Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə92/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

285 


dostluq, səmimiyyət, mehribanlıq şəklində təzahür edir. 

Diqqət  etdikdə  sevmək,  sevilmək  ehtirası  ilə  yaşayan 

bu  insanların  eyni  mahiyyətli  maniəyə  rast  gəldiklərini 

görürük:  Sənan  dini  təəssübkeşliyi  müdafiə  edən 

papasların,  fanatik  şeyxlərin  müqavimətinə  rast  gəlir. 

Zəhranın  öz  arzusuna,  Sənana  çatmasına  təriqət  başçısı 

atası Şeyx Kəbirin ―səni alçaldan ehtiras olacaq‖ — kimi 

asketizmi  təbliğ  edən  fikirləri  mane  olur.  Xumarın 

faciəsinə  səbəb  dini  təəssübkeşlik,  xristianlıqdır. 

Beləliklə,  bu  əsərdə  məhəbbət  ehtirasları  ilə  dini 

təəssübkeşlik,  tərkdünyalıq  ehtirasları  qruplaşdırılmış 

halda 


bir-birinə 

qarşı 


qoyulur. 

Bir-birinə 

zidd 

dünyagörüşləri,  bir-birinə  zidd  xarakterlər,  bir-birini 



inkar edən ehtiraslar, meyllər doğurur. 

Məhəbbət 

ehtirası 

―Şeyda‖ 


faciəsində 

Şeyda, 


―Maral‖da  Cəmil  bəy,  ―İblis‖də  Xavər,  ―Afət‖də,  Afət, 

―Uçurum‖da  Göyərçin,  ―Səyavuş‖da  Firəngiz  və  Süda- 

bə,  ―Peyğəmbər‖də  Şəmsa  surətlərində  də  aparıcı  eh- 

tirasdır.  Lakin  bu  surətlərin  bəzilərində  onlara  gös- 

tərilən  münasibət,  xəyanət  və  ya  şəxsi  məhrumiyyətlərə 

düçar  olmaq  üzündən  məhəbbət  ehtirası  son  nəticədə 

nifrət və intiqam hissinə çevrilir. 

Cavidin 


dramlarında  insanpərvərlik,  xeyirxahlıq, 

sülhpərvərlik  ehtirası  ilə  yaşayan  surətlər  də  vardır. 

―Ana‖da  Səlma,  ―İblis‖də  qoca  Şeyx,  ―İblisin  inti- 

qamı‖nda  Sülh  pərisi,  ―Topal  Teymur‖da  şair  Kirmani 

belə  surətlərdəndir.  Ancaq  bu  surətlərin  çoxu  ağıl, 

mərifət  və  ya  məhəbbət  ehtirası  ilə  yaşayan  Xəyyam, 

Sənan,  Sevda,  Dərviş,  Südabə,  Şəmsa,  Göyərçin  kimi 

surətlərə  nisbətən  sönük,  cansız  və  sxematikdir.  Bunun 

da  sirri  ondadır  ki,  bu  adamlarda  insanpərvərlik, 

xeyirxahlıq,  sülhpərvərlik  mücərrəd  və  passiv  arzular 

şəklindədir.  Onlar  yaxşı,  xeyirxah  xəyallar  bəsləməklə 

kifayətlənir,  bilavasitə  mübarizəyə  qoşulmurlar.  Dram 




 

286 


əsərində  də  dramatik  mübarizədən,  əsas  konfliktdən 

kənarda  qalan  surətlərin  sönük,  sxematik  çıxması  çox 

təbii bir haldır. 

Bir  cəhət  də  diqqəti  xüsusilə  cəlb  edir  ki,  Cavidin 

dramlarında  mücərrəd  xeyirxahlıq,  passiv  insanpərvər- 

lik ehtirası ilə  yaşayan bu adamlar  ya bəlalara düçar olan 

talesiz  insanlar,  ya  da  öz  ideyalarında  qeyri-sabit  olub, 

dərhal  dönüklük,  zəiflik  göstərən  xarakterlər  kimi 

meydana  çıxmışlar.  Məsələn,  ―Ana‖da  Səlma,  ―İblis‖də 

qoca 


Şeyx 

ürəkdən 


bağlı, 

olduqları 

mücərrəd 

insanpərvərlik  ehtirasının  bəlasını  çəkməli  olurlar. 

Düşməni də bağışlamağı yüksək insanlıq sifəti və əlaməti 

hesab  edən  Səlma  axırda  öz  yeganə  oğlunun  vəhşicəsinə 

öldürüldüyünün  şahidi  olur.  ―Qəlbindəki  nifrətləri, 

vəhşətləri  yax,  yıx!‖  —  deyə  özgələrinə  insanlıq  dərsi 

verən  qoca  Şeyx  sevimli  qızı  Xavərin  Arif  tərəfindən 

vəhşicəsinə öldürüldüyünü gördükdən sonra: 

 

Atdım insanlığı, oldum canavar, 



İntiqam istərəm, artıq bu qadar! — 

 

—  deyib  inləyir.  Əvvəlcə  insanlıqdan,  ədalətdən,  xeyir-

xahlıqdan  danışan  Arif,  sonra  özü  amansız,  alçaq  bir 

caniyə  çevrilir,  öz  sevimli  arvadını  boğub  öldürür, 

―Bütün  bəşəriyyəti  xilas  edəcək  yalnız  məhəbbətdir‖ 

deyən  şair  Kirmani  şöhrətpərəst  hökmdar  Topal  Tey- 

mura  cani-dildən  xidmət  etməli  olur.  Kirmani  şöh- 

rətpərəstlərdən  narazı  olduğu  zamanlarda  da  ancaq  şərab 

içib  gözəllərlə  söhbət  etməklə  dərdini  dağıdıb  təsəlli 

tapır. 


Beləliklə, dramaturq özü hiss etsə də, etməsə də, onun 

mücərrəd  insanpərvərlik,  xeyirxahlıq  ehtirası  ilə  yaşayan 

belə surətlərinin taleyi ya Səlmanın və qoca Şeyxin taleyi 

kimi son dərəcə acınacaqlı, ya da Arif və şair Kirmaninin 




 

287 


taleyi  kimi  son  dərəcə  mənasız  olur.  Nəzəri  cəhətdən 

Cavid  ümumiyyətlə  bu  fikirdə  olmuşdur  ki,  insan,  həyat 

haqqında 

mücərrəd 

arzular 

bəsləmək, 

mücərrəd 

insanpərvərlik, 

xeyirxahlıq, 

zülmə 


müqavimət 

göstərməmək  kimi  şirin,  dadlı  xəyallar  çox  acı  nəticələr 

verir.  Çox  ehtimal  ki,  dramaturq  bu  ideyaları  daşıyan 

insan  surətləri  və  onların  ağır  taleyi  ilə  bu  fikrin 

həyatiliyini  göstərmək  istəmişdir.  Çünki  belə  insanların 

taleyi  canlı  həyatda  necə  olmuşsa,  Cavidin  dramlarında 

da,  həqiqətə,  həyata  uyğun  bir  şəkildə  sona  çatır. 

Bunların 

əksinə, 

Cavidin 


dramlarında 

azadlıq, 

vətənpərvərlik,  mübarizə  eşqi  və  ehtirası  ilə  yaşayan 

adamlar  ―Şeyda‖da  Qara  Musa,  ―Knyaz‖da  Anton, 

―Səyavuş‖da Rüstəm kimi canlı, qüvvətli və təsirlidir. 

Cavidin  əsərlərində  mənfi  ehtiraslarla  yaşayan  surətlər 

də  müxtəlifdir.  Bunların  içərisində  hərbculuq  ehtirası  ilə 

yaşayan  ibn  Yəmin  (―İblis‖),  dini  təəssübkeşlik, 

bədxahlıq  ehtirası  ilə  yaşayan  Papas  və  Şeyx  Mərvan 

(―Şeyx  Sənan‖),  qısqanclıq  ehtirasının  əsiri  olan  Edmon 

(―Uçurum‖),  Orxan  (―Ana‖)  və  Gərşivəz  (―Səyavuş‖), 

şöhrətpərəstlik,  hakimiyyət  ehtirası  ilə  yaşayan  Alp 

Arslan  (―Xəyyam‖),  mənsəbpərəstlik  ehtirası  ilə  yaşayan 

Həsən Səbbah (―Xəyyam‖) və başqaları vardır. 

Lakin  bütün  bu  müxtəlif  ehtiraslı  adamları  bir-birinə 

yaxınlaşdıran  və  birləşdirən  ümumi  cəhətlər  də  vardır: 

onların,  demək  olar  ki,  hamısı  bədxah,  fitnəkar,  xain, 

paxıl  adamlardır.  Taleləri,  aqibətləri  də  bir-birinə 

bənzəyir.  Hamısı  əvvəlcə  coşqun,  fəal,  çirkin  məqsəd 

uğrunda  olsa  da,  mübariz,  son  nəticədə  isə  alçalmış, 

təhqir olunmuş, ehtiraslarının qurbanı olan insanlardır. 

Ümumiləşdirilmiş  şəkildə  demək  olar  ki,  Cavidin 

dramlarında  gözəl  insani  sifətlər  məhəbbət,  səmimiyyət, 

xeyirxahlıq,  sülhpərvərlik,  insanpərvərlik,  mütəfəkkirlik, 

həqiqət  aşiqliyi,  dini  şübhəçilik  və  sair  ehtiraslar 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə