Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


a) Xəritə izohipslərinin aproksimasiya üsulları



Yüklə 0,64 Mb.
səhifə4/4
tarix15.04.2023
ölçüsü0,64 Mb.
#105656
1   2   3   4
Yerin sahəvi öyrənilməsi

a) Xəritə izohipslərinin aproksimasiya üsulları
Bu üsulları tətbiq etmək üçün struktura qazılmış bütün quyuların yerini əks etdirən nöqtələr coğrafi koordinat sistemində qeyd olunur. Sonra həmin nöqtələr də tədqiq olunan layın tavanının və ya dabanının mütləq yatma dərinliklərinin qiymətləri xüsusi cədvəldə əks etdirilir. Bu məlumatlar məlum üsulların biri vasitəsilə emal olunur və struktur xəritənin kompüterdə qurulması təmin olunur. Splayn modellər üsulu üçbucaqlar üsulunda olduğu kimi quyular arasında onların konkret layın tavanı və ya dabanını kəsdiyi mütləq dərinliklərin qiymət fərqlərini nəzərə alır. Lakin burada fərq ondan ibarətdir ki, splayn modelləşdirilmədə hor-izontların keçirilməsində iki qonşu quyu arasında ölçüləri deyil, həmin layı keçən bütün quyularda onun mütləq dərinlik qiymətlərini nəzərə alınır və nəticədə həmin strukturun ən optimal xəritəsini təqdim edir. Şək.IV-də belə xəritələrin qurulması yaxşı öyrənilmiş Suraxanı mədəni nin timsalında verilmişdir.
Burada geoloji quruluşdan, quyuların sayı və yerləşmə sxemindən asılı olaraq müxtəlif qoyuluşlardan istifadə edilə bilər:
• sadə quruluşlu strukturlar- burada strukturun bütün sahəsi üçün eyni vaxtda xəritələr tərtib olunur;
• tektonik qırılmalarla mürəkkəbləşmiş strukturlar burada seysmik kəşfiyyat üsullarının məlumatlarından istifadə etməklə xəritəalmanı iki mərhələdə həyata keçirmək lazımdır: əvvəlcə ayrı-ayrı tektonik blokların sahəsi üçün xəritələr qurulur, sonra isə bu məlumatlar ümumiləşdirilərək strukturun bütövlükdə xəritəsi tərtib olunur.
b) Trend-analizi.
Trend-analizinin nəzəri əsasını amerikalı alim İ.Kram-beyn yaratmış və geologiyada geniş tədqiq olunmuşdur. Ondan sahəvi dəyişmələri öyrənməkdə, o cümlədən struktur xəritələrinin qurulmasında istifadə edilir. Sonralar trend-analizinin dərinlik-profil və həcmi modelləri də yaradılmışdır. Həll ediləsi məsələnin xüsusiyyətindən asılı olaraq onların imkanlarından istifadə olunur. Bu kitabın “Əlavələr”ində qeyd olunduğu kimi, trend-analizi yataq parametrlərinin, o cümlədən layların yatma dərinliyinin sistematik və təsadüfi dəyişmələrinin aşkar edilməsinə imkan verir.
Bu üsulun üstün cəhətlərindən biri təqdim olunan xəritələrin dəqiqlik dərəcəsinin avtomatlaşdırılmış rejimdə verilməsidir. Odur ki, alınmış xəritələrdə struktur dəyişmələr regional və lokal miqyaslarda öz əksini tapır.

Şək IV. Suraxanı mədəninin qırməki altı lay dəstəsinin tavanına görə splayn funksiyası ilə qurulmuş struktur xəritə(1-izohipslər;2-splaynizoxətləri;3-tektonik qırılmalar)
c) Krayqinq analizi.
Xəritəalmanın riyazi üsulları arasında krayqinq modelləşdirilməsi özünəməxsus yer tutur. Bu modelləşdirmə quyu ardal qeyd olunmuş faktiki yatma dərinliklərinin qiy mətərininl məhdudluğu şəraitində müvafiq riyazi ümumi əşldirmə ilə daha etibarlı xəritə ərinl tərtibinə imkan verir.

İstifadə olunan ədəbiyyatlar siyahısı
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI, B.Ə.BAĞIROV, NEFT-QAZ MƏDƏN GEOLOGİYASI, Dərslik BAKI-2011
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə