Azərbaycan respublikasi cənub-qəRBİ qobustanin şixzəGİRLİ, Şeytanud, BÜRGÜT



Yüklə 354,99 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix13.11.2017
ölçüsü354,99 Kb.
#10298
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

 
 
 
19
edir. İllik iş proqramı və Büdcə təqdim edildikdən sonra otuz (30) gün ərzində bu 
sənədlərə, onlara təklif olunan dəyişikliklərə baxmaq, habelə İllik iş proqramını və 
Büdcənin son variantını təsdiq etmək məqsədilə Rəhbər komitənin iclası çağırılır. 
ARDNŞ və Podratçı razılığa gəlmişlər ki, işin gedişi zamanı və müəyyən hallarla 
əlaqədar əldə olunan məlumat İllik iş proqramında düzəlişlər edilməsinə əsas ola 
bilər;  beləliklə,  Podratçı  İllik  iş  proqramında  və  Büdcədə  düzəliş  edilməsini 
Rəhbər  komitəyə  istənilən  vaxt  təklif  edə  bilər.  5.3  bəndində  və  5.4  bəndində 
nəzərdə  tutulmuş  müddəalar  istisna  olmaqla,  müvafiq  İllik  iş  proqramından  və 
Büdcədən  xeyli  dərəcədə  kənara  çıxan hər hansı  əməliyyatları  Rəhbər komitənin 
razılığını  almadan  həyata  keçirməyə  Podratçının  ixtiyarı  yoxdur.  İllik  iş 
proqramının  yerinə  yetirilməsi  üçün  zəruri  hallarda  Podratçının  müvafiq  Təqvim 
ili  ərzində  həmin  il  üçün  nəzərdə  tutulan  Büdcə  xərclərinə  artırmasına  icazə 
verilir,  bu  şərtlə  ki,  həmin  xərclərin  ümumi  məbləğini  on(10)  faizdən    çox 
artırmaq  barəsində  Rəhbər  komitənin  qərarının  olduğu  hallar  istisna  edilməklə, 
ümumi məbləği: 
Year.  The Steering Committee shall meet within thirty (30) days of receipt of the 
Annual Work Program and Budget to consider same and any revisions thereto and 
to  approve  the  Annual  Work  Program  and  the  Budget  in  its  final  form.  Any 
knowledge  acquired  as  the  work  proceeds  or  from  certain  events  may  justify 
changes  to  the  details  of  the  Annual  Work  Program;  thus Contractor may  at  any 
time  propose  to  the  Steering  Committee  an  amendment  to  the  Annual  Work 
Program  and  Budget.    Except  as  provided  in  this  Article  5.3  and  in  Article  5.4, 
Contractor  shall  not  conduct  any  operations  which  deviate  materially  from  the 
applicable  Annual  Work  Program  and  Budget  without  the  prior  consent  of  the 
Steering  Committee.    If  necessary  to  carry  out  an  Annual  Work  Program, 
Contractor is authorized to make expenditures during the relevant Calendar Year 
that do not exceed ten (10) percent of: 
 
 
(i) 
qəbul edilmiş Büdcənin; yaxud 
 
(i) 
the Budget; or 
(ii) 
Büdcənin, məbləği üç milyon (3.000.000) Dollardan çox və ya ona bərabər 
olan hər hansı ayrılıqda götürülən maddəsinin,  
 
on  (10)  faizindən  çox  olmasın,  və  yuxarıdakı  (i)  və  (ii)  bəndlərində  nəzərdə 
tutulan bu cür xərclərin zəruriliyi əsaslandırılıb sübuta yetirilərsə, belə qərar qəbul 
edilməməyə bilməz. Bu Sazişin qalan müddəalarına uyğun olaraq Podratçı İllik iş 
proqramı və Büdcə təsdiq edildikdən sonra Neft-qaz əməliyyatlarını  bu proqrama 
müvafiq surətdə aparmağa başlayır. 
(ii)  
each  item  of  the  Budget  which  calculated  amount  shall  be  equal  to  three 
million (3.000.000) Dollars or more;  
 
unless such expenditures exceeding ten (10) percent are approved by the Steering 
Committee,  which  approval  shall  not  be  withheld  where  the  expenditures  have 
been demonstrated to be reasonable and necessary.  In accordance with the other 
provisions  of  this  Agreement,  after  approval  of  an  Annual  Work  Program  and 
Budget,  Contractor  shall  conduct  the  Petroleum  Operations  in  accordance 
therewith. 
 
 
(b)  
Rəhbər  komitənin  təsdiq  edildiyi  tarixdən  sonra  altmış  (60)  gün  ərzində  Rəhbər 
komitə  birinci  İllik iş  proqramını  və  Büdcəni, hər növbəti  İllik  iş proqramlarının 
və  Büdcənin  aid  olduğu  Təqvim  ilinin  birinci  gününədək  həmin  proqramları  və 
büdcələri təsdiq etməyibsə, Podratçının ixtiyarı var (lakin borclu deyildir) ki, İllik 
iş  proqramı  və  Büdcə  Rəhbər  komitə  tərəfindən  təsdiq  edilənədək  və  ya  İllik  iş 
proqramı  və  Büdcə  ilə  bağlı  hər  hansı  mübahisə  Arbitraj  qaydalarında  nəzərdə 
tutulduğu  kimi,  arbitraj  yolu  ilə  həll  edilənədək  özünün  təklif  etdiyi  İllik  iş 
proqramına  və  Büdcəyə  tam  və  ya  qismən  əməl  etməklə  Neft-qaz  əməliyyatları 
aparsın.  Rəhbər  komitə  İllik  iş  proqramını  və  Büdcəni  razılaşdıran  kimi  və  ya 
arbitrlərin qərarı elan olunan kimi Podratçı qəbul edilmiş razılaşmaya və ya qərara 
uyğun  olaraq  cari  və/yaxud  növbəti  İllik  iş  proqramını  və  müvafiq  Büdcəni 
(şəraitə görə) təshih edir, bu şərtlə ki, Podratçı gördüyü işləri ləğv etməyə məcbur 
deyil, başlanmış işləri zəruri hesab etdiyi həcmdə axıra çatdıra bilsin, təklif edilən 
İllik  iş  proqramı  və  Büdcə  üzrə  Neft-qaz  əməliyyatları  aparılarkən  Podratçının 
çəkdiyi  bütün  məsrəflər  Neft-qaz  əməliyyatları  üçün  Məsrəflər  sayılsın  və  bu 
Sazişdə  nəzərdə  tutulmuş  müddəalara  müvafiq  surətdə  Ödənilməli  olsun. 
Yuxarıda deyilənlərə baxmayaraq, İllik iş proqramının hər hansı hissəsinin yerinə 
yetirilməsi  gedişində  Podratçının  çəkdiyi  və  Rəhbər  komitənin  bu  İllik  iş 
proqramına  və  Büdcəyə  baxılan  iclasının  protokolunda  göstərilmiş,  lakin  Rəhbər 
komitə  tərəfindən  təsdiq  edilməmiş  və  sonra  arbitrajın  qərarı  ilə  ARDNŞ-ın 
xeyrinə  sayılmış  məsrəflər  Podratçıya  Məsrəflərin  ödənilməsi  mexanizmi  üzrə 
kompensasiya edilməyəcək; bütün digər hallarda isə Podratçı aşağıdakı maddələr 
üzrə öz Məsrəflərinin ödənilməsi hüququna malikdir: 
(b) 
In the event the Annual Work Program and Budget has not been approved by the 
Steering  Committee  in  the  case  of  the  first  Annual  Work  Program  and  Budget 
within sixty (60) days following the formation of the Steering Committee and in 
the case of each subsequent Annual Work Program and Budget by the first day of 
the  Calendar  Year  to  which  it  relates,  Contractor  shall  be  entitled  (but  not 
obligated) to carry out Petroleum Operations in accordance with some or all of its 
proposed Annual Work Program and Budget until such time as the Annual Work 
Program and Budget is agreed by the Steering Committee or any dispute relating 
to  the  Annual  Work  Program  and  Budget  has  been  resolved  by  reference  to 
arbitration in accordance with the Arbitration Procedure. As soon as agreement on 
an Annual  Work  Program  and Budget is reached by the Steering Committee or 
the decision of the arbitrators is rendered, Contractor shall amend the then current 
and/or  next  following  Annual  Work  Program  and  Budget,  as  appropriate,  to 
conform  with  such  agreement  or  decision; provided  that  Contractor  shall not  be 
obligated to undo work already performed, may complete any work in progress to 
the extent Contractor deems necessary and that all costs incurred by Contractor in 
performing Petroleum Operations under its proposed Annual Work Program and 
Budget  shall  be  deemed  to  be  Petroleum  Costs  subject  to  Cost  Recovery  under 
this Agreement.  The foregoing notwithstanding, Contractor shall not be entitled 
to Cost Recovery of any costs incurred under any portions of the proposed Annual 
Work  Program  as  identified  in  the  written  minutes  of  the  Steering  Committee 
meeting at which the proposed Annual Work Program was considered and which 
were not approved by the Steering Committee and for which the arbitration award 
is issued in favor of SOCAR; except that in all cases Contractor shall be entitled 
to Cost Recovery of the following items: 
 
 


Yüklə 354,99 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə