Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
1   2   3   4   5   6   7

1)

  

getmək   məqsədi   olan   şəxsə   aid   xüsusi   hallar   yarandıqda,   inzibati   və   məhkəmə 



prosedurlarının yerinə yetirilməsi;

2)

  



ölkədən   getmək   məqsədində   olan   şəxs   tərəfindən   onun   getməsi   ilə   əlaqədar   adi 

rəsmiyyətlərin yerinə yetirilməsində, bu şərtlə ki, həmin tələblərin yerinə yetirilməsi ayrı-seçkilik 

xarakteri daşımır və təcili getməyə maneə yaratmaq üçün istifadə edilmir;

h) notarius, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatçısı vəzifələrinin icra edilməsi, habelə 

inzibati xarakterli digər funksiyaların yerinə yetirilməsi, bu şərtlə ki, bu hallarda heç bir şey qəbul 

edən dövlətin qanunlarına zidd deyildir;

i) göndərən dövlətin vətəndaşlarının və hüquqi şəxslərinin qəbul edən dövlətin ərazisində 

qəbul   edən   dövlətin   qanunlarına   uyğun   olaraq "mortis   causa" varisliyi   halında   mənafeyinin 

qorunması;

y) qəbul edən dövlətin qanun və qaydaları ilə müəyyən edilmiş çərçivədə göndərən dövlətin 

vətəndaşı olan yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan digər şəxslərinin, 

xüsusilə həmin şəxslər üzərində hər hansı bir qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi 

tələb edilirsə, mənafeyinin müdafiəsi;

k) qəbul edən dövlətdə qəbul olunmuş təcrübə və qaydalara riayət etmək, qəbul edən dövlətin 

məhkəmə   və   digər   idarələrində   göndərən   dövlətin   vətəndaşlarının   təmsilçiliyi   və   ya   lazımi 

təmsilçiliyinin qəbul edən dövlətin qanun və qaydalarına uyğun olaraq bu vətəndaşların ölkədə 

olmaması və ya öz hüquqlarının və mənafelərinin vaxtlı-vaxtında həyata keçirilməsi ilə əlaqədar 

bu vətəndaşların hüquqlarının və maraqlarının mühafizəsi üçün ibtidai tədbirlər barədə sərəncam 

verilməsinin təmin edilməsi;

1)   beynəlxalq   sazişlərə   uyğun   olaraq   və   ya   belə   sazişlər   olmadıqda   qəbul   edən   dövlətin 

qanunlarına və qaydalarına zidd olmayaraq məhkəmə və qeyri-məhkəmə sənədlərinin verilməsi və 

ya  məhkəmə  tapşırıqlarının   və  göndərən   dövlətin  məhkəmələri  üçün  ifadələrin  alınması  üzrə 

tapşırıqların icra edilməsi;

m)   göndərən   dövlətin   milliyyətinə   mənsub   olan   və   bu   dövlətdə   qeydiyyatdan   keçmiş 

təyyarələrə, onların heyətinə münasibətdə göndərən dövlətin qanun və qaydalarına uyğun olaraq 

nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi;

n)   bu   maddənin   "m"   bəndində   göstərilən   təyyarələrə   və   onların   heyətlərinə   yardım 

göstərilməsi, gəmi sənədlərinin qəbul edilməsi və qəbul edən dövlətin hakimiyyət orqanlarının 

hüquqlarına zərər gətirmədən yolda baş vermiş mübahisələrin və ya göndərən dövlətin qanun və 

qaydaları ilə müəyyən edilmişsə, kapitan, heyət üzvləri arasında olan hər bir hadisənin istintaqı;

o) göndərən dövlət tərəfindən konsulluğa verilmiş, qəbul edən dövlətin qanun və qaydaları ilə 

qadağan edilməyən hər bir funksiyanın yerinə yetirilməsi və ya qəbul edən dövlət bu funksiyaların 

yerinə yetirilməsinə etiraz etmirsə, yaxud da göndərən dövlət və qəbul edən dövlət üçün qüvvədə 

olan beynəlxalq müqavilələr ilə baxılmışdırsa.

M a d d ə       3 8

Konsulluq icazəsi

1. Konsulluğun vəzifəli şəxsləri göndərən dövlətin vətəndaşları ilə sərbəst şəkildə əlaqə saxlaya 

və onlara baş çəkə bilər. Göndərən dövlətin vətəndaşları da göndərən dövlətin konsulluq vəzifəli 

şəxsləri ilə əlaqə saxlamaq və onlara baş çəkməklə əlaqədar eyni azadlığa malikdirlər.

2.   Konsulluğun   vəzifəli   şəxsləri   göndərən   dövlətin   xəbərsiz   itkin   düşmüş   vətəndaşının 

axtarılmasında yardım göstərilməsi üçün qəbul edən dövlətin səlahiyyətli hakimiyyət orqanlarına 

müraciət edə bilər.



M a d d ə       3 9

Həbs və məhkəmə araşdırmaları üzrə funksiyalar

1.

  



Göndərən dövlətin hər hansı vətəndaşı konsulluq dairəsinin ərazisində həbs edilərsə, qəbul 

edən   dövlətin   səlahiyyətli   orqanları   təcili   olaraq   4   gün   müddətində   göndərən   dövlətin 

konsulluğuna bu barədə məlumat verirlər.

2.

  



Göndərən   dövlətin   həbsdə   olan   vətəndaşının   konsulluğa   ünvanladığı   bütün   məlumatlar 

qəbul edən dövlətin orqanları tərəfindən bu konsulluğa çatdırılır.

3.

  

Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin həbsdə olan vətəndaşı ilə söhbət etmək, habelə 



onun   hüquqi   nümayəndəliyini   təmin   etməklə   əlaqədar   tədbir   görmək   üçün   ona   baş   çəkmək 

hüququna malikdir. Bu görüşlərdən birincisinə üç sutkaya qədər müddətdə icazə verilir.

4.

  

Konsulluğun vəzifəli şəxsləri göndərən dövlətin həbsdə olan vətəndaşının adından, həmin 



vətəndaş konsulluğun vəzifəli şəxsinin yanında bu hərəkətlərin yerinə yetirilməsinə etiraz edərsə, 

onlar hər hansı bir tədbiri görməkdən çəkinməlidirlər.

5.

  

Qəbul   edən   dövlət   göndərən   dövlətin   həbsdə   olan,   məhkəməyə,   araşdırmalara   verilən 



vətəndaşlarına bu maddənin müddəaları haqqında məlumat verir və bu barədə cinayət işinin 

materiallarında müvafiq qeydlər edir.

6.

  

Bu maddədə həbsdə olan şəxsə istinad, haqqında həbs qətimkan tədbiri seçilən qəbul edən 



dövlətdə həbs edilən və ya şəxsi azadlıqları hər hansı bir formada məhdudlaşdırılmağa məruz 

qalan, məhkəməyə qədər ibtidai həbsdə olan və həbsxanada cəza çəkən şəxsləri də əhatə edir.

7.

  

Bu maddədə göstərilən hüquqlar qəbul edən dövlətin qanun və qaydalarına uyğun olaraq 



həyata keçirilir.

M a d d ə       4 0



Vərəsəliklə əlaqədar funksiyalar

1.

  



Qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün qədər qısa müddətdə konsulluq vəzifəli 

şəxsinə onun konsulluq dairəsində bu orqanlara göndərən dövlətin vətəndaşı kimi məlum olan 

şəxsin   ölümü   barədə   məlumat   verir,   habelə   miras   qalmış   əmlakı,   vəsiyyətnamənin   mövcud 

olduğunu, eləcə də qəbul edən dövlətdə olan və ya təmsil olunan hər hansı şəxsin bu əmlakın 

sərəncamçısı təyin olunması barədə konsulluğun vəzifəli şəxsini xəbərdar edir.

2.

  



Qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün qədər qısa müddət ərzində göndərən 

dövlətin və ya bu səlahiyyətli orqanlara göndərən dövlətin vətəndaşı kimi məlum olan hər hansı 

bir   şəxsin   qəbul   edən   dövlətin   ərazisində   qalmış   miras   əmlaka   vərəsə   və   ya   vərəsəlik   üçün 

müraciəti, rədd edilən olduğu halda bu barədə konsulluğun vəzifəli şəxsini xəbərdar edirlər.

3.

  

Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin ərazisində göndərən dövlətin vətəndaşının 



ölümü və ya qəbul edən dövlətin ərazisində qalmış miras əmlakın mövcud olması barədə qəbul 

edən dövlətin səlahiyyətli orqanlarına məlumat verir.

4.   Bu maddənin 1, 2 və 3-cü bəndlərində əks olunmuş miras qalmış əmlaka aid məsələlərə 

münasibətdə,   habelə   qəbul   edən   dövlətin   qanun   və   qaydalarının   icazə   verdiyi   dərəcədə 

konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:

a)

  



miras   əmlakın   müdafiəsi,   saxlanması   və   onun   üzərində   sərəncam   verilməsinin   təmin 

edilməsi üçün qəbul edən dövlətdə tədbir görmək;

b)

  

bu maddənin a) bəndində göstərilən tədbirlərin görülməsində şəxsən və ya hər hansı digər 



şəkildə iştirak etmək;

c)

  



qəbul edən dövlətdə olmayan və bu dövlətdə nümayəndəsi olmayan bu əmlaka qanuni 

marağı olan göndərən dövlətin vətəndaşlarının nümayəndəliyini təmin etmək.




5.

  

Bu maddənin 4-cü bəndinə uyğun olaraq nümayəndəliyin təmin edilməsi üçün tədbirlər 



görüldüyü   halda,   bu   nümayəndəlik   təmsil   edən   şəxslər   tərəfindən   beləliklə   öz   xüsusi 

nümayəndələrini təyin edənədək və ya hüquqlarını və mənafeyinin müdafiəsinə görə məsuliyyəti 

öz üzərinə götürənədək davam edir.

6.

  



Göndərən dövlətin hər hansı vətəndaşı qəbul edən dövlətin ərazisində müvəqqəti olduğu 

zaman bu dövlətdə daimi yaşayan olmadığı təqdirdə konsulluğun vəzifəli şəxsi göndərən dövlətin 

qanununu   nəzərə   alaraq   sahibliyə   daxil   ola   və   ölənin   sənədləri,   pulları   və   sair   şəxsi   əmlakı 

üzərində sərəncam verə bilər, bu şərtlə ki, qəbul edən dövlətin ərazisində bu cür sənədlərin, 

pulların   və   ya   şəxsi   əmlakın   iddiasında   olan   şəxs   olmasın.   Müvəqqəti   sahiblik

hüquqları  qəbul  edən  dövlətin  qanun  və  ya  qaydalarına  müvafiq  olaraq  lazımi  surətdə  təyin 

olunmuş sərəncam verənə və ya digər müvəkkil olunmuş şəxsə verilir.

7.

  



Göndərən dövlət və qəbul edən dövlət miras qalmış əmlakın verilməsinə yardım edirlər:

a)

  



əmlakın   gətirilməsi   və   çıxarılmasına   razılığı   tələb   olunan   dövlətin   qanun-qaydaları   ilə 

birbaşa qadağan edilməyən miras əmlakın hissəsi olan əşyaların gətirilməsi və çıxarılmasına razılıq 

alınması yolu ilə; və

b)

  



bu   bəndin   a)   yarımbəndinin   müddəalarına   uyğun   olaraq   miras   əmlakın   hər

hansı hissəsinin realizə edilməsinə icazə verilməsi yolu ilə; və

c)

  

göndərən   dövlətin   valyutası   ilə   vərəsəliyə   görə   müraciəti   rədd   edilən   şəxsin   yaşadığı 



dövlətdə ödənilən haqq, vergi və rüsumlar çıxılmaqla xalis gəlirin köçürülməsinə icazə vermək 

yolu ilə.

8.   Hər   hansı   şəxsin   ölümü   ilə   əlaqədar   göndərən   dövlətin   vətəndaşının   pul

və ya başqa mülkiyyətə hüququ vardırsa, miras qalmış əmlak, bədbəxt hadisələrin baş verməsi ilə 

əlaqədar kompensasiyaların verilməsi üçün qanunlara uyğun olaraq yerinə yetirilən ödəmələr, 

habelə   həyatın   sığorta   edilməsi   ilə   əlaqədar   ödəmələr   daxil   olmaqla,   konsulluq   vəzifəli   şəxsi 

göndərən   dövlətin   vətəndaşının   adından,   əgər   bu   vətəndaş   qəbul   edən   dövlətin   ərazisində 

deyildirsə, məhkəmədən, hakimiyyət orqanlarından və ya ayrı-ayrı şəxslərdən pul və ya digər 

mülkiyyət ala bilər.

M a d d ə       4   1



Vətəndaşlıq məsələləri ilə əlaqədar funksiyalar

Konsulluğun vəzifəli şəxsinin hüquqları:

a)

  

göndərən dövlətin vətəndaşlarını qeydiyyatdan keçirmək;



b)

  

göndərən dövlətin qanunlarına və qaydalarına uyğun vətəndaşlıq məsələlərinə aid ərizələrin 



qəbul edilməsi və ya alınması, sənədlərin verilməsi və təqdim edilməsi.

M a d d ə       4 2



Vətəndaşlıq vəziyyəti məsələlərinə aid funksiyalar

1.   Konsulluq vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:

a)

  

göndərən dövlətin vətəndaşlarının doğumu və ölümü qeydiyyatı kitabının aparılması və 



müəyyən məlumatların və sənədlərin alınması;

b)

  



göndərən dövlətin vətəndaşlarının vətəndaşlıq vəziyyətinə aid olan hər hansı vəsatət və ya 

ərizələrin qəbul edilməsi.

2.   Bu maddənin 1-ci bəndində göstərilən müddəalar şəxsləri qəbul edən dövlətin qanun və 

qaydalarından irəli gələn öhdəliklərdən azad etmir.

M a d d ə       4   3



Qəyyumluğa aid funksiyalar

1.

  



Göndərən dövlətin vətəndaşı olan və tam fəaliyyət qabiliyyəti olmayan və ya yetkin iş yaşına 

çatmayan şəxslərin marağına cavab verən qəyyum və himayəçilərin təyin edildiyi bütün hallarda 

qəbul   edən   dövlətin   səlahiyyətli   orqanları   müvafiq   məlumatları   olduqda,   təxirə   salınmadan 

müvafiq konsulluğa məlumat verməlidirlər.

2.

  

Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin səlahiyyətli orqanlarına onları qəyyum və 



himayəçi təyin etmək üçün münasib olan şəxslərin soyadlarını təklif etmək hüququna malikdir.

M a d d ə       4 4



Göndərən dövlətin hava gəmisinə kömək göstərilməsi

1. Konsulluq vəzifəli şəxsi öz konsulluğu dairəsində göndərən dövlətin, qəbul edən dövlətin 

ərazisində olan hava  gəmisinə, komandirinə  və ekipajının üzvlərinə lazımi kömək göstərmək, 

habelə:


a)

  

hava gəmisinin bortuna qalxmaq, komandir və ekipajın hər hansı üzvünü dindirmək, habelə 



gəminin uçuşu və yükləri barədə məlumat almaq;

b)

  



uçuş   vaxtı   baş   vermiş   hər   hansı   bədbəxt   hadisəni   qəbul   edən   dövlətin   hakimiyyət 

orqanlarının hüquqlarına zərər vurmadan təhqiq etmək;

c)

  

komandir   və   ekipajın   üzvləri   arasında   mübahisəni   həll   etmək,   habelə   hava   gəmisində 



təhlükəsizlik tədbirlərini görmək;

d)

  



hava gəmisinə aid olan sənədləri qəbul etmək, baxmaq, təşkil etmək, imzalamaq və ya təsdiq 

etmək;


e)

  

göndərən   dövlətin   tapşırığı   ilə   hava   gəmisinə   aid   olan   digər   problemləri   həll   etmək 



hüququna malikdir.

2. Komandir və ekipajın üzvləri olduqları dövlətin qanun və qaydalarını pozmamaqla konsulluq 

vəzifəli şəxsi ilə birbaşa əlaqə saxlamaq hüququna malikdirlər.

M a d d ə       4   5



Göndərən dövlətin bayrağı altında olan hava gəmisinə qarşı məcburi tədbirlər zamanı onun 

müdafiə edilməsi

1.

  



Əgər qəbul edən dövlətin məhkəmə və ya digər səlahiyyətli orqanları göndərən dövlətin 

gəmisində məcburi tədbirlər görmək, yaxud istintaq aparmaq istəyərlərsə, konsulluğun vəzifəli 

şəxsi və ya onun nümayəndəsinin həmin tədbirlərin görülməsində iştirak etmək imkanına malik 

olması   üçün   bu   barədə   qəbul   edən   dövlətin   səlahiyyətli   hakimiyyət   orqanları   tərəfindən 

qabaqcadan   xəbərdar   edilməlidir.   Təcili   hallarda   qabaqcadan   bildiriş   göndərmək   mümkün 

olmazsa, konsulluğa qəbul edən dövlətin səlahiyyətli orqanlarının gördüyü tədbirlər, konsulluq 

vəzifəli şəxsinin xahişi ilə isə görülmüş tədbirlərin nəticəsi barədə təcili surətdə məlumat verirlər.

2.

  



Bu maddənin 1-ci bəndinin müddəaları qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən 

qəbul edən dövlətin ərazisində (hava gəmisinin bortundan kənarda) gəmi komandirinə və ya hər 

hansı bir heyət üzvünə münasibətdə görülən tədbirlərə də müvafiq şəkildə aiddir.

3.

  



Bu maddənin 1 və 2-ci bəndlərinin müddəaları qəbul edən dövlətin səlahiyyətli orqanları 

tərəfindən gömrük, aeroportun administrasiyası, karantin, sərhəd nəzarəti xətti ilə həyata keçirilən 

adi   inspeksiyalarda,   habelə   uçuşların   təhlükəsizliyini   təmin   edilməsinə   yönəlmiş   və   ya   ətraf 

ərazinin çirklənməsinin qarşısını almaq üçün görülən tədbirlərdə tətbiq edilmir.

4.

  

Konsulluğun vəzifəli şəxsinin və ya göndərən dövlətin hava gəmisi komandirinin xahişi, 



yaxud icazəsi ilə həyata keçirilən hallar istisna olmaqla, qəbul edən dövlətin asayişi, təhlükəsizliyi 


və ictimai qaydası pozulmursa, qəbul edən dövlətin səlahiyyətli orqanları göndərən dövlətin hər 

hansı hava gəmisinin daxili işlərinə qarışa bilməzlər.

M a d d ə       4 6

Qəbul edən dövlətin ərazisində qəza və ya avariyaya uğrayan hava gəmisinə göstərilən 

kömək

1.

  



Əgər göndərən dövlətin bayrağı altında olan hava gəmisi qəbul edən dövlətin ərazisində 

qəza   və   ya   avariyaya   uğrayarsa,   qəbul   edən   dövlətin   səlahiyyətli   orqanları   gecikdirilmədən 

konsulluğu hava gəmisinin bortundakı insanların, yükün və digər əmlakın xilas olunması üzrə 

görülmüş tədbirlərdən xəbərdar edir.

2.

  

Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluğun vəzifəli şəxsinə qəza və ya avariyaya 



uğrayan hər hansı hava gəmisinə, onun ekipajı və sərnişinlərinə kömək göstərməkdə mane olmur 

və bu məqsədlə konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin hakimiyyət orqanlarına kömək 

üçün müraciət edə bilər.

3.

  



Qəbul edən dövlətin hakimiyyət orqanları göndərən dövlətin hava gəmisi qəzaya və ya 

avariyaya uğrayarsa və ya hava gəmisinə məxsus hər hansı əşya, habelə yük qəbul edən dövlətin 

ərazisində tapılarsa və ya qəbul edən dövlətin hava limanına gətirilərsə, sahibkar və ya sığorta 

şirkətinin nümayəndəsi iştirak etmirsə və ya bu əmlakın saxlanılması və ya istifadəsi üzrə tədbirlər 

görə  bilmirsə,  konsulluğu  gecikdirilmədən  xəbərdar  edir.  Bu halda   konsulluğun   vəzifəli  şəxsi 

onların adından zəruri tədbirlər görə bilər.

4.

  

Göndərən   dövlətin   qəzaya   və   ya   avariyaya   uğrayan   və   ya   göndərən   dövlətdə   istifadə 



edilməsi halları istisna olmaqla, hər hansı digər səbəbdən yük və əmlak üçün müstəqil şəkildə 

uçuşu davam etdirə bilməyən hava gəmisindən hər hansı bir gömrük rüsumu tutula bilməz.

5.

  

Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin səlahiyyətli orqanlarının hava gəmisinin qəza 



və ya avariyaya uğramasının səbəblərinin müəyyən edilməsində iştirak etmək hüququna malikdir.

M a d d ə       4 7



Qəbul edən dövlətin orqanları ilə əlaqə

Konsulluğun vəzifəli şəxsi öz funksiyalarını icra edərkən müraciət edə bilər:

a)

  

öz konsulluq dairəsinin yerli səlahiyyətli orqanlarına;



b)

  

qəbul   edən   dövlətin  qanun,  qayda   və   adətləri  və   ya  müvafiq   beynəlxalq   müqavilələrin 



imkan verdiyi dərəcədə qəbul edən dövlətin mərkəzi səlahiyyətli orqanlarına.

M a d d ə       4 8



Konsulluq yığımları

1.

  



Konsulluq   qəbul   edən   dövlətin   ərazisində   icra   etdiyi   konsulluq   aktları   üçün   göndərən 

dövlətin qanun və qaydaları ilə nəzərdə tutulmuş yığım və rüsumlar tuta bilər.

2.

  

Bu maddənin 1-ci bəndində qeyd olunan yığım və rüsum şəklində məbləğ, bu yığım və 



rüsumların   tutulması   üçün   verilən   qəbzlər   qəbul   edən   dövlətin   vergi,   yığım   və   rüsumundan 

azaddır.


3.

  

Qəbul edən dövlət bu vasitə ilə konsulluğa toplanmış məbləği onun rəsmi bank hesabında 



qoymağa icazə verir.

M a d d ə       4 9



Konsulluğun vəzifəli şəxsinin funksiyasının dayandırılması

1. Konsulluğun işçisinin funksiyaları xüsusilə aşağıdakı hallarda dayandırılır:




a)

  

göndərən dövlət onun funksiyalarının dayandırılması barədə qəbul edən dövlət xəbərdar 



edildikdə;

b)

  



3-cü maddəyə uyğun olaraq qəbul edən dövlət tərəfindən verilmiş ekzekvaturanın və ya 

digər icazənin ləğv edilməsi halında;

c)

  

qəbul   edən   dövlət   onu   konsulluq   personalı   kimi   hesab   etmədiyini   göndərən   dövlətə 



bildirdiyi halda.

M a d d ə       5 0



Qəbul edən dövlətdən getmə

Qəbul edən dövlət hətta silahlı münaqişə zamanı konsulluq işçilərinə və qəbul edən dövlətin 

vətəndaşları olmayan xüsusi ev xidmətçilərinə və ya vətəndaşlığından asılı olmayaraq onların 

ərazisində   daimi   yaşayan   xaricilərə,   habelə   onlarla   birlikdə   yaşayan   ailə   üzvlərinə,   müvafiq 

işçilərin funksiyaları dayandırıldıqdan sonra onların getməyə hazırlaşması və mümkün qədər qısa 

müddətdə çıxıb getməsi üçün lazım olan vaxt və şərait yaratmalıdır. Qəbul edən dövlət zəruri olan 

hallarda xüsusilə onların özü üçün və ya qəbul edən dövlətdə əldə edilmiş və ölkədən gedərkən 

daşınması qadağan edilməyən əmlak üçün onların sərəncamına nəqliyyat vasitələri verməlidir.

M a d d ə       5   1

Konsulluq binalarının və arxivlərinin, habelə göndərən dövlətin mənafeyinin müstəsna 

hallarda qorunması

1İki dövlət arasında konsulluq münasibətləri qırıldığı halda:

a)

  

qəbul edən dövlət hətta silahlı münaqişə zamanı konsulluq binalarına, habelə konsulluğun 



əmlakına və konsulluq arxivinə hörmətlə yanaşmalı, onları mühafizə etməlidir;

b)

  



göndərən   dövlət   konsulluq   binalarının   və   onlarda   olan   əmlakın,   konsulluğun   arxivinin 

mühafizəsini qəbul edən dövlət üçün məqbul sayılan üçüncü dövlətə tapşıra bilər;

c)

  

göndərən   dövlət   öz   mənafeyini   və   vətəndaşlarının   mənafeyini   qəbul   edən   dövlət   üçün 



məqbul sayılan üçüncü dövlətə tapşırıla bilər.

2)  Konsulluq   müvəqqəti  və  ya  tamamilə  bağlandığı   halda  bu maddənin  1-ci  bəndinin  "a" 

yarımbəndinin müddəaları tətbiq olunur. Bu əlavə:

a)

   



əgər göndərən dövlətin qəbul edən dövlətdə diplomatik nümayəndəliyi yoxdursa, lakin bu 

dövlətin ərazisində başqa konsulluğu mövcuddursa, başlanmış konsulluğun binalarının, onlarda 

olan əmlakın, konsulluq arxivinin mühafizəsini və qəbul edən dövlətin razılığı ilə, bu konsulluğun 

dairəsindəki konsulluq funksiyalarının yerinə yetirilməsini tapşıra bilər; və ya:

b)

   


əgər   göndərən   dövlətin   qəbul   edən   dövlətdə   nə   diplomatik   nümayəndəliyi,   nə   də 

konsulluğu yoxdursa, bu maddənin 1-ci bəndinin "b" və "c" yarımbəndlərinin müddəaları tətbiq 

olunur.

M a d d ə       5 2



Qüvvəyə minmə və qüvvədə olma müddəti

1.

  



Bu Konvensiya ratifikasiya olunmalıdır və ratifikasiya fərmanlarının mübadiləsi tarixindən 

30 gün sonra qüvvəyə minir.

2.

  

Bu Konvensiya Razılığa gələn Tərəflərdən birinin diplomatik kanallarla Razılığa gələn digər 



Tərəfə   bu   Konvensiyanın   qüvvəsini   ləğv   etmək   niyyəti   barədə   göndərdiyi   yazılı   bildirişinin 

tarixindən altı ay keçənədək qüvvədə qalacaqdır.

Daşkənd şəhərində 2004-cü il martın 23-də iki nüsxədə Azərbaycan, özbək və rus dillərində 

imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.




 

          Azərbaycan Respublikası                                                        Özbəkistan Respublikası

                       adından                                                                                             adından

                         (imza)                                                                                               (imza)

 

 



 

Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə