Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix11.07.2023
ölçüsü0,54 Mb.
#119491
1   2   3   4   5   6   7   8   9   10   ...   18
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

substansiya
(lat. 
substantio-əsasda duran deməkdir) kateqoriyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə, 
o cümlədən materiyanın ayrı-ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu 
halda, substansiya olmaq etibarilə materiyanın mövcudluğunun səbəbi onun özündədir: 
materiya özü-özünün səbəbidir. 
Atomizm təliminin əsasını qoyan Qədim Yunan filosofları
Levkipp, Demokrit və Epikür 
materiyanın atom quruluşu fərziyyəsini irəli sürərək bildirmişlər ki, mövcud olan bütün
şeylər 
ən kiçicik, dəyişməz və bölünməz hissəciklər olan atomlardan (yunan sözü olub bölünməz 
deməkdir) təşkil olunmuşdur.
Atomistika fərziyyəsində materiya özünün ölçü və formalarına 
görə fərqlənən bölünməz, dəyişməz hissəciklərlə eyniləşdirilir və gerçəkliyin bütün 
müxtəlifliyinin, dünya binasının ilk kərpiccikləri sayılan bu hissəciklərin müxtəlif birləşməsi və 
qarşılıqlı təsirinin nəticəsi kimi izah edilirdi. 
Sonralar, xüsusilə XVII-XVIII əsrlərdə materiyanın quruluşu və xassələri haqqında biliklər 
inkişaf edərək dəyişsə də, o dövrün təbiətşünasları və filosofları yenə də materiyanı onun
növlərindən biri olan maddə ilə, hərəkətdən, daxili fəallıqdan məhrum, inert (ətalətli) bir şey 
kimi baxılan kütlə ilə eyniləşdirir, maddəyə isə dəyişməz, bölünməz atomların məcmusu kimi 
baxırdılar. 
Bununla yanaşı, XVII-XVIII əsrlər fəlsəfəsində materiya haqqında təbii-elmi təsəvvürlərə 
nisbətən daha ümumi olan vahid maddi substansiya anlayışı yaratmaq kimi mütərəqqi meyl 
meydana çıxır. Artıq Holland filosofu B.Spinoza (1632-1677) atomlardan deyil, substansiyadan, 
ümumiyyətlə, materiyadan bəhs edirdi. B.Spinoza və xüsusilə substansiya anlayışının 
işlənilməsi kimi mütərəqqi meylin ifadəçiləri olan XVIII əsr fransız materialistləri materiyanın 
daha geniş və tam fəlsəfi tərifini verməyə cəhd etmişlər
 
(substansiya latınca "substancia" 
sözündən olub mahiyyət, ilkin əsas deməkdir). Məsələn, P.Holbax materiyanı artıq maddi 
obyektlərin konkret fiziki və ümumiyyətlə, xüsusi növləri və xassələri ilə eyniləşdirməyərək ona 
fəlsəfi kateqoriya kimi tərif verməyə cəhd etmişdir. O yazırdı ki, bizə nəzərən materiya, 
ümumiyyətlə, duyğu orqanlarımıza hər hansı şəkildə təsir edən hər şeydir. "Hisslərimizə təsir 
edən hər şey materiyadır". Lakin materiyanın mahiyyətcə düzgün olan bu tərifi kifayət qədər 
təbii-elmi materialın olmaması və metafizik məhdudluq üzündən lazımınca əsaslandırılmamışdı 
və məzmunca məhdud idi. Yəni materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli kütlə kimi 
dəyişməz xassələrin isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də materiya anlayışına tərif 



vermək üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. Belə ki, bizim hisslərimizə yalnız 
maddi deyil, mənəvi hadisələr də təsir edir və müəyyən şəraitdə sonuncuların təsiri daha güclü 
olur. 
Metafizik materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya haqqında 
fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun obyektivliyini, "bizdən 
xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu qeyd etsə də, materiyaya fəlsəfi tərif 
verməyərək onu materiyanın konkret növləri ilə eyniləşdirirdi. O yazırdı ki, təbiət işıqdır, 
elektrikdir, maqnetizmdir, havadır, sudur, oddur, torpaqdır, heyvandır, bitkidir, insandır. 
Beləliklə, L.Feyerbax da materiya anlayışının onun konkret növlərinə münasibəti məsələsini 
düzgün həll edə bilməyərək onları eyniləşdirmişdi. 
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti olan bu vacib 
məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin baniləri fəlsəfi kateqoriya 
olmaq etibarilə materiya anlayışının məzmununu açaraq göstərdilər ki, materiya şüurdan asılı 
olmadan mövcud olan və duyğu orqanlarımıza təsir edərək şüurumuzda əks olunan obyektiv 
reallığı ifadə edir. Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz 
duyğu ilə qavranılan müxtəlif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən 
sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də 
materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən 
və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvürlərlə 
eyniləşdirmək olmaz. 
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX əsrin sonu 
XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş verən və materiya 
haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiətşünaslıqda əsl inqilab yaradan 
kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mühüm əhəmiyyət kəsb etmişdi. 
Məlum olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və filosoflar 
materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz hissəciyi sayılan atomla 
eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni kəşflər, birinci növbədə, radioaktivliyin 
(1896) və elektronun (1897) kəşfi atomun mürəkkəbliyini, daha kiçik hissəcik olan 
elektronlardan təşkil olunduğunu aşkara çıxartdı. Materiyanı bölünməz sayılan atomların 
məcmusu kimi başa düşməkdə davam edən "fiziki" idealistlər atomun mürəkkəbliyi faktının 
müəyyənləşdirilməsindən atomun maddilikdən çıxması, materiyanın heç bir maddi daşıyıcısı
olmayan xalis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək "yox olması" nəticəsini 
çıxartdılar. Məsəbn, L.Ulviq "Elmlərin təkamülü" kitabının "Materiya mövcuddurmu?" fəslində 
yazırdı ki, "atom materiyalıqdan çıxır, materiya yox olur". Bu fikir bir sıra digər alimlərin 
əsərlərində də öz əksini tapmışdı. 


10 
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-elmi tərifini 
fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll etməlidir. Məhz bu sadə və mühüm 
həqiqəti anlamadıqlarından "fiziki" idealistlər materiyanın mürəkkəb quruluşa malik olduğunun 
aşkar edilməsini "materiyanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın 
quruluşu haqqında elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun 
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi qətiyyən 
"materiyanın yox olmasına" dəlalət etmir. 
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klassik 
mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların aradan 
qalxmasına "əsaslanırdılar". 
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük kütləli və 
yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi onların nisbi sükunət 
halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz 
qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi 
mütləq, dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq 
dəyişir, belə ki, elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli, 
elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının 
ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də "materiyanın 
yox olması" kimi şərh edildi. 
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseoloji cəhətdən 
dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin məğzinin təhlili göstərir ki, 
həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox 
olması və materiyanın bəzi hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə, 
materiyanın həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması 
deməkdi. 
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxımından 
materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, xassələri ilə bağlılıqdan 
azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya 
yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq 
materiyaya yenidən tərif verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya 
kimi tərif verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi 
inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi mübarizənin 
nəticələrini, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları, ən yeni kəşfləri təhlil edib 
ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən əsaslandırılmış belə 
tərif vermək olar: 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə