Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universitetiNİN nəzdində baki neft energetika kolleci


Plan 1. “Odsöndürücü maddə və tərkiblər”



Yüklə 33,82 Kb.
səhifə2/2
tarix24.12.2023
ölçüsü33,82 Kb.
#159472
1   2
4 - Əmək mühafizəsi (VASİF)

Plan 1. “Odsöndürücü maddə və tərkiblər”

Yanğın şəraitində yanma üç üsulla ləvğ edilə bilər:


  1. Havanın və ya yanar qazların yanma zonasına daxil olması qarşısının alınması və ya onların faizlə miqdarının yanma dayanan həddə qədər aşağı salınması.

  2. Yanma zonasında temperaturun yanma dayanan həddə qədər aşağı salınması.

  3. Yanar maddələrin yanma zonasından kənar edilməsi və ya onların xassələrinin dəyişdirilərək yanmayan vəziyyətə gətirilməsi.

Bütün odsöndürücü maddə və tərkibləri yanmanı ləğv etmə prinsipinə görə 4 növə ayırmaq olar: soyuducu, izoləedici, mühitə qarışanlar və yanma reaksiyasını tormozlayanlar.
Soyuducu odsöndürmə vasitələr. Su ən geniş yayılmış soyuducu odsöndürmə vasitəsidir. Suyun yüksək odsöndürmə keyfiyyəti onun böyük istilik tutumu, termik dayanıqlığı, gizli buxarlanma istiliyi və buxara çevrilərkən həcminin xeyli artması ilə izah olunur. (1 kq su, 1700 l buxar əmələ gətirir).
Su yanan maddənin səthini isladaraq soyudur, əmələ gələn su pərdəsi havanın yanan maddə ilə təmasını çətinləşdirir, buxara cevrilərək yanma zonasında oksigenin qatılığını xeyli aşağı salır. Bunlardan əlavə, təzyiqlə vurulan su şırnağı alovu parçalayaraq onu mexaniki surətdə də söndürür. Yanan bərk maddələrin yığcam su şırnağı ilə, lifli maddələri su səpələməklə, maye qazları isə suyu narın püskürməklə söndürmək məsləhət görülür.

4
Plan 2. “Yanğınsöndürmə avadanlığı və ləvazimatı

Yanğınla mübarizə məqsədilə odsöndürücülər, yanğın söndürmə quruluşları, yanğın ləvazimatı və alətlərindən istifadə olunur.
Yanğınların ilk mərhələsində əl odsöndürücülərindən istifadə olunur.
Əl odsöndürücüləri od söndürmə vasitələrinin növünə görə köpüklü, qazlı, mayeli və ovuntu (toz) tərkibli olur.
Geniş tətbiq olunan ilk yanğın söndürücü vasitələrdən köpüklə (OXP-10, OP-M, OP-9MM), karbon qazı ilə (OU-2, OU-5, OU-8, OU-2MM, OU-5MM), karbon anhidridli etilbromidlə (OUB, OUB-3, OUB-5), tozşəkilli maddə ilə (OPS-10 növlü) işləyən əl yanğın söndürücülərini göstərmək olar.
Köpüklü odsöndürücülər bərk və maye maddələrin yanmasının söndürülməsində işlədilir. Su-köpük məhlulu yanğının güclənməsinə səbəb olduqda və yaxud elektrik cərəyanı keçirdikdə köpüklü od söndürənlərdən istifadə edilməməlidir. Qazla işləyən odsöndürücülərdən kiçik yanğınları söndürmək üçün istifadə edilir. Oksigensiz davam edən yanmada belə odsöndürücüdən istifadə olunmur. Odsöndürücü vasitə kimi karbon qazından, azotdan və ya başqa inert qazlardan istifadə edilir.
Köpük və ya karbon qazı ilə işləyən odsöndürücülər kömək etmədikdə yaxud yanğını daha da gücləndirdikdə xüsusi konstruksiyalı tozşəkilli karbon anhidridli etil bromidlə və s. maddələrlə işləyən odsöndürücülər tətbiq olunur.
5
Plan 3. “Yanğın rabitəsi və siqnalizasiyası”

Baş vermiş yanğını aşkara çıxarmaq və bu haqda yanğın-keşikci xidmətinə xəbər vermək üçün müəssisələrdə və obyektlərdə telefon, radio, teletayp rabitəsi, elektrik yanğın siqnaliyasiyası və zənglərdən, eləcədə nəqliyyat vasitələrinin fitindən istifadə olunur.


Yanğın siqnalizasiya qurğuları 2 qrupa bölünür: yanğın və keşikci yanğın. Keşikçi –yanğın siqnalizasiyası qiymətli material ambarlarında, müəssisələrdə və yaşayış mənzillərində geniş tətbiq olunur.
Elektrik yanğın siqnalizasiya sistemi 24 və ya 48 V gərginlikdə sabit cərəyanla işləyir.
Avtomatik xəbərdaredicilər hissiyat elementinin növünə görə 4 yerə bölünür: istilik, tüstü, işıq və qarışıq.
İstilik xəbərdarediciləri mühitin temperaturu yüksələrək müəyyən həddə (30…1200S) çatdıqda isə düşür. Hissiyat elementi bimetall lövhədən, termoçüt və ya termorezistordan ibarətdir.
Tüstü xəbərdarediciləri otaqda yanma məhsullarının əmələ gəlməsini hiss edərək isə düşür. Hissiyat elementi ionizasiya kamerasından ibarətdir, ora tüstü daxil olduqda ionizasiya cərəyanı azalır, kamerada gərginlik artır və xəbərdaredici işə başlayır.
İşıq xəbərdarediciləri otaqla alov əmələ gəldikdə işə düşür. Bunların hissiyat elementi alovun ultrabənövşəyi şüalarını tutan foton sayğacıdır.

6
Yüklə 33,82 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə