Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə4/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   ...   137

 

barıq şəkildə əks etdirir.  «Bayram oldu» şeiri – Azərbaycan həyatının 
və azərbaycanlı güzəranının şeir dili ilə ifadə olunan təbii əks-sədasıdır: 
 
Bayram oldu, heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdur. 
Düyi ilə yağ hamı çoxdan tükənmiş,  
Ət heç ələ düşməz, motal da yoxdur. 
 
Allaha bizmişik naşükür bəndə, 
Bir söz desəm, dəxi qoymazlar kəndə. 
Xalq batıb noğula, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur [4, s. 174].
 
 
Molla  Pənah  Vaqifin  «Hayıf  ki,  yoxdur»  şeiri  şairin  yaradıcılı-
ğındakı  nikbin  ruhun  təzadlı  məqamlarını  meydana  qoyur.  Şeirdəki 
«Kür  qırağı»  –  yer  adı  Azərbaycan  ədəbiyyatında  yeni  doğulan  ölkə 
coğrafiyası  anlayışının  parlaq  nümunəsidir.  Həm  də  «Kür  qırağı» 
adlandırıla biləcək bu şeir «əcəb seyrəngahı», «qış günü qışlağı», «gö-
zəl  obası»,  «adamlıq  ədası»  cümlə-cahana  örnək  olan  Vətən  torpağı 
idealının  tərənnümünə  həsr  olunmuş  bənzərsiz  poetik  nümunəsidir. 
Şeirdəki «hayıf ki, yoxdur» ifadəsi dərin mənası və məntiqi ilə «niyə 
də  olmasın  ki»,  yaxud  «olmalıdır»  kimi  başa  düşülməlidir.  Bu,  Kür 
qırağının timsalında bütövlükdə Azərbaycan ölkəsi haqqında yazılmış 
dərin  mənalı  şeirdir.  «Kür  qırağı»  şeirində  mövcud  halındakı  vəziy-
yətdən xeyli dərəcədə təəssüf hissi keçirsə də, bütövlükdə bu şeir Va-
qifin  «cümlə  cahanın»  gözü  olan  eli-obası  ilə,  doğma  yurdunun  «ha-
vasının, torpağının, yerinin» misilsizliyi ilə iftixar duyğusu yaşadığını 
mənalandırır.  «Kür  qırağı»  adlandırılmasına  baxmayaraq,  bu  şeir 
Azərbaycan  ədəbiyyatında  şairin  açıq  ünvanla  öz  ölkəsinə  həsr  etdiyi 
nadir  şeirlərdən  biridir.  Nizami  Gəncəvinin  «Bərdənin  tərifi»  kimi 
klassik  ədəbiyyatda  konkret  ünvanı  göstərilən  poetik  nümunələr  çox 
deyildir.  Orta  əsrlər  Azərbaycan  ədəbiyyatında  Vətən  anlayışı  «şəbi-
hicran»  şeirlərinin  ruhunda,  mahiyyətində  yaşamışdır.  Vaqifin  «Kür 
qırağı»  şeiri  Azərbaycan  coğrafiyasının  bənzərsiz  poetik  tərcümanı 
olan  qiymətli  lirika  nümunəsidir.  «Hayıf  ki,  yoxdur»  mətləbi  Vaqifin 
nikbin realizminin ağrılı çalarlarının bədii ifadəsidir. 
Vaqifin  şeirlərində  “küllü  Qarabağın  abı-həyatı”  da  ilhamla  tə-
rənnüm  olunur.  Şairin  nəzərlərində  Qarabağ  ona  “nərmənazik  bayatı 
kimi”  əziz  olan,  qəlbinin  dərinliklərində  yaşayan  Vətən  torpağıdır. 
Şair Qarabağdan bəhs edərkən müasiri Molla Vəli Vidadinin dilindən 
verilmiş  “oxunur  məclisdə  xoş  kəlimatı”  misrası  vasitəsilə  Azərbay-


 
10 
can torpağının bu guşəsinin milli musiqi sənətinin beşiyi olmasına dair 
gerçəkliyi  nəzərə  çarpdırmışdır.  Gözəllik  aşiqi  olan  Molla  Pənah 
Vaqif,  eyni  zamanda  həm  də  böyük  vətənpərvərdir.  Onun  şeirlərində 
Vətən  torpağının  təkrarsız  obrazı  yaradılmışdır.  Vətən  torpağının  tə-
rənnümündə və gözəlliyin vəsf edilməsində Molla Pənah Vaqif mahir 
bir  rəssam  kimi  çıxış  edir.  O,  bədii  sözün  geniş  imkanlarından  yara-
dıcılıqla  istifadə  edərək  Azərbaycan  təbiətinin  və  el  gözəlliyinin  çox 
cazibədar portretini çəkmişdir.  
XVIII  əsr  Azərbaycan  ədəbiyyatında  öz  izi  olan  «Vidadi  ilə 
müşairə» şeirləşməsi həcm etibarilə və mahiyyətinə görə dastan təsiri 
bağışlayır.  Bu  deyişmə  tam  mənası  ilə  «Vaqif  və  Vidadi  dastanı» 
adlandırıla  bilər.  Əsərdə  süjet  əlamətlərinin  olması,  hərbə-zorba  gəl-
mək meyillərinin ifadəsi, mübaliğələr «Vidadi ilə müşairə»nin dastan-
laşmasını şərtləndirir. Bu, Azərbaycan yazılı şeirində deyişmə janrın-
da  yazılmış  ilk  bədii  nümunə  kimi  də  mühüm  əhəmiyyət  kəsb  edir. 
«Deyişmə»  şeirləşməsi  Molla  Pənah  Vaqifin  mühitinə  və  müasirləri 
ilə münasibətlərinə də işıq salır. Vaqifin əsəri kimi təqdim olunan bu 
əsər şairin böyük müasiri və məslək dostu Molla Vəli Vidadini Azər-
baycan cəmiyyəti miqyasına çıxarmağa da xidmət edir. 
Molla  Pənah  Vaqifin  məşhur  «Durnalar»  qoşması  Azərbaycan 
ədəbiyyatında  bu  mövzuda  yazılmış  ilk  və  ən  yaxşı  şeirdir.  Vaqifin 
«Durnalar»ı  Azərbaycan  şeirinin  durna  qatarının  önündədir.  Sonralar 
yazılmış “Durnalar” şeirlərində Vaqifin “Durnalar”ının müsbət məna-
da təsiri görünməkdədir.  
Göründüyü kimi, Molla Pənah Vaqif Azərbaycan şeirinin mən-
zərəsini  mövzu  və  poetik  forma  baxımından  dəyişmişdir.  Ona  qədər 
şifahi  xalq  ədəbiyyatının  janrları  kimi  qəbul  edilən  qoşma  Vaqifin 
yaradıcılığı  ilə  Azərbaycan  yazılı  şeirinin  əsas  poetik  forması  kimi 
qəbul  olunmuşdur.  Molla  Pənah  Vaqif  Azərbaycan  şeirinin  yolunu 
qəzəl-qəsidə ənənəsindən qoşma-gəraylı istiqamətinə çevirmişdir. Va-
qif  həm  də  qoşma  janrında  Azərbaycan  şeirinin  qızıl  fondunu  təşkil 
edən nadir poetik örnəklərin müəllifidir. Bu gün də Vaqifin qoşmaları 
həmin janrda yazılmış ən mükəmməl şeir nümunələri hesab edilir. 
Fikrimizcə,  təkcə  ömrünün  son  anlarında  yazıldığı  üçün  yox, 
özünün mühüm ideya-bədii xüsusiyyətləri və dərin  ictimai  məzmunu 
etibarilə  «Görmədim»  müxəmməsi  Molla  Pənah  Vaqifin  yaradıcı-
lığının  zirvəsidir.  «Görmədim»  müxəmməsi  «Bayram  oldu»  şeiri  ilə 
başlanan, «Hayıf ki, yoxdur»la inkişaf etdirilən Vaqif realizminin kul-
minasiya  nöqtəsidir.  Vaqifin  «Görmədim»  müxəmməsi  XVIII  əsr 
Azərbaycan  şeirinin  dövrə,  zamana  haray  səsi,  sərt  ittihamnaməsidir. 


 
11 
Bu, zamanı silkələyə bilən nadir şeir nümunəsidir:  
 
Mən cahan mülkündə mütləq doğru halət görmədim
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.  
Aşinalar ixtilafında sədaqət görmədim, 
Biətü-iqrarü-immanü-dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili-hacət görmədim. 
…Kizbi-böhtandan savayı bir hekayət görmədim, 
…Bulmadım bir dost ki, ondan bir ədavət görmədim, 
…Hiç kəsdə haqqa layiq bir ibadət görmədim, 
…Qədrü-qiymət istəyib, qeyri əz xəsarət görmədim, 
…İşlənən işlərdə əhkamü-ləyaqət görmədim. 
 
Vaqifa, ya rəbbəna, öz lütfünü eylə pənah, 
Səndən özgə kimsədə lütfü-inayət görmədim [4, s. 244]. 
 
Zəngin  və bənzərsiz  yaradıcılığı,  məşhur  «Görmədim»  müxəm-
məsi  və “lütfü-kəramət”  səyləri  Vaqifi  ucaldaraq  Molla  Pənah  dərga-
hına çatdırmışdır. 
Molla Pənah Vaqifin zəngin  yaradıcılığı Mirzə Fətəli Axundza-
dənin  «Təmsilat»ına,  Cəlil  Məmmədquluzadənin  «Danabaş  kəndinin 
əhvalatları»na,  Mirzə  Ələkbər  Sabirin  “Hophopnamə”sinə,  Səməd 
Vurğunun  lirikasına  gətirən  məsuliyyətli  yolun  böyük  başlanğıcıdır. 
Azərbaycan milli-mənəvi varlığını, «ellər yaraşığı, ölkə gözəli»ni, Kür 
qırağı obasını, “Qış günü qışlağı Qıraqbasanı” ədəbiyyatın əsas möv-
zusuna  çevirmiş  Molla Pənah  Vaqifin  yaradıcılığı azərbaycançılıq  tə-
fəkkürünün ən mühüm qaynaqlarından, mənbələrindən biridir.  
Azərbaycan ədəbiyyatında realizm Molla Pənah Vaqifin yaradı-
cılığı ilə başlanır. Vaqifin şeirləri Azərbaycan realizminin ibtidasıdır. 
Şair orijinal əsərləri ilə ölkə həyatının real ədəbiyyatını yaratmağa nail 
olmuşdur.  Bu  mənada  Molla  Pənah  Vaqif  klassik  ədəbiyyata  inkarçı 
mövqedən  yanaşmayaraq,  xalq-aşıq  şeiri  üslubunu  real  həyatın  ifa-
dəsinə istiqamətləndirməklə, yeni tipli ədəbiyyatın əsasını qoymuşdur. 
Azərbaycan  ədəbiyyatı  Məhəmməd  Füzulidən  Mirzə  Fətəli  Axund-
zadəyə və Cəlil Məmmədquluzadəyə çatmaq üçün Molla Pənah Vaqif 
körpüsündən  keçərək  gəlmişdir.  Milli  ədəbiyyat  klassik  lirika  ənənə-
sindən  realist  ədəbiyyata  doğru  inkişaf  etmək  üçün  Vaqif  keçidindən 
adlamalı  olmuşdur.  Molla  Pənah  Vaqifin  əsərləri  Azərbaycan  realiz-
minin başlanğıc mərhələsinin əsas xüsusiyyətlərini özündə əks etdirir. 
Molla  Pənah  Vaqifin  yaradıcılığı  Azərbaycan  realist  ədəbiyyatının 
möhkəm  təməlinə  çevrilən,  bünövrəsini  təşkil  edən  milli  ədəbiyyatın 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə