasən xam neft, təbii qaz hasilatıvə bunlarla əlaqədar sahələrin  inkişafı hesabına təmin 

edilmişdir. Belə ki, ölkənin ümumi daxili məhsulunda bu sahələrin payı artmış, 

lakinhəmin sahələrin əsasən Bakı şəhərində yerləşməsi iqtisadiyyatda digər rayonların, o 

cümlədən Abşeron iqtisadi rayonunun payının aşağı olmasına səbəb olmuşdur. 



Yüklə 259,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə