Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 259,59 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix18.04.2018
ölçüsü259,59 Kb.
#39280
1   2   3   4   5   6   7   8   9

 

 



GİRİŞ 

 

İqtisadi  İslahatlar Elmi-Tədqiqat İnstitutunda 2011-ci ilin iş planına uyğun olaraq 

“Sahibkarlıq və regional inkişaf problemləri”  şöbəsində “Abşeron iqtisadi rayonunun 

pasportu” tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işinin yerinə yetirilməsi prosesində 

həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin, xüsusilə Rusiya, 

Belarus, Ukrayna respublikalarının təcrübələri öyrənilmiş  və Azərbaycan  şəraiti üçün 

məqbul hesab olunan struktur müəyyən olunmuşdur. Müəyyən olunmuş struktura uyğun 

məlumatların toplanması  işi aparılmış, həmin məlumatlar emal olunmuş  və stuktura 

uyğun yerləşdirilmişdir. Tədqiqat işində iqtisadi rayonun ərazisi, inzibati-ərazi bölgüsü, 

coğrafi yerləşməsi, relyefi, iqlimi, faydalı qazıntı ehtiyatları, iqtisadi potensialı, o 

cümlədən iqtisadi rayonun əhalisi,  əmək ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd 

təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, təhsil, elm, mədəniyyət, turizm, ticarət və xidmət, 

ekologiya sahələrinin əsas göstəriciləri müxtəlif cədvəl, diaqram və şəkillərdən istifadə 

edilməklə verilmişdir. Həmçinin regionun investisiya istiqamətləri göstərilmiş və burada 

olan müəssisə və təşkilatların siyahısı da verilmişdir.  

Tədqiqat işi iqtisadi rayonun sosial-iqtisadi vəziyyəti haqqında informasiya 

verməklə, mövcud potensialdan istifadə  səviyyəsini qiymətləndirmək, həmçinin 

regionun iqtisadiyyatının ayrı-ayrı sahələrinə xarici və yerli investorları cəlb etmək üçün 

mühüm əhəmiyyətə malikdir.  

 



 

 



 

1.

 

İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU 

 

Respublikanın digər iqtisadi rayonlarında olduğu kimi, Abşeroniqtisadi rayonunda da 



inzibati və idarəetmə quruluşu yerli icra hakimiyyəti və bələdiyyələrdən ibarətdir.  

Abşeroniqtisadi rayonu Abşeron, Xızı inzibati rayonlarını  və Sumqayıt  şəhərini  əhatə 

edir. Bunlar da, öz növbəsində,inzibati ərazi vahidlərinə, şəhər, qəsəbə və kənd yaşayış mən-

təqələrinə bölünürlər.  İqtisadi rayonda 3 şəhər, 2 rayon, 13 qəsəbə,14 kənd inzibati ərazi 

vahidləri və 32 kənd yaşayış məntəqələri vardır. Abşeron iqtisadi rayonunda 30 bələdiyyə 

fəaliyyət göstərir.  

Respublikamızın rayonlarında,  şəhərlərində  və  şəhər rayonlarında dövlət icra 

hakimiyyətinin yerli orqanları Azərbaycan Respublikası Prezidenti tərəfindən 

formalaşdırılır, bələdiyyələr isə  səsvermə yolu ilə seçilir.  Rayon, şəhər və  şəhər 

rayonlarının icra başçıları öz ərazilərində yerləşən müvafiq kəndlərdə və qəsəbələrdə icra 

hakimiyyətinin nümayəndəliklərini yaradır, icranümayəndələrinin təyinatını  həyata 

keçirirlər. Qeyd etmək lazımdır ki, kəndlərə və qəsəbələrə bölünmüş rayonlarda bələdiy-

yələr ümumlikdə rayon üzrə deyil, ərazi vahidlərinə  əsasən yaradılmışdır. Bu halda 

bələdiyyələr arasında şaquli və üfüqi asılılıq mövcud deyildir. Rayonlara və qəsəbələrə 

bölünmüş şəhərlərdə isə bələdiyyələr inzibati-ərazi vahidləri üzrə formalaşdırılmışdır. 

 

 



 

 

 



 


 

 



2.

 

İQTİSADİ RAYONUN COĞRAFİMÖVQEYİ 

 

Abşeron iqtisadi rayonu Abşeron, Xızı inzibati rayonlarını  və Sumqayıt  şəhərini 

əhatə etməklə,respublikamızın şərqində çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. 

İqtisadi rayonun ümumi sahəsi 3,29 min km

2

(10 iqtisadi rayonarasında  ən aşağı 



göstəriciyə malikdir) olmaqla, ölkə  ərazisinin 3,8 faizini əhatə edir. Regionun relyefi 

təpəli, dağətəyi düzənliklərdən və hündür olmayan dağlardan ibarətdir. Region üçün 

quru subtropik iqlim xarakterikdir. Əhalinin sayı 01 yanvar 2011-ci il tarixinə 522,8 min 

nəfərolmaqla, Azərbaycan Respublikasının  əhalisinin 5,7faizini təşkil edir. Əhalinin 

sıxlığı1 km

2

ə 159 nəfər təşkil edir.  



Abşeron iqtisadi rayonu simal-qərbdən Quba-Xaçmaz iqtisadi rayonu, qərbdən 

Dağlıq Şirvan iqtisadi rayonu, cənub-qərbdən Aran iqtisadi rayonu ilə əhatə olunmuşdur. 

Şimal,  şərq və  cənubdan isə  Xəzər dənizi ilə  əhatə olunmuşdur ki, bu da,nəqliyyat 

əlaqələrinin genişləndirilməsinə imkan yaradır. Azərbaycanın  ən mühüm dəmir yolu

avtomobil, su və hava xətləri bu rayonun ərazisindən keçir. Abşeron iqtisadi rayonunun 

relyefinin formalaşmasında Böyük Qafqaz dağlarının rolu böyükdür. İqtisadi rayona 

daxil olan Xızı rayonunun ərazisi tamamilə dağlıqdır. Abşeron iqtisadi rayonunun səthi 

təbaşir və paleogen dövrlərinin flişli və qumlu-gilli çöküntülərilə örtülüdür. Abşeronun 

relyefi əsasən təsərrüfat üçün yararlıdır. Belə ki, bütövlükdə rayonun ərazisi üçün azacıq 

şaquli dağlıq, təpəlik və düzənliklərə parçalanma xarakterikdir. Səth quruluşunun 

müxtəlifliyi təsərrüfatın inkişafına və şəhərsalma işlərinə maneçilik törətmir. Sumqayıt 

şəhərinin relyefinə  gəlincə, burada ərazi düzənlikdən ibarətdir, torpaq suları üfiqi 

səthdən 1,2-2,0 metr dərinlikdə  səviyyələnib. Torpağı  əsasən qumsal və  şoran tiplidir. 

Torpağın hesab müqaviməti 0,15 + 0,18 Mpa təşkil edir. Torpaq I tip çöküntülərə aiddir. 

Kimyəvi tərkibinə görə torpaq suları bütün növ betonlara nəzərən sulfat aqressivliyinə 

malikdir. Abşeron iqtisadi rayonunda iqlim yayı quraq keçən mülayim-istidir. İqtisadi 

rayon üç tərəfdən Xəzər dənizinin bu hissəsində donmayan ilıq suları ilə, şimal-qərbdən 

isə Qafqaz dağlarının qalın dağ  zənciri ilə  əhatələnir. Xəzər dənizi  ərazinin iqliminə 




Yüklə 259,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə