Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti nəzdində


İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq



Yüklə 11,23 Kb.
səhifə2/2
tarix30.12.2023
ölçüsü11,23 Kb.
#164272
1   2
Abbaslı Rail 28.11

İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq. 1-ci səviyyə — Fiziki (Physical). Burada 2-ci səviyyədən (kanal səviyyəsindən) alman strukturlaşdınlmamış verilənlər axınının fiziki mühitlə (elektrik və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə bağlantını (link) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
2-ci səviyyə — Kanal (Data-link). Özündən yuxarıdakı şəbəkə səviyyəsindən (3-cü səviyyədən) aldığı verilənlərin səviyyəyə xətasız ötürülməsini təmin edir. Çünki fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və verilənləri təhrif edə bilər. İnformasiya bu səviyyədə kadrlara (frame) yerləşdirilir: kadrın başlanğıcında alanın və göndərənin ünvanlan, idarəedici informasiya, sonunda isə ötürülmə zamanı yaranan xətalan aşkarlamağa imkan verən yoxlama cəmi (checksum) olur.
3-cü səviyyə — Şəbəkə (Network). Şəbəkənin istənilən (hətta dünyanın müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavabdehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkələrdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir şəbəkədən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
4-cü səviyyə — Nəqliyyat (Transport). İnformasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.
5-ci səviyyə — Seans (Session). Şəbəkənin müxtəlif kompüterlərindəki iki şəbəkə proqramı arasında bağlantını qurmağa, saxlamağa və bitirməyə imkan verir. Belə bağlantıya şəbəkə seansı deyilir. Bu səviyyə yarımçıq kəsilmiş rabitə seanslarının bərpasına da cavabdehdir. Bundan başqa, insanlar üçün əlverişli olan kompüter adlarının şəbəkə ünvanlarına çevrilməsi (adların tanınması) da beşinci səviyyədə yerinə yetirilir.
6-cı səviyyə — Təqdimat (Presentation). Kompüterlər arasında ötürülən informasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yemdən kodlaşdırılması (informasiyanın mübadilədə iştirak edən bütün kompüterlərin anlayacağı şəklə salınması), sıxlaşdırılması və açılması, şifrləmə və şifrin açılması, şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
7-ci səviyyə — Tətbiqi proqram (Application). Şəbəkədəki kompüterlərdə işləyən tətbiqi proqramlar arasında qarşılıqlı əlaqə interfeysini təmin edir. İstifadəçi məhz bu proqramların köməyi ilə faylların mübadiləsi, elektron poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə edir.
Yüklə 11,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə