Azərbaycan Respublikası adından 2015-ci IL noyabr ayının 1-də keçirilmiş beşinci çağırış



Yüklə 169,73 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü169,73 Kb.
#54236


Azərbaycan Respublikası adından  

 

2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış 



Azərbaycan Respublikası 

Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair 

 

Azərbaycan Respublikası 



Konstitusiya Məhkəməsi Plenumunun 

Q Ə R A R I 

 

 24 noyabr 2015-ci il                        Bakı şəhəri 



 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu 

Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən 

İsmayılov,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze  (məruzəçi-hakim), 

Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) 

ibarət  tərkibdə,  məhkəmə  katibləri  Fəraid  Əliyev  və  Elməddin 

Hüseynovun  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibi Arifə 

Muxtarova,  katibi  Mikayıl  Rəhimov,  üzvləri  Şaitdin  Əliyev,  Fuad 

Cavadov,  Ramiz  İbrahimov,  Validə  Kazımova,  Qabil  Orucov,  Tofiq 

Həsənov,  İlham Məmmədov,  Nizami  Nadirov, Azər  Tağıyev, Tamam 

Cəfərova,  Bəxşeyiş  Əsgərov,  Almas  Qəhramanlı  və  Etibar  Quliyevin,  

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya 

hüququ  kafedrasının  baş  müəllimi  Elşad  Nəsirovun  və  həmin 

kafedranın  dosenti,  hüquq  üzrə  fəlsəfə  doktoru  Sübhan  Əliyevin, 

mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 

əməkdaşları  Ulduzə  Həmidova  və  Gülnar  Əhmədovanın  iştirakı  ilə, 

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-

cu  maddəsinin  VIII  hissəsinə  müvafiq  olaraq  xüsusi  konstitusiya 



icraatı  qaydasında  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 

Komissiyasından  daxil  olmuş  materiallar  üzrə  Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  2015-ci  il  noyabr  ayının  1-də 

keçirilmiş seçkilərin nəticələrinə dair  konstitusiya işinə baxdı. 

Hakimlər  R.Qvaladze  və  K.Şəfiyevin  məruzələrini,  Azərbaycan 

Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  sədri  M.Pənahovun 

çıxışını,  ekspertlər  E.Nəsirov  və  S.Əliyevin  rəyini,  mütəxəssislər 

U.Həmidova  və  G.Əhmədovanın  arayışını  dinləyib  müzakirə  edərək, 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

 

MÜƏYYƏN  ETDİ: 



 

Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II 

hissəsinə  əsasən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər 

çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü 

keçirilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

1-ci  bəndinə  uyğun  olaraq  “Azərbaycan  Respublikasının  Milli 

Məclisinə    seçkilərin  təyin  edilməsi  haqqında”  Azərbaycan 

Respublikası  Prezidentinin  28  avqust  2015-ci  il  tarixli  1371  saylı 

Sərəncamı  ilə  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilər 

2015-ci il noyabrın    1-nə təyin edilmiş və həmin gün keçirilmişdir. 

Azərbaycan 

Respublikası 

Seçki 


Məcəlləsinin 

171.2-ci 

maddəsinin  tələblərinə  görə  Azərbaycan  Respublikasının  Mərkəzi 

Seçki  Komissiyası  səsvermə  günündən  ən  geci  20  gün  keçənədək 

dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq 

onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində 

Konstitusiya Məhkəməsinə təqdim edir. 

Azərbaycan 

Respublikasının 

Konstitusiya 

Məhkəməsi 

Azərbaycan Respublikası  Konstitusiyasının  86-cı  maddəsinə  əsasən 




Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  seçkilərinin 

nəticələrinin düzgünlüyünü yoxlayır və təsdiq edir. 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  54.1-ci  maddəsinə  görə  Azərbaycan  Respublikası  Milli 

Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq 

edilməsi  qaydaları  Azərbaycan  Respublikası  Seçki  Məcəlləsi  ilə 

müəyyən edilir. 

Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  171.3-cü 

maddəsində  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsi müvafiq mütəxəssisləri cəlb 

etməklə  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  təqdim  olunmuş 

sənədlərin 

Azərbaycan 

Respublikasının 

Seçki 

Məcəlləsinə 



uyğunluğunu yoxlayır. 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci 

il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş 

seçkilərin  nəticələrinin  yoxlanılması  və  təsdiq  edilməsi  üçün 

səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının 

protokolunu,  habelə  dairə  seçki  komissiyalarının  protokollarını  və 

onlara əlavə edilən sənədləri 2015-ci il noyabrın 18-də Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir. 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  təqdim 

olunmuş  sənədlərin  Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinə 

uyğunluğunu yoxlayarkən aşağıdakıları müəyyən etmişdir. 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  seçkilərinin 

nəticələrinə dair 2015-ci il 18 noyabr tarixli protokoluna əsasən: 

1)

 

Seçici  siyahılarına  daxil  edilmiş  seçicilərin  ümumi  sayı  – 



5.211.765  (beş  milyon  iki  yüz  on  bir  min  yeddi  yüz  altmış 

beş); 



2)

 

Səsvermədə  iştirak  edən  seçicilərin  sayı  –  2.894.515  (iki 



milyon səkkiz yüz doxsan dörd min beş yüz on beş); 

3)

 



Dairə seçki komissiyalarının sayı – 125 (bir yüz iyirmi beş); 

4)

 



Dairə  seçki  komissiyaları  tərəfindən  təqdim  edilmiş 

protokolların sayı – 125 (bir yüz iyirmi beş); 

5)

 

Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün 



əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı 

– 124 (bir yüz iyirmi dörd); 

6)

 

Səsvermənin  nəticələri  etibarsız  hesab  edilmiş  seçki 



dairələrinin sayı – 1 (bir); 

7)

 



Səsvermənin  nəticələri  etibarsız  hesab  edilmiş  seçki  

məntəqələrinin sayı – 58 (əlli səkkiz) olmuşdur. 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

səsvermənin ümumi yekunları haqqında 2015-ci il 18 noyabr tarixli 

protokolundan  göründüyü  kimi,  125  seçki  dairəsindən  124  seçki 

dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və deputat 

seçilmiş namizədlər müəyyən olunmuşlar. 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  10 

noyabr  2015-ci  il  tarixli  44/310  saylı;  11  noyabr  2015-ci  il  tarixli 

45/312  saylı;  13  noyabr  2015-ci  il  tarixli  47/326  saylı;  14  noyabr 

2015-ci il tarixli 48/329 saylı; 17 noyabr 2015-ci il tarixli 50/342 

saylı; 18 noyabr 2015-ci il tarixli 51/344 və 51/345 saylı qərarları ilə 

12 saylı Qaradağ-Binəqədi-Yasamal; 35 saylı Xətai üçüncü; 53 saylı 

Quba-Qusar;  63 saylı  Sabirabad  birinci;  69 saylı  Cəlilabad-Masallı-

Biləsuvar; 79 saylı İmişli; 82 saylı Ağcabədi; 83 saylı Ağcabədi-Füzuli 

və 85 saylı Şamaxı seçki dairələrinin hər birində bir seçki məntəqəsi; 

15 saylı Yasamal birinci və 12 saylı Laçın seçki dairələrinin hər birində 

iki  seçki  məntəqəsi;  90  saylı  Ağdaş  seçki  dairəsində  40  seçki 

məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.  



90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız 

hesab edilmiş seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan 

seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən və həmin seçki 

məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə 

alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdiyindən 

bu seçki dairəsi üzrə seçkilər etibarsız hesab edilmişdir. 

Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 

tərəfindən 53 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız 

hesab edilmişdir.  

Beş  seçki  məntəqəsi  üzrə  nəticələr  dairə  seçki  komissiyaları 

tərəfindən etibarsız hesab edilmişdir. 

Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  100.12-ci 

maddəsinə  əsasən  seçki  komissiyalarının  protokolları  seçki 

komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və 

seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının 

ən  azı  2/3-si  tərəfindən  imzalanır.  Həmin  Məcəllənin  28.2-ci 

maddəsinə  görə  isə  Mərkəzi  Seçki  Komissiyasının  qərarları  açıq 

səsvermə  yolu  ilə  Mərkəzi  Seçki  Komissiyasının  iclasında  komissiya 

üzvlərinin 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu 

ilə qəbul edilir. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim 

edilmiş  səsvermənin  ümumi  yekunlarına  dair  Azərbaycan 

Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli 

protokolundan  göründüyü  kimi,  bu  sənəd  Mərkəzi  Seçki 

Komissiyasının  18  həlledici  səs  hüquqlu  üzvlərindən  17-si  

imzalamışdır. 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

materialları  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 

daxil  olduqdan  sonra  Məhkəmə  Azərbaycan  Respublikası  Seçki 

Məcəlləsinin  171.3-cü  maddəsinin,  “Konstitusiya  Məhkəməsi 




haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinin 

tələblərinə  uyğun olaraq  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki 

Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün 

ekspert və müvafiq mütəxəssisləri cəlb etmiş, Bakı, Sumqayıt, Gəncə, 

Şirvan,  Şəki  Apellyasiya  Məhkəmələrindən,  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Məhkəməsindən,  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki 

hüquqlarının  müdafiəsi  və  seçki  qanunvericiliyinin  pozulması  ilə 

əlaqədar  baxılmış  şikayət  və  ərizələr  haqqında  məlumatları  tələb 

etmişdir.         

Ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq 

fakültəsinin  Konstitusiya  hüququ  kafedrasının  baş  müəllimi 

E.Nəsirovun  və  həmin  kafedranın  dosenti  S.Əliyevin  rəylərinə  görə 

Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  seçkilərinin 

nəticələrinə 

dair 


Azərbaycan 

Respublikası 

Mərkəzi 

Seçki 


Komissiyasının  2015-ci  il  18  noyabr  tarixli  protokolu  və  ona  əlavə 

olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 

100.12,  107.2,  107.3,  108.2  və  171.2-ci  maddələrinin  tələblərinə 

uyğundur. 

Mütəxəssislər    Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  əməkdaşları  U.Həmidova  və  G.Əhmədovanın  arayışına 

əsasən,  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  seçkilərinin 

nəticələrinə dair 2015-ci il 18 noyabr tarixli protokolu və ona əlavə 

edilmiş  124  dairə  seçki  komissiyalarının  protokolları  Azərbaycan 

Respublikası  Seçki  Məcəlləsinin  100.2,  100.12,  107.2,  107.3  və 

108.2-ci maddələrinə uyğun tərtib edilmişdir. Yoxlanılmış sənədlərdə 

səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.  

Bakı  Apellyasiya  Məhkəməsi  23  noyabr  2015-ci  il  tarixli  5D-

174/15 saylı məktubunda bildirmişdir ki, 2015-ci il noyabr ayının 1-



də    keçirilmiş  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərlə 

bağlı məhkəməyə cəmi 63 şikayət daxil olmuş, bunlardan 6 şikayət 

aidiyyəti  üzrə  baxılması  üçün  göndərilmiş,  5  şikayət  mümkün 

sayılmamış, 51 şikayət təmin edilməmiş, 1 şikayət isə qismən təmin 

edilərək  namizədliyin  qeydə  alınmaması  ilə  bağlı  Mərkəzi  Seçki 

Komissiyasının qərarı ləğv edilmişdir.  

Azərbaycan  Respublikası  Sumqayıt  Apellyasiya  Məhkəməsinin  

23 noyabr 2015-ci il tarixli SA-209/2015 saylı məktubuna əsasən, 

həmin  məhkəməyə  2015-ci  il  noyabr  ayının  1-də  keçirilmiş 

Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərlə  bağlı  cəmi  13 

şikayət daxil olmuş, bütün şikayətlər təmin edilməmişdir. 

Azərbaycan  Respublikası  Gəncə  Apellyasiya  Məhkəməsi  23 

noyabr 2015-ci il tarixli 03-01/2015 saylı məktubla bildirmişdir ki, 

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı 

cəmi 8 şikayət daxil olmuş, o cümlədən 5 şikayət namizədliyin qeydə 

alınmaması,  3  şikayət  isə  Dairə  Seçki  Komissiyalarının 

protokollarından olmuşdur.  İki şikayət baxılması üçün aidiyyəti üzrə 

göndərilmiş, 6 şikayət isə təmin edilməmişdir. 

Azərbaycan  Respublikası  Şirvan  Apellyasiya  Məhkəməsinin  20 

noyabr  2015-ci  il  tarixli  6DX-290/2015  saylı  məktubundan 

göründüyü kimi, həmin məhkəməyə Azərbaycan Respublikasının Milli 

Məclisinə seçkilərlə bağlı cəmi 23 şikayət daxil olmuşdur. Bunlardan 

16-sı namizədliyin qeydiyyatı ilə, 7-si isə Dairə Seçki Komissiyalarının 

protokollarının etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Bir şikayət 

təmin  edilərək  namizədliyin  qeydiyyatı  ilə  bağlı  Mərkəzi  Seçki 

Komissiyasının  qərarı  ləğv  edilmiş,  bir  şikayət  baxılması  üçün 

aidiyyəti üzrə göndərilmiş, 21 şikayət təmin edilməmişdir.     

Azərbaycan  Respublikası  Şəki  Apellyasiya  Məhkəməsinin  21 

noyabr 2015-ci il tarixli 35/964 saylı məktubundan göründüyü kimi, 

həmin  məhkəməyə  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 




seçkilərlə  bağlı  cəmi  11  şikayət  daxil  olmuş,  7  şikayət  təmin 

edilməmiş, 2 şikayət mümkün sayılmamış, 1 şikayət təmin edilərək 

qeydə  alınmış  namizədin  qeydiyyatı  ləğv  edilmiş,  1  şikayət  isə 

aidiyyəti üzrə baxılması üçün göndərilmişdir.  

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  23  noyabr 

2015-ci  il  tarixli  20-03/75  saylı  məktubundan  göründüyü  kimi, 

2015-ci il noyabr ayının 1-də keçirilmiş Azərbaycan Respublikasının 

Milli Məclisinə seçkilərlə bağlı şikayətlər daxil olmamışdır. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2015-ci 

il tarixli 2-509/15 saylı məktubuna əsasən, bu məhkəməyə 2015-ci 

il  noyabr  ayının  1-də  keçirilmiş  Azərbaycan  Respublikasının  Milli 

Məclisinə seçkilərlə bağlı 64 iş daxil olmuş, 60 iş üzrə şikayətlər təmin 

edilməyərək,  apellyasiya  instansiyası  məhkəmələrinin  qərarları 

dəyişdirilmədən  saxlanılmış,  4  şikayətin  qəbulundan  isə  imtina 

olunmuşdur. 

Azərbaycan 

Respublikası 

Prokurorluğunun 

Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinə ünvanladığı 21 noyabr 2015-

cil  tarixli  04-xid  9344  saylı  məktubunda  göstərilmişdir  ki, 

Azərbaycan  Respublikasının  Milli  Məclisinə  keçirilmiş  seçkilər  ilə 

əlaqədar  prokurorluq  orqanlarına  vətəndaşların  seçki  hüquqlarının 

pozulması ilə bağlı 23 müraciət daxil olmuş, onlardan 19-u aidiyyəti 

üzrə göndərilmiş,  4  müraciət  üzrə  isə  müəlliflərinə qanunvericiliyin 

tələbləri izah edilmişdir. 

Yuxarıda 

göstərilənləri 

nəzərə 

alaraq, 


Konstitusiya 

Məhkəməsinin  Plenumu  belə  nəticəyə  gəlir  ki,  2015-ci  il  noyabr 

ayının  1-də  keçirilmiş  Azərbaycan  Respublikası  Milli  Məclisi 

deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası 

Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu 

və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq  ona əlavə 

edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 



100.12,  107.2,  107.3,  108.2  və  171.2-ci  maddələrinin  tələblərinə 

uyğun olduğundan, seçkilərin nəticələri təsdiq edilməlidir. 

Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 

130-cu  maddəsinin  VIII,  IX  hissələrini,  “Konstitusiya  Məhkəməsi 

haqqında” Azərbaycan Respublikası Qanunun 54, 62, 63, 65, 67 və 

69-cu  maddələrini  rəhbər  tutaraq  Azərbaycan  Respublikası 

Konstitusiya Məhkəməsinin Plenumu       

 

QƏRARA  ALDI: 



 

1.  2015-ci  il  noyabr  ayının  1-də  keçirilmiş  beşinci  çağırış 

Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  seçkilərinin 

nəticələrinə 

dair 

Azərbaycan 



Respublikası 

Mərkəzi 


Seçki 

Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu və Azərbaycan 

Respublikası  Seçki  Məcəlləsinə  uyğun  olaraq    ona  əlavə  edilmiş 

sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 

107.2,  107.3,  108.2  və  171.2-ci  maddələrinin  tələblərinə  uyğun 

hesab edilsin. 

2. Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabr 

ayının 1-də keçirilmiş  

1 saylı Şərur-Sədərək, 

2 saylı Şərur, 

3 saylı Babək-Kəngərli-Naxçıvan, 

4 saylı Naxçıvan şəhər, 

5 saylı Şahbuz-Babək, 

6 saylı Culfa-Babək, 

7 saylı Ordubad-Culfa, 



8 saylı Binəqədi birinci, 

9 saylı Binəqədi ikinci, 

10 saylı Binəqədi üçüncü, 

11 saylı Qaradağ, 

12 saylı Qaradağ-Binəqədi-Yasamal, 

13 saylı Xəzər-Pirallahı, 

14 saylı Xəzər,  

15 saylı Yasamal birinci, 

16 saylı Yasamal ikinci, 

17 saylı Yasamal üçüncü, 

18 saylı Nərimanov-Nizami, 

19 saylı Nərimanov birinci

20 saylı Nərimanov ikinci, 

21 saylı Nəsimi birinci, 

22 saylı Nəsimi ikinci, 

23 saylı Nəsimi-Səbail

24 saylı Nizami birinci, 

25 saylı Nizami ikinci, 

26 saylı Sabunçu birinci, 

27 saylı Sabunçu ikinci

28 saylı Sabunçu üçüncü, 

29 saylı Səbail, 

30 saylı Suraxanı birinci, 



31 saylı Suraxanı ikinci,  

32 saylı Suraxanı üçüncü, 

33 saylı Xətai birinci, 

34 saylı Xətai ikinci, 

35 saylı Xətai üçüncü

36 saylı Xətai dördüncü, 

37 saylı Nizami birinci (Gəncə), 

38 saylı Nizami ikinci (Gəncə), 

39 saylı Kəpəz birinci (Gəncə), 

40 saylı Kəpəz ikinci (Gəncə), 

41 saylı Sumqayıt birinci, 

42 saylı Sumqayıt ikinci, 

43 saylı Sumqayıt üçüncü, 

44 saylı Sumqayıt-Xızı, 

45 saylı Abşeron, 

46 saylı Şirvan, 

47 saylı Mingəçevir, 

48 saylı Yevlax, 

49 saylı Yevlax-Mingəçevir, 

50 saylı Abşeron-Qobustan, 

51 saylı Qusar, 

52 saylı Quba, 

53 saylı Quba-Qusar, 



54 saylı Şabran-Siyəzən, 

55 saylı Xaçmaz şəhər, 

56 saylı Xaçmaz kənd

57 saylı Kürdəmir, 

58 saylı Hacıqabul-Kürdəmir, 

59 saylı Salyan, 

60 saylı Salyan-Neftçala, 

61 saylı Neftçala, 

62 saylı Saatlı, 

63 saylı Sabirabad birinci, 

64 saylı Sabirabad ikinci

65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 

66 saylı Biləsuvar, 

67 saylı Cəlilabad şəhər, 

68 saylı Cəlilabad kənd, 

69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 

70 saylı Masallı şəhər, 

71 saylı Masallı kənd, 

72 saylı Yardımlı-Masallı, 

73 saylı Lənkəran şəhər, 

74 saylı Lənkəran kənd, 

75 saylı Lənkəran-Masallı, 

76 saylı Lənkəran-Astara



77 saylı Astara, 

78 saylı Lerik, 

79 saylı İmişli, 

80 saylı İmişli-Beyləqan, 

81 saylı Beyləqan, 

82 saylı Ağcabədi, 

83 saylı Ağcabədi-Füzuli, 

84 saylı Füzuli, 

85 saylı Şamaxı, 

86 saylı İsmayıllı, 

87 saylı Ağsu-İsmayıllı, 

88 saylı Göyçay, 

89 saylı Göyçay-Ağdaş, 

91 saylı Ucar, 

92 saylı Zərdab-Ucar, 

93 saylı Bərdə şəhər, 

94 saylı Bərdə kənd, 

95 saylı Tərtər, 

96 saylı Goranboy-Naftalan, 

97 saylı Goranboy-Ağdam-Tərtər, 

98 saylı Şəmkir şəhər

99 saylı Şəmkir kənd, 

100 saylı Şəmkir-Daşkəsən, 



101 saylı Göygöl-Daşkəsən, 

102 saylı Samux-Şəmkir, 

103 saylı Gədəbəy, 

104 saylı Gədəbəy-Tovuz, 

105 saylı Tovuz, 

106 saylı Tovuz-Qazax-Ağstafa, 

107 saylı Qazax, 

108 saylı Ağstafa, 

109 saylı Balakən, 

110 saylı Zaqatala, 

111 saylı Zaqatala-Balakən, 

112 saylı Qax, 

113 saylı Şəki şəhər, 

114 saylı Şəki kənd birinci, 

115 saylı Şəki kənd ikinci, 

116 saylı Qəbələ, 

117 saylı Oğuz-Qəbələ, 

118 saylı Ağdam şəhər, 

119 saylı Ağdam kənd, 

120 saylı Cəbrayıl-Qubadlı, 

121 saylı Laçın, 

122 saylı Xankəndi, 

123 saylı Kəlbəcər, 



124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 

125 saylı Zəngilan-Qubadlı 

seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.  

3. Qərar elan olunduğu andan qüvvəyə minir. 

4.  Qərar  “Azərbaycan”,  “Respublika”,  “Xalq  qəzeti”,  “Bakinski 

raboçi”  qəzetlərində  və  “Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, 

dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

 

Sədr       Fərhad Abdullayev 



 

Yüklə 169,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə