Azərbaycanın çay sulan resurslarının təxminən 70% tranzit
çaylar hesabına formalaşır. Çay sularının çirklədilməsi ilə
mübarizə üzrə bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur
ki, digər dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli
dərəcədə çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli
dərəcədə zərər vurulması beynəlxalq hüquq normalannın ciddi
şəkildə pozulması deməkdir.
Ölkələr arasında dövlət sərhədinin rejimi haqqında bir çox
sazişlərdə nəzərdə tutulur ki, əgər sərhəd yaxınlığında yanğınlar
baş verərsə, öz ərazisində yanğın baş vermiş tərəf belə yanğının
söndürülməsi və yanğının sərhəddən keçib digər dövlətin əra
zisinə yayılmaması üçün bütün mümkün olan tədbirlərə əl at
masına borcludur. Lakin tamamilə əksi baş verir. İşğal olunmuş
azərbaycan ərazilərində erməni tərəfinin özü qəsdən yanğınlar
törədir. Çox guman ki, bütün sərhəd xətti üzrə erməni tərəfindən
törədilən belə yanğınlar hərbi məqsəd güdür. Ola bilər ki,
ermənilər azərbaycan ordusunun bütün hərəkətlərinin dəqiq iz
lənməsi üçün ərazinin təmizlənməsinə can atırlar. Belə qəsdən
törədilən yanğınlar həmdə Azərbaycanın öz nəzarəti altında olan
ərazilərə də əhəmiyyətli zərər vurmuşdur. Yanğınların nəticəsi
kimi torpaq eroziyaya məruz qalır, bu ərazilərin unikal bitki və
heyvan aləmi məhvolma təhlükəsi altına düşür.
Bundan əlavə, erməni təcavüzü nəticəsində işğal altında 280
min meşə sahəsi (Azərbaycanın meşə örtüyü olan 25% sahəsi), 2
dövlət qoruğu və 4 müvəqqəti qoruq qalmışdır.
Erməni təcavüzkarları tərəfindən bütün zəbt edilmiş ərazi
lərdə “yandırılmış torpaq və etnik təmizləmə” siyasəti həyata ke
çirilmişdir.
Erməni qəsbkarları tərəfindən Azərbaycanın təbiətinə aid
planlaşdırılmış ekosid siyasəti həyata keçirilir. İşğal edilmiş
18
Azərbaycan ərazilərində meşələrin qırılması və məhv edilməsi
hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə
1993-cü ildə işğal edilmiş ərazilərdən Ermənistana 206.6 min
kub m qiymətli ağac növləri aparılmışdır.
İşğal edilmiş regionun faunasına da əvəzolunmayan zərər
vurulmuşdur. Regionun bioloji müxtəlifliyi təhlükə altındadır,
çünki bir çox növü qirmizi kitaba salınmış faunanın nəzarətsiz
məhv olunması prosesi gedir. İşğal edilmiş ərazilərdə Ermənis
tan təbii ehtiyatlan yirticıcasma istismar edir. İşğal olunmuş La
çın rayonunda təbii qoruq məhv edilir. Bu qoruğda yerləşən Ha-
cışamlı meşəsində ermənilər, sonradan xaricə satış məqsədilə,
qırmızı palıdın qınlması və tədarük edilməsi ilə məşğuldurlar.
Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ mebel
və parketin hazırlamasında əvəzsiz olan Bəsitçay qoruğu əra
zisində bitən genişyarpağlı palıd meşələri, çinar və qoz ağaclan
da qirilir. Sahəsi 240 hektar olan Qaragöl qoruğu da tamamilə
məhv olunma ləhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki
növlərinə və 27 bitki ailələrinə mənsub olan bitkilər var idi.
Sahəsi 13160 hektar meşə təsərrüfatı olan Qubadlıda da me
şələr tamamilə məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edil
miş ərazilərdən 720 min kub m ağac tədarük etmişlər. Erməni
qəsbkarları tərəfindən işğal edilmiş ərazilərdə regionun mineral
resurslarının vəhşicəsinə istismar edilməsi və dağıdılması
siyasəti həyata keçirilir. İşğal edilmiş rayonların 2 qızıl, 4 civə, 2
xromit, 1 qurquşun-sink, 1 mis və 1 surma mədənlərində
çıxarılan faydalı mineral resursları Ermənistanın zənginləşdirici
emal müəssisələrinə daşınır. Azərbaycanın işğal edilmiş ərazi
lərində Ermənistan tərəfindən aparılan qanunazidd siyasətin
nümunəsi kirni Kəlbəcərdə yerləşən Söyüdlü qızıl mədənin birgə
işlədilməsinə və istismar edilməsinə dair Kanadanın “First
19
Dinesty Mines” şirkəti ilə bağlanılan müqaviləni göstərmək olar.
Ermənistan bu mədənlərdən ildə 13 ton qizil çıxardır. Erməni
işğalçıları həmdə Zəngilan və Kəlbəcərdə yerləşən “Vəcnəli” və
“Qızıl bulaq” qızıl mədənlərini də qanunsuz istismar edirlər.
Azərbaycanın BMT-də Daimi Nümayəndəliyinin BMT Baş
Katibinə ünvalandığı 26 Oktyabr 1996-cı il tarixli məktubunda
göstərilir ki, ilkin və axıra qədər müəyyən olunmayan məlumat
lara görə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəti
cəsində vurulmuş maddi və mənəvi zərərin ümumi dəyəri on
milyardlarla ABŞ dolları təşkil edir. [107] Digər mənbələrdə bu
rəqəm 60 mlrd, çox ABŞ dolları həcmində qiymətləndirilir.
[110, 111] İslam Konfransı Təşkilatının sənədlərində də bu rə
qəm, yəni 60 mlrd. ABŞ dolları həcmində göstərilir. Məsələn,
13-14 Mart 2008 keçirilmiş İslam Konfransı Təşkilatının On Bi
rinci Zirvə Görüşündə (“Müsəlman Umması 21-ci əsrdə”) qəbul
olunmuş “Üzv ölkələrə, İKT üzvü olmayan ölkələrə və müsəl
man icmalanna iqtisadi yardım göstərilməsinə aid fəaliyyət haq
qında” adil 2/11-E (IS) nömrəli qətnaməsinin Azərbaycana aid
olan hissəsində qeyd edilir ki, Ermənistan tərəfindən işğal edil
miş ərazilərdə Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 60
mlrd. ABŞ dollarıdır. [122]
Fikrimcə bu rəqəm tam deyil, çünki bu illər ərzində əldə
edilməmiş mənfəət nəzərə alınmayıb. Hesablamalar bu günə ye
nidən aparılsa, əldə edilməmiş mənfəət nəzərə alınmaqla, bu rə
qəm 220 mlrd. $ civarındadır. [129, 363J
Qeyd etmək lazımdır ki, beynəlxalq hüquqda bir neçə dəfə
kodifikasiya etmək cəhdlərinə baxmayaraq, dövlətlərin məsuliy
yətini nizamlayan beynəlxalq hüquq normaların mənşəyi əsasən
adətdir.
BMT-nin Beynəlxalq Hüquq Komissiyası dövlətlərin məsu
20
liyyətinə dair normaların kodifıkasiyası üzrə öz işinə 1956-cı il
də başladı və yanlız 2001-ci ildə “Beynəlxalq hüquqazidd əməl
lərə görə dövlətlərin məsuliyyəti” adlı maddələr lahiyəsini qəbul
etdi. BMT Baş Məclisi 12 dekabr 2001-ci ildə BMT-nin Bey
nəlxalq Hüquq Komissiyası tərəfindən təqdim edilən bu layihəyə
baxaraq “dövlətlər arasında münasibətlərdə məsuliyyət möv-
züsünün böyük əhəmiyyətini” xüsusi qeyd edən qətnamə qəbul
etdi. Bu layihədə əks olunan maddələr nəzərə alınmış, əlavə
şəkildə qətnaməyə daxil edilmiş və “onların gələcəkdə qəbul
edilməsi və ya digər lazımi ölçüdə olması məsələsinə toxun
mayaraq hökumətlərin nəzərinə” təklif edilmişdir.
Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərər
belə zərərin tam həcmdə ödənilməsi zərurətini yaradır. Belə ki,
beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün
hüquqazidd əməli ilə digər dövlətə vurmuş ziyanı tam həcmdə
ödəməlidir. Onu da qeyd etmək lazımdır ki, vurulmuş ziyanın
tam həcmdə ödənilməsi öhdəliyi, həm beynəlxalq hüquqa, həm
də müxtəlif ölkələrin milli hüquq sistemlərinə xas olan, hüququn
ümumi bir prinsipidir. Beynəlxalq hüquqda bu prinsip hələm
XX əsrin əvvəlində öz təsdiqini tapmışdır. Məsələn, 1927-ci ildə
llorfusdakı fabrika haqqında iş üzrə beynəlxalq ədalət məh
kəməsinin Daimi Palatasının qərarını göstərmək olar. Bu qərarda
deyilir ki, “öhdəliyin pozulması nəticəsində ödəmənin adekvat
formada təmin edilməsi vəzifəsinin yaradılması beynəlxalq
hüququn prinsipidir", [108, 21] və daha sonra: “Ödəmə, nə
qədər bu mümkünsə, hüquqazidd əməlin bütün nəticələrini ləğv
etməlidir və, çox guman ki, əgər belə əməl törədilməsə idi,
mövcud olmalı olan vəziyyəti bərpa etməlidir”. [108, 47] Bu
prinsip beynəlxalq hüququn subyekti olan beynəlxalq dövlət-
lərarası təşkilatların qərarlarında da öz əksini tapmışdir. Məsə
21
Yüklə Dostları ilə paylaş: |