Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

69 



Bayrağıdır. Lövbər ağ fonda yerləşir və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət 

Bayrağına uyğun gələn üçrəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnmişdir. 

Bayrağın eninin uzunluğuna nisbəti - 1:1,5-dir; mavi zolaqların eni - bayrağının eninin 7/100-dir; zolaqlar 

arasında  məsafə  -  bayrağın  eninin  1/10-dir;  bayrağın  yuxan  kənarından  yuxarıdakı  zolağa  qədər  məsafə  - 

bayrağın eninin 1/4-dir; dəfnə çələnginin ən iri diametri - bayrağın eninin 1/2-dir; çələngin eni - bayrağın eninin 

1/20-dir;  dəfnə  çələnginin  aşağı  nöqtələri  ensiz  mavi  zolağın  yuxarı  kənarından  bayrağın  eninin  1/5-i  qədər 

məsafədədir. 

7.  Azərbaycan  Respublikası  Hərbi-Dəniz  Qüvvələri  qərargahı  rəisinin  Bayrağı  -  Azərbaycan 

Respublikasının  bir  üfüqi  mavi  zolaqlı  Hərbi-Dəniz  Bayrağıdır.  Lövbər  ağ 

fonda yerləşir və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının 

Dövlət  Bayrağına  uyğun  gələn  üçrəngli  lent  yerləşdirilmiş  qızılı  rəngli  dəfnə 

çələngi ilə haşiyələnmişdir.

 

 



Bayrağın eninin uzunluğuna nisbəti - 1:1,5-dir; mavi zolağın eni bayrağın 

eninin 7/100-dir; bayrağın yuxarı kənarından yuxarıdakı zolağa qədər məsafə - 

bayrağın eninin 7/20-dir; dəfnə çələnginin ən iri diametri - bayrağın eninin 1/2-

dir;  çələngin  eni  -  bayrağın  eninin  1/20-dir;  dəfnə  çələnginin  aşağı  nöqtələri 

ensiz mavi zolağın yuxarı kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir. 

8.  Gəmilər  birləşməsi  komandirinin  Bayrağı  -  aşağısında  rəng 

qammasına  görə  Azərbaycan  Respublikasının  Dövlət  Bayrağına  uyğun 

gələn  üç-rəngli  lent  yerləşdirilmiş  qızılı  rəngli  dəfnə  çələngi  ilə 

haşiyələnmiş 

lövbərli 

Azərbaycan 

Respublikasının 

Hərbi-Dəniz 

Bayrağıdır.

 

 



Bayrağın  eninin  onun  uzunluğuna  nisbəti  -  1:1,5-dir;  dəfnə 

çələnginin ən iri diametri - bayrağın eninin 1/2-dir; çələngin eni - bayrağın 

eninin 1/20-dir; dəfnə çələnginin aşağı nöqtələri ensiz mavi zolağın yuxarı 

kənarından bayrağın eninin 1/5-i qədər məsafədədir. 



9.  Gəmilər  birləşməsi  komandirinin  breyd-

vımpeli - şüalı Azərbaycan Respublikasının Dövlət 

Bayrağına  uyğun  gələn  üçrəngli  düzbucaqlı 

qumaş-h 


kiçildilmiş 

ölçülü 


Azərbaycan 

Respublikasının Hərbi-Dəniz Bayrağıdır. 

Breyd-vımpelin  uzunluğunun  bayrağın  eninə  nisbəti  -  5:1-dir.  Şüaların  kəsiyinin  uzunluğu  bayrağın 

uzunluğuna bərabərdir. Şüaların yayılması bayrağın eninin 1/2-nə bərabərdir. 



10.  Gəmilər  divizyonu  komandirinin 

breyd-vımpeli 

şüaları 


göy 

rəngli 


düzbucaqlı  qumaşlı  kiçildilmiş  ölçüdə 

Azərbaycan  Respublikasının  Hərbi-Dəniz 

Bayrağıdır.

 

 



Breyd-vımpelin 

uzunluğunun 

bayrağın  eninə  nisbəti  -  5:1-dir.  Şüaların  kəsiyinin  uzunluğu  bayrağın  uzunluğuna  bərabərdir.  Şüaların 

yayılması bayrağın eninin 1/2-nə bərabərdir. 



11.  Reyd  böyüyünün  breyd-vımpeli  -  ağ  rəngli  düzbucaqlı  qumaşlı  kiçildilmiş  ölçüdə  Azərbaycan 

Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

 

 

Breyd-vımpelin  uzunluğunun  bayrağın 



eninə  nisbəti  5:l-dir.  Şüaların  kəsiyinin 

uzunluğu  bayrağın  uzunluğuna  bərabərdir. 

Şüaların  yayılması  bayrağın  eninin  1/2-nə 

bərabərdir. 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

70 



Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin Bayrağı haqqında  

Azərbaycan Respublikasının Qanunu  

(4 noyabr 1997) 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



1. "Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin Bayrağı haqqında" Əsasnamə təsdiq edilsin (əlavə 

olunur). 

2.    Azərbaycan  Respublikası  Hərbi-Hava  Qüvvələrinin  Bayrağının  təsviri  və  şəkli  təsdiq  edilsin  (əlavə 

olunur). 



 

Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 4 noyabr 1997-ci il  

№ 392-IQ 

 

* * * 

 

Azərbaycan Respublikasının Hərbi-Hava Qüvvələrinin Bayrağı haqqında  



Əsasnamə 

"Azərbaycan Respublikası 

Hərbi-Hava Qüvvələrinin 

bayrağı haqqında" Qanuna 

1 nömrəli Əlavə 

 

1. Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, 



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, qanını və 

canmı  belə  əsirgəmədən  onu  mərdlik  və  bacarıqla  müdafiə  etmək,  doğma  torpağın  hər  qarışını  düşməndən 

qorumaq borcunu xatırlatmaq üçündür. 

2.    Azərbaycan  Respublikasının  Hərbi-Hava  Qüvvələrinin  Bayrağı  start  komanda  məntəqəsində, 

idarəetmə  məntəqələrində, poliqonlarda,  eləcə  də  HHQ  Hərbi  hissə  komandirinin  əmri  ilə təyin  edilmiş  digər 

yerlərdə aşağıdakı hallarda qaldırılır: 

1) uçuşların başlanması ilə; 

2) döyüş növbətçiliyinə başlayanda

3) Azərbaycan Respublikasının dövlət bayramları günlərində; 

4)  Azərbaycan  Respublikası  Prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri,  Azərbaycan 

Respublikasının Baş naziri və Azərbaycan Respublikası Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini 

və Nazirlər Kabinetini təmsil edən digər şəxslər hərbi hissələrə gələndə; 

5) HHQ Hərbi hissələrinə dövlət mükafatları təqdim ediləndə; 

6) Azərbaycan Respublikası müdafiə nazirinin əmri əsasında digər bayram və xatirə günlərində. 

HHQ-nin  Hərbi  hissəsi  bütün  silahlı  qüvvələr  və  qoşun  növlərinin  iştirak  etdiyi  paradda  iştirak  edərkən 

HHQ-nin ağaca bərkidilmiş bayrağı HHQ Hərbi hissəsinin döyüş bayrağından qabaqda aparılır. 

 

* * * 

 

Azərbaycan Respublikasının Hərbi-Hava Qüvvələri Bayrağının 



təsviri 

"Azərbaycan Respublikası 

Hərbi-Hava Qüvvələrinin 

Bayrağı haqqında" Qanuna 

2 nömrəli Əlavə 

 

Azərbaycan  Respublikası  Hərbi-Hava  Qüvvələrinin  Bayrağı  eninin  uzunluğuna  nisbəti  2:3  olan  qısa 

sərbəst tərəfi qızılı saçaqlı düzbucaqlı mavi qumaşdan ibarətdir. 

Bayrağın ortasında yuxarı yönəldilmiş iti uclarının arasında ağ rəngli səkkizguşəli ulduz olan ağ aypara 

yerləşmişdir. Ulduzlu aypara əsas köndələn oxdan eyni məsafədə yanlara açılmış qanadlarla saxlanılır. 

Aypara  ətrafında  çəkilmiş dairənin  diametri  bayrağın  eninin 1/5-nə  bərabərdir; ulduzun  ətrafına çəkilən 

dairənin  diametri  bayrağın  eninin  1/10-nə,  daxilinə  çəkilmiş  dairənin  diametri  isə  1/20-nə  bərabərdir;  açılmış 



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə