Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2010, №1


Cədvəl Gübrə normalarının, suvarmaların və bitki sıxlığının bir qozadan çıxan xam pambığın kütləsinə təsiri (qramla)



Yüklə 314,77 Kb.
səhifə2/3
tarix10.11.2017
ölçüsü314,77 Kb.
#9229
1   2   3

Cədvəl

Gübrə normalarının, suvarmaların və bitki sıxlığının bir qozadan çıxan xam pambığın kütləsinə təsiri (qramla)


Variantlar




Mil regionu

Qarabağ regionu

Suvarma rejimi

Gübrə normaları (kq/ha)

Bitki sıxlığı min/ha

ədəd


İllər

İllər

2007

2008

2009

2007

2008

2009

1-3-0

adi su ilə suvarma



N200P175K50

100

4,8

4,9

4,8

4,6

4,7

4,6

160

4,7

4,7

4,6

4,3

4,4

4,3

N250P200K75

100

4,9

5,0

4,9

4,7

4,8

4,8

160

4,8

4,8

4,7

4,4

4,4

4,5

1-3-0 maqnitləşmiş su ilə suvarma

N200P175K50

100

5,2

5,1

5,0

4,8

4,9

4,9

160

5,0

4,9

4,9

4,5

4,5

4,6

N250P200K75

100

5,3

5,2

5,1

4,9

4,9

5,1

160

5,1

5,0

4,9

4,6

4,5

4,5

1-4-0

adi su ilə suvarma



N200P175K50

100

5,4

5,3

5,4

5,0

5,1

5,3

160

5,2

5,0

5,0

4,7

4,8

4,9

N250P200K75

100

5,5

5,5

5,6

5,2

5,2

5,5

160

5,3

5,3

5,2

4,8

4,9

4,9

1-4-0 maqnitləşmiş su ilə suvarma

N200P175K50

100

5,8

5,9

5,8

5,6

5,4

5,7

160

5,4

5,5

5,4

4,9

5,0

5,1

N250P200K75

100

5,9

6,0

6,1

5,8

5,6

5,8

160

5,6

5,7

5,8

5,0

5,2

5,4



NƏTİCƏ
Mil və Qarabağ bölgələrində pambıq bitkisinin bir qozasından çıxan xam pambığın kütləsini artırmaq üçün 1-4-0 maqnitləşdirilmiş su ilə suvarma aparmaq, hektara N250P200K75 kq gübrə norması vermək, 100 min ədəd bitki sıxlığı saxlamaq lazımdır.
ƏDƏBİYYAT
1. Ергобулов Ж. Продуктивность и качество семян и волокна сортов хлопчатника в зависимости от водно-питательного фактора и густоты стояния растений. Труды Каракальпокского НИИ земледелия. 1988, № 8. с. 118-125.

2. Seyidəliyev N.Y. Gübrə normalarının və suvarma rejiminin pambıq bitkisində bir qozadan çıxan xam pambığın kütləsinə təsiri. / AKTA-nın elmi əsərlər toplusu, Gəncə, 2004, s. 337-340.

3. Güləhmədov X.O., Ənnağıyev T.Ə. Bitki sıxlığı və gübrə normalarının pambığın məhsuldarlığına təsiri. // Azərbaycan Aqrar Elmi, Bakı, 1999, № 6, s. 78-82.

4. Hüseynova N.Y. Pambıq bitkisinin gübrələmə sistemi və qidalanma xüsusiyyətləri. / AzETP-nin əsərlər məcmuəsi, Gəncə, 2009, № 77, s. 63-66.


УДК 631.5

Влияние норм удобрения, режима орошения и густоты стояния растений на выход хлопкового волокна с одной коробочки

Кондидат сельскохозяйственных наук Н.Я.Сейидалиев

РЕЗЮМЕ
Разработка и установление рациональных норм удобрений, режим орошения и густоты стояния растений для различных почвенных разностей способствует получению высоких и стабильных урожаев хлопка-сырца с хорошими технологическими качествами волокна.

The influence of norms of fertilizeration, irrigation regime and plant density on fiber`yield from one cotton box

Candidate of agricultural sciences N.Y.Seyidaliyev

SUMMARY
The developing and establishing rational norms of fertilization, irrigation regime and plant density for different soil types help to ensure high and stable yields of cotton with good technological qualities of fiber.

Fertilization, irrigation regime and plant density influence beneficially on the formation of capsules, on the mass of raw cotton box and significantly reduce the percentage of abscission of plant organs.



UOT 615


AZƏRBAYCANDA AMARANTIN BECƏRİLMƏSİ PERSPEKTİVLƏRİ
Kənd təsərrüfatı elmləri doktoru N. M .Yusifov,

biologiya elmləri namizədi K.Ş. Daşdəmirov,

magistr, tədqiqatçı N.A. Quliyeva

Azərbaycan Dövlət Aqrar Universiteti


Müasir dövrdə insanların qidaya və hey­vanların yemə olan ehtiyacının ödənilməsin­də potensial imkanlı yeni bitkilərin axtarıl­ma­sı və öyrənilməsi aktual problemlərdən sayılır. Hazırda müəyyən edilmişdir ki, belə bitkilərdən biri də 4000 il bundan qabaq unudulmuş amarantdır. O, mərkəzi və cənu­bi Amerikada 800 il becərildikdən sonra ispanlar tərəfindən məhv edilmiş, astsek xal­qının ərzaq qıtlığına səbəb olmuşdur. Son illərdə amarantın yenidən ikinci dəfə kəşfi dünyanın bir sıra ölkələrinin (ABŞ, Hin­distan, Çin, Meksika, Argentina, Pakistan, Çili, Misir, Tunis, Sudan, Bolqarıstan, Ma­ca­rıs­tan, İndoneziya, Avstraliya və qeyrilə­rinin) gözəl nailiyyətinə çevrilmişdir. O, yüksək məhsuldarlığa və ən qiymətli zülala malikdir. Hektardan iki min (bəzi məlumat­lara görə 4000) sentnerdən artıq dəyərli və çox zülallı yaşıl kütlə və 60 sentnerdən artıq dən məhsulu verə bilir. Dənli bitkilərdə bu miqdar xeyli azdır. Buğdanın hər hektarın­dan 3,2 ton, arpanınkından 1,7 ton dən məh­sulu alınır.

Amarantın yayılma coğrafiyası çox geniş olub, 80-ə yaxın növü bəllidir. Onun bəzi növ­lərindən (süpürgəvari, ağ, quyruqlu, əyil­­miş, hibrid və qeyriləri) ərzaq, yem, müa­licə məqsədilə, texniki bəzək vasitəsi, boya, tərəvəz kimi bütün qitələrin (Avropa, Asiya, Amerika, Afrika, Avstraliya) çox ölkə­lərində (50-dən artıq) geniş istifadə olunur. Amerika Birləşmiş Ştatlarında (ABŞ) xüsusi Amarant institutu fəaliyyət göstərir. Onun 50-dən artıq ştatında minlərlə fermerlər amarantı 6 milyon hektar sahədə kommersiya məhsulu kimi böyük həvəslə becərirlər. Amerika Amarant İnstitutu, 23 elmi-tədqiqat institutu amarantın tədqiqi və tətbiqi ilə məşğuldur. ABŞ dövləti amarant üzrə xüsusi proqram maliyyələşdirir. Bütün bunlar 80-ci illərin sonundan amarantdan sənaye məhsullarının geniş istehsalına im­kan verilmişdir. Amarantın məhsulları çörə­yə, şirniyyata və s. əlavə edilir. Amarant əla­və edilmiş ət 25% baha qiymətə satılır. Çində amarant 100 min hektar sahəni əhatə edir. Meksikada isə 8 milyon ton amarant dəni istehsal olunur. Hindistanda zülal prob­leminin həlli amarantdan istifadə etmək yolu ilə planlaşdırılır. Son 20 ildən artıq müd­dətdə Müstəqil Dövlətlər Birliyi (MDB) respub­likalarında (Rusiya, Ukrayna, Bela­ru­siya, Tatarıstan, Qırğızıstan, Tacikistan, Türk­­mənistan, Moldaviya və b.) da ama­ran­tın becərilməsi və istifadəsinə dair işlər aparılır. Yalnız Tatarıstanda 1989-cu ildə 8 min hektar amarant əkilmişdir. Rusiyanın elmi mərkəzləri amarantın öyrənilməsi və istifadəsi sahəsində fəal iş aparırlar. Alınmış nəticələrin çörək və şiriniyyat məhsullarının istehsalında, dietik, müalicə, profilaktika, uşaq qidası, kimya, əczaçılıq, ətriyyat, kos­meti­ka, yağ-piy, qarışıq yem istehsalı sə­nayesində istifadəsi günün aktual prob­lem­lə­ri sayılır.



Azərbaycanda amarantın 9 növünə (süpürgəvari, quyruqlu, əyilmiş, hibrit, ağ, yaşıl və b.) təsadüf edilir. Amarantın öyrə­nilməsi ilə 1987-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin biokimyaçıları da (Q. B. Xəlilov, N. M. Yusifov, K. Ş. Daşdə­mi­rov və başqaları) məşğul olurlar.

Amarant (yunanca amarantos -əbədi, solmayan çiçək deməkdir) yüksək keyfiy­yətli birillik nitrofil mədəni ot bitkisidir. Göv­dəsi, çiçəkləri düz və şaxəlidir. Kökü torpağa dərin (60 sm-dək) gedir. Onun dənində (toxumunda 16%) və yarpaqlarında (30%) yüksək qidalılıq dəyərli, aminturşu­ları ilə balanslaşdırılmış zülallar vardır. On­lar heyvan zülallarından üstündür. Amaran­tın zülallarının qidalılığı 100 bal sistemi ilə 75─87 bal, inək südündə 72 bal, soyada 68 bal, buğdada 57 bal, qarğıdalıda 44 bal təşkil edir. Bitkinin boyu 3 metrə, gövdəsinin qalınlığı (diametri) 8─10 sm-ə, yaşıl kütləsi 5─10 kq-a, bəzi növlərində, hətta 30 kq-a çatır. Alqırmızı, yaşıl və başqa rəngli enli yarpaqlarının sayı 1000-ə qədər, sahəsi 6 min kvadrat santimetr, süpürgəsinin uzunluğu 1 metr, kütləsi1 kq-a, sarı, qırmızı, ağ, qara və digər rəngli toxumlarının miqdarı 100─500 minə qədər və kütləsi 15─29 qram olur. Vegetasiya dövrü 3─5 ay (aprel─sentyabr aylarında) arasında tərəddüd edir. Biçindən sonra pöhrələnərək yaxşı boy atır, yaşıl kütlə verir. Amarantın 1 kq yaşıl kütləsində yığımın fazasından asılı olaraq 0,1─0,2 yem vahidi, 20─31 qram həzmə gedən zülal, 4,8 qram kalsium, 0,6 qram fosfor və qeyri qida maddələri olur. Əvəzedilməyən aminturşuları (lizin, metionin, triptofan, treonin, fenilalanin, leysin və s.), vitaminlər (qarotin, tokoferol, tiamin, riboflavin, askorbin turşusu, rutin, nikotin turşusu, fol turşusu və qeyriləri), mineral maddələrə: makroelementlər və mikroelementlərlə (kalsium, fosfor, dəmir və s.) zəngindir. Tokoferal tokofrien formasında xolestrinin biosintezində iştirak edir. Amarantda bioloji─fəal maddələr (rutin, amarantin, betasianin, C və E vita­minləri) olduğundan antioksidant xassəyə malikdir. Ona görə amarant yağı şüalanma və başqa xəstəliklərin müalicəsində işlənə bilər. Amarantda əvəzedilməyən aminturşu­ları­n­dan lizin və metionin də çoxdur. Ama­rantın 1 kq-da lizin 7─9 mq, buğdada 3─4 mq və qarğıdalıda 2─3 mq olur. Amarant hektardan 2 ton yüksək lizinli zülal verir. Amarantın 1 kq dəninin 6─8 mq-ını, buğ­dada 4─5 mq-ı, qarğıdalıda isə 3 mq-ı metionin təşkil edir. Amarantın dənində quru maddə hesabı ilə 65% yüksək absor­bsiya qabiliyyətinə malik nişasta, 4% sellü­loza və 8% yağ olur. Sonuncu əvəzedil­məyən doymamış irimolekullu yağ turşula­rının (77%), çoxunu (50%) linol və linolen turşuları təşkil edir. Bütün göstəricilərə görə çaytikanı yağından üstündür. Xoş ətri (iyi) var, qoz tamı verir. Təbabətdə mədə-bağırsaq xəstəliklərinin, yanıqların, şişlərin, ziyillərin, şüalanma xəstəliyinin kompleks müalicəsində işlənir. Ondan çox qiymətli müalicə əhəmiyyətli skvalen də alınır. Skvalen orqanizmdə xolesterinin biosinte­zində istifadə edilir, su ilə birləşərək sərbəst oksigenin ayrılmasına səbəb olur. Bununla da toxumaların sərbəst oksigenə olan tələbi ödənilir. Şiş əleyhinə amil sayılır, immun sistemini gücləndirir. Skvalen akulanın qaraciyərindən alındığından çox baha başa gəlir. Bu baxımdan amarant yağından skva­len­tin alınma texnologiyasının işlən­məsi çox vacib və perspektivlidir. Nişastadan yeyinti sənayesində və kosmetikada istifadə edilir.

Amarantın biopolimerləri əsasən zülal­dan və pektinlərdən ibarətdir. Pektinlərin molekullarının kütləsi 50─180 min arasında tərəddüd edir. Bunların ayrılıb, tədqiq edil­məsi də vacibdir. Amarantdan bitki mum­ları, karotinoidlər, efir yağları, fenol birləş­mələri, piqmentlər (betasianin, amarantın) və qeyri kimyəvi birləşmələr də almaq olar və lazımdır.

Amarant quraqlığa, zərərvericilərə, xəs­təlik­lərə, soyuğa və başqa amillərə davam­lıdır. Ona görə kimyəvi mühafizəyə ehtiyac yoxdur. Bu səbəbdən ekoloji təmiz bitki sayılır. Alaq amarantın məhsuldarlığını 8%, buğdanınkını isə 80% azaldır. Deməli amarant alağa da davamlıdır. Suya az tələbkardır. Dənli və paxlalı bitkilərə nisbətən az su (təxminən 70%-ə yaxın) istifadə edir. Amarant 1qr quru maddənin əmələ gəlməsinə 260 qr, günəbaxan 600 qr, arpa 520 qr, qarğıdalı 370 qr su sərf edir. O istiliyi çox sevir. Tam yetişməsi üçün 2200─3000 0C fəal temperatur tələb olunur. İqlim şəraitinə (işıq, isti, nəmlik, torpaq və s.) asan uyğunlaşır. Fotosintez, zülalların biosintezi, boy inkişafı yüksək temperaturda (30─4000 C) sürətlə gedir. Amarantın fotosintetik fəallığı onun fotosintezin C4 (dördkarbonlu) yoluna, sonuncunun aspartat formasına aid olması ilə əlaqədardır. Asparagin turşusu da dördkarbonlu aminturşularına mənsub olmaqla lizinin sintezində istifadə olunur. Şübhəsiz ki, amarantda lizinin çoxluğu da bununla əlaqədardır. Torpağa çox da tələbkar deyildir. Turş, qələvi və duzlu torpaqlarda da yetişir. Azot, fosfor və kalium gübrələrindən səmərəli istifadə edir. Amarant torpaqdan ağır metallar, radioniklidləri, pestisidləri də fəallıqla mənimsəyərək toxumalarda toplayır. Bu xüsusiyyətinə görə ondan torpağın lokal (məhdud) çirklənməsinin ləğvində istifadə etmək olar. Toxum çox xırda olduğundan hektara 0,5─0,8 kq səpin üçün kifayət edir, amma buğda 200kq, qarğıdalı 180 kq lazımdır. Amarantın toxumu cücərmə qabiliyyətini 8─10 il saxlayır.

Amarantdan bütün heyvanlar: inək, camış, keçi, ada dovşanı, quşlar (toyuq, hindtoyuğu, ördək və qeyriləri) və xüsusilə donuzlar yem kimi çox həvəslə istifadə edir. Amarantla yemlənən sağmal inəklərdə südün yağlılığı 0,2─0,3%, cavanlarda (cöngələrdə) diri çəki sutkada 1 kq artır. Broylerin kökəldilməsində də çox faydalıdır. Cücələr çox həvəslə yeyir və altı dəfə artıq boy artımı verir.

Amarantın yaşıl kütləsindən senaj, silos, qranula, qiymətli zülal-aminturşu konsen­tratı, briket, vitaminli ot unu, çiçəklərindən müxtəlif çalarlı boyalar hazırlanır. Qüvvətli yem istehsalında əlavə kimi də istifadə etmək olar. Çiçəklərindən bal arıları da istifadə edir. Dənindən yarma, qənnadı məhsulları, sərinləşdirici içkilər alınır. Yağ və başqa maddələr çıxarıldıqdan sonra keyfiyyətli jımıx da hazırlanır. Amarantın dəni üyüdüldükdə 72% ağ un və 28% kəpək çıxır. Unda 7%, kəpəkdə isə 40% zülal vardır. Sonuncu buğda kəpəyində 2 dəfə azdır. Amarant dəninin yağsızlaşdırılmış kəpəyində 50% yüksək keyfiyyətli zülal olur. Bu, uşaqların qidalanması və bəzi yeyinti məhsullarının hazırlanmasında gözəl əlavədir. Qovrulmuş amarant dəni qoz tamı verir. Onun xoş tamı aminturşularının çoxluğu ilə əlaqədardır. ABŞ-ın pəhriz mağazalarında 30-a yaxın adda yeyinti məhsulları (kökə, sıyıq, peçeniye, pirojna, pryanik, dietik yeyintilər və s.) satılır.

Amarant, dəni və yaşıl kütləsilə insanlara çörək və heyvanlara yem vermək imkanına malikdir. O, həm də gözəl bəzək bitkisidir. Buna misal onun xoruz pipiyi növünü və başqalarını göstərmək olar. Amarantın kəsilmiş çiçəyi öz gözəl rəngini (tünd-qırmızı, açıq-qırmızı, bənövşəyi, sarı, ağ və s.) bir neçə il saxlayır.

Yemlərin keyfiyyətinin yaxşılaş­dırılması yollarından biri, heyvanların qida rasionuna yeni yüksək qidalılıq dəyərinə malik qeyri-ənənəvi bitkilərin daxil edilməsidir.

Amarantın bir bitki kimi bənzərsizliyi onun yüksək qidalılıq dəyərinə malik olması və bitkinin bütün hissələrinin yeyilməyə yararlı olmasıdır.

Deyilənlərdən göründüyü kimi, amarant geniş tətbiq spektrinə malikdir. Bu, onun bütün hissələrində çoxlu miqdarda bioloji aktiv maddələrin (aminturşuları, makro və mikroelementlər, vitaminlər, zülallar və s.) mövcudluğu ilə bağlıdır.

Amarantdan yem məqsədilə istifadə heyvanların yemlənməsini daha təminatlı və aminli turşularla balanslaşmış edir. Amarantın vegetativ hissələrinin zülallarının aminli turşularla balanslaşmış olması bütün kənd təsərrüfatı heyvanları üçün, xüsusilə donuzlar və quşlar üçün daha çox əhəmiyyət kəsb edir. Heyvanlarda yem zülallarının və vitaminlərin kəskin çatışmazlığında amarant yüksək zülallı yem bitkisi kimi böyük rol oynayır.

Digər yem bitkiləri ilə müqayisədə, amarant həmçinin yüksək bioloji məhsul­darlığa malikdir.

İribuynuzlu heyvanların yemlən­diril­məsində amarantın qarğıdalı və sorqo bitkisinin qarışığından hazırlanmış silosu böyük əhəmiyyətə malikdir. Odur ki, amarantın qarğıdalı və sorqo ilə qarışıq əkininin böyük perspektivləri vardır. Çünki, qarışıq əkindən alınan yaşıl yemin və ondan hazırlanmış silosun hər yem vahidində zülal qidalılığı adı çəkilən bitkilərin təmiz əkinindən alınan yemlərə nisbətən 50% artıq olur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məşhur mütəxəssisləri amarantı XXI əsrin mühüm kənd təsərrüfatı bitkisi elan etmiş­lər. Müxtəlif ölkələrin tanınmış alimlərinin (N. İ. Vavilov, C. Lemanin, C. Dalton, R. Saunders, H. Brüker, C. Edvards, D. Usker, J. M. Məhəmmədov, Y. Cirqov, Y. Ladan, J. Katoçi, Q. Y. Pelakeyçik və başqalarının) və bizim tədqiqatlarımızın (Q. B. Xəlilov, N. M. Yusifov və qeyriləri) nəticələri göstərir ki, amarant indinin və gələcəyin taxıl, yem, dərman, texniki, bəzək, boya, tərəvəz bitkisi, əsrimizin ümidverici möcüzəli yeniliyidir. Onun genetik potensialı ikinci taxıl bitkisi olacağını göstərir.


ƏDƏBİYYAT


  1. Магомедов И.М. Время амаранта. Г «Сельская жизнь». 29 avqust, 1989.

  2. Ярошевиц М. И., Суровая Т. П., Кузнецова З. П. Кормовая ценность зеленной массы амаранта - тезисы докладов совещания «Амарант», Ленинград. 1989, с. 18.

  3. Юусифов Н. М. и другие. Биохимические особенности амаранта и его смеси с другими культурами. Материалы первой биохим. кон. Баку, 1990. с. 129 .

  4. Н. М. Юсифов. Амарант культура с хорошими кормовыми достоинствами. Труды АзСХА серия «Защита растений» Гянджа, 1993. с. 2.

  5. Н. М. Юсифов. О некоторых питательных веществах амаранта. Материалы 2-го международного симпозиума «Амарант»Ташкент. 1993. с. 1.

  6. N. M. Yusifov K.Ş. Daşdəmirov və başq. Amarantda aminli turşuların tədqiqi. 3-cü biokimya. kon. mater. Bakı, 1997. s. 3.

  7. N. M. Yusifov K.Ş. Daşdəmirov. Azərbaycan Respublikasında becərilən amarantın biokimyəvi xüsusiyyətləri. Gəncə Dövlət Universiteti. Elmi praktik konfransın material-ı. Gəncə. 2007. 86. s.


УДК. 615

Перспективы возделывание Амаранта в Азербайджане

Д.с.-х.н. Н. М. Юсифов

К.с.-х.н. Ш. Дашдамиров

Магистр, исследователь: Н.А. Кулиева

РЕЗЮМЕ
В последнее время культура амаранта привлекает к себе много внимание. Считаем, что это вполне справедливо. Только в странах СНГ он с трудом пробивает себе дорогу на полях и приусадебных участках Амарант прекрасная королева и зерновая культура. Он может использоваться как пищевое, лекарственное, кормовое и декоративное растение.

Амарант обладает уникальным химическим составом, делающим его культурой универсального использования.

Амарант был завезен в Азербайджан в 1987 году.

Амарант привлек особое внимание ученых (проф. К. Б. Халилов и проф. Н.М.Юсифов) и был завезен в Азербайджан в 1987 году и где изучается биохимические особенности этой культуры.



Prospects For Cultivation Amaranth In Azerbaijan.

Professor: N.M. Yusifov

Assistant Professor: K. Sh. Dashdamirov

Magister, Researcher: N.A Kuliev

SUMMARY
Recently, culture of amaranth has attracted great attention. We believe that this is quite fair. Only in the CIS countries, he had difficulty making his way in the fields and gardens Amaranth beautiful queen and cereals. It can be used as food, medicinal, forage and ornamental plant.

Amaranth has a unique chemical composition that makes it a universal culture of use.

Amaranth was brought to Azerbaijan in 1987.

Amaranth drew particular attention of scientists (Prof. K. B. Khalilov and prof. Yusifov N.M) and was imported into Azerbaijan in 1987 and where we study the biochemical characteristics of this culture.




UOT 662.762:577.4.
Yüklə 314,77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə