Azərbaycan Respublikası Təhsil Nazirliyi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 9,5 Kb.
tarix23.12.2023
ölçüsü9,5 Kb.
#155817
mh2 kopyası


Azərbaycan Respublikası Təhsil Nazirliyi
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası












Fakültə: İqtisadiyyat və Hüquq
İxtisas: Hüquqşünaslıq
Qrup: 2332a
Tələbə: Kazımova Üzeyrə
Fənn: Mülki hüquq
Müəllim: Əliyeva Müşərrəf h.f.d , b/m
Mövzu: Mülki hüquq münasibətlərinin digər obyekləri (şəxsi qeyri-maddi nemətlər)

Şəxsi qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin xüsusi xarakterli obyekti hesab olunur. Onlar, əsasən, iki xarakterik xüsusiyyətə malikdir.


Birincisi, şəxsi qeyri-maddi nemətlərin maddi (əmlak), iqtisadi məzmunu yoxdur, yəni onların əmlak dəyəri yoxdur. Buna görə də bu nemətlər əmtəə kimi mülki (əmlak) dövriyyədə çıxış edə bilmir.
İkincisi, bu nemətlər şəxsiyyətin özündən ayrılmaz olub, özgəninkiləşdirilmir. Onları başqa şəxslərə vermək olmaz.
Şəxsi qeyri-maddi nemətlər mülki hüquq münasibətləri iştirakçılarının şəxsiyyəti ilə sıx bağlıdır. Bu nemətlərin əsas əlaməti ondan ibarətdir ki, onlar şəxsiyyəti fərdiləşdirməyə yönəlir.
Şəxsi qeyri-maddi nemətlərin əhatə dairəsi kifayət qədər genişdir: həyat: sağlamlıq; şəxsi toxunulmazlıq; fiziki şəxsin adı; şərəf və ləyaqəti, işgüzar nüfuzu; şəxsi həyatın toxunulmazlığı; şəxsi və ailə sirrinin saxlanması və s.
Bu nemətləri üç qrupa bölmək olar: » şəxsiyyətin fiziki əmin-amanlığını (salamatlığını) təmin edən şəxsi, qeyri-maddi nemətlər (həyat, sağlamlıq, sağlam ətraf mühitdə yaşamaq);
• şəxsiyyətin fərdiləşdirilməsini təmin edən şəxsi qeyri-maddi nemətlər (ad, şərəf, ləyaqət və işgüzar nüfuz, fərdi sima);
• cəmiyyətdə şəxsiyyətin sərbəst və müstəqilliyini təmin edən şəxsi qeyri-maddi nemətlər (şəxsi həyatın sirrinin saxlanması, şəxsi həyatın toxunulmazlığı və s.).
Obyekti şəxsi qeyri-maddi nemətlər olan mülki hüquq münasibətlərinin, yəni əmlak münasibətləri ilə bağlı olmayan şəxsi qeyri-əmlak münasibətlərinin mülki hüquqla tənzimlənib-tənzimlənməməsi mülki hüquq elmində (sivilistika doktrinasında) mübahisəyə və diskussiyaya səbəb olan məsələdir. Bir qrup müəlliflər göstərirlər ki, bu münasibətlər mülki hüquqla tənzimlənmir, yalnız müdafiə olunur, qorunur.
Digər qrup müəlliflər isə belə hesab edirlər ki, həmin münasibətlər mülki hüquqla həm tənzimlənir, həm də müdafiə olunur (qorunur). Zənn edirik ki, axırıncı mövqe tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır
Yüklə 9,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə