Dünya iqtisadiyyatının tarixi
55
salınması zəruriliyi mövcuddur. Eyni zamanda məlumdur ki, “bu an” –
ifrat sürətli axıcılığı ilə səciyyələnən zaman sırasının elementidir. “Bu
an”- həmişə keçmişdir. Gələcəyə istiqamətlənən keçmiş. Gələcəyi
formalaşdıran keçmiş. Gələcək “bu an”da intişar tapmağa başlayır. Yəni
gələcək “bir ayağı” keçmişdə olan ifrat qısa zaman kəsiyinin bətnindən
doğur. Problemin dərin qatlarına nüfüz etmədən də konkret məzmunlu
konseptual ümumiləşdirmə aparmaq olar. Elmi abstraksiyanın (bunsuz
keçinmək mümkün deyil) maksimumundan çıxış etməklə belə bir
qənaətə gəlmək olar ki, “zəmanə”(iqtisadiyyatda) keçmiş → indi →
gələcək zaman oxunun sosiallaşması, maddiləşməsi, ideologiyalaşması
və ümumiyyətlə, konkret dəyərlərlə “yüklənməsi”nin məhsuludur.
“Zəmanə”- həm fiziki, həm də sosial-iqtisadi anlamda keçmişin
“qalıqlarını”, gələcəyin konturlarını və indiki zamanı bütün təfərrüatı ilə
özündə birləşdirən gerçəklikdir. Bu gerçəklikdə, yaxud zəmanədə batıb
qalma imkanı da var. Məsələn, Saxaradan (Böyük Səhradan) cənubda
yerləşən Afrika ölkələri kimi. Bu ölkələrdə bizim dediyimiz anlamda
zaman axıcılığı yoxdur. Zaman “dayanıbdır”.
Beləliklə, məcmu iqtisadi proseslərin zaman axıcılığı və onun
meydana çıxardığı nəticələr öz mahiyyəti və əhəmiyyəti baxımından
inkişaf probleminin özündən də mühüm məsələdir. Əgər nəzərə alsaq ki,
müəyyən ekstremal situasiyalarda əldə olunmuş yüksək inkişaf səviyyəsi
heç bir rol oynamaya bilər (məsələn, slandiyanın bir ölkə olmaq etibarilə
müflisləşməsi), onda akademik Ramiz Mehdiyevin gəldiyi nəticənin
mühüm əhəmiyyət kəsb etdiyi üzə çıxacaqdır.
nkişaf probleminə yanaşmada “səviyyə yoxsa sürət” dilemmasında
prioritetliyin ikinciyə verilməsini zəruri hesab edən akademik
R.Mehdiyev iqtisad elminin ən aktual problemlərindən birinin həllində
müstəsna rol oynamaq iqtidarında olan konseptual yanaşma ortalığa
qoymuşdur.
Qlobal maliyyə böhranının gedişində qeyd etdiyimiz yanaşmanın
sırf praktiki məzmun kəsb etdiyini adi gözlə müşahidə etmək olar.
Bununla belə, sözügedən dilemmanın fərqli müstəvidə “davranış
tərzinin” necə olacağı sualı da mövcuddur. Başqa sözlə, müasir “oyun
qaydaları” çərçivəsində həlledici mövqenin sürətə xas olduğu empirik
səviyyədə öz təsdiqini tapmış, lakin kardinal dəyişikliklərin baş verdiyi,
yaxud keyfiyyətcə yeni dünya düzəninə keçirildiyi, neoliberalizmin əhatə
dairəsinin təhlükəsizlik limitinə qədər daraldıldığı halda sözügedən
yanaşma öz aktuallığını saxlayacaqmı? Axı, dünyanın yeni iqtisadi
düzənə keçidi “xalis” şəkildə baş verə bilməz. qtisadiyyatda həyata
Dünya iqtisadiyyatının tarixi
56
keçirilən sistem dəyişikliyi ictimai həyatın bütün sferalarında: siyasətdə,
ideologiyada, sosial-mənəvi sahələrdə və s. və i.a adekvat yeniləşmə ilə
müşayiət olunur, yaxud olunmalıdır. qtisadi anlamda “zəmanənin”
məzmun dəyişikliyi yekun etibarilə bütövlükdə cəmiyyətin təşkili və
idarəolunması sisteminin həmin istiqamətdə yeniləşməsini tələb edir və s.
Problemə yanaşmada dərketmə diskomfortunu aradan qaldıra
biləcək adekvat dialektik formaların tapılmasına və ümumiyyətlə,
problemin fəlsəfi müstəvidə konseptual qiymətləndirilməsinə böyük
ehtiyac vardır.
Beləliklə, metodoloji yeniləşmənin qaçılmaz olduğu göz
qabağındadır. Qeyd edilən yönümlü dəyişikliklər, ələlxüsus metodiki
aparatın yeniləşməsinə bir tərəfdən ümumelmi kateqoriyaların tarix
elminin müvafiq aparatına daxil edilməsi, digər tərəfdən tarixi
mənbələrin təhlilində istifadə olunan riyazi metodların və tarixi
proseslərin riyazi modelləşdirilməsinin təkmilləşdirilməsi yönümündə
aparılır.
61
Son dövrlərdə riyazi statistikanın daha mürəkkəb metodlarına
müraciət edilməsi artıq bir təmayül halına gəlmişdir.
Söhbət, hər şeydən əvvəl, qeyri-xətti dinamikanın (ələlxüsus, xaos
nəzəriyyəsinin) metodlarından istifadədən, mürəkkəb proseslərin
modelləşdirilməsi və empirik xarakterli dinamik sırada xaosun
aşkarlanmasından gedir.
Bir sözlə, O.Meduşevskinin dəqiq ifadəsi ilə desək, “...Ən aktual
problem... metod problemidir, peşəkarlıq problemidir, elmlərarası
inteqrasiya ( metodoloji – Ş.H., Ə.B )” problemdir.
62
61
Ковальченко И.Д. Методы исторического исследования. М; 1987.- С.198-199.
62
Медушевская О.М. Профессионализм гуманитарного образования в условиях
междисциплинарности // Проблемы источниковедения и исторографии. М.2000.
С. 350.
Dünya iqtisadiyyatının tarixi
57
III FƏ
S L
DÜNYA QT SAD YYATININ TAR X FƏ
NN K M
§ 3.1. Tə
kamül və
müasirlik
Tarixi mənbələr göstərir ki, artıq XIX əsrin sonlarından etibarən
tarixi-iqtisadiyyat “iqtisadi tarix” adı altında tədris proqramlarına daxil
edilmişdir. Tarixi məlumatlara görə “iqtisadi tarix” fənni ilk dəfə 1881-
1882-ci illərdə Oksfordda A.Toynbi tərəfindən tədris edilmişdi.
Paralel olaraq Bazel Universitetində K.Blüxer həmin fənn üzrə
mühazirələr oxumuşdu.
XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadi tarix əksər
universitetlərin tədris planına daxil edilmişdir. lk “ qtisadi tarix”
kafedrası XX əsrin əvvəllərində ABŞ-ın Harvard Universitetində
(U.Eşli), 1910-cu ildə isə Mançester Universitetində yaradılmışdı.
“ qtisadi tarix” fənninin tədrisi ngiltərədə və Fransada xüsusilə
geniş yayılmışdı.
Tədricən bütün Avropa ölkələrində bu fənnin öyrənilməsinə
başlandı: 1950-ci illərdə taliyanın 46 universiteti “ qtisadi tarixi” tədris
proqramlarına daxil etmişdirlərsə, onların sayı 1980-ci illərdə 87-ə
çatmışdı.
Hal-hazırda əksər Qərb ölkələrində iqtisadi tarix iqtisad, siyasət,
hüquq və tarix ixtisasları üzrə məcburi fənn kimi tədris olunur. Bu sırada
yalnız ABŞ-da fərqli yanaşma ortalığa qoyulmuşdur: qtisadiyyatın ifrat
“riyaziləşdirilməsi” nəticəsində iqtisadi tarix iqtisadi nəzəriyyəyə
birləşdirilmişdir.
§ 3.2. Fənnin məzmunu
§3.2.1. Predmet
Bəri başdan qeyd edək ki, dünya iqtisadiyyatının tarixi çərçivəsində
predmet müəyyənləşməsində ilkin olaraq “iqtisadi tarix” və
“iqtisadiyyatın tarixi” fərqliliyindən doğan “tələ”dən yan keçmək
imkanlarına baxılmalı və tarixi-iqtisadi prosesin subyekti (obyekti) ilə
bağlı konseptual dəqiqləşdirmə aparmağa ehtiyac vardır.