Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
1
Azərbaycan Respublikası Mərkəzi Bankı
“Mərkəzi Bank və İqtisadiyyat”
JURNALI
məqalələr və tədqiqat işləri silsiləsi
© II rüb, 2014-cü il
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
1
MÜNDƏRİCAT
N.Əliyev, A.Qasımov, Ş.Adıgözəlov
İDXAL VƏ İXRACIN TƏLƏB VƏ MƏZƏNNƏ ELASTİKLİYİ .................................. 2
G.Tahirova
DÖVLƏT XƏRCLƏRİ VƏ İQTİSADİ ARTIM ARASINDA ƏLAQƏLƏRİN
NƏZƏRİ-EMPİRİK TƏDQİQİ ................................................................................23
C.Abbasov
KREDİT RİSKLƏRİ: Z-KƏMİYYƏTİ YANAŞMASI ................................................30
A.Məmmədova, L.Yusİfzadə
BANK SİSTEMİNDƏ FAİZ RİSKİNİN ÖLÇÜLMƏSİ .............................................37
L.Yusifzadə, A.Məmmədova
NAĞDSIZ ÖDƏNIŞLƏRIN INKIŞAF SƏVIYYƏSININ İQTİSADİ ARTIMA
TƏSİRİ ....................................................................................................................49
S.Huseynov, V.Ahmadov
CURRENCY SUBSTITUTION IN AN OIL-RICH CIS COUNTRY: THE CASE OF
AZERBAIJAN .........................................................................................................59
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
2
N.Ə
L IYE V
,
A.Q
AS IMO V
,
Ş.A
DIG Ö ZƏL O V
İDXAL
VƏ
İXRACIN
TƏLƏB
VƏ
MƏZƏNN Ə
ELASTİKLİYİ
Xülasə
Tədqiqat işində Azərbaycanın 2001-2012-ci illər üzrə idxal və ixracın tələb və
məzənnə elastikliyi tədqiq edilmişdir. İdxal və ixrac göstəriciləri istehlak, aralıq və
kapital məhsulları qruplarına bölünərək ayrı-ayrılıqda qiymətləndirilmişdir.
Qiymətləndirmə üçün müqayisəli olaraq dəyişməyən effektlər (fixed effects), tam
modifikasiya olunmuş ən kiçik kvadratlar (FMOLS) və ümumiləşdirilmiş
momentlər metodu (GMM) kimi ekonometrik modellərindən istifadə olunmuşdur.
Nəticələr göstərir ki, ölkənin ümumi və komponentlər üzrə ixracı xarici tələbə daha
çox həssasdır və kəmiyyətcə çox yüksək müsbət elastikliyə malikdir. Kapital
əmtəələrinin ixracının artımına xarici bazarlarda tələbin artması və məzənnənin
möhkəmlənməsi tempi əhəmiyyətli təsir edir. İdxalda xüsusilə istehlak
məhsullarının idxalı kəmiyyətcə daha yüksək müsbət məzənnə elastikliyi nümayiş
etdirir.
Açar sözlər: idxal, ixrac, real ikitərəfli və effektiv məzənnə, daxili və xarici tələb
JEL təsnifatı: F1, F4
N.Aliyev, A.Gasimov, Sh.Adigozalov
Demand and exchange rate elasticity of import and export
Abstract
In this paper demand and exchange rate elasticity of import and export has been
investigated over the 2001-2012 years in the case of Azerbaijan. Estimations has
been done by decomposing import and export on consumption, intermediate and
capital goods. Fixed effect model, FMOLS as well as GMM has been employed as
a methology of this paper. Results shows that, export (total as well as its
components) has a higher positive foreign demand elasticity. Furthermore, growth
of capital export mainly influenced by increase in foreign demand as well as by the
exchange rate appreciation. Import of consumption goods also has a higher
exchange rate elasticity.
Key words: import, export, real bilateral and effective exchange rate, domestic and foreign
demand
JEL təsnifatı: F1, F4
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
3
Giriş
Ticarət balansı və makroiqtisadi dinamika arasında əlaqə XX əsrin ikinci yarısından
etibarən iqtisadiyyatda mərkəzi problemlərdən birinə çevrilmişdir. 2000-ci illərin
əvvəlləri və sonlarında baş verən maliyyə böhranlarından sonra beynəlxalq ticarətin
dinamikası və onun digər makroiqtisadi göstəricilərlə əlaqəsi yenidən diqqət
mərkəzinə qayıtmışdır.
XX əsrin sonlarından etibarən yenidən müstəqillik qazanan Azərbaycan
Respublikası dinamik inkişaf edərək dövrümüzdə Cənubi Qafqazın ən böyük
iqtisadiyyatına çevrilmişdir. Əldə olunan iqtisadi uğurların uzunmüddətli
perspektivdə dayanıqlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi
prioritet məsələlərdəndir. Bu baxımdan idxal və ixracın daxili və xarici tələbə,
həmçinin məzənnə dəyişikliklərinə elastikliyinin hesablanması mühüm vəzifədir.
İdxal və ixracın daxili və xarici tələbə və real effektiv məzənnənin dəyişməsinə
elastikliyinin hesablanması siyasət qərarlarının verilməsi baxımından da
əhəmiyyətlidir.
Bu tədqiqat işində Azərbaycanda idxalın daxili tələbə, ixracın hədəf bazarlarda olan
xarici tələbə və real məzənnəyə elastikliyi hesablanmışdır. Bu məqsədlə 30-dan çöx
ölkə seçilmiş və qiymətləndirmə hər bir ölkə və mal qrupları üzrə aparılmışdır.
İdxal ölkələrin sayı 29, ixrac olunan ölkələrin sayı isə 37-dir.
Daxili və xarici tələb üçün uyğun dəyişənlər kimi, müvafiq olaraq ölkəmizin və
tərəfdaş ölkələrin ümumi daxili məhsulu (ÜDM) götürülmüşdür. Məzənnəyə
elastikliyin hesablanmasında isə uyğun dəyişən kimi Azərbaycanın real effektiv
məzənnəsi çıxış edir.
Tədqiqat işində mövcud ədəbiyyat xülasəsi, əmtəələrin qruplaşdırılması qaydası,
istifadə olunmuş metodologiya və qiymətləndirmənin nəticələri verilmişdir.
Ə
dəbiyyat xülasəsi
İqtisadi ədəbiyyatda idxal və ixracın daxili və xarici tələbə, həmçinin real məzənnə
dəyişikliyinə elastikliyi barədə geniş tədqiqatlar mövcuddur. Ticarət balansının
makroiqtisadi göstəricilərlə əlaqəsini ilk dəfə Houthakker və Magee (1969) tədqiq
etmişlər. Onlar 15 inkişaf etmiş ölkənin timsalında idxal və ixracın qiymət
elastikliyi ilə yanaşı, həm də tələb elastikliyini də öyrənmişlər. Müəlliflər ticarət
balansının tələbə yüksək elastikliyini tapmışlar.
1-dən əhəmiyyətli dərəcədə böyük olan bu elastikliklərin müəyyən olunması
iqtisadi ədəbiyyatda əvəzlənmənin sabit elastikliyi nəzəriyyəsi ilə izah