Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İQTİsadi İslahatlar elmi TƏDQİqat institutuna



Yüklə 272,15 Kb.
Pdf görüntüsü
tarix03.11.2018
ölçüsü272,15 Kb.
#77931


Yenilənmə tarixi:  

2014-cü ilin oktyabr ayı 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA 

RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR 

 

 

 

i.e.n. Vaqif RÜSTƏMOV  

(2004-2006-cı illər)

 

 



 

Vaqif Əli oğlu Rüstəmov 1959-cu il avqust ayının  28-də  Laçın 

rayonunun  Mirik  kəndində  anadan  olmuşdur.  1976-cı  ildə  orta  məktəb 

təhsilini  başa  vuraraq  Azərbaycan  Dövlət  Universitetinin  (indiki  Bakı 

Dövlət  Universiteti)  mexanika-riyaziyyat  fakültəsinə  daxil  olmuş  və 

1981-ci  ildə  oranı  bitirərək  riyaziyyatçı  və  riyaziyyat  müəllimi  ixtisas 

peşələrinə yiyələnmişdir. 

1981-ci  ilin  sentyabr  ayında  Laçın  rayonunun  Zabux  kənd  orta 

məktəbində  təyinat  üzrə  riyaziyyat  müəllimi  kimi  əmək  fəaliyyətinə 

başlamış,  1982-ci  ilin  noyabr  ayıında  Mirik  kənd  orta  məktəbinə 

dəyişilmiş  və  1985-ci  ilin avqust ayına kimi  həmin məktəbdə  riyaziyyat 

müəllimi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı-

direktor  müavini,  tədris  işləri  üzrə  direktor  müavini  vəzifələrində 

çalışmışdır.  1985-ci  ilin  sentyabr  ayından  etibarən  Abşeron  rayonu 

Xırdalan  qəsəbəsinə  köçməyi  ilə  əlaqədar  olaraq  əmək  fəaliyyətini 

müəllim kimi bu rayonun Altıağac kənd orta məktəbində davam etdirmiş

1985-ci  ilin  noyabr  ayında  Qobustan  8  illik  məktəbinə  dəyişilmişdir. 

1985-ci  ilin  dekabr  ayında  istehsalatdan  ayrılmadan  (1988-ci  ilin  fevral 

ayından  istehsalatdan  ayrılmaqla)  Azərbaycan  Respublikası  EA 

Kibernetika  İnstitutunun  aspiranturasına  daxil  olmuşdur.  1989-cu  ilin 

iyul ayında aspiranturanı bitirərək təyinat üzrə Azərbaycan Respublikası 

EA Kibernetika İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosuna 

göndərilmiş,  həmin  vaxtdan  burada  iqtisadçı-mühəndis  vəzifəsinə  təyin 

olunmuş  və  1992-ci  il  mart  ayından  Azərbaycan  Respublikası  Dövlət 

Plan  Komitəsi  yanında  Elmi  Tədqiqat  İqtisadiyyat  İnstitutuna  (ETİİ) 

köçürülmüşdür. Göstərilən tarixdən 1994-cü ilin iyun ayına kimi ETİİ-də 

kiçik elmi işçi vəzifəsində, həmin dövrdən 2007-ci ilin aprel ayına kimi 

ETİİ-nin  bazasında  yaradılan  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf 

Nazirliyi (30 aprel  2001-ci  il tarixə kimi–İqtisadiyyat  Nazirliyi)  İqtisadi 

İslahatlar Mərkəzində (indiki İqtisadi  İslahatlar Elmi Tədqiqat İnstitutu) 

böyük  elmi  işçi  (iyun  1994-iyun  1996),  şöbə  müdiri  (iyun  1996-aprel 

2000,  oktyabr  2002-oktyabr  2003),  elmi  işlər  üzrə  direktor  müavini 

(aprel  2000-oktyabr  2002,  oktyabr  2003-noyabr  2004,  noyabr  2006-

fevral  2007)  və  direktor  (noyabr  2004-noyabr  2006)  vəzifələrində 

çalışmışdır.  2007-ci  ilin  aprel  ayından  etibarən  Yerli  İqtisadi  İnkişaf 

Mərkəzi İB-də elmi rəhbər və sədr vəzifəsində işləyir. Eyni zamanda, 20 

aprel  2009-cu  il  tarixindən  İqtisadi  İnkişaf  Nazirliyi  İqtisadi  İslahatlar 

Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi vəzifəsində də çalışır. 

1992-ci  ildə  “Struktur  dəyişikliklərinin  iqtisadi  artıma  təsirinin 

modelləşdirilməsi”  mövzusunda  dissertasiya  işi  müdafiə  edərək 

“İqtisadi-riyazi  üsullar”  ixtisası  üzrə  iqtisad  elmləri  namizədi  alimlik 

dərəcəsi  almış  və  1999-cu  ildə  “Dünya  iqtisadiyyatı  və  beynəlxalq 

iqtisadi  münasibətlər”  ixtisası  üzrə  baş  elmi  işçi  elmi  adına  layiq 

görülmüşdür. 

Hazırda 


“Azərbaycanda 

açıq 


iqtisadi 

sistemin 

formalaşması  və  inkişafı  problemləri”  mövzusunda  doktorluq 

dissertasiyasını tamamlayaraq müdafiəyə təqdim etmək ərəfəsindədir. 




1997-ci  ildə  Dünya  Bankının  İqtisadi  İnkişaf  İnstitutu, 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  və  Azərbaycan  Dövlət 

İqtisad  İnstitutunun  keçirdiyi  “Keçid  dövründə  Azərbaycanda  sosial 

müdafiə  islahatı”,  1998-ci  ildə  isə  BMT-nin  Təlim  və  Tədqiqat 

İnstitutunun  (UNİTAR)  keçirdiyi  “Ticarət  və  investisiya  məsələləri”  və 

TACİS-in təşkil etdiyi “Neft sahəsində vergiyə cəlbetmə”, 2003-cü ildə 

Dünya  Bankının  keçirdiyi  “Yoxsulluğun  diaqnostikası  və  ölçülməsinin 

əsasları” və Qafqaz Tədqiqat Resurs Mərkəzinin təşkil etdiyi “Məlumat 

təşəbbüsü  sorğusu”,  2006-cı  ildə  Asiya  İnkişaf  Bankının  təşkil  etdiyi 

“Miqrantların  pul  köçürmələri  və  yoxsulluq”  və  2008-ci  ildə  BMT 

İnkişaf  Proqramının  Avropa  və  MDB  üzrə  regional  Mərkəzinin  təşkil 

etdiyi 


“Ticarət 

və 


insan 

inkişafı 

sahəsində 

ehtiyacların 

qiymətləndirilməsi”  mövzularında  təlim  və  seminar-kurslarda  iştirak 

etmiş və müvafiq sertifikatlar almışdır. 

Sosial-iqtisadi  yönümlü elmi-tədqiqat və  siyasət  təhlili sahəsində 

25  ildən  artıq  iş  təcrübəsinə  malikdir.  Bu  dövrdə  makroiqtisadi 

tədqiqatlar 

və 


iqtisadi-riyazi 

modelləşdirmə, 

xüsusilə  struktur 

dəyişikliklərinin  və  xarici  iqtisadi  əlaqələrin  iqtisadi  artıma  təsirinin 

modelləşdirilməsi,  Azərbaycan  üçün  ümumi  tarazlıq  modelinin 

işlənilməsi,  indikativ  planlaşdırma,  davamlı  inkişaf,  regional  inkişaf, 

yoxsulluğun  azaldılması  və  əhalinin  həssas  təbəqələrinin  sosial 

müdafiəsi,  ölkə  iqtisadiyyatının  müqayisəli  üstünlüklərinin  və  potensial 

investisiya  sahələrinin  müəyyənləşdirilməsi,  qeyri-neft  sektorunun 

rəqabətqabiliyyətliliyinin  yüksəldilməsi  və  dünya  təsərrüfat  sisteminə 

səmərəli inteqrasiyası, açıq iqtisadi sistemin formalaşması və inkişafı və 

s.  bu  kimi  problemlərin  nəzəri-metodoloji,  metodiki  və  təcrübi 

məsələlərinin  tədqiqi  və  aktual  sosial-iqtisadi  məsələlər  üzrə  siyasət 

təhlilləri  ilə  məşğul  olmuşdur.  60-dan  çox  dərc  olunmuş  (ölkədə  və 

xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 

1  monoqrafiya  (həmmüəlliflərlə),  2  kitab–izahlı  terminoloji  lüğətlər 

(həmmüəlliflərlə),  1  kitabçanın  müəllifidir.  Azərbaycan  dilində  nəşr 

olunmuş  5  cildlik  Böyük  İqtisadi  Ensiklopediyanın  müəlliflərindən  və 

məsləhətçilərindən biridir. 

V.Rüstəmov  mütəmadi  olaraq  ölkənin  sosial-iqtisadi  inkişafının 

cari vəziyyətinin qiymətləndirilməsi üzrə aparılan analitik təhlil işlərində

Azərbaycan  Respublikasının  ali  və  iqtisadi  idarəetmə  orqanlarının,  o 

cümlədən  Prezident  Administrasiyasının,  Milli  Məclisin,  Nazirlər 

Kabinetinin,  İqtisadi  İnkişaf  (İqtisadiyyat)  Nazirliyinin  tapşırığı  ilə  bir 

sıra aktual sosial-iqtisadi problemlərin tədqiqində, sosial-iqtisadi sahələrə 

aid  qanunlarınvə  digər  hüquqi-normativ  aktların  (“Yaşayış  minimumu 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  xarici  ticarət  və 

investisiyaların  tənzimlənməsi  ilə  əlaqədar  qanun  və  digər  hüquqi-

normativ aktlar və s.), konsepsiyastrategiya, proqram və tədbirlər planı 

kimi  siyasət  sənədlərinin  (“Azərbaycan  Respublikasında  Yoxsulluğun 

azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Programı  (2003-2005-ci 

illər)”, 

"Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyası  (2006-

2015-ci  illər)",

  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 

yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”,  

“Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 

Programı  (2004-2008-ci  illər)”  və  s.)  layihələrinin  hazırlanması, 

ekspertizası  və  müzakirəsi  proseslərində,  xaricdə  (Ankara,  İstanbul, 

Antalya, Yalta, Moskva, Bişkək, İssık-kul, Kuala-Lampur, Bratislava və 

s.)  və  ölkədə  keçirilən  müxtəlif  elmi  konfrans,  seminar  və  digər  elmi 

məclislərdə  fəal  iştirakı  və  KİV-də  mütəmadi  çıxışları  ilə  peşəkar 

iqtisadçı-alim kimi tanınmışdır. 

V.Rüstəmov  100-dən  çox  elmi-tədqiqat  işlərinin  yerinə 

yetirilməsində  elmi  rəhbər,  məsul  icraçı,  qrup  rəhbəri  və  icraçı  kimi 

iştirak  etmiş,  50-yə  yaxın  yerli  (İqtisadi  İnkişaf  Nazirliyi,  Əmək  və 

Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi,  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi, 

AMEA  İqtisadiyyat  İnstitutu,Azərbaycan  Marketinq 

Cəmiyyəti,  Azərbaycan  Mikromaliyyələşdirmə  Assosiasiyası  və  s.)  və 

beynəlxalq  (BMT-nin  Asiya  və  Sakit  okean  üzrə  iqtisadi  və  sosial 

Komissiyası–UNESCAP  və  İnkişaf  Proqramı–UNDP,  Asiya  İnkişaf 

Bankı–ADB,  Dünya  Bankı–WB,  Almaniya  Beynəlxalq  Əməkdaşlıq 

Təşkilatının-GTZ, 

Beynəlxalq 

Əmək  Təşkilatının-ILO,  Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı–EBRD,  BMT-nin  Ərzaq  və  Kənd 

Təsərrüfatı  Təşkilatı-FAO  və  s.)  səviyyəli  layihələr  üzrə  ekspert, 

məsləhətçi,  milli  koordinator    və  rəhbər  kimi  də  işləmiş  və  hazırda  bu 

istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Onun yerinə yetirdiyi elmi-

tədqiqat işlərinin və layihələrinin nəticələri əlaqədar dövlət qurumları və 

beynəlxalq  təşkilatlar  tərəfindən  bəyənilmiş  və  onların  əksəriyyəti 

müvafiq  istiqamətlər  üzrə  qanunların  və  digər  hüquqi-normativ 

sənədlərin, konsepsiya, strategiya, proqram və tədbirlər planı kimi siyasət 

sənədlərinin  və  siyasətə  dair  təklif  və  tövsiyələrin  hazırlanmasında 

istifadə olunmuş və ya bu məqsədlə qəbul olunmuşdur. 




V.Rüstəmovun  iştirakçısı  olduğu  layihələrdən  əsasları  kimi 

aşağıdakıları qeyd etmək olar: BMT İP və  İİM-in birgə həyata keçirdiyi 

“Azərbaycan iqtisadiyyatının cari və potensial müqayisəli üstünlüklərinin 

tədqiqi”  layihəsi  (2003,Milli  məsləhətçi),  BMT  İP  və    İİM-in  birgə 

həyata  keçirdiyi 

“Azərbaycanda  rəqabət  qabiliyyətli  qeyri-neft 

sektorunun  inkişaf  etdirilməsi  sahəsində  İqtisadi  İnkişaf  Nazirliyinin 

potensialının  gücləndirilməsinə  yardım”  layihəsi  (2005-2007,  Milli 

koordinator),  Asiya  İnkişaf  Bankı  və  İİM-in  birgə  həyata  keçirdiyi  və 

iqtisadi  siyasət  təhlilləri  və  məsləhətləri  üzrə  İİM-in  potensialın 

gücləndirilməsi məqsədilə  makroiqtisadi təhlil və proqnozlaşdırma üçün 

modellərin  hazırlanmasını  və  iqtisadi  siyasət  təhlilləri  aparılması  və 

modelləşdirmə  sahəsində  İİM-in  işçi  heyətinin,  İİN-in  və  digərhökumət 

rəsmilərinin  bacarıqlarının  artırılmasını  nəzərdə  tutan"Azərbaycan 

Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinə  texniki  yardım"  layihəsi(2005-

2007,  Direktor),  BMTİP-in  Avropa  və  MDB  üzrə  regional  Mərkəzinin 

birgə  həyata  keçirdiyi  “Azərbaycanda  ticarət  və  insan  inkişafı  üzrə 

ehtiyacların qiymətləndirilməsi” layihəsi (2008-2009, Tədqiqat qrupunun 

rəhbəri),  Almaniya  Beynəlxalq  Əməkdaşlıq  Təşkilatı  və  İqtisadi  İnkişaf 

Nazirliyinin  birgə  həyata  keçirdiyi  “Potensial  investisiya  sahələrinin 

müəyyən edilməsi: Azərbaycan Respublikasında ölkə və sektor təhlilləri” 

layihəsi (2008-2009, Layihə rəhbəri), İqtisadi İnkişaf Nazirliyi və “Yerli 

İqtisadi  İnkişaf  Mərkəzi”  İB-nin  birgə  həyata  keçirdiyi  “Azərbaycan 

Respublikasının  kənd  təsərrüfatı  məhsulları  üzrə  ixrac  potensialının 

mövcud  vəziyyətinin  təhlili  və  onun  artırılması  üçün  siyasətə  dair 

tövsiyələr hazırlanması” tədqiqat layihəsi (2010, Layihə rəhbəri), Dünya 

Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin birgə həyata 

keçirdiyi“Ünvanlı dövlət sosial yardım mexanizminin təkmilləşdirilməsi” 

tədqiqat  layihəsi  (2013,  Milli  məsləhətçi).  V.Rüstəmov  1996-2000-ci 

illərdə İqtisadi  İslahatlar Mərkəzinin Elmi Şurasının üzvü, 2000-2002-ci 

illərdə  bu  Şuranın  sədr  müavini,  2003-2006-cı  illərdə  isə  bu  Şuranın 

sədri,  1999-2001-ci  illərdə  Azərbaycan  Respublikası  Dövlət  Elm  və 

Texnika  Komitəsinin  nəzdində  İqtisadiyyat  Problemləri  üzrə  Şuranın 

elmi  katibi,  2000-2006-ci  illərdə  İqtisadi  İslahatlar  Mərkəzinin 

“Azərbaycanda  iqtisadi  islahatların  həyata  keçirilməsi  xüsusiyyətləri  və 

problemləri” adlı elmi  əsərlər toplusunun  (kollektiv monoqrafiya)  Elmi-

redaksiya heyətinin sədr müavini (2000-2004-cü illərdə) və sədri (2005-

2006-cı  illər),  2005-2006-cı  illərdə  “İqtisadi  İnkişaf”  elmi-praktik 

jurnalının  Baş  redaktoru,  2005-2006-cı  illərdə  Respublika  Elmi-

Tədqiqatların  Təşkili  və  Əlaqələndirilməsi  Şurasının  İqtisadiyyat  üzrə 

problem  Şurasının  üzvü  olmuş  və  hazırda  da  YİİM-də  (2005-ci  ildən 

etibarən), İİETİ-də (may 2009-cu ildən etibarən) elmi şuraların və elmi-

redaksiya  heyətlərinin  üzvü,  AMEA  Rəyasət  Heyətinin  nəzdində 

İnnovativ  layihələrin  ekspertizası  və  koordinasiyası  Şurasının  üzvü 

(2014-cü ilin mart ayından) kimi işlərdə səmərəli elmi-təşkilati və ictimai 

fəaliyyətini davam etdirməkdədir. 

 

Eyni  zamanda,  1996-cı  ildən  etibarən  onlarla  magistrin  və  10-a 



yaxın aspirant və dissertantın dissertasiya işləri üzrə apardıqları tədqiqat 

işlərinə elmi rəhbər olmuş və hazırda 4 nəfər doktorantın elmi rəhbəridir. 

 

Bunlarla yanaşı, sentyabr 1989-cu il tarixdən iyul 1991-ci il tarixə 



kimi  Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutunda  “İnformatika  və 

hesablama texnikası” kafedrasında müəllim, sentyabr 1998-ci il tarixdən 

iyul  2001-ci  il  tarixə  kimi  Azərbaycan  Kooperasiya  İnstitutunda 

“Beynəlxalq iqtisadi münasibətlər kafedrasında” müəllim, sentyabr 2001-

ci  il  tarixdən  iyul  2006-cı  il  tarixinə  kimi  Bakı  Biznes  Universitetinin  

“Beynəlxalq  iqtisadi münasibətlər  kafedrasında”  müəllim  kimi  pedaqoji 

fəaliyyətlə  də  məşğul  olmuşdur.  Hazırda  bu  fəaliyyətini  İİETİ-nin 

doktoranturasında ixtisas fənni üzrə məşğələlər keçməklə davam etdirir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 272,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə