42
sevgimi içimdə boğsaydım, bu xəyanət olmazdımı? Niyə siz xəyanəti
birtərəfli başa düşürsünüz, siz başa düşün ki, mən Əmini sevmədən
onunla yaşadığım zaman riyakar idim, saxtakar idim. Mən sevib
təmizləndim. Riakarlıqdan xilas oldum. İndi mən Əminə yox
riyakarlığa xəyanət eləmişəm” (124, 136).
Bütün pyes boyu Nihal öz məhəbbətinə bəraət qazandırmağa
çalışır. O, yaradıcılığında olduğu kimi, şəxsi həyatında da azadlığı,
ülviliyi, gözəlliyi əsas tutur. Əminlə memarlıq emalatxanasında
rastlaşanda deyir, “Məni necə varamsa, o cür görə bilməmisən,
görmək istədiyini görmüsən. Mən dünyaya sənin gözünlə baxa
bilmərəm… Sənin sevginin əvvəli də məlum olub, axırı da. Buradan
bura qədər. Ölçüsü, çəkisi məlum olan sevgi sevgi deyil… Mən hər
şeydə gözəllik axtarmışam. İşimdə də, adamlara münasibətimdə də,
oxuduğum
kitablarda da, hətta çay içdiyim istəkanda da” (124, 134).
Tamaşada Nihal rolunu gənc aktrisa Şəfiqə Məmmədova
oynayırdı. Ş.Məmmədova duyaraq yaratdığı Nihal obrazını
tamaşanın əvvəlində zahirən olsa da, öz həyatından, yaşayışından
məmnun bir qadın kimi göstərirdi. Əslində isə o, ümidləri aldanmış,
məhəbbəti qəzaya uğramış bədbəxt insandır. Bacısı Reyhanın təhriki
ilə telefonda Aslandan qəti qərar istədiyi səhnədə Ş.Məmmədova
Nihalın puça çıxmış arzularının məyusluğunu, yaralı bir qəlbin
həyəcanlarını təsirli və mənalı göstərməyə çalışırdı. Lakin aktrisanın
bütün səylərinə baxmayaraq Nihal tamaşada ideal səviyyəsinə
yüksəlmir, məğlubiyyəti ilə obrazın dramatik mahiyyəti barədə
tamaşaçını düşündürürdü.
B.Vahabzadənin təsvirində Nihal pozğun bir qadın yox,
gecikmiş məhəbbətlə sevən və buna görə də müəyyən faciəvi hisslər
yaşayan obrazdır. Tənqidçilərin bəziləri bu fikirlə razılaşır, bəziləri
isə Nihalın məhəbbətinə qiymətdə daha kəskin mövqe tuturdular.
Onun məhəbbətini ucaldan, yüksəldən məhəbbət deyil, alçaldan,
çirkaba bulaşan məhəbbət kimi qəbul edirdilər. “O, sevmədiyi
Əminlə yaşayanda daha çox riyakardır (özü belə zənn edir), yoxsa
ona xəyanət edə-edə Aslanla yaşayanda? Gördüyümüz kimi Nihalın
ittihamlarında (yaxud özünə verdiyi bəraətdə) nəinki bədii, psixoloji,
heç adi məntiqi həqiqət də yoxdur. Onun bu məhəbbətində səma və