Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   ...   4   5   6   7   8   9   10   11   12

           

 

23 



başlıca  keyfiyyətlərdən  biri  məhz  xalq  yaradıcılığından,  o  cümlədən  də 

nağıl  dünyasından  ustalıqla  bəhrələnmə  idi.    R.Rzanın,  İ.Əfəndiyevin, 

Ə.Məmmədxanlının,  Ə.Cəfərzadənin,  İ.Hüseynovun,  İ.Şıxlının,  B.Vahab-

zadənin,  X.R.Ulutürkün,  N.Həsənzadənin,  Y.Səmədoğlunun,  Anarın, 

Elçinin,    M.Arazın,  M.Süleymanlının  və  başqalarının  əsərlərində  mühiti, 

cəmiyyətin  problemlərini  qaldırmaq  istəyi  bir  milli-mənəvi  haqq  kimi  

çeşidli şəkillərdə ədəbi həyatı hərəkətə  gətirmişdi. Əlbəttə, burada diqqət 

yetirilməli  məsələlərdən  biri  hadisənin,    mövcud  sovet  cəmiyyəti  ilə  bağlı 

problemlərin  necə  çatdırılması,  daha  doğrusu,  dolayı  təqdim  manerası  idi. 

Çünki    problemi  açıq  şəkildə  və  bütün  təfərrüatları  ilə  çatdırmaq    sovet 

totalitar sistemi daxilində olduqca çətin, bəlkə də mümkünsüz idi. Ona görə 

də, sənətkar axtarışlarında müxtəlif formulların, mətn tiplərinin təkrarən və 

məqsədli  şəkildə  dövriyyəyə  gətirilməsi  aktuallaşırdı

1

.  Ritual-mifoloji 



yaddaşın  formulları,  mifik-kosmoloji  düşüncə,  bədii  yaradıcılıqda  özünə 

yer tapırdı. Məsələn, S.Rəhimovun “Gülən balıq”, “Ovqan və ilan”, “Şir və 

tülkü”,  İ.Əfəndiyevin “Möhnət qocanın nağılları”, “Sarıköynəklə Valehin 

nağılı”,    “Qarı  dağı”,    İ.Şıxlının  “Həkimin  nağılı”,  “Məni  itirməyin”, 

Ə.Cəfərzadənin  “Çörək”,    “Yumurta  əhvalatı”,  M.Dilbazinin  “Muğanda 

bahar”, “Göyçək Fatmanın nağılı”, “Danışılmamış nağıllar”, Anarın “Yaxşı 

padşahın  nağılı”,  “Ağ  qoç,  qara  qoç”,    Elçinin  “Bülbülün  nağılı”,  “Qış 

nağılı”, Ə.Ağayevin “Bülbül və leylək”, Ə.Babayevanın “Ağca və Qaraca”, 

“Külək və qırmızı papaq”, “Nənələr, əfsanələr”, M.Süleymanlının “Armud 

ağacının  nağılı”,  “Duzsuzluq”,  “Dəyirman”  və  s.  əsərləri  mətn  və 

özünüifadə  baxımından  kifayət  qədər  folklordan  bəhrələnməyə 

köklənməklə səciyyələnir. Xalq yazıçısı Y.Səmədoğlunun altmışıncı illərdə 

məhz bu yazı  manerası ilə qələmə aldığı “Xəzri”, “Yaddan çıxmış sözlər” 

hekayələri mətnaltı məna yükü ilə bütünlükdə Azərbaycanın problemlərini, 

iki  yüz  ildə  üzləşdiyi  ağrıları  ifadə  etmək  baxımından  həmin  dövr  üçün,  

sözün həqiqi  mənasında,  bir sənətkarlıq örnəyi təsiri bağışlayır.  

Keçən əsrin altımışıncı illərindən başlayaraq, ədəbi mühitdə folklora 

üz  tutmanın  məqsəd  və  mahiyyətində  məhz  bu  səpkidə  bədii 

diferensiallaşma,  bütünlükdə  ideyanı,  yazıçı  amalını  özünəməxsusluq  və 

müxtəlifliklərlə  ifadə  formulları  görünür.  Nağıl  yaradıcı  üçün  bir  vasitə, 

özünüifadə  hadisəsi  kimi  böyük  mahiyyət  daşıyır.  Ona  görə  də  burada 

bütün  nümunələrə  mətn  və  mühit,  subyektin  özünüifadəsi,  janrın  vasitə 

funksionallığı  kontekstində  yanaşmaq  lazım  gəlir.  Məhz  bu  üç  parametr 

baxımından nağıl mövzusu, o cümlədən də bu mətnin obraz, süjet və motiv 

                                                 

1

 Yusifli.V. Nəsr, konfliktlər, xarakterlər. Bakı: Yazıçı 1986, s.134. 




           

 

24 



elementləri yaradıcı təxəyyülün diqqəti cəlb edə biləcək imkanlara malikdir. 

Xəlqi  kolorit  və  folklor  ruhu  yaradıcı,  oxucu  üçün  vacib  və  gərəkli  olan 

informasiyanı, yaddaşı, milli-tarixi kimliyi, etnik mənsubluğu diqqət önünə 

çəkməsini  aktuallaşdırır.  İ.Əfəndiyevin,  İ.Şıxlının,  Anarın,  Elçinin, 

Y.Səmədoğlunun, M.Süleymanlının yaradıcılığında mətn hadisəsi kimi  bu 

keyfiyyətə  meyl  güclü  idi.  Sözün  məna  yaddaşı,  janr  məzmunu  məhz  bu 

müstəvidə  bir  tam  olaraq  qovuşur,  biri  digərini  tamamlayan  komponent 

təsiri  bağışlayır.  M.Süleymanlının  “Şanapipik”,  “Duzsuzluq”,  “Yel 

Əhmədin bəyliyi”, “Şeytan”, “Dəyirman” sözün, mətnin həqiqi mənasından 

çox,    mətnaltı  maneraları  ilə  diqqəti  cəlb  edir  və  bu  yöndə  milli-tarixi 

yaddaşı  oyadıb  fəallaşdırır.  “Şeytan”və“Duzsuszluq”  nağıl-povestləri  də 

“Dəyirman”povestində  olduğu  kimi  bütünlükdə  folklor  motivi  ilə 

simvollaşır.  Nağıl  məhz  bu  mənada  mətn,  fikrin  ifadə  hadisəsi  kimi 

yazıçıya  əlavə  imkanlar  açmaqla  bədii  çoxyönlü  və  çoxplanlı  düşüncənin 

ifadəsinə münbit şərait yaradır. Göründüyü kimi, bütün müstəvilərdə nağıl 

bir formal ünsür olaraq geniş mahiyyət, xüsusi məna yaratma hadisəsi kimi 

mühüm  əhəmiyyət daşıyır. 

Siyasi rejim, sovet ideologiya maşını gerçəyin ifadəsinə sərt yasaqlar 

qoymuşdu. Bu səbəbdən də yazıçı hadisələri uzaq mifoloji zamana aparır. 

Yazıçı  qayəsini,  əsərdə  nələrin  deyilməsini  isə  mətnaltı  manera  ilə 

çatdırmaq yolunu tutur. İ.Əfəndiyevin “Qarı dağı”, Anarın “Yaxşı padşahın 

nağılı”, “Ağ qoç, qara qoç”,  Elçinin “Qış nağılı”, “Şuşaya duman gəlib”, 

M.Süleymanlının  “Quru  kəllə”  və  s.  əsərləri  nağıl  formulları  və  mətnaltı 

manera imkanları ilə bütünlükdə yazıçı idealını, sosial sferanın mənzərəsini 

ortaya qoymaq və yaşatmaq məqsədinə xidmət edir.  

İ.Hüseynov,  İ.Şıxlı,  Y.Səmədoğlu,  İ.Əfəndiyev,  B.Vahabzadə, 

M.Araz,  X.R.Ulutürk,  F.Qoca,  M.Yaqub,  N.Həsənzadə,    Anar,  Elçin, 

M.Süleymanlı  sovet  ideoloji  maşınının  altmış  ilə  qədər  aşıladığı  yeni 

mədəniyyət tipinin puçluğunu və xofunu təqdim etmək məqsədi ilə folklor 

texnologiyalarına,  nağıl  formullarındakı  mətnaltı  düşüncənin  ifadəsinə 

üstünlük  verirdilər.  Tarixi-mental  keyfiyyətlər,  milli-mənəvi  dəyərlər 

müxtəlif formalarda qabardılırdı və etnosun tarixi yaddaşının qorumasının 

vacibliyini  təqdim  edirdi.  “Qətl  günü”,  “Yaxşı  padşahın  nağılı”,  “Ağ  qoç, 

qara qoç”,  “Dəyirman”, “Quru kəllə”, “Şeytan”, kimi dəyərli bədii əsərlər 

folklor  simvolikası  və  onun  mətnaltı  funksiyası  ilə  bütünlükdə  ictimai, 

siyasi sferanı işarələyirdi. Bütün  bu  nümunələrdə  yazıçı  məqsədi  və idealı 

alt  qatdadır.  Burada  mühitin,  mövcud  ideologiyanın  təqdim  etdiyi  yeni 

dəyərlər  sistemi  ilə  tarixi  və  milli-mənəvi  dəyərlərin  paralelizmi, 

kontraslılığı folklor simvolikası ilə təqdim olunur. Nağıl formulları mətnaltı 



Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə