Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə5/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   ...   179

10 

 

digər  dərəcədə  toxunulmuĢdur.  Bütün  bunların  arxeoloji  materiallarla  əlaqəli  və 



müqayisəli Ģəkildə araĢdırılmasının əlbəttə ki, çox böyük elmi əhəmiyyəti vardır. 

XIX  əsrdə  və  XX  əsrin  I  yarısında  Qafqaz  Albaniyası  tarixinin  istər 

arxeoloji,  istərsə  də  mənbəĢünaslıq  baxımından  araĢdırılması  istiqamətində 

müəyyən  təĢəbbüslər  göstərilsə  də,  bütövlükdə  bu  iĢlər  ardıcıl  və  sistemli 

olmamıĢdır.  Üstəlik,  Azərbaycandan  kənarda  və  kənar  müəlliflər  tərəfindən 

hazırlanan və daha çox çar Rusiyası və Sovet imperiyasının maraqlarını əks etdirən 

bu  tədqiqatlarda  təbiidir  ki,  Azərbaycanın  qədim  tarixi  hərtərəfli  və  obyektiv 

araĢdırıla  bilməzdi.  30-50-ci  illərdə  SSRĠ  xalqlarının  tarixinə  dair  Moskvanın 

sifariĢi  ilə  hazırlanan  fundamental  əsərlərin  Albaniya  tarixinə  dair  bölmələrinin 

yazılmasının  üzdəniraq  qafqazĢünas  S.T.Yeremyana  həvalə  edilməsi  əslində  bir 

çox  prinsipial  əhəmiyyətli  məsələlərə  münasibətdə  ermənipərəst  konsepsiyaların 

elmdə özünə yer alması ilə nəticələnmiĢdir. 

Keçən əsrin ortalarından etibarən Albaniya tarixinin istər tarixi və istərsə də 

mənbəĢünaslıq  baxımından  öyrənilməsi  sahəsində  daha  çox  milli  albanĢünas 

kadrların intensiv və səmərəli fəaliyyəti ilə səciyyəvi  olan yeni mərhələ baĢlayır. 

Görkəmli  mənbəĢünas  alimlər  Z.M.Bünyadov,  M.X.ġərifli,  Ġ.H.Əliyev, 

Y.A.Paxomov,  N.M.Vəlixanlı,  K.H.Əliyev,  T.M.Məmmədov,  F.C.Məmmədova, 

tanınmıĢ  arxeoloqlar  S.M.Qazıyev,  R.M.Vahidov,  Ö.ġ.Ġsmizadə,  Q.M.Aslanov, 

Q.M.Əhmədov, 

C.Ə.Xəlilov, 

R.B.GöyüĢov, 

Ġ.A.Babayev, 

A.B.Nuriyev, 

F.L.Osmanov, Q.Ġ.Ġone, Q.O.QoĢqarlı və qeyrilərinin tədqiqatlarında Albaniyanın 

ilk  orta  əsrlər  tarixinin  bu  və  ya  digər  məsələləri  yazılı  mənbələr  və  arxeoloji 

materiallar əsasında öyrənilmiĢdir. Bu istiqamətdə aparılan araĢdırmalarda ümumi 

Ģəkildə olsa da inzibati-siyasi vahidlərin, o cümlədən Girdiman vilayəti tarixinin də 

ayrı-ayrı  problemlərinə  bu  və  ya  digər  dərəcədə  toxunulmuĢdur.  Z.M.Bünyadov, 

M.X.ġərifli, Ġ.H.Əliyev, F.C.Məmmədova, Q.Ə.Qeybullayev  və F.L.Osmanov isə 

Girdiman  vilayətinin  lokalizəsi  ilə  bağlı  öz  mülahizələrini  bildirmiĢlər.  Lakin 

bütövlükdə, Albaniyanın digər inzibati-siyasi vahidləri kimi, Girdiman vilayətinin 

tarixi  də  hələlik  nə  arxeoloji,  nə  də  mənbəĢünaslıq  baxımından  xüsusi  tədqiqat 

mövzusu olmamıĢdır. Elə bu səbəbdən də, hətta, son illər Azərbaycan tarixinə dair 

nəĢr olunmuĢ ümumiləĢdirici əsərlərdə belə, Girdiman vilayətinin lokalizəsi, təbii-

coğrafi  Ģəraiti,  Ģəhərləri,  digər  yaĢayıĢ  məntəqələri,  qəbir  abidələri,  qala  və 

istehkamları,  orada  yaĢayan  əhalinin  məskunlaĢma  dinamikası,  etnik  və  sosial 

tərkibi,  məĢğuliyyəti,  dini  baxıĢları  və  mədəni  səviyyəsi  barədə  məlumatlar  öz 

əksini tapmayıb. Bu cəhətdən müəllif tərəfindən 2003-2008-ci illərdə nəĢr olunan 

monoqrafiya və məqalələr istisnalıq təĢkil edir. 

Əsər giriĢ, 6 fəsil, nəticə və mətnə əlavə edilən albomdan ibarətdir. I fəsil 

Girdiman vilayətinin öyrənilmə tarixinə həsr edilib. II fəsildə Albaniyanın inzibati-

siyasi vahidləri və Girdiman vilayətinin lokalizəsi, III fəsildə ərazinin təbii-coğrafi 

Ģəraiti və əhalinin məskunlaĢma dinamikasına dair məsələlər araĢdırılır. Əsərin IV 

fəslində  Girdiman  vilayətinin  maddi-mədəniyyət  abidələri  və  orada  aparılan 




11 

 

arxeoloji  tədqiqatlardan,  V  fəsildə  Girdiman əhalisinin təsərrüfat həyatından  bəhs 



olunur.  Kitabın  VI  fəsli  Albaniyanın  iqtisadi,  siyasi,  hərbi,  dini  və  mədəni 

həyatında  Girdiman  vilayətinin  yeri  və rolunun  araĢdırılmasına həsr  edilib.  Əsərə 

əlavə edilmiĢ albomda Girdiman abidələrinin fotosu, planı, arxeoloji qazıntılardan 

görüntülər və həmin abidələrdən tapılan maddi mədəniyyət nümunələrinin rəsmləri 

verilmiĢdir. 

Müəllif  hesab  edir  ki,  monoqrafiyada  toxunulan  məsələlər  gələcəkdə 

aĢağıdakı  elmi-nəzəri  problemlərin  və  əməli  vəzifələrin  həllində  araĢdırıcılara 

yardımçı ola bilər: 

-

 

Azərbaycan və Qafqazın ilk orta əsrlər tarixinin və arxeologiyasının elmi 



problemlərinin həllində; 

-

 



Çoxcildlik Azərbaycan tarixi və arxeologiyasının yazılmasında; 

-

 



Qafqaz Albaniyasının inzibati-siyasi xəritəsinin hazırlanmasında; 

-

 



Qafqaz arxeologiyası üzrə ümumiləĢdirici əsərlərin yazılmasında; 

-

 



Erkən  orta  əsrlərdə  Albaniyada  müĢahidə  olunan  dini  və  etnomədəni 

proseslərə dair əsər və məcmuələrin hazırlanmasında; 

-

 

Azərbaycanın ilk orta əsrlərə dair arxeoloji külliyyatının hazırlanmasında; 



-

 

Azərbaycanın  ilk  orta  əsrlərə  aid  maddi  mədəniyyət  tarixinin 



yazılmasında; 

-

 



Azərbaycanın  ilk  orta  əsrlərə  dair  dekorativ-tətbiqi  sənətləri  üzrə 

ümumiləĢdirici əsərlərin iĢlənməsində; 

-

 

Ayrı-ayrı sənət sahələri üzrə əsər, albom və bukletlərin hazırlanmasında; 



-

 

Azərbaycan və Qafqaz arxeologiyasına dair dərslik və metodik vəsaitlərin 



hazırlanmasında; 

-

 



Ali məktəblərdə ixtisas kurslarının tədrisində; 

-

 



Elmi-kütləvi nəĢrlərin hazırlanmasında. 

Müəllif Girdiman tarixinə dair doktorluq dissertasiyası üzərində iĢləyərkən 

və  çapa  hazırlayarkən  dəyərli  məsləhət  və  tövsiyələrini  əsirgəməyən  bütün 

insanlara,  ilk  növbədə  Azərbaycanın  erkən  orta  əsrlər  tarixi  üzrə  görkəmli 

mütəxəssis  kimi  tanınan  akademik  Nailə  xanım  Vəlixanlıya,  akademik  Teymur 

Bünyadova,  AMEA-nın  müxbir  üzvləri  Yaqub  Mahmudova  və  Ġlyas  Babayevə, 

Girdiman abidələrinin arxeoloji tədqiqi sahəsində xüsusi xidmətləri olan arxeoloq 

Fazil Osmanova dönə-dönə minnətdar olduğunu bir daha dilə gətirməyi özünə borc 

bilir. 

Müəllif əsərin nəĢrində ona hər cəhətdən dəstək olan insanlara tariximizin 



öyrənilməsinə və təbliğinə göstərdikləri diqqətə və qayğıya görə dərin təĢəkkürünü 

bildirir,  bu  yolda  qarĢılaĢdığı  biganə  insanlara,  vəzifə  borcunu  dərk  etməyən, 

yaxud  da  sadəcə  olaraq  dərk  etmək  istəməyən  insanlara  isə  islah  olmağı,  haqq 

yoluna qayıtmağı tövsiyə edir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə