Yenilənmə tarixi:
2014-cü ilin oktyabr ayı
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA
RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR
Prof., i.e.d. Namiq TAĞIYEV
(2006-2009-cü illər)
Namiq Faiq oğlu TAĞIYEV 1960-cı il noyabr ayının 21-də
Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977-ci
ildəAzərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət
Neft Akademiyası) İstehsal proseslərinin Avtomatlaşdırılması fakültəsinə
daxil olmuş və 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil aldığı dövrdə Lenin təqaüdçüsü olmuşdur. 1983-cü ildə
aspiranturaya daxil olmuş və 1986-cı ildə aspiranturanı bitirdikdən sonra
iri sistemlərin layihəndirilməsinin avtomatlaşdırılması sistemləri
sahəsində Moskvanın Elektron Texnikası İnstitutunda dissertasiya işini
müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq
görülmüşdür.
Azərbaycana qayıtdıqdan sonra 1986-1996-cı illərdə Azərbaycan
Neft və Kimya İnstitutunun İstehsal proseslərinin Avtomatlaşdırılması
fakültəsində assistent və dosent kimi elmi-pedoqoji fəliyyətlə məşğul
olmuşdur. Bu müddət ərzində N.Tağıyev tədrislə yanaşı, istehsal
proseslərinin və müəsissələrinin idarəetmə alqoritmlərinin, idarəetmə
sistemlərinin, hərbi-sənaye kompleksində mürəkkəb sistemlərin
layihələşdirilməsi və ölkənin neft-kimya kompleksində fəaliyyət göstərən
müəsissələrin iqtisadi idarəetmə sisteminin yaradılması və tətbiqi ilə
bağlı elmi-tədqiqat işlərində fəal iştirak etmişdir.
Elmi-pedoqoji fəaliyyəti praktiki işlə birləşdirərək bir sıra xarici
şirkətlərdə milli iqtisadiyyatın problemləri üzrə ekspert-konsultant kimi
çalışmışdır.
1996-cı
ildə dövlət qulluğuna keçmiş və Azərbaycan
Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şöbə müdiri,
idarə rəisi vəzifələrində çalışmışdır. Bazar iqtisadiyyatının effektiv
idarəetmə üsullarını öyrənmək məqsədilə 1996-2000-ci illərdə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Xalq
Təsərüfatının İdarəetməsi İnstitutunda menecer ixtisası üzrə tədris
keçmişdir. 1997-1999-cu illərdə Rusiya Federasiyası Hökumətinin
nəzdində olan Xalq Təsərüfatı Akademiyasının Karnegi Melon
Universitetinin birgə proqramı çərçivəsində tədris keçərək Maliyyə təhlil
və qiymətli kağızlar bazarı ixtisası üzrə magistr dərəci almışdır.
İqtisadiyyatın idarəetməsi sahəsində dərin bilgilərə malik olduğu
nəzərə alınaraq 2000-2006-cı illərdə ölkənin qeyri-neft sektorunun
qabaqcıl müəsissələrindən olan "European Tobacco Baku" ASC-nin
İdarə Heyətinin üzvü və sədr müavini seçilmişdir.
2006-cı ildə N.Tağıyev investisiya proseslərinin idarə olunmasına
həsr olunmuş doktorluq disertasiyasını müdafiə etmiş və iqtisad elmləri
doktoru elmi dərəcəsi almışdır. 2006-cı ilin noyabr ayında N.Tağıyev
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İqtisadi
İslahatlar Mərkəzinin direktoru təyin olunmuşdur.
2007-ci ildən Bakı Dövlət Universitetinin "İqtisadi Kibernetika"
kafedrasının müdiri vəzifəsinə seçilir. 2013-cü ildə ona iqtisadiyyat üzrə
professor elmi adı verilmişdir.
N.Tağıyev Azərbaycan iqtisadiyyatının aktual problemlərinə həsr
olunmuş Azərbaycanda və həmçinin xaricdə nəşr olunmuş 100-dən çox
elmi işin, 5 monoqrafiya və 2 dərsliyin müəllifidir. Müxtəlif illərdə
Namiq Tağıyev Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının
(UNDP), Asiya İnkişaf Bankının (ADB), İslam İnkişaf Bankının
layihələrində milli koordinator olmuşdur. N.Tağıyevin rəhbərliyi altında
və bilavasitə iştirakı ilə ölkə iqtisadiyyatının bir sıra fundamental
sahələrində elmi-tədqiqatlar aparılmış və öz praktiki tətbiqini tapmışdır.
Bunlardan iqtisadiyyatın idarəolunmasının səmərəliliyinin artırılması,
sosial-iqtisadi inkişafın planlaşdırılması üzrə makroiqtisadi modellərin və
metodologiyanın
işlənib
hazırlanması,
qeyri-səlis
çoxluqlar
nəzəriyyəsinin tətbiqi vasitəsilə informasiyanın tam olmaması şəraitində
risklərin qiymətləndirilməsi və s. sahələrdə elmi-tədqiqat işlərini qeyd
etmək olar.
N.Tağıyev gənc mütəxəssislər və alimlərin hazırlanmasına xüsusi
diqqət yetirir. 2014-cü ilin əvvəlinə onun rəhbərliyi altında 10 nəfər
iqtisad elmlər namizədi hazırlanmışdır.
2007-2009-cu illərdə N.Tağıyev İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutu tərəfindən nəşr olunan "İqtisadi inkişaf" jurnalının baş redaktoru
olmuşdur. Hal-hazırda Azərbaycanda iqtisadiyyat üzrə nəşr olunan bir
sıra jurnalların, Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə
Planlaşdırması Nazirliyinin “İqtisadiyyat.Maliyyə.Tədqiqatlar” jurnalının
redaksiya heyətinin üzvüdür.
2007-ci
ildən N.Tağıyev Ekonometrika üzrə doktorluq
dissertasiya şurasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti
yanında iqtisadiyyat üzrə Ali Attestasiya Komissiyasının Ekspert
Şurasının üzvü olmuşdur.
Avrasiya İqtisadçılar Klubunun Koordinasiya Şurasının sədr
müavini kimi N.Tağıyev hər il 150-dən çox ölkədən, 10000-dən artıq
iştirakçı toplayan Astana İqtisadi Forumunun təşkili və keçirilməsində
iştirak edir. Bu nüfuzlu klubun fəxri professorları və üzvləri iqtisadiyyat
sahəsində Nobel mükafatı laureatları Robert Mandel, Con Neş, Robert C.
Auman, Fin Kidland, Ser Ceyms Mirlis, Erik Maskin, Edmund Felps,
kimya sahəsində Nobel mükafatı laureatı, “Skolkovo” Fondunun
həmsədri Rocer Kornberq və həmçinin beynəlxalq səviyyəli siyasi
xadimlər–İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl-
Mədani, BMT-nin Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi
Komissiyanın (UNECE) İcraçı katibi Yan Kubiş, BMT-nin Baş katibinin
müavini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial
Komissiyasının İcraçı katibi Noyelin Heyzer, Boliviyanın sabiq
prezidenti, Madrid Klubunun üzvü Xorxe Kiroqa kimi şəxslərdir.
N.Tağıyev Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə
Planlaşdırılması Nazirliyinin nəzdində olan İqtisadi Tədqiqatlar
İnstitutunun fəxri professorudur.
2009-cu
ildən
N.Tağıyev
Azərbaycan
Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli
Metrologiya Mərkəzinə direktor vəzifəzinə təyin olunmuşdur. Bu
vəzifədə o, 2011-ci ilə qədər çalışmışdır. Bu müddət ərzində Avropa
İttifaqının Tvinninq Proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi
(İAEA), Almaniyanın fizika-texnika üzrə İnstitutunun (PTB), İsveçrənin,
Almaniyanın və Amerikanın nüfuzlu şirkətlərinin dəstəyi ilə kütlə,
temperatur, təzyiq, vaxt, tezlik üzrə qamma və rentgen diapazonunda
dozimetrik laboratoriyalar yaradılmış, spektrometrik laboratoriyanın
əsası qoyulmuşdur.
2011-ci ildən o, texniki tənzimləmə və standartlaşdırma şöbəsinin
müdiridir. Hal-hazırda N.Tağıyevin bilavasitə iştirakı ilə “Texniki
tənzimləmə haqqında" qanun və “Standartlaşdırma haqqında” qanunun
yeni versiyası hazırlanır, ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən
Azərbaycanın milli standartları qəbul olunur. 2014-cü ildən N.Tağıyev
Azərbaycan Respublikası tərəfindən milli standartlaşdırma sisteminin
təkmilləşdirilməsinə həsr olunmuş Tvinninq layihəsinin rəhbəri təyin
olunmuşdur.
Britaniya,
Fransa
və
Sloveniyanın
Standartlar
İnstitutlarından ibarət konsorsium tərəfindən layihə çərçivəsində
standartlaşdırma üzrə Azərbaycan qanunvericiliyinin işlənib hazırlanması
və standartlaşdırma infrastrukturunun təkmilləşdirilməsi istiqamətləri
üzrə geniş miqyaslı işlər həyata keçirilir.