Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə95/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

294 


qatilini 

bağışlayan 

Səlma, 

―Maral‖da 



mühitin 

ağırlığından,  ―fəlakət  zindanından‖  xilas  olmaq  üçün, 

sevgilisi  ilə  qol-qola ucu-bucağı  olmayan  fəzalara  uçmaq 

istəyən 


gənc 

Cəmil 


bəy, 

―Şeyda‖da 

həyatdakı 

boşluqlardan,  mənasızlıqdan  bezib  intihar  etmək,  yaxud 

―uçmaq,  yüksəlmək,  yüksəldikcə  yüksəlmək,  buludlara 

qoşmaq‖  eşqi  ilə  yaşayan  mühərrir  Şeyda,  ―Şeyx 

Sənan‖da  həqiqət,  məhəbbət  naminə  bütün  mövcud 

hakim  fikirləri,  dini  təəssübkeşliyi  tapdalayan  Sənan, 

həqiqət  axtarıcısı  təriqətçi  Dərviş,  Sənanın  eşqi  ilə 

yaşayan  ərəb  qızı  Zəhra,  insanlardan  küsüb  monastıra 

getməyə  can  atan  Xumar,  ―İblis‖də  göylərə  yüksəlib 

allahlarla  haqq-hesab  çəkməyə  çalışan  Arif,  ―Uçurum‖da 

insanlardan qaçıb tənha həyat keçirən fəlsəfəçi Əkrəm  və 

başqaları  Cavidin  əsərlərində,  şübhəsiz  ki,  fövqəladə 

xarakterlər kimi verilmişdir. 

Lakin  bu  fövqəladəlik,  bu  surətlərin  hamısında  eyni 

dərəcədə  böyüklük,  əzəmət,  müstəsnalıq,  yüksəklik 

əlaməti  kimi  təzahür  edə  bilmir.  Məsələn,  Səlma,  Sən- 

an,  Xumar,  Zəhra  surətlərində  bu  fövqəladəlik,  həqi- 

qətən,  əzəmətli  göründüyü  halda,  Şeyda,  Cəmil,  Arif  və 

Əkrəm  surətlərində  əksinə,  malxülya,  acizlik,  iradə- 

sizlik  əlaməti  olaraq  meydana  çıxır;  bu  sifətlər  bir 

fövqəladəlik,  müstəsnalıq  təsiri  deyil,  mənasız  bir  qeyri-

adilik,  şıltaqlıq  təsiri  buraxır.  Bunun  bir  səbəbi  də 

ondadır ki, müəyyən əsərlərində (―Şeyx Sənan‖, ―Şeyda‖, 

―Maral‖) Cavid öz müsbət qəhrəmanlarını fərqləndirmək, 

onların  mənəvi  gücünü  qabarıq  surətdə  nəzərə 

çarpdırmaq üçün bəzən mövzunun, dramatik münaqişənin 

və  xarakterlərin  xüsusiyyətini  nəzərə  almadan  eyni  bir 

dramatik  vasitədən  —  qəhrəmanları  ucsuz-bucaqsız 

fəzalarda  uçurmaq  vasitəsindən  eyni  şəkildə  istifadə 

etmişdir. Məsələn, yuxuda, Sənana göründüyü kimi, gənc 

mühərrir Şeydaya və Cəmil bəyə də ―behişti‖ mənzərələr 



 

295 


görünür.  ―Şeyx  Sənan‖da  Şeyx  Hadi  Sənanı  yuxuda 

mələklər,  pərilər  əhatəsində  gördüyü  kimi,  Şeydanın 

mühərrir  yoldaşı  Rauf  da  həbsxanada  yuxuda  nurani  bir 

zatın  göydən  enib,  həbsxananın  divarlarını  uçurduğunu 

görür,  bütün  məhbuslar  quş  kimi  qanadlanıb  uçur, 

azadlığa çıxır, uca dağların zirvəsinə qonurlar; Şeyda isə 

onlardan  fərqli  olaraq  ―uçduqca  uçur,  nəhayətsiz 

buludlarda  qovuşub  tamamilə  gözdən  itir‖.  Yaxud  Şeyx 

Sənan  Xumarla  buludlarda  uçduğu  kimi,  Cəmil  bəy  də 

Humayla  bərabər,  qol-qola  fəzalarda  uçmaq,  yüksəlmək 

istəyir. 

Məlumdur  ki,  bu  yolla  dramaturq  müsbət  qəhrəman- 

ları  fərqləndirmək,  qaldırmaq  məqsədini  izləyir.  Lakin 

―Şeyx  Sənan‖da  əsərin  müəyyən  dərəcədə  əfsanəvi, 

nağılvarı süjetinə və hadisələrinə uyğun olaraq bu üsul nə 

qədər  təbii  görünürsə,  ―Şeyda‖  və  ―Maral‖da  bir  o  qədər 

süni  görünür;  mətbəə  işçilərini  sinfi  azadlıq  uğrunda 

mübarizəyə  çağıran  gənc  şair  və  mühərrir  Şeydaya, 

zorakılıq  və  köhnə  əxlaq  əleyhinə  çıxan  gənc  ziyalı 

Cəmil  bəyə  göylərə  uçmaq,  hər  necə  olursa-olsun, 

yaraşmır;  həddini  aşmış  hissiyyatçılığa,  xəyalpərvərliyə 

çevrilir. 

Cavidin 

sonrakı  dramlarında  (―Afət‖,  ―Knyaz‖, 

―Səyavuş‖,  ―İblisin  intiqamı‖,  ―Xəyyam‖  və  sair)  biz 

artıq  bu  bədii  vasitəni  görmürük.  Məsələn,  əvvəlki 

fəsillərdə  qeyd  edildiyi  kimi,  ―Xəyyam‖da  Xəyyam 

qeyri-adiliyi,  fövqəladəliyi  ilə  deyil,  zəmanəsinə  görə  ən 

qabaqcıl  dünyagörüşünə  sahib  olması  ilə  yüksək,  müs- 

təsna  və  əzəmətlidir.  Səyavuş  da  yenə  qeyri-adiliklə 

deyil, qəhrəmanlığı, nəcib insani sifətləri, ədalətli, insaflı 

olması ilə təsirli, əzəmətlidir.  Yaxud Anton  yenə özünün 

böyük azadlıq ideyaları ilə diqqətəlayiq surətdir. 

Cavid  yalnız  fövqəladə  xarakterlər  yaratmamışdır. 

Onun  əsərlərində  romantik,  yaxud  eyni  zamanda  realist 



 

296 


xüsusiyyətlərə malik olan xarakterlər də çoxdur. Xüsusən 

onun  müsbət,  realist  surətləri  diqqəti  ayrıca  olaraq  cəlb 

edir. Məsələn, ―Knyaz‖da Gürcüstanda Sovet hakimiyyəti 

qurulması  uğrunda  mübarizə  aparan  Anton,  ―İblisin 

intiqamı‖nda  faşizmə  qarşı  vuruşan  mərakeşli  Xalid, 

―Səyavuş‖da üsyançı qullara rəhbərlik edən Altay, ―Xəy- 

yam‖da  səlcuq  sultanlarının  zülmünə  qarşı  üsyan 

edənlərin  başçısı  Yusif,  ―Topal  Teymur‖da  Türkiyə 

sultanı İldırım Bayazidin təxribatçı siyasətinə qarşı çıxan 

qoca  Şeyx  Buxari,  ―Afət‖də  burjua-mülkədar  əxlaqına 

qarşı  çıxan  köməksizləri,  kimsəsizləri  müdafiə  edən 

Ərtoğrul,  ―Maral‖da  ailə  və  qadın  azadlığını  müdafiə 

edən Nadir bəy və başqaları əsasən realist xarakterlərdir. 

Bu  surətlərdə  (Anton  və  Ərtoğrulda  olduğu  kimi) 

müəyyən  dərəcədə  romantik  əhvali-ruhiyyə  olsa  da,  real 

düşüncə  üstünlük  təşkil  etməkdədir.  Cavidin  Göyərçin 

(―Uçurum‖),  Firəngiz  (―Səyavuş‖),  Dilşad  və  Almaz 

(―Topal  Teymur‖),  Nazlı,  Humay  (―Maral‖),  İsmət 

(―Ana‖) kimi surətlərində də real cizgilər qüvvətlidir. 

Beləliklə  də  fövqəladə,  romantik, 

sentimental 

xarakterlərlə  yanaşı  eyni  zamanda  realist  xüsusiyyətlər 

daşıyan  xarakterlər  Cavidin  əsasən  romantik  üslubda 

yazdığı  dramlarına,  bütün  görkəmli  romantiklərin 

əsərlərində olduğu kimi, müəyyən realist xüsusiyyətlər də 

gətirmişdir. 

Cavidin  dramları  içərisində  dram  sənəti  nöqteyi-

nəzərindən  ən  zəif  əsərlər  ―Peyğəmbər‖  və  ―Topal 

Teymur‖dur.  Bunun  səbəbi  odur  ki,  bu  əsərlər  xa- 

rakterlər dramı olmayıb, daha çox bioqrafik dram növünə 

yaxındır. 

Cavidin 


dramları  əsasən  xarakterlər,  ehtiraslar 

dramıdır.  Lakin  bu  əsərlərdə  vəziyyət  dramının  ünsürləri 

də  yox deyildir. Ancaq bu ünsürlər ayrıca, çılpaq şəkildə 

meydana  çıxmır.  Bu  dramlarda,  demək  olar  ki,  üstünlük 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə