Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti Sərbəst iş Ad: Zəhra Soyad



Yüklə 78,62 Kb.
səhifə3/5
tarix20.05.2022
ölçüsü78,62 Kb.
#87489
1   2   3   4   5
Mənim adım qırmızı

Romanın qəhrəmanları
Romanda qəhrəmanlar birinci şəxsin tekində danışırlar. Hətta əşyalar belə danışır. Roman qəhrəmanları öz ağızlarından bir-birlərini tanıdılar. Romanda olan Şəkurə, Şövkət, Orxan adları həyatından olan şəxslərin adı ilə eynilik təşkil edir. Məsələn: Şövkət Orxan Pamukun həyatda olan böyük qardaşıdır. Şəkurə Pamukun anası, Orxan da bildiyimiz kimi öz adıdır. Bundan başqa romanda Şövkət obrazına söz verilməmişdir.
Romanın qəhrəmanları xüsusiyyətlərinə görə bu cür təsnif edilə bilər:
1) Şərq üsulunu mənimsəyib Qərb üsulu rəsminə qarşı çıxanlar
2) Şərq üsulu rəsmi mənimsəyib, Qərb üsulu rəsmə maraq duyanlar
3) Ailə içindəki münaqişələr səbəbi ilə ortaya çıxan obrazlar
4) Qadın və uşaqlar
5) Romanda müəyyən bir funksiyası olub həyat qazanmış nəsnələr və mənəvi varlıqlar (4;42)
Romanın qəhrəmanları bu şəkildə sıralanır: Qara, Şəkurə, Əniştə əfəndi, Orxan, Şövkət, Kəpənək, Leylək, Zeytun, ustad Osman, Nəsimi, Əstər , Həsən , it , ağac, pul, ölüm, şeytan, at və digərləri.
Qara-əsərin on bir fəslində oxucuya səslənir . Onun təsviri uzun boylu, yaraşıqlı, geniş alnı, badam kimi gözləri, güclü, qüvvətli və zərif burnu olduğu kimi təsvir edilir. Otuz altı yaşında əsəbi, yaraşıqlı bir oğlandır.Biraz içinə qapalıdır. Xalası qızı Şəkurəyə aşiq olmuş, ancaq eşqinə müsbət cavab ala bilmediyi üçün İstanbulu tərk etmişdir. Təbrizdə padişah və paşalar üçün işləyir.Əniştə əfəndi onu gizli kitab üçün çağırmışdır. Qara on iki il müddətində Şəkurənk sevir amma bu müddətdə müxtəlif münasibətlərdə olmuşdur. Kiçik yaşlardan Əniştə Əfəndidən nəqqaşlığı öyrənmişdir. Qara cəsarətli bir obrazdır.Zərif Əfəndinin qatilinin axtararkən nəqqaşları sorğulaması, Həsən və ailəsindən qorxmadan Şəkurəyi qaçırmağı, Zeytun ilə boğuşarkən yaralanması onun cəsarətinin nümunəsidir. Qaranın həyatı iki qisimdə Şəkurə ilə olan həyatı və nəqqaşlarla olan həyatı olaraq təsnif edilir.

Şəkurə- qara gözlü, yumru üzlü, gözəl bir qadın olaraq təsvir edilir. Əvvəllər Qarayi sevmir, o İstanbula gedəndə o sipahi biri ilə evlənir. Bu evlilikdən Şövkət və Orxan adında iki oğlu olur. Həyat yoldaşı Səfəvilər ilə edilən müharibədən geri dönmür. Qaynı Həsənin ona olan münasibətindən narahat olur atasının evinə köçür. Qaraya daim məktublar göndərir, onu izləyir. Şəkurə hiyləgər bir qadındır, Qaraya yazdığı məktubları Əstər vasitəsilə göndərir, buna nisbətən Əstəri də əlində saxlayır Şəkurə iki gənc arasında qərarsız qalır. Şəkürə romanda Qaranı həm Həsəndən həm də cəmiyyətdən qurtulmaq üçün istifadə edir.


Əniştə Əfəndi-beş fəsildə qarşımıza çıxır . Qaranın xalasının əri, Şəkurənin isə atasıdır. Yaşlı, əlləri xallı bir nəqqaşdır, Venesiyalı rəssamların rəsmlərini görüb onları çox bəyənmiş, Padişah hazırladığı gizli kitab üçün nəqqaşları olan Zeytun, Kəpənək və Leyləyə belə üsulda rəsmlər çəkdirməyi tapşırır.Qaranı o qədər də sevmir, amma kitabının hekayələrini yazacaq başqa heç kəs yoxdur. O da qatil tərəfindən mürəkkəb qabı ilə öldürülür.
Kəpənək- əsl adı Həsən Çələbidir. Kiçik yaşından ustad nəqqaş Osmanın yanında yetişdirilib. Kəpənək adını da ona ustad Osman vermişdir. Özünü təmizə çıxartmaq üçün Qara və Leyləklə birlikdə Zeytunu axtarmağa çalışır. Nəqqaşlıq bitəndən sonra xalça, parça bəzəkləri hazırlayaraq həyatını keçirir. Kəpənəyə görə üslub bir qüsurdur.
Leylək- əsl adı günahkar Mustafa Çələbidir. Çox yaxşı nəqqaşdır, əzbəri güclüdür . Hazırlayacağı səfərnaməyə görə müharibəyə gedir, ve oradakı hadisələri təsvir etmək üçün müharibəni izləyir və sağ salamat geri dönür. O da Padişahın işgəncələrindən qurtulmaq və özünü ağa çıxartmaq üçün Qaraya qoşulur, qatili axtarmağa kömək edir.
Zeytun- əsərdə doqquz fəsildə iştirak edir. Romanda axtarılan həqiqi qatildir. Əsl adı Vəlican olduğunu qeyd edir. Qara Zeytunun evinə gedəndə o da üç hekayə danışır, amma Zərif əfəndinin ölüm xəbərinin gəlməsi ilə sona çatdırmaq nəsib olmur. Zeytunu sonda təkkədə tapırlar və Həsən onu öldürməyə nail olur.
Bundan başqa mənəvi varlıqlar da romanda xüsusi rol oynayır.


Yüklə 78,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə