Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə9/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

Heç  də təsadüfi  deyil  ki  Azərbaycan  bu  problemi  BMT-nin 
Baş  Məclisinin  sessiyasının  müzakirəsinə  çıxartmağa  məcbur 
idi.  BMT-nin  qərarlarında  Ermənistan  tərəfindən  işğal  olunmuş 
azərbaycan torpağlarında yanğınların törədilməsi ilə bağlı  müva­
fiq müddəalar da öz əksini tapmışdır.

sentyabr 2006-cı  ildə  keçirilmiş özünün  61-ci  sessiyasının 
98-cı  plenar  iclasında  BMT-nin  Baş  Məclisi  60/285“Azərbay- 
canın  işğal  olunmuş  ərazilərində  vəziyyət"’  adlı  qətnamə  qəbul 
etmişdir.  Bu  qətnamə  erməni  işğalçılarının  Qarabağda  və  ona 
bitişik  olan  ərazilərdə  törətdikləri  yanqınlarla  bağlı  yaranmış 
vəziyyətə  həsr  olunmuşdur  (sənəd  A/60/L.60/Rev.2).  Qətnamə 
BMT-nin  Baş  Məclisi  tərəfindən  baş  komitələrə  verilmədən 
qəbul  olunmuşdur.  BMT  Baş  Məclisinin  7  sentyabr  2006-cı  il 
tarixli  60/285  qətnaməsinin  həm  adında,  həm  də  mətnində 
“Azərbaycanın  işğal  olunmuş  əraziləri’"  düsturu  öz  əksini  tap­
mışdır [56]
Qətnamənin  adı  öz-özlüyündə  çox  məqamlardan  məlumat 
verir.  Qətnamənin  adından  görüldüyü  kimi  dünya ölkələr  birliyi 
hüquqi  cəhətdən azərbaycan torpağlarının  işğal  olunması  faktını 
etiraf edilir.  [100\
Qətnamədə deyilir ki, “BMT-nin  Baş Məclisi  geniş miqyaslı 
iqtisadi ziyan vurmuş yanğınlardan ciddi  narahatdır və zərər çək­
miş  ərazilərdə  yanğınların  söndürülməsi  və  onların  nəticələrinin 
aradan  qaldırılması  məqsədilə  təcili  təbiətqoruyucu  tədbirlərin 
həyata keçirilməsi zərurətini qeyd edir”.  [/5]
BMT-nin  Baş  Məclisinin  sessiyasında  ATƏT-in  Minsk  qru­
punun  üç  həmsədrləri  bəyanatla  çıxış  etdilər və  qeyd  etdilər  ki. 
“Biz  Dağlıq  Qarabağın  ətrafında  Azərbaycanın  işğal  olunmuş 
ərazilərinin  şərq  hissəsində  yanğınlarla  bağlı  Azərbaycan 
hökumətinin  təqdim  etdiyi  məlumatları  diqqətlə  tədqiq  etdik.
34
Biz xüsusilə qeyd edirik ki, bu rayonlarda təbii və suni xarakterli 
yanğıllar  mütəmadi  hal  daşıyır  ”.  [16]  Bu  qətnamənin  müsbət 
halı  ondan  ibarətdir ki,  qətnamədə  Azərbaycan  ərazilərinin işğal 
olunması  faktı  öz  əksini  tapmışdır.  Lakin  erməni  tərəfinin  əks 
hərəkətlərinin  nəticəsində  qətnamədə 
bu  ərazilərin  kim 
tərəfindən  və  nə  vaxt  işğal  olunması  əks  olunmamışdır.  ATƏT- 
in  Minsk  qrupunun  həmsədrlərinin  bəyanatlarının  müsbət  halı 
ondan  ibarətdir  ki,  yanğıllarm  təkcə  təbii  deyil,  həmdə  suni 
xarakter  daşıdığı  qeyd  olunur,  yəni  həmsədrlər  faktiki  olaraq 
işğal  olunmuş  Azərbaycan  ərazilərində  ermənilər  tərəfinin  yan- 
ğılların tərətdiyi  faktları təsdiqlədilər.
Təbii  ki,  belə  hüquqazidd  əməllərə  görə  beynəlxalq  hüquqi 
məsuliyyət  bütövlükdə  Ermənistan  Respublikasının  üzərinə  dü­
şür.  «Yanğın  törədilən  Dağlıq  Qarabağ  ərazisinə  və  ona  yaxın 
olan  ərazilərə görə  məsuliyyəti  Ermənistan  daşıyır.  Kim  nəzarət 
edirsə  o  da  məsuliyyət  daşıyır.  Hazırki  halda  söhbət  Ermənis­
tandan gedir»  - Rusiyanın  Azərbaycandakı  səfiri  Vasiliy İstratov 
ədalətli olaraq qeyd edir.  |/ 7 |

ikrimizcə,  BMT-nin  Baş  Məclisinin aşağıda göstərilən qət­
naməsini  xüsusi  qeyd  etmək  lazımdır.  BMT-nin  Baş  Məclisi  14 
mart  2008-ci  ildə  özünün  62  sessiyasında  “Azərbaycanın  işğal 
olunmuş ərazilərində  vəziyyət” adlı  qətnamə  qəbul  etmişdir (sə­
nəd  A/62/L.42).  Qətnamədə onun  beynəlxalq  tanınmış sərhədlər 
çərçəvəsində  Azərbaycan  Respublikasının  suverenliyinə və ərazi 
bütövlüyünə  dəstək  verilməsi  və  daimi  hörmət  edilməsi 
haqqında  deyilir  və  Azərbaycan  Respublikasının  bütün  işğal 
olunmuş ərazilərindən  bütün  erməni  qüvvələrinin  dərhal, tam  və 
şərtsiz  çıxarılması  tələb  olunur.  Qətnamə  o  fakta  əsasianır  ki, 
heç  bir  dövlət  Azərbaycan  Respublikasının  ərazilərinin  işğal 
olunması  nəticəsində  yaranmış  vəziyyəti  qanuni  saymamalıdır
35


və  belə  vəziyyətin  saxlanılmasına  kömək  etməməlidir  [1S\.  Bu 
qətnamə  xüsusi  əhəmiyyətə  malikdir.  Qətnamədə  yenidən onun 
beynəlxalq-tamnmış  sərhədləri  çərçivəsində  Azərbaycan  Res­
publikasının ərazi  bütövlüyünün dəstəklənməsinə və suverenliyi­
nə  daimi  hörmət  edilməsi  bəyan  edilir  və  Azərbaycan  Res­
publikasının  bütün  işğal  olunmuş  ərazilərindən erməni  qüvvələ­
rinin  qeyd-şərtsiz  çıxardılması  tələb  olunur.  Bu  sənəddə  həmdə 
Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərindən  qo­
vulmuş  əhalinin  öz  evlərinə  qayıtmasına  olan  ayrılmaz  hüququ 
təsdiqlənir və belə qayıdış üçün lazımi  şəraitin, o cümlədən, mü­
daxilədən  zərər  çəkmiş  ərazilərin  hərtərəfli  reabilitasiyası  daxil 
olunmaqla,  yaradılması  zərurəti  qeyd  olunur.  Bununla  yanaşı, 
Azərbaycan Respublikasının Dağlıq  Qarabağ regionunda erməni 
və  azərbaycan  icmaları  üçün  normal,  təhlükəsizlik  və  bərabər 
yaşayış  şəraitinin təmin edilməsi  zərurəti  etiraf edilir.  Bu  isə  bu 
regionda  Azərbaycan  Respublikasının  hüdudları  çərçivəsində 
özünü  idarəetmə  effektiv  demokratik  sistemin  yaradılması 
imkanı  yaradacaqdır.  Sənəddə  həmdə  xüsusi  qeyd  olunur  ki, 
Azərbaycan 
Respublikasının 
ərazilərinin 
işğal 
olunması 
nəticəsində  yaranmış  vəziyyətin  qanuni  olmasını  heç  bir  dövlət 
tanımamalıdır  və  belə  vəziyyətin  saxlanılmasına  kömək  və  ya 
yardım etməməlidir.
Qeyd etmək  lazımdır ki,  bu  qətnamə  birdəfəlik  xarakter da­
şımır.
Qətnamənin  8  bəndində  BMT-nin  Baş Katibindən  bu qətna­
mənin  həyata  keçirilməsinə  dair  hərtərəfli  mənizə  təqdim  edil­
məsi  xahişi  əks olunmuşdur.  Bundan əlavə, qətnamənin  9  bəndi 
“Azərbaycanın  işğal  olunmuş  ərazilərində  vəziyyət”  adlı  mə­
sələni  Baş  Məclisin  63-cü  sessiyasının  gündəliyinə  salınmasını 
nəzərdə tutur.
36
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  qətnamələrlə  yanaşı 
BMT-nin  Baş  Məclisi,  Ermənistanın  və  onun  himayədarlarının 
bütün əks hərəkətlərinə, tədbirlərinə baxmayaraq  QU AM ölkələ­
rinin təşəbbüsü ilə qaldırılmış keçmiş SSRİ ərazisində dondurul­
muş  münaqişələr  haqqında  “QUAM  məkanında  uzadılmış  mü­
naqişələr və  beynəlxalq  sülhə,  təhlükəsizliyə  və  inkişafa onlann 
təsiri” adlı məsələnin öz 61-ci sessiyasının gündəliyinə salınması 
haqqında  qərar  qəbul  etdi.  [79].  Sonradan  bu  məsələ  BMT-nin 
Baş  Məclisinin  62-ci,  daha  sonra 63-cü  və  64-cü  sessiyalarının 
və yenidən 65-cü sessiyasının gündəliyinə salındı.
Fikrimizcə,  yuxanda  qeyd  edilənlərdən  belə  bir  nəticəyə 
gəlmək olar ki,  BMT-nin Təhlükəsizlik Şurasının  və Baş Məcli­
sinin rəsmi sənədlərində:
1)  Dağlıq  Qarabağ  Azərbaycanın  bir  regionu  kimi  tanınır. 
BMT-nin  sənədlərində  birmənalı  olaraq  Dağlıq  Qarabağ  regio­
nunun  Azərbaycana  mənsub  olmasını  təsdiq  edilir.  Bu  hal,  əda­
lətli  olaraq,  beynəlxalq  hüquq  ədəbiyyatında  da  qeyd  olunur. 
[82, 44;  105]
2) Azərbaycan ərazilərinin  işğal olunması  faktı etiraf edilir;
3) aparılmış etnik təmizləmə nəticəsində azərbaycan əhalisi­
nin  qovulmasından  sonra Dağlıq Qarabağ ərazisində qalmış əha­
li  təbiətdə  mövcud  olmayan  “Dağlıq  Qarabağ  xalqı”  kimi  yox, 
“Azərbaycan  regionunun  dağlıq  qarabağ  erməniləri”  kimi  ta­
nınır;
4)  regionda  olan  bütün  dövlətlərin  suverenliyi  və  ərazi  bü­
tövlüyü və beynəlxalq  sərhədlərin toxunulmazlığı  və ərazinin əl­
də  edilməsi  üçün  gücdən  istifadə  edilməsinin  yolverilməzliyi 
təsdiqlənir;
5)  Azərbaycanın  işğal  olunmuş  bütün  rayonlarından  işğalçı 
qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur;
37


Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə