Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Oğuz qrupu türk dillərində sintaktik üsulla yaranan sözdüzәltmә



Yüklə 311,65 Kb.
səhifə32/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

3.1.3. Oğuz qrupu türk dillərində sintaktik üsulla yaranan sözdüzәltmә


Sintaktik üsulla sözdüzәltmә də oğuz qrupu türk dillərində çox məhsuldardır. Mürəkkəb sözlər yazılışına görə iki yerə ayrılır: bitişik və defislə. Bitişik yazılan mürəkkəb leksik vahidləri də yaranma üsuluna görə bir neçə yerə bölmək olar:
1.Müxtəlif mənalı iki sadə sözün birləşməsindən yaranan vahidlər: toyla bağlı:“şeşəbaş” (şabaş), “xoşgəvər” (boxça), “təknətabağ”, “üzduvax”, “şirinçay”“şirnibəlgə”, “nobatçay” (elçilikdən sonrakı mərhələ) [3, s.29], “ağsaqqalplov”, “toymələk”, “xanədamad”, “toqqakəmər”, “qalınbaşlıq”, “novdamad”, “cərgəgül” (gəlin bəzəyi), “gəlinbacı”, “ağcadaban” (oyunbaz) (Azərbaycan dili və dialekt.), “gelneje//ece” (yengə) (türkm.); “karabaş//karavaş”, “içgüvey”, “hacıana” (Türk.); Doğuşla bağlı: “ocahkor” (sonsuz) (türkm.), “bağırdağ” (beşik bağı) (İraq türkm); Yasla bağlı:“qaraduvax”(Azərb. dialekt) və s.
Mahnı və rəqs adları:“Uzundərə”, “Naznazı”, “Qızılgül”, “Kömürtəpə”, “Xalabacı”, “Süsənbəri” [7, s.178], “Hacıcan”, “Nənəgün”, “Sonacan” [7, s. 416].
Oyun və tamaşa adları: “Çilingağac”, “Baharbənd”, “Təkdirə”[7, s46], “Gizlənqaç//gizlənpaç”[7, s.401](Azərb.) və s. “Əylisdə bir kişi var, onun da bir qızı var. Hər bir cavan oğlan ki rast gəlir, qızının şirnisini içdirip otuz manat alır” [76, s. 306].
Mərasim adları: “Axırçərşənbə”, “Şahoyun” [42, s.168-171].
2. I tərəfi şəkilçisiz, II tərəfi mənsubiyyət şəkilçili:Toyla bağlı: “toybaşı”, “toyağası” [5,387], “toybabası”, “ayaxüstü”, “dişxarcı”“pərdəölçüsü”, “qızyanı”, “qızaşı”,“tabaqqırağı”(nişan), “balamanyanı” (toydan bir gün əvvəl bəyin dostları ilə keçirdiyi məclis), “dərhəjdi”(dər-qapı, həjd-xərc)(Azərb.), toydamı”, “bekarbaşı”, “yigitbaşı”, “başgölgesi”, “başbağı”(ər, arvad) (Türk.); Yasla bağlı: “kazayağı” (Türk.); Mahnı və rəqs adları: “Heyvagülü”, “Xançobanı”(Azərb.); Oyun və tamaşa adları: “Kilimarası”(Azərb.) [7, s.410]
3. I tərəfi sadə və ya düzəltmə isim, II tərəfi feildən düzəlmiş isim:“qızbəyənmə//qızgörmə”,oğlangörmə”//“oğlanbəyənmə”,“duvaqqapma”, “ağızbilmə” (qeyri-rəsmi qadın elçiliyi), “gözaltı//gözaltılama” (Azərbaycan dialekt: Şəki, Zaqatala),“qızbəyənmə//qızxoşlama”(Abşeron, Salyan),“nişanlıseçmə”(Quba)[23, s.28]; “hədeməsi//hədeması” (keçmiş Zəngəzur); “ağacqorxutma”,“danatma”, “qurşaqsallama”, “papaqatma” (bayram mərasimi), “şahbəzəmə”,“xanbəzəmə”, “dirədöymə”[7, s.29-30],“bəyoturma”, “bəydurma”, “şəbihçıxarma”(oyun) [7, s.414-416].
4. I tərəfi adlarla, II tərəfi düzəltmə sözlərdən düzəlmiş sözlər: Doğuşla bağlı: “ikicanlı” (hamilə); Toyla bağlı: “ağırdonlu//ağırdonnu”, “qaradonnu” (Azərb.) və s.
5. I tərəfi adlarla, II tərəfi feili sifətlə düzəlmiş sözlər: Toyla bağlı: “cınqıran” (oyun) (qaqauz.), “sözkesen” (Türk.), “bəzəkvuran”, “üzalan” (gəlini bəzəyən adam), “aradüzəldən”, “adamçağıran”, “qızalan”, “qızelçiləyən”, “qızdiləyən”, “qızistəyən”, “xandagəzən”(Azərb.)
Doğuşla bağlı: “aşverən”, “aşeren”, “aşyürüyen”, “doğazkesen” (Türk)[109, s.49]; Yasla bağlı: “yasötürən” (ölümün dördüncü günü) (Azərb) və s.
Bayramla bağlı: “müjdəverən” (Azərb.)
Mahnı və rəqs adları: “Beşaçılan” (Azərb.)
II. Defislə yazılan mürəkkəb sözlər:Bu tipli mürəkkəb sözlər tərəflərinin ifadə imkanlarına görə bir neçə yerə ayrılır:

  1. yaxın mənalı sözlərin birləşməsi ilə: Toyla bağlı: toy-düğün , “toy-bayram”, “toy-büsat”,“şal-üzük”,“üzük-fitə”(nişan) (Bakı, Lənkəran, Təbriz)[72, s.382], “toyxana-mağar”, “məsləhət-məşvərət” (Azərb.), “xan-vəzir”, “bəy-vəzir”; Mahnı və rəqs adları: “karşı-beri”, “var-gəl”, “varma-gelmə” (Türk.) ; Oyun adları:“Kur-Kur-Baba” (qaqauz) [149, s.103] və s.

b) əks mənalı sözlərin birləşməsi ilə:“hə-yox” (rəsmi kişi elçiliyi) [81, s.71],“sağdış-soldış”, “biçmə-tökmə”, “kəsi-biçi”, “cer-cehiz”(Azərb.)[],
c) eyni sözün təkrarı ilə: “Üzük-üzük”, “Turna-turna”, “Fincan-fincan” (toyda oynanılan oyun),“Xan-xan”, “Şah-sahı” (bayramla bağlı) , “Naz-nazı”, “Kim-kimə”, “Cığ-cığa” (rəqs), “Kosa-kosa”, “Mərə-mərə”, “Aşıq-aşıq”, “Oğru-oğru” [7, s.46], “Hadar-hadar”, “Qaçaq-qaçaq”, “Çaqqı-çaqqı” [7,s.399],“Qazdar-qazdar”[7, s.416],“Quşum-quşum”, “Durna-durna”( oyun adı) (Azərb.) [7, s.400], “Baca-baca” (oyun) [42, s.168].“Rop-rop” (oyun adı) (qaqauz.)[149, s.102] və s.
ç) müxtəlif mənalı sözlərin birləşməsi ilə: Toyla bağlı: “şay-sep”(cehiz) (türkm.), “başlık-şişlik” (tərəkəmə türkm.); Yasla bağlı: “kan-yaş” (ölü üçün ağlamaq)(qaqauz.); Dinlə bağlı: “hen-kel” (nəzərlik), “Xudavəndi-kərim”,“huri-qılman”: “Huri-qılmanü pəri” [31, s.40], “Budur uçmaq huri-rizvanım bənüm” [31, s.33]; Oyun və Tamaşa adları: “yalan-palan” (Azərb.) [6, s.400] və s.



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə