Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. Fəlsəfə insanın mahiyyəti haqqında



Yüklə 331,3 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix24.12.2023
ölçüsü331,3 Kb.
#160744
1   2   3   4   5   6   7   8   9   ...   16
292 felsefe m N11felsefede insan problemi eyani

Sual 1. Fəlsəfə insanın mahiyyəti haqqında 
İnsan yer üzərindəki canlıların ən alisi olmaqla bərabər, həm də ictimai və elmi-
texniki tərəqqinin subyektidir. Odur ki, o, fəlsəfənin əbədi problemlərindən biridir. 
Lakin hər bir dövr "insan" anlayışına öz təsirini göstərmişdir. İnsan cəmiyyətin 
inkişafının və bəşəriyyətin fikir tarixinin uzunsürən təkamülü nəticəsində 
formalaşmışdır. 
Fəlsəfi antropologiya 
insan haqqında təlim deməkdir. Qeyd etmək lazımdır ki, 
insan mövzusu həmişə fəlsəfənin diqqət mərkəzində olmuşdur. Müasir dövrdə isə 
insanın fəlsəfi mənalandırılmasına maraq xüsusilə böyükdür. Hazırda gözümüz 
qarşısında bütün biliklərin antropolojiləşməsi meylləri baş verməkdədir. Bu meyl onda 
ifadə olunur ki, fəlsəfi problemlərin ümumi mücərrəd izahının yerini, onların insan 
fenomeni baxımından konkret mənalandırılması tutur. Hətta ənənəvi fəlsəfi məsələlərin 
özü də getdikcə daha çox antropoloji əsaslar üzərində qurulmaqdadır. Antropologiyanın 
banisi M.Şeler göstərmişdir ki, fəlsəfənin bütün mərkəzi problemlərini mahiyyət 
etibarilə insan probleminə müncər etmək olar. 
Hazırda insan probleminə çoxalmaqda olan diqqət aşağıdakı səbəblərlə izah edilir.
 
Hər şeydən əvvəl
 
müasir ictimai inkişafda insanın rolu durmadan artır. O, sosial 
proseslərə və bütövlükdə dünyanın gedişatına güclü təsir göstərir. Digər tərəfdən, müasir 
elmi-texniki tərəqqinin törətdiyi nəticələr baxımından insan ilə texnika arasındakı 
münasibətlərə yeni tərzdə yanaşmaq tələb
 
olunur. Nəhayət, indi bəşəriyyətin rastlaşdığı 
qlobal problemlər insanın varlığını təhlükə altına alır. Deməli onların həlli də insan ilə 
sıx bağlıdır. 
Tarixin dönüş məqamlarında insan probleminə maraq daha da artır. Bu hal onunla 
izah edilir ki, həmin dövrlərdə təkcə bu və ya digər insanın deyil, bütövlükdə cəmiyyətin 
mövcudluğu, onun məramı və məqsədi ilə bağlı məsələlər ön plana çəkilir. Müasir 
cəmiyyət məhz belə dövrü yaşayır. Keçmiş SSRİ-yə daxil olan
 
digər respublikalar kimi 
Azərbaycan da öz müstəqilliyini əldə etmişdir. Burada totalitar rejimdən açıq demokratik 
cəmiyyətə, bazar münasibətlərinə keçid baş verir. Təbiidir ki, belə şəraitdə sosial, 
iqtisadi və mədəni dünyagörüşü baxımından insanın rolu qeyri-adi dərəcədə artır. 
Fəlsəfə insanı öyrənən konkret elmlərdən (iqtisadiyyat, sosiologiya, psixologiya, 
təbabət, biologiya və sair) fərqli olaraq ona bütöv bir tam kimi yanaşır. Müasir dövrdə 
insanı öyrənən bu xüsusi elmlər böyük nailiyyətlər əldə etsələr də, onlar öz 
predmetlərinə uyğun olaraq insanın bu və ya digər cəhətini qabardır.

Yüklə 331,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə