Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti «Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri»


Çoxqat konstruksiyalarda qeyri stasionar istilikötürmə məsələsinin fiziki-riyazi qoyuluşunu şəkil 3.1



Yüklə 246,16 Kb.
səhifə7/7
tarix28.02.2023
ölçüsü246,16 Kb.
#101645
1   2   3   4   5   6   7
«Su t s rr fat v m h ndis kommunikasiya sisteml ri» fak lt si

Çoxqat konstruksiyalarda qeyri stasionar istilikötürmə məsələsinin fiziki-riyazi qoyuluşunu şəkil 3.1-də göstərilən 3 konstruktiv qatdan ibarət xarici divar konstruksiyası misalında araşdıraq. Şəkildə 1, 2, 3 konstruksiyanın qatlarını, I və IV daxili və xarici səthləri, II və III konstruktiv qatlar arası sərhədləri göstərir. Sadəlik üçün istilik selinin yalnız konstruksiyanın eni boyu, yəni x oxu istiqamətində ötürüldüyünü qəbul edək, başqa sözlə, bir ölçülü temperatur sahəsinə baxaq.
1-ci növ sərhəd şərtini tbaş= t(x,o) şəklində yazmaq olar. Konstruksiyanın en kəsiyi üzrə istilikkeçirmə prosesini xarakterizə edən tənliyi 2 variantda yazmaq olar.
I variant - istilikkeçirmə tənliyi dəyişən əmsallı qeyri- xətti diferensial tənlik şəklində yazılır:
(3.14)
burada , - konstruksiyanın ayrı-ayrı qatlarında qatdan-qata dəyişən istilik tutumu, sıxlıq və istilikkeçirmə əmsallarının verilmiş qiymətləridir.
II variant – İstilikkeçirmə tənliyi hər bir qat üçün sabit əmsallı xətti diferensial tənliklər sistemi şəklində yazılır:
(3.15)


Şəkil 3.1. Çoxqatlı divar konstruksiyasından istilikötürmə

II və III sərhədlər üçün 4-cü növ sərhəd şərtini aşğıdakı şəkildə yazmaq olar:


(3.16)

(3.17)
I və IV sərhədlər üçün isə 3-cü növ sərhəd şərtindən istifadə etmək olar. Bu sərhəd şərti konstruksiyanın xarici və daxili səthlərinin və temperaturları, eləcə də istənilən kəsikdə - temperaturu ilə xarici və daxili mühitin və temperaturları arasında əlaqə yaradır. Bundan başqa, qoruyucu konstruksiya müxtəlif istilik mənbələri tərəfindən qızdırıla bilər. Belə olduqda, səth tərəfindən udulan şüalanma istiliyi aşağıdakı kimi təyin edilir:
(3.18)
burada p- qoruyucu konstruksiyanın səthinin şüaudma əmsalı;
q- səthə düşən şüalanmanın intensivliyidir.
Beləliklə, xarici qoruyucu konstruksiyanın xarici və daxili səthləri həm də konvektiv və şüalanma yolu ilə istilik mübadiləsinə məruz qalarsa ümumi şəkildə I sərhəd üçün (daxili səth indeks d) 2-ci və 3-cü növ sərhəd şərtlərini aşağıdakı kimi yazmaq olar:
(3.19)
IV sərhəd (xarici səth indeks – x) üçün isə:
(3.20)

Adətən konstruksiyada şüalanma və konvektiv istilik mübadiləsi əmsallırı bir əmsal ilə nəzərə alınır. Onda daxili I səthdə sərhəd şərti sadələşir və aşağıdakı şəklə düşür.


(3.21)
Uyğun sadələşdirmə IV xarici səth üçün də aparıla bilər, ancaq yay dövründə konstruksiyanın xarici səthinin günəş şüalanmasına məruz qaldığını nəzərə almaq lazımdır. Yay dövrü üçün 4-cü növ sərhəd şərti belə yazılar:
(3.22)
Bəzən 2- ci və 3- cü növ qarışıq sərhəd şərtlərində xarici mühitin temperaturunu şərti temperaturla əvəz etmək daha əlverişlidir, yəni
(3.23)
tşərti temperaturunu sonuncu tənliklərin sol tərəflərini bərabərləşdirməklə təyin etmək olar:
(3.24)
Beləliklə, qoruyucu konstruksiyanın daxili və xarici səthləri üçün sərhəd şərtlərini göstərilən üç tənlikdən biri vasitəsilə vermək olar. Bu tənliklərdən hər hansı birinin seçilməsi - verilmiş məsələnin qoyuluşu və həll metodunun seçilməsi ilə təyin edilir.


Mövzuya aid suallar;

  1. Qoruyucu konstruksiyalardan istilikötürmə məsələsinin fiziki-riyazi qoyuluşu

  2. Temperatur sahəsi tənlikləri

  3. Sərhəd şərtləri

Yüklə 246,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə