Azərbaycan miLLİ elmlər akademiyasi


Abbas quyusu adlanan məkandan yola düşmə və Rabeğdə təvəqqüf



Yüklə 2,9 Mb.
səhifə15/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Abbas quyusu adlanan məkandan yola düşmə və Rabeğdə təvəqqüf.

1292-ci il zilhiccə ül-həramın əvvəli, çəharşənbə günü (1876, 1 yanvar) Günortadan bir saatdan bir qədər artıq keçmiş yola düşdük və Günəşin qürubuna bir saat qalmış Rabeğə yetişdik. Biz doqquz saat yol gəlmişdik, yalnız bir saata yaxın günorta namazına sərf etmişdik.

Rabeğ gözəl bir kənddir. Burada çoxlu xurma meşələri vardır. Dənizə qədər buradan olan məsafə bir saatlıqdır. Bugün dörd saat yol gəldiyimiz üçün artıq Qırmızı dəniz göründü, bizdən bəzən bir, bəzən də iki fərsəx uzaq və yaxud yaxın olurdu. Bugün dörd saat cənuba, beş saat şərqə meyl istiqamətində hərəkət etdik. Pənçşənbə günü axşam Ay göründü. Bununla yəqin bildim ki, İstanbul illik təqvimini dəqiq bilərək qarşıdakı cümə günü ilə əlaqədar fikir ayrılığı olacaq.

Rabeğ də Məkkeyi-müəzzəmə, Ciddə, Yənbə kimidir, deyirlər bura nə soyuqdur, nə də xəstəlik törədən yerdir.

Mədineyi-Münəvvərə və Hicazdan olan tayfalar sayılmışlardandır. Rabeğdə, qalada Osmanlı dövlətinin top və əsgəri yerləşmişdir. Rabeq kəndi iyirmi iki dərəcə əlli dəqiqə şimal en dairəsində otuz doqquz dərəcə iyirmi dəqiqə şərq uzunluq dairəsindədir.
Rabeğdə təvəqqüf (dayanma)

1292-ci il zilhiccə ül-həramın birinci günü, nəüçşənbə (1876, 1 yanvar) Rabeqdə oturaq oldu (oturaq türk sözüdür). Əmirhac Səid paşa və Əmin Sorre görüşə gəldilər və söhbət təzə doğmuş aydan (Hilaldan) düşdü. Dedi: Ayın iyirmi səkkizi, yekşənbə gününün səhəri mən ayı gördüm. Mən dedim: “O axşam ayın iyirmi yeddisinin axşamı idi ki, siz ayı görmüsünüz. Düşənbə günü, ayın iyirmi səkkizində siz ayı necə görə bilərdiniz ki, gecədən üç saat keçmiş təhtülşüa (işıqlanma) baş vermişdi, bu zaman ay necə görünə bilərdi?”

Birinci və axırıncı münəccimlərdən heç biri, eləcə də Firəngistan bu sözü deməyə cürət etmədi. Cümə gününə təsadüf edən bu hadisə həcc əhlinin sözlərinə görə böyük hadisədir, gəlin bunu korlamayın, zay etməyin. Sizin ay görünən gecə hesab etdiyiniz çəharşənbə günü mən bütün hacılara dedim ki, onlar sözlərini desinlər. Hava çox aydın idi. Ay görünmürdü.

Səid paşa dedi: “Məkkədə məlum olar ki, şahidlər nə etdilər”.

Mən dedim: “İndidən sizə deyirəm. Mən elm əhliyəm və pəncşənbəni qürrə (hər bir ərəb ayının birinci günü) bilirəm. Əgər siz etiraz edirsinizsə, onda mənə əsgər verin, mən cümə gününü Ərəfatda qalacağam. Mən öz elmimi və öz dinimi İstambul təqviminə tabe etmirəm”.

Səid paşa daha dinmədi. Qarşımda xeyli inadkar, pis niyyətli sifətlər görürdüm. Qarşıda iki müqəddəs şəhərin təhlükəli yolundan söhbət gedirdi. Səid paşa dedi: “Əfəndim, xəsisə çarə olmaz, yəni oğruya çarə olmaz. Mən dedim: O şeyin ki, çarəsi yoxdur, insanlara tabe olmur, o, yalnız ölümdür. Yəni, ölümə çarə yoxdur. Səltənətin qüdrəti və dövlətin gücü ilə oğruya elə çarə qılmaq olar ki, oğru özü heyrət edər, çünki onun tutduğu yol islam millətinin əleyhinədir, ziddinədir.

Dedim: “Bildiyimə görə bu işlər barədə əlahəzrət Sultanı məlumatlandırmamışlar. Ömür vəfa etsə, qayıdarkən İstanbuldan keçsəm, orada təfsilatı ilə ərz edəcəyəm”. Məlum oldu ki, mənim bu sözlərimdən o qədər də xoşları gəlmədi.

Nahardan sonra Rabeğin Şeyxi və mühafizi görüşə gəldilər. Ondan Rabeğ əhalisi haqqında öyrənmək istədiyimi bildirdim. O, ərz elədi ki, Rabeğin əhalisi 10 min nəfərdən artıqdır. Yəqin ki, Rabeğin ətrafında yaşayan qəbilələr də bura daxildir. Sonra zəvvarlardan aristokrat nümayəndələr görüşməyə gəldilər. Bir neçə dəfə Məkkeyi-Mükərrəməni ziyarət etmiş Hacı Şeyx Rəsul Təbrizi Şəcərə Məscidindən söhbət açdı. Dedi ki, insanların çoxu o gecənin soyuğunda xəstələndilər. Sonra məndən soruşdu ki, hansı müqəddəs məkanı özün üçün seçmisən? Mən dedim ki, indi Əli quyusu adlanan Zülhəlifə məscidini seçmişəm. O dedi: “Ən vacibi odur ki, sənin qapın müqəddəs Şəcərə məscidinə yaxın olsun”.

Molla Əhməd Mollabaşı etiraz etdi ki, o məscidin qapısı kiçik, özü isə darısqaldır iyirmi min, yaxud otuz min zəvvar o yerdə qüsl edib, qalıb yerləşə bilməz. Yanımda “Hidayətül–salikin” kitabı vardı. Burada həccə məxsus qaydalar yazılmışdır. Kitab Şah Sultan Hüseyn zamanında yazılmışdır. Bu vaxta qədər onun kimi Kəbə ziyarəti, həccin qaydalarından bəhs edən, başqa kitab yazılmamışdır.

İkinci Məscidi-Şəcərə də vardır ki, Mədinə əhlinə xidmət edir. Hər kəsin yolu Mədinədən düşürsə, bundan istifadə edir, həmçinn Şam əhalisinə də xidmət edir. Məscidi-Şəcərə uzaqdan Günəş kimi görünür və çox məşhurdur. Bəziləri güman edir ki, bu məscid Qarabaş məscididir və onu inşa edən Qarabaşdır. Lakin bu fikir səhvdir. Bu məscidi-Şəcərrədir, Qarabaş onu təmir etdirmişdir. Bəzi hədislərdə Zülhəlifə öz əksini tapmışdır. Lakin məlum deyil ki, burada söhbət səhra Zülhəlifədən gedir, yoxsa həmin Məsciddən! Məscidi-Şəcərə digərlərindən fərqli olaraq ibadətgaha malik deyildi. Həzrət Peyğəmbər (Seyyidül mürsəlin səlləllahi-əleyh və ali və səlləm) orada ehram düzəltmişdir. Şeyx Rəsula dedim “Yazıldığına görə Məscidi-Şəcərə zahirən Günəşdir, yazan səhv etmişdir”. Mən bir gün Mədineyi-Münəvvərəyə getmişdim, orada olarkən ərəb şeyxlərindən və digərlərdən Məscidi-Şəcərə barədə soruşdum və onların heç biri bu məscidi tanımadılar. Hamı Bəiri-Əli və Abari-Əli deyirdi. Yalnız o səhrada su çəkən bir ərəb bizə bələdçilik edərək dedi ki, bu təzə təmir olunmuş Məscidi-Şəcərədir. Kiçik bir məsciddir. Divarında Səhih Buxaridən bir hədis yazılmışdır, orada deyilir ki, bu məsciddə Həzrəti-Rəsul namaz qılmışdır. Rəvayət olunmur ki, bu məsciddə sonralar ehram düzəldilmişdir.

Mən zamanın müchəhidi cənab Hacı Molla Əli Künninin “Məsalik” (ziyarət qaydaları) risaləsinə baxdım, orada yazılmışdı ki, ehram olan məkana miqat (yəni təyin olunmuş yer) deyilir və müxtəlif olur. Oradan keçib, Məkkəyə gedirlər. O kəslərin ki yolu Mədineyi-Mükərrəmədəndir, onun Miqatı Məscidi-Şəcərədir. Ona zülhəlifə deyirlər. O axşam çox soyuq olduğundan məscidə gəlmək və açıq səma altında qüsl etmək çətin idi. Əvvəl istədim ki, Cehfəyə gedəm və Paşa iyirmi nəfər atlı göndərmişdi ki, həmrah olsun. Rabeğdən Cehfəyədək məsafə üç fərsəxdən çoxdur. Ona görə də getmək və qayıtmaq çətin idi. Vaxt da az idi. Hacı Şeyx Rəsulun təkid etdiyinə görə həmin yerdə qüsl edərək, ehramı dəyişdim, lakin Mollabaşı bu fikirdə idi ki, Zülhəlifə həmin səhradır ki ona Bəiri-Əli deyirlər. Orada bir neçə quyu vardır və bir-birindən aralı qazılmışdır. Bu quyular ziyarətçilərin məəttəl qalmaması üçündür. Burada əkilmiş xurma ağaclarını həmin quyuların suyu ilə suvarırlar. Əlverişli məkandır. Bu yeri müşahidə etdim və ərəblərin söhbətlərindən sonra qərara gəldim ki, haqq Mollabaşının tərəfindədir. Çoxları heç Məscidi-Şəcərəni tanımırlar, onu, ya Bəiri-Əli, ya da Zülhəlifə adlandırırlar.

Xülasə, bugün havanın hərarəti o dərəcəyə çatmışdı ki, çadırda gün keçirtdik. Hərarət 94º -yə çatmışdı ki, bu da yayın 70º-sindən bir qədər artıq idi. Rabeğdə yarım zər qazdıqda şirin su çıxan Mesil adlı yer vardır, onu içmək olur.

Axşam xurma bağlarına tamaşa etməyə getdim. Sonra Mesilin quyularına tamaşa etdim. Bir yerdə yaxşı sudan çəkib verdilər, içdik.

Orada dəstəmaz aldım. Bir nəfər uzaqdan mənim dəstəmaz almağıma tamaşa edirdi. O yaxın gəlib dedi: “Qüsl etmədiniz? Dedim: “Mən Malik ibn Üns məzhəbindənəm və bu iş əlimi çəkməklə icra edildi”. Dedi: “Bəli”. Dedim:”Mərhəba, mərhəba, Malikin bərəkətindən həlak olmaqdan qurtardıq. Rabeğ, Cəhfənin paralelində yerləşmişdir və Cəhfə Şam əhlinin məskun olduğu yerdir. Qədim zamanlarda hər kəs Şam yolundan keçsə idi, orada zəvvar hesab olunurdu. Buradan Rabeğə qədər üç saatlıq bir yoldur və bu yol dağların arasından keçir. Yol sellərin gücündən dağılmışdır, abad deyildir. İndi karvanlar da Rabeğdən keçir. O qədim yol Qüreyş karvanlarının yolu olmuşdur.

h.q. 1292-ci il zilhiccə ayının 2-ci cümə günü (1876, 2 yanvar) axşamdan 9 saat keçmiş yola düşdük. Sübh namazını yarım saat gec qıldıq, günorta namazını da həmçinin.. Günəşin batmasına bir saat qalmış Qəsiməyə çatdıq. Biz on üç saat yol gəlmişdik. Buranın suyu dənizin qərbindəkinə nisbətən dadı pis olan sudur.

Bugün hamımız Cənuba tərəf hərəkət etdik. Hər yerdə Qırmızı dənizin sağ tərəfindən keçirdik. Bəzi yerlərdə iki saat, bəzi yerdə bir saat, ya yarım saat dənizdən uzaqlaşır və yaxınlaşırdıq. Bu yer göz işlədikcə düz bir səhradır. Bəzi yerlər qumluq, bəzisi şoran torpaqlardır. Dənizə yaxın yerlərdə, yolda çoxlu balıqqulağı vardır. Deyilənə görə qədim zamanlarda dəniz suyu bu yerlərə qədər olmuşdur.


Rabeğdən yola düşdük.

h.q. 1292-ci il zilhiccəülhəram ayının 3-ü (1876, 3 yanvar) şənbə günü, bu 1876-cı ilin, ingilis və Fransa tarixinin əvvəlinə təsadüf edir, günortaya iki saat qalmış yola düşdük. Yekşənbə gecədən bir saat keçmiş Əsfan quyusuna yetişdik. Biz bura qədər on dörd saat yol gəldik, yalnız bir saat sübh namazına və günorta namazına görə dayanmışdıq.

Sübh namazından sonra Günəş doğanadək piyada yol getdik. Mənim ayağımdakı başmaq dar idi və yerdəki daşlar əzdiyi üçün ayağımdan çıxartdım, bu müqəddəs vadini keçərkən Qurani-Kərimdən “Ta-hə” surəsinin 12-ci ayəsini oxudum: “Mən sənin rəbbin, çıxar başmaqlarını, sən müqəddəs vadi olan Tuvadasan”. Bu zaman həsrətlə İmam Həsən Əleyhissəlamı xatırladım. O büzürqvar iyirmi beş dəfə bu yükün ağırlığını daşımışdı, Mədineyi-Münəvvərədən Məkkeyi-müəzzəməyə təşrif aparmışdı. Atları bəzəyərək ondan qabaqda aparırdılar və xidmət göstərən bir neçə süvarilər də arxasınca gəlirdilər.

İki saat Cənub istiqamətində yol getdik, ondan sonra çətin yolun sol tərəfi ilə dörd saatlıq yol qalırdı. Ərazi bütünlüklə narın qumla örtülmüşdür, ona görə də dəvələr burada çox çətinliklə hərəkət edirdilər. Yavaş-yavaş dənizdən uzaqlaşırdıq. Səhrada Yulğun ağacları (Tamarisk) vardı ki, bunlara ərəblər Turfa deyirlər. Günortadan beş saat keçmiş yolda başqa bir dağ gördük ki, o, bizim sağ tərəfimizdə şimaldan cənuba doğru uzanırdı.

Yol səhrada bir qədər genişləndi və biz cənub və şərq arasında hərəkəti davam etdirdik.

Bu beş saat ərzində yolboyu Yulğun ağacları bizi müşayiət etdi. Bu ağaclar Farsın tropik Yulğun ağaclarına bənzəyir.

Günəş qürub edən vaxt Əsfan dağına çatdıq. Bu dağ Məşriqdən Məğribə uzanır. Biz gərək o dağın dərələrindən keçək və bu dağ sağda digər dağla birləşirdi və zəvvarlarla qara, möhkəm daşları olan dağ keçidini keçərək yarım saatdan sonra genişliyə çatdıq, burada Əsfan quyusundan şirin su içdik.

Belə deyirlər ki, Həzrəti-Səlilullah (Məhəmməd ə.s.) mübarək ağzının suyunu bu quyunun yanına atmış, quyunun acı suyu sizin olmuşdur.

Dağ keçidindən sonra yenidən cənuba doğru hərəkət etdik ki, mənzilə çataq.
Vadiyi-Fatimədən səfərin davamı.

h.q.1292-ci il zilhiccə ül-həram ayının 4-ü, yekşənbə (1876, 4 yanvar). Fatimə vadisinə gəldik. Yekşənbə axşamına iki saat qalmış yola düşdük, qüruba yarım saat qalmış çatdıq. Bir saat sübh və günorta namazına sərf etdik, on iki saat yarım isə yol gəldik. Bugün də zəvvarlar sübh namazından sonra yola düşdülər. Günəş doğana qədər piyada Hafi Haser və Muşatı keçdik.

Yolun sol tərəfində cənuba və şimala uzanan silsilə dağlardır. Dağlar yarım saat, bir saat fasilə ilə yolumuzdan uzaqlaşırdı. Fatimə vadisinin yaxınlığında həmin dağa yetişdik ki, sağ tərəfi də dağdır, bura dar bir boğazdır, böyük, möhkəm daşlar olan bu yer ərəblərin oğurluq məskənidir.

Bu gün hər yerdə hərəkət cənubla şərq arasındadır. Boğaza daxil olduğumuz vaxt təxminən şərq tərəfə hərəkət etdik və boğazı iki saata keçib qurtardıq.

Mənzil yaxınlığında Məkkənin əmiri cənab Şərif Abdulla tərəfindən, hörmətli Seyid Sultan əfəndi, Hicaz valisi Təqiəddin paşa tərəfindən Əlirza bəy Əfəndi Miralay görüşməyə gəldilər. Dedilər ki, Məkkənin əmiri Şərifin xahişi budur ki, siz gərək ziyarətçilərdən dörd saat tez yola düşəsiniz və Məkkeyi-müəzzəməyə tez daxil olasınız.
Fərhad Mirzənin Məkkeyi-müəzzəmədə qarşılanması.

h.q.1292-ci il zilhəccə ül-həramın 5-i (1876, 5 yanvar) düşənbə günü axşamdan doqquz saat keçmiş yola düşdük. Namazı yolda qıldıq.

Qadir ağanın kürəkəni Haşım dəvə ilə təxti-rəvanı (kəcavə) yük və avadanlığı gətirməli idi, gətirmədi. Seyid Sultan Əfəndi adam göndərdi və dəvələri gətirdilər.

Vadiyi-Fatimədən Məkkeyi-müəzzəməyədək 6 saatlıq bir yoldur. Cənubla Şərq arası hərəkət istiqaməti götürülür. əvvəlcə bir məsciddə iki rükət namaz qıldıq, sonra yola düşdük. Dağın ətəyində, yolun sağ tərəfində yerləşən Fəx şəhidlərinin qəbirlərinin yaxınlığında paşalar üçün şam yeməyi hazır idi. Zəvvarların gəldiyi vaxt əsgərlər və top hazır dayan­mış­dılar. Hicaz valisi cənab Təqiəddin paşa əsgərlərlə qarşı­lamağa gəlmişdilər. Mən yoldan bir qədər sola çıxaraq on­lara tərəf getdim. Ehtişamüddövlənin anasını (Fərhad Mirzə­nin həyat yoldaşı) və yüklərlə avadanlığı bir neçə nəfər əsgər­lə birlikdə Məkkeyi-Müəzzəmməyə yola saldım.

Müşarileyh imarətin səkisinə yaxınlaşıb bizi qarşıladı, bu vaxt on yeddi top yaylım atəşi açıldı və bir polk əsgər qarşı­mız­dan təzim edərək keçdi. Burada 200 atlı da vardı, əllərində qılınc tutaraq düzülmüşdülər. On dəqiqə oturub qəhvə içdikdən sonra qalxdım. Müşarileyh ağbəniz kişi idi, ağıllı, tədbirli insan təsiri bağışlayırdı, digər paşalardan üstünlükləri vardı. Tanınmış alimlərdən bir idi.

Ərəblər dedilər ki, Fəx şəhidləri bu ətəkdədir. Şeyx­lər­dən biri dedi ki, bu, Hənindir. Lakin bilmədilər Hənin har­a­da­dır. Fəx məlumdur ki, Məkkeyi-müəzzəmənin şərqin­də­dir. Bu mə­kana heç bir münasibəti yoxdur. Vaxt və imkan ol­ma­dı ki, da­ğın ətəyinə gedək.

Xülasə, bir qədər yol gəldikdən sonra eşitdik ki, Məkkənin əmiri cənab Şərif Abdulla faytona əyləşərək çaparaq gəlir və o, yoldan bir qədər kənarda bizim üçün çadır qurdurmuşdur və çadırın yanında bizi gözləyir. Mən də yoldan bir qədər yan keçərək onu görmək üçün getdim. Təxti-rəvandan düşdüm. Baxmyaraq ki, sağ ayağı iflic idi o, çadırın qarşısında dayanıb, bizi gözləyirdi. O qısa məclisdə mən bildim ki, bu insan çox zirək, qayda-qanun sevəndir. On –on iki dəqiqə oturduqdan sonra qalxdım.

Misir ordusunun yanından keçərkən, onlar da bizi topdan 70 yaylım atəşi açmaqla salamladılar.

Atlı və nizamla Məkkeyi-müəzzəməyə varid olduq. Cənab Şərif öz qardaşının evini (ona ata-babadan qalmışdı) bizim üçün ayırdı və biz orada yerləşdik. Qardaşı qapının yanında dayanmışdı. Onunla birlikdə yuxarı qalxdım.Hacı Əhməd ağa da İran dövləti tərəfindən səfirliyin ciddədə baş konsulu kimi gəlmişdi. Yolda bizim qarşımıza gəldi. Bugün cənab Dəbirülmülk (Mirzə Nəsrullah Dəbirülmülk) də Ciddədən buraya gəlmişdi.

Günortadan beş saat keçmiş evə daxil olduq, mənzildə yerləşdikdən sonra qüsl edib, Şeyx Həsən Cavadla Hərəmi-Mübarəkə (Kəbə) getdim. Babi-bəni-Şeybedən oraya daxil oldum. Kəbə ətrafında ayini yerinə yetirdim. İbrahim məkanında iki rükət vacib namazı qıldım və Səfa qapısından çıxdım. Qəlbən rahat oldum, dincəldim.

İkinci dəfə müqəddəs ziyarətgaha, hərəmə qayıdaraq ehtiyatla ətrafını bir daha dolandım. Mən İbrahim məkanında iki rukət namaz qıldım, günorta və qüruba 3 saat qalmış və axşam namazını qıldım, sonra evə qayıtdım. Axşam Şərifin kiçik qardaşı Şərif Abdulla gəlmişdi. Çox xoşsifət və xoşsöhbət bir cavandır. Sonra İraq əhli və tacirlər də görüşə gəldilər. Mirzə Abbasqulu da görüşə gəlmişdi. Dağ yolunun çətinliklərindən söhbət oldu.

Seşənbə günü axşam da Mübarək Hərəmə gedərək, iki dəfə ətrafına dolandım.

Evə qayıtdığım vaxt gecədən 6 saat keçmişdi. Mədinədə Əcəm zəvvarlarına tapşırmışdım ki, nəbadə paltarlarını dəyişsinlər. Bugün də zəvvarlara təkidlə dedim ki, ziyarət ayinləri tamam olduqdan sonra başlarına fəs papaqlarını qoymasınlar və libaslarını dəyişməsinlər.
Məkkədə dayandıq. Zəmzəm quyusuna tamaşa.

Şərif Abdulla ilə görüş.

h.q.1292-ci il zilhiccə ayının 6-sı, seşənbə günü. (1876, 6 yanvar) Səhər cənab Şərif Abdulla faytonla Əmin səranın görüşünə getdi. Orada Şam zəvvarları ilə Təqiəddin paşanın ordusu bizi qarşılamaq üçün gəlmişdilər. Adətə görə ordakı Şam əsgərləri və Əmirhac, dövlət tərəfindən Şərifə çatacaq fəxri xələti ona verdikdən sonra Şərif Abdulla onu geyərək daxil olmalıdır.

Dörd saatdan sonra qayıtdı və mən ziyarətlə şərəflənərək Kəbəni dolandım və İbrahim məkanında namaz qıldım Qaliçə adlanan məhəllələrdə də namaz qılıb, Quran oxudum. Məkkeyi-müəzzəmədə Quranı bir dəfə xətm eləmək müstəcəb olduğu üçün mən də onu oxuyaraq bitirmək istədim. Zəmzəm suyuna tamaşa etməyə getdim. Quyunun üstünə qübbə qoymuşdular. Su içdim. Quyunun ətrafını mərmərdən hörüb qaldırmışlar ki, su zay olmasın və çirklənməsin. Buradan daim su çəkirlər. Xaqaninin bir şeiri yadıma düşdü. Bu şeirdə deyilir ki, şair Zəmzəm quyusunu görən zaman mərmər yox idi. Şair üzünü Günəşə tutaraq deyir:

Zanca gözərət be Zəmzəm oftəd,

Çeşmət be səvade əzəm oftəd.

Ba sefvəte zəmzəme motəhər,

Möhtace təharətəst kovsər.

Əz bəs keşəşe rəsən be hərgah

Dəndane şode dəhaneye çah

“Mim”əst be şekle “sin” neveşte

Ya mənşari əst həlqe gəşte

Yarı deh, ey həyate-aləm

Ba dəlvekeşane çahe Zəmzəm

Gər dəlv həmi dəride gərdəd

Ya kəz rəsənəş boride kərdəd.

Dəlve-fələk avəri be çahəş,

Sazi rəsən əz netaqe-mahəş.
Tərcüməsi:

Gəzərkən Zəmzəmə düşəcək gözün,

Hörmətlə bir yerə dönəcək üzün.

Bu Yer kürəsində müqəddəs nə var,

Bu ülvi çeşmənin üstündə durar.

Mağara iti tək abi-kövsər də,

Susuzluq çəkərək düşəndə dərdə,

Zəmzəm quyusuna gətirər aman,

Buradan dərdinə axtarar dərman,

Su çəkən zamanda iplər gərilmiş

Quyunun ağzını eyləmiş diş-diş

Bir “mim”dən elə bil bir “sın” qurmuşdur,

Ya da bir “əlif”dir, halqa vurmuşdur.

Aləmə ruh verən bu tək quyudur,

Cana qüvvət verən onun suyudur.

Yorulmaz burada su çəkən insan,

İp qırıq olarsa, dəlv olsa şan-şan,

Əl atıb fələyin dəlvinə dərhal,

Ayın şüasıyla bu quyuya sal!

Tərcümə M.Soltanındır.


Həqiqətən yaxşı deyib və mənası dürüstdür. Oradan mənzilə qayıtdım və bibim Zinətüddövlənin görüşə gəldiyini gördüm. Mərhum Şücaüssəltənə Həsənəli Mirzənin qızıdır. O, Şirazdan gəlmişdi. Hesabladım və məlum oldu ki, mərhum Xaqanın 10 nəfər övladı bu həcc ziyarətindədir. Allahın bərəkətindən mərhum Xaqanın nəsli yer üzündə dənizdə də, quruda da mövcuddur.

Axşam dövlətdən xələt almış Şərif Abdullanı təbrik etmək üçün getdim. Onun yaxşı ev-eşiyi vardır. Özünün ayağı iflic olduğu üçün evdə ona görə hər cürə rahatlıq yaradılmışdır. Səndəlidə oturub hərəkət edə bilir. Ata təkərli araba ilə əyləşir. Ona ayaq üstündə olmaq daha rahatdır, nəinki oturmaq. Oturarkən ayağını uzatmalıdır.

Çox ədəbli insandır, lətif söhbətlər edir. Onun ünvanına bu şeiri dedim şərəfli nəsildəndir:

Nəsəbi-u poşt dər poşt bozorgzade əst,

Manənd-i tir-i əz ney ke bənd-i bənd-əş behəm peyvənd xorde əst.

Dedi: “Mən bu şeiri heç vaxt eşitməmişəm” Cibindən qələm-kağız çıxararaq yazdı ki, bu şeir sərkardan yadigardır.

Oradan Şərif Ovnu görməyə, sonra da Şərif Abdullanın görüşünə getdim. Ayın görünməsi məsələsində yaranan ixtilaf barədə söhbət oldu. Bu barədə Şərif Ovnun maraqlı fikirlərini dinlədim. Ayın 1-ci gününün cümə gününə təsadüf etdiyini o da təsdiqləyirdi.

Ağsaqqallar söyləyirlər ki, keçmişdə Aşura günündə Məkkeyi-müəzzəmə əhli eyş-işrət edib, saz və tənbur çalarmışlar ki, bu da Nuhun gəmisinin həmin gün Cudidə qərar tutacağı şərəfinə baş verirdi. Nuhun gəmisi üçün sübhdən eyş-işrət etmək gərəkdir ki, şəhid olmuş Fatimənin oğluna görə qəmli, məhzun və məlul (kədərli) olmasın. Bu, qeyri-məlum işlərdən biridir. Rəsulillahın nəvəsi bu gündə şəhid olduğu halda bizə nə düşüb ki, hüznlü Həzrəti-peyğəmbərin tabeliyindən çıxıb, Həzrəti-Nuha tabe olaq? Bu qədim qaydanın Məkkədə olan Peyğəmbərin vaxtından aşura günü icra edilməsi dayandırılmışdır. Zilhiccəül-həramın 7-si, çəharşənbə günü axşam Hərəmi-Mübarəkə gedib, bir dəfə həcc mərasimini yerinə yetirdm. Aşura namazını imam Hənəfi ilə qıldım, bir qədər Quran oxudum və evə qayıtdım.


Kəbənin tarixi, rüknlərin adları və həcc ziyarəti zamanı Fərhad Mirzənin oxuduğu qissə.

Kəbə evi həzrət İsanın doğulduğu ildən 189 il əvvəl bina edilmişdir və məsihi 1875-ci ilədək, yəni hicri 1292-ci il zilhiccə ayının 1-dək Şəmsi ilə Qəməri ilinin təqribən 122 il fərqi vardır. Hesablama göstərir ki, Kəbənin bina edilməsindən qəməri 3887 il keçir.

Həzrəti-İsmayıl qurbanı Həzrəti-İsanın anadan olmasından 1871 il əvvəl baş vermişdir. Bu zaman o, 19 yaşında idi.

İbrahim məqamı Allahın evinin bərabərindədir və İraqi rüknünün (sütununun) yaxınlığında yerləşir, şimalla şərq arasındadır.

Əbu Qübeyş dağı Beytullahın (Kəbənin) Şərqində, cənuba meylli yerdədir.

Zəmzəm quyusu Kəbənin (Allahın evi) şərqindədir və burada Həcərüləsvəd yerləşir. Quyunun dərinliyi suyun üzünə qədər 14 zərdir, diaqonalı isə təxminən iki zər yarımdır. Həcərüləsvəd cənub-şərqi rükndədir. Qara daşı sındırmışlar, on yeddi parçadır və onu yapışdıraraq gümüşə tutmuşlar.

Yəmani rüknü (sütunu) cənubi-qərbdə, İraqi rüknü şimali-şərqdədir.

Babi-beyt rükni-həcərüləsvədlə rükni-İraqi arasında Həcərüləsvədin nisbətən yaxınlığında yerləşir. Əhali tərəfindən Qızıl Navalça adlanan Mizani-Rəhmət İraqi rüknü ilə Şami rüknü arasında yerləşir və ondan aşağıda Kəbə məscidinin qara pərdəsinin üzərində sarı tikmələrlə sultanların adları həkk edilmişdir.

Səfa dağı Allahın evinin Şərq tərəfində və Əbu Qübeyş dağının ətəyindədir. Mərvə Allahın evinin Şimalı və Şərqi arasında yerləşir. Səfa dağı ilə Mərvə arasındakı məsafə 314 zərdir.

Tərviyə günü (8 zilhiccə) və Fərhad Mirzənin müxalifəti

h.q.1292-ci il zülhiccə ayının 7-si, çəharşənbə günü (1876, 7 yanvar) İstanbul təqviminə görə isə ayın 8-i hesab olunur. Səid Paşa Əmir isə inad edirdi. Misirin əvvəlinci kəcavəsi Mina və Ərəfata bir saatdan sonra, Şərifin kəcavəsindən sonra hərəkət etdi. Misirin kəcavələrinin görünüşü paşanın kəcavələrindən yaxşı idi. Şərifin imarəti Amm küçəsinin kənarında yerləşir və o küçədən Ərəfata gedirlər. Mən onlarla müxalifətdə olub getmədim. Hər vilayətdən gələn 5 minə yaxın əhli-şiə mənimlə sorğu-sual etdilər. Mən onlara dedim: “Bugün getmək istəmirəm”. Əcəm əhli də mənimlə qaldı və Məkkeyi-müəzzəmədən heç kəs yola düşmədi.

Günortadan əvvəl Hərəmi-Mübarəkə gedib, onun ətrafına dolandım, axar su altında dualar oxudum, oradakı göyərçinlər üçün dən aparmışdım, səpdim və evə qayıtdım.

Hicaz valisi Təqiəddin paşa yola düşmək üçün xəbər göndərmişdi. Mən dedim: “Sabah gedəcəyəm” Ona görə də o, Məhəmməd ağa Mülazimə bir neçə əsgərlə bizi müşayiət etmək üçün göstəriş verdi. Ərəblərin və əcəmlərin dediklərinə görə bu əmrin verilməsi nadir hal idi: “Siz o gecə Fatimə vadisində paşanın ordusunun qarovulu ilə birlikdə ayrı alacaqsınız, Paşa isə oradan keçib Minaya gedəcəkdi. Siz isə Məkkeyi-müəzzəmədə qalarsınız”.

Axşam yenə Hərəmi-möhtərəmə müşərrəf oldum. İnsanların çoxu Mina və Xeyfə getdikləri üçün orada sakitlik idi. Hərəmi-mübarəkin ətrafına dolandım. İbrahim məqamında namaz qıldım. Hərəmi-mübarəkin pillələrində əyləşib, Quran oxudum və evə döndüm. Hərəmi-mübarəki dolanarkən savab edib, Mərhum vəliəhd (Abbas Mirzə-T.H), mərhum Məhəmməd şah və mərhumə validənin ruhuna dua oxudum ki, Allah qəbul eləsin.

Pəncşənbə axşamı ayın 8-i saat 4-də ziyarətə getdim və Hərəmin ətrafına dolandım, xəlvət olduğu üçün dolanırkən əlimi sürtüb öpdüm. Namazı İsmayıl daşının üstündə qıldım və mənzilə qayıtdım. Bu hərəkəti icra etməklə həm də Xaqani-məğfur (Fətəli şah) və Şəhid şah Ağa Məhəmməd xanın, cənnətməkan Xaqan büzürgvar və şahın validəsinin ruhuna dua oxudum.




Tərviyə günü.

Ərəfata tərəf hərəkət və Fərhad Mirzənin sözünün qəbulu

h.q. 1292-ci il 8 zilhiccə, pəncşənbə günü (1876, 8 yanvar) tərviyə günüdür. Səid paşa əsassız inad edirdi. Səhər Mirzə Abbasqulu gəldi və sonra Hərəmi-mübarəkə müşərrəf olub, Kəbə ətrafında dolanmaq mərasimini icra etdim, hər dəfə daşı öpdüm. Namazı İsmayıl daşında qılıb, həzrəti-imam Həsən Əleyhissalamın ruhuna dua etdim və yalvardım ki, onun ruhu ayağımın sağalmasına kömək olsun. Sonra dedim ki, həzrət seyyidüş-şühəda bu tərviyə günü Kufəyə getmişdir. Mən bir daha təvaf (hərlənmə) edib, “onu sevənlərin ruhu şad olsun” dedim. Bəndəyə xoş olar ki,öz mövlasını (həzrfəti-Əlini) yad etsin. Dünyanın malı heç kəsə qalmır, yerlə-yeksan olur. Həzrəti-Süleymana bir milçəyin bir ayağını aparan qarışqanın haqqı həzrət tərəfindən verilir, bu hal çox xoşdur.(Aparsa payi-mələk mur gər zəlilanə, hədiyyə xoş görünər Həzrəti Süleymanə-T.H.) İsmayıl daşının üstündə oturub quran oxuduqdan sonra evə qayıtdım.

Günortadan sonra Hərəmi-mübarəkə gedib, Zəmzəm quyusunda qüsl elədim və təməttö (vacib) həcc ziyarətinin ehramını geyib zəvvarların yanına gəldim. İndi Əhməd ağa,Əbdürrəhman ağa, Həmzə ağa Zəmzəm quyusunu elə qoruq etmişlər ki, xüsusi su çəkənlərdən başqa heç kəs buraya yaxın düşmür.Müqəddəs yer Məkkənin dərinliyində, içərilərin­də­dir. Əslində Məkkənin hər bir yeri müqəddəsdir. Lakin müstəcəb olar ki, Məscidül-hərəmdə, yaxud İbrahim məqa­mın­da, yaxud İsmayıl daşının yanında olasan. Mən Zəmzəm quyusuna yaxın olduğu üçün İbrahimdə ziyarətin tələb olunan geyiminə büründüm. (ehrama büründüm)

Həccdə geyinən libasın mənası, bunun niyyəti belədir ki, bu libasa bürünərək, özümü dünya nemətlərindən məhrum edir, Allah yolunda hər şeydən keçirəm. Bu libasda Kəbənin ətrafına dolanıb, Allahın fərmanına itaət edirəm.

Libası geyindikdən sonra Ərbəə duasını oxumaq lazımdır. Bu paltarda Kəbəni, Allahın evini dolandım və onun savabını əsrin imamı Abdulla Fərəcə bağışladım. İbrahim məqamında namaz qıldım. Mollabaşı gəlib şübhə etdi ki, ehramdan sonra Kəbənin ətrafını dolanmaq (təvaf etmək) düzgün deyil, gərək təzədən libas geyəsiniz. Mazandaran mollalarından birisi yaxınlaşaraq dedi ki, eybi yoxdur. Mən isə “təzədən ehram etməyin zərəri yoxdur”-dedim. İkinci dəfə ehrama büründüm. Günəşin batmasına üç saat qalmış piyada və atlı əsgərlərin müşayiəti ilə Mina və Xeyfə tərəf yola düşdük.

Günəşin batmasına bir saat yarım qalmış Minaya çatdıq.

Məkkeyi-müəzzəmədən çıxıb hökumət binalarından uzaqlaşmamış, sol tərəfdə Ceyhun məqbərəsinin yerləşdiyi gö­rü­nür. Orada Həzrət Xədicə səlamillah Əleyhanın və Rəsu­lun (s.ə) digər əcdadının qəbirləri yerləşir.

Mina iki dağın arasındadır. Xeyf məscidi Ərəfata gedən yolun sağ tərəfindədir və dağın ətəyindədir. Mina Məkkeyi-müəzzəmənin şərqində, onun cənub tərəfinə mailidir.

Xeyf məscidini əvvəlcə Məlikül-Əşrəf Xadimül-hərəmeyn Qayıtbay tikmişdir. Onun adı mehrabın yuxarı hissəsində yazılmışdır. Yuxarı qapıdan daxil olduqda bir məlumat gözə dəyir və orada yazılmışdır ki, məscid səkkiz yüz doxsan dördüncü ildə tikilmişdir, sonra Sultan Əhməd xan bin-əl-Sultan Məhəmməd xan Salis min iyirmi beşinci ildə (13 ildən sonra-T.H) təmir elətdirmişdir. Bu sözlər də yazılmışdır: əmr be təmire məscid-əl-Xeyf və mouze Qestat ən-nəbi səleillah əleyhə və Ali Sultan əl-Bərreyn vəl-Bəhreyn Xadimül-hərəmeyn əş-Şərifeyn əl-Sultan Əhməd xan bin əl-Sultan Məhəmməd xan Xuldüllah xilafət ila azərüzzəman be tarixe səneye xəms və üşrin və əlif

Həyətin ortasında bir günbəz vardır ki, ətrafı açıqdır, mehrabı da vardır. Məlumdur ki, burada həzrət, peyğəmbərlik adını almışdır. Yuxarıda deyildiyi kimi həmin məscidi Qayıtbay tikmişdir.

Məscidin eni qırx sütundur. Məscidin uzunluğu iyirmi bir sütundur. Məscidin həyətinin uzunluğu yüz səkkiz zər və eni doxsan bir zərdir. Sultan Əhməd xan məscidi təmir etdirmış və Qayıtbayın adını həkk etdirməmişdir.

Xülasə, Ürfə gecəsi əcəm zəvvarları Minada, Xeyfin kənarında yerləşdilər və ibadətlə məşğul oldular. Ərəblər Ərəfatdan gəldilər, danışırdılar ki, Xətib Ürfə xütbəsini oxumadı. Məkkə qazisi Səid paşanın Ciddədə dörd nəfərin öldüyü barədə dediyini təsdiq etmədi. Bu da hamının sevincinə səbəb oldu. Əsgərlər də sevindilər ki, Şahzadənin (Fərhad Mirzənin – T.H.) sədaqət və xidmətindən bizim haci zəvvarlarımız ziyan görmədilər.



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə