5
edən yeni şeir idi.
Molla Pənah Vaqifin yaradıcılığında özünün mükəmməl bədii
əksini tapmış ədalət, humanizm, müstəqillik, gerçək həyat, gözəllik və
sevgi idealları və mənəvi dəyərlər XVIII əsr Azərbaycan ədəbiyya-
tının yüksək inkişaf səviyyəsini əks etdirir. Molla Pənah Vaqif realist
ədəbiyyatı yaratmaqla Azərbaycan ədəbiyyatını çoxəsrlik
Şərq ədəbiy-
yatı dairəsindən çıxararaq, modern Avropa və dünya ədəbiyyatı səviy-
yəsinə çıxarmışdır. Bundan başqa, Vaqif aşıq şeiri Azərbaycan şifahi
xalq poeziyası ilə yazılı ədəbiyyatdakı şeir arasındakı baryeri aradan
qaldırmış, aşıq şeiri üslubunu yeni dövr lirikasının ifadə tərzinə çe-
virmişdir. Molla Pənah Vaqifin simasında xalq-aşıq şeiri üslubu bü-
tövlükdə Azərbaycan realist lirikasının üslubu səviyyəsinə yüksəl-
mişdir. Qoşma janrında yazılmış bir çox şeirlərinin əgər Vaqifin qələ-
mindən çıxdığını bilməsə idik, heç tərəddüd etmədən həmin nümu-
nələri şifahi xalq yaradıcılığına aid edə bilərdik. O, Azərbaycan şeiri-
nin vəznini və janrını dəyişdirmək timsalında sözün əsl mənasında
inqilabi xarakter daşıyan böyük islahatlar aparmağa nail olmuşdur.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında möhkəm qəlibləri olan
əruz vəznindən heca vəznində yazılan şeirə qəti keçidə nail olmuşdur.
Azərbaycan şeirinin heca epoxası Molla Pənah Vaqiflə başlayır. Eyni
zamanda Vaqif Azərbaycan poeziyasında qəzəl-qəsidə şeirindən qoş-
maya keçidin möhkəm əsaslarını yaratmışdır.
Xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas idi. Təsadüfi
deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. Molla Pənah Vaqif
sadə, təbii el gözəllərini onların «ənniyi-kirşanı» və mühiti ilə birlikdə
tərənnüm edir. Şairin gözəllərə və gözəlliyə realist münasibəti vardır.
Molla Pənah Vaqifin şeir dili canlı, koloritli xalq dili idi. Ərəb-fars
sözləri və tərkibləri ilə «bəzənmiş» klassik lirikadan fərqli olaraq,
Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstün-
lük qazanmışdır. Xalq şairi Səməd Vurğun haqlı olaraq şairin bədii
dilinin özünəməxsusluğunu «Vaqifin şirin dili» adlandırmışdır. Molla
Pənah Vaqifin şeir dili – Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, in-
cəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks etdirir. Vaqifin
şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı şəkildə
yaşayır. Onun şeir dilində sadə xalq dilinin aparıcı olması ilə müəyyən
dərəcədə əyan-əşrəf dilinin mükəmməl bir sintezi vardır. Xanlıqlar
dövründə siyasi hakimiyyətdə xalqın öz nümayəndələrinin də olması
dildə xəlqiləşmə baxımından əhəmiyyətli addıma çevrilmişdi. Bundan
başqa, Vaqifin şeir dili həm də xalq-aşıq şeirinin yaşatdığı dil ənənə-
lərini də əks etdirir. Bütün bunların vəhdəti Azərbaycan ədəbiyyatında