1.TƏHSİL.
İLK MƏKTƏBLƏR.
Şumer məktəbi yazının kəşfi və təkmilləşdirilməsi Şumerin
mədəniyyət tarixinə ən mənalı töhfəsi sayılan həmin mixi yazısının
meydana gəlməsi nəticəsində yaranmışdır.
İlk yazılı abidə qədim Şumer şəhəri Urukun xarabalıqları
arasında tapılmışdır (Bibliya Erexi). Burada üzəri piktoqrafik
yazılarla örtülmüş mindən çox kiçik lövhəciklər tapılmışdır. Onlar
əsasən təsərrüfat və inzibati yazılar idi. Ancaq onların arasında bir
neçə təhsil mətnləri də vardı: əzbərdən öyrənmək üçün sözlərin
siyahısı. Bu, sübut edir ki, eramızdan ən azı 3000 əvvəl Şumer
yazarları artıq təhsil məsələləri ilə məşğul olmuşlar. Sonrakı əsrlərdə
bu iş yavaş inkişaf edirdi. Ancaq eramızdan əvvəl Ш minilliyin
ortalarında Şumerin ərazisində, göründüyü kimi, oxu və yazmı
öyrədən sistemli təhsil məktəbləri şəbəkəsi mövcud olmuşdur.
Qədim Şuruppakda - şumer “Noy” un vətənində (bax. f. 22) - 1902-
1903-cü illərdə aparılan qazıntılar zamanı eramızdan əvvəl təxminən
2500-cü ilə aid “məktəb mətnləri” ilə kifayət miqdarda lövhəciklər
aşkar edilmişdir. Lakin Şumer məktəbləri ancaq e. ə. Ill minilliyin
ikinci yarısında özlərinin çiçəklənmə dövrünə yetişmişlər. O dövrün
on minlərlə palçıq lövhəcikləri tapılmışdır və şübhə yoxdur ki, hələ
yüz minlərlə belə lövhəciklər torpağın altında özlərinin gələcək
tədqiqatçılarını gözləyir. Lövhəciklərin çoxu inzibati və təsərrüfat
yazıları ilə doldurulmuşdur. Onların vasitəsilə qədim Şumerin
iqtisadi həyatının gedişini addım-addım izləmək olar. Biz onlardan
həmçinin öyrənirik ki, o dövrdə peşəkar yazarların sayı bir neçə min
nəfərə çatmışdır. Mirzələr böyük və kiçik olurdular; çar və məbəd
mirzələri vardı, hər hansı bir sahədə dar peşəli və mühüm dövlət
vəzifələri tutan yüksək ixtisaslı mirzələr olurdu. Bütün bunlar belə
düşünməyə imkan verir ki, Şumerin bütün ərazisində mirzələr üçün
kifayət qədər iri məktəblər səpələnmişdi və həmin məktəblərə böyük
əhəmiyyət verilirdi.
14
Ancaq o dövrün lövhəciklərindən heç biri şumer məktəbləri,
onlardakı təhsil sistemi və metodları haqqında hələlik aydın təsəvvür
yaratmır. Bu cür məlumatları əldə etmək üçün e. ə. II minilliyin
birinci yarısının lövhəciklərinə müraciət etmək lazımdır. Bu dövrə
uyğun gələn arxeoloji qatdan dərs zamanı şagirdlərin özləri
tərəfindən yerinə yetirilmiş müxtəlif tapşırıqlarla yüzlərlə təhsil
lövhəcikləri çıxarılmışdır. Burada təhsilin bütün mərhələləri öz
əksini tapmışdır. Bu cür palçıq “dəftərciklər” şumer məktəblərində
qəbul olunmuş təhsil sistemi və orada öyrənilən proqram haqqında
maraqlı nəticələr çıxarmağa imkan verir. Xoşbəxtlikdən müəllimlərin
özləri də məktəb həyatından yazmağı sevirdilər. Belə yazılardan bir
çoxu hissə-hissə olsa da saxlanılmışdır. Bu yazılar və təhsil
lövhəcikləri şumer məktəbi, onun vəzifələri və məqsədləri, şagirdləri
və müəllimləri, təhsilin proqram və metodları haqqında kifayət qədər
tam təsəvvür yaradırlar. Bəşəriyyət tarixində bu yeganə haldır ki,
uzaq keçmiş dövrün məktəbləri barədə biz çox şeylər öyrənə bilirik.
İlkin dövrdə şumer məktəbində təhsilin məqsədi ölkənin
təsərrüfat və inzibati həyatına lazım olan, ən başlıcası, saraylar və
məbədlər üçün mirzələr hazırlamaq olmuşdur. Şumerin mövcud
olduğu bütün dövrdə bu, mərkəzi vəzifə olmuşdur. Məktəb
şəbəkəsinin, həmçinin təhsil proqramının genişlənməsi ilə əlaqədar
tədricən məktəblər Şumer mədəniyyəti
və biliyi ocaqlarına
çevrilmişdir. Onlarda hərtərəfli “alim” tipi - o dövrdə mövcud olan
ilahiyyat, botanika, zoologiya, mineralogiya, coğrafiya, riyaziyyat,
qrammatika və linqvistika üzrə biliklərin hamısından xəbərdar olan
mütəxəssis formalaşırdı. Hətta belə alimlər öz dövrlərinin biliklərini
zənginləşdirirdilər.
Nəhayət, müasir təhsil müəssisələrindən fərqli olaraq şumer
məktəbləri özünəməxsus ədəbiyyat mərkəzləri idi. Burada təkcə
keçmişin abidələrini öyrənib, surətini çıxarmır, həmçinin yeni əsərlər
yaradırdılar.
Bu məktəbləri bitirən şagirdlərin çoxu, bir qayda olaraq,
saraylarda və məbədlərdə yaxud varlı və tanınmış adamların
təsərrüfatlarında mirzəlik edirdilər, lakin onların müəyyən hissəsi öz
həyatlarını elmə və müəllimliyə həsr edirdilər. Bizim günlərin
15
universitet professorları kimi, qədim alimlərin çoxu da müəllimlik
fəaliyyəti ilə özünə çörək qazanır, boş vaxtlarım araşdırmalara, ədəbi
yaradıcılığa həsr edirdilər.
Şumer məktəbi, göründüyü kimi, başlanğıcda məbədin
əlavəsi kimi meydana gəlmiş, vaxt ötdükcə ondan ay nimiş və onun
proqramı təmiz aristokrat xarakteri almışdır. Ona görə də, yəqin ki,
müəllimin əməyinin dəyəri şagirdlərin təhsil haqqı hesabına
ödənilirdi.
Təbii ki, Şumerdə ümumi və icbari təhsil yox idi. Şagirdlərin
çoxu varlı ailələrin uşaqları idi, çünki uzun müddətli təhsil üçün
kasıblara pul və vaxt tapmaq asan deyildi. Assiroloqlarm çoxdan bu
nəticəyə gəldiklərinə baxmayaraq (bu ancaq hipoteza idi) 1946-cı
ildə alman assiroloqu Nikolaus Şneyder onu həmin dövrün
sənədlərinə əsaslanan ağıllı dəlillərlə möhkəmləndirmişdir. Dərc
olunmuş, təxminən e. ə. 2000-ci ilə aid minlərlə təsərrüfat və inzibatı
lövhəciklərdə təxminən 500 mirzənin adı çəkilir. Onların bir çoxu
səhv etməmək naminə öz adları ilə yanaşı atalarının adlarını da
yazmış və onların peşələrini göstərmişlər. N. Şnayder bütün
lövhəcikləri araşdıraraq müəyyən etmişdir ki, bu mirzələrin ataları
(təbii ki, onların hamısı məktəbdə oxumuşlar) hökmdar, “şəhər
ataları”, diplomatlar, məbəd idarəçil əri, hərbi rəislər, gəmi kapitanları,
yüksək vergi məmurları, müxtəlif rütbəli kahinlər, podratçılar,
nəzarətçilər, mirzələr, arxiv müdirləri, hesabdarlar olmuşlar Başqa
sözlə, mirzələrin atalan daha varlı şəhərlilər olmuşlar. Maraqlıdır,
sənədlərin heç birində qadın - mirzənin adına rast gəlmək olmur,
görünür, şumer məktəblərində ancaq oğlan uşaqları oxuyurdular1.
Məktəbin başında həm də “məktəb atası” adlandırılan
“ummia” (elmli adanı, müəllim) dayanırdı. Şagirdlər “məktəb
oğulları”, müəllimin köməkçisi isə ‘ böyük qardaş” adlanırdı Onun
vəzifəsi sonradan şagirdlərin üzlərini köçürdükləri kalliqrafık
lövhəcik - nümunələr hazırlamaq idi Yazılı tapşırıqları yoxlamaq,
şagirdləri əzbərlədikləri dərsi danışmağa məcbur etmək də onun
vəzifəsinə daxil idi.
Müəllimlərin sırasında rəsm müəllimi və şumer dili müəllimi,
davamiyyətə nəzarət edən hami “dəyənək çəkən” (görünür, məktəbdə
16
intizama cavabdeh nəzarətçi) adlandırılan nəzarətçi çalışırdı.
Oniann hansının rütbəsinin yüksək olduğunu demək çətindir, ancaq
biz bilirik ki, “məktəb atası” onun faktiki direktoru hesab olunurdu.
Məktəb personalının yaşayış mənbəyi barədə bizə heç nə məlum
deyil. Güman ki, “məktəb atası” toplanmış təhsil haqqının ümumi
məbləğindən hər kəsin payını ödəyirmiş.
Məktəb
proqramına gəlincə,
əlimizdə həmin məktəb
lövhəciklərindən toplanmış zəngin material vardır. Qədim tarixdə bu,
çox nadir faktdır. Ona görə də dolayı faktlara yaxud qədim
müəlliflərin əsərlərinə müraciət etməyə lüzum yoxdur. “Birinci
siniflərin” qaragülündən tutmuş “luraxılılann” işlərinə qədər
şagirdlərin lövhəcikləri ən yaxşı ilkin mənbələridir. Bunlar o
dərəcədə təkmildir ki, müəllimlərin yazdıqları lövhəciklərdən
fərqləndirmək çətindir.
Bu işlər təhsil kursunun iki əsas proqram üzrə aparıldığını
təsdiq etməyə imkan yaradır. Birinci elm və texnikaya cəzb edirdi,
o4® ikinci isə ədəbi proqram kimi yaradıcılıq qabiliyyətini inkişaf
etdirirdi.
Birinci proqramdan danışarkən qeyd etmək lazımdır ki, o,
elmə can atmaq, həqiqəti dərk etmək ehtiyacından yaranmırdı. Bu
proqram təhsil prosesinə tədricən daxil olurdu, əsas vəzifəsi isə
şumer yazısını öyrətmək idi. Şumer müəllimləri təhsil sistemini bu
əsas vəzifədən çıxış edərək formalaşdırırdılar, həmin sistem linqvist
təsnifata əsaslanırdı. Şumer dilinin leksikası onlar tərəfindən sözün
və ifadənin ümumi fikirlə əlaqələndirildiyi qruplara bölünürdü. Bu
söz qrupları şagirdlər müstəqil ifadə edənə qədər əzbərlənir və
köçürülürdü. Ancaq e. ə. III minillikdə bu cür “öyrənilmiş mətnlər”
nəzərə çarpacaq dərəcədə genişlənir və Şumerin bütün məktəblərində
qəbul olunan nisbətən stabil dərs vəsaitlərinə çevrilir.
Mətnlərin birində - ağacların və qarğı - qamışlann,
ikincisində - cürbəcür canlı varlıqların (heyvanların, həşəratların və
quşların),
üçüncüsündə
-
ölkələrin,
şəhərlərin,
kəndlərin,
dördüncüsündə - daşların və mineralların adlarının uzun siyahıları
verilir. Bu cür siyahılar şumerlərin_“botanika”, “zoologiya”,
“coğrafiya”, və “miüOjfalogjiygf,ilsafeşigç(q,,^i1fgj'^t qədər məlumatlı
Dostları ilə paylaş: |