Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

10 


Azərbaycana və ədiblərimizə olan münasibəti araşdırılmışdır. 

Çar Rusiyasının ardnıca ötən əsrin 20-ci illərində sovet imperiyasının 

qurulması  və  geniş  türk  coğrafiyasını  tabeliyinə  keçirməsi  nəticəsində 

Azərbaycan  və  Qırğız  xalqının  taleyində  bir-birinə  bənzər  hadisələr  baş 

verdi.  Hər  iki  xalq  30-cu  illərin  repressiyasını  yaşadı,  İkinci  Dünya 

Müharibəsinin  ağır  sınaqlarından  keçdi.  Qarşılıqlı  ədəbi  əlaqələr  sovet 

dövründə daha da inkişaf etdi. 30-40-cı illərin sərt ideoloji müstəvisi 50-ci 

illərdə  nisbətən  yumşalmağa  başladı  və  bu  hadisə  türk  xalqlarının 

həyatında  da  mühüm  mərhələyə  çevrildi.  Şübhəsiz  ki,  Azərbaycan-Qırğız 

ədəbi  əlaqələrinin  inkişafında  Çingiz  Aytmatov  fenomeni  mühüm 

əhəmiyyətə  malikdir.  “50-ci  illərdə  qırğız  aulundan  dünyaya  parlayan 

Çingiz  Aytmatov  eyni  zamanda  Azərbaycan-Qırğız  ədəbi  əlaqələrinin 

tarixində  də  yeni  və  parlaq  mərhələnin  banisi  oldu.  Onun  yaradıcılığı 

sərhədləri aşaraq türk xalqlarının ortaq mədəniyyətinin bəşəri təqdimatında 

mühüm rol oynadı. Heç şübhəsizdir ki, bu uğurlu təqdimatı qırğızlar qədər 

azərbaycanlılar da böyük qürur hissi ilə qarşılamışlar”

1



Çingiz  Aytmatovun  Azərbaycanla  və  azərbaycanlı  ədiblərlə  tanışlığı 



XX  əsrin  50-ci  illərində  Moskvada  Maksim  Qorki  adına  Ədəbiyyat 

İnstitutunda Ədəbiyyat dərsləri alarkən başlamışdır. Şahmar Əkbərzadə ilə 

müsahibəsində  Çingiz  Aytmatov  ona  dünya  şöhrəti  gətirmiş  “Cəmilə” 

povestinin  də  ilk  oxucusunun  azərbaycanlı  İsmayıl  Cəfərpur  olduğunu 

qeyd etmişdir. “...tanıdığım ilk azərbaycanlı o rəhmətlik idi. Moskvada ali 

Ədəbiyyat kurslarında bir yerdə idik. Qiyamət oğlan idi. Azərbaycanı hər 

üzünə  mənə  o  tanıdıb.  O  vaxt  zootexniklikdən  ədəbiyyat  aləminə  yenicə 

qədəm qoymuşdum. “Cəmilə”ni də ilk dəfə ona oxumuşdum”

2



Sonradan  Azərbaycana  səfərləri,  Moskvada  və  İttifaqın  ayrı-ayrı 



ölkələrində  keçirilən  mədəni  tədbirlərdə  görüşləri  nəticəsində  sənətkarın 

Azərbaycan  mədəniyyət  xadimləri  arasında  dostluq  münasibətləri 

formalaşmışdır.  Yazıçının  Azərbaycanla  və  azərbaycanlı  ziyalılarla 

münasibətlərin  yaranması və  möhkəmlənməsində  görkəmli  dövlət  xadimi 

Heydər  Əliyevin  rolu  əvəzsizdir.  Çingiz  Aytmatov  hələ  sovet  dövründə 

Heydər  Əliyevlə  dəfələrlə  görüşmüş  və  onun  böyüklüyünün,  dahliyinin 

fərqində olmuşdur. “Heydər Əliyev, həqiqətən də, tarixi, hətta əfsanəvi bir 

şəxsiyyətdir.  Bu,  sovet  dövründə  də  belə  idi,  bugünkü  MDB  məkanında, 

xeyli  çətinləşmiş  müasir  dünya  şəraitində  də  belədir.  Heydər  Əliyev  hər 

zaman xalqının xidmətində olmuşdur”

3



                                                 



1

 

Həbibbəyli İsa. Böyük ədəbiyyat heykəli. “Azərbaycan” qəzeti, Bakı, 2013,11 dekabr, № 273



 

2

 



Aytmatov Çingiz. Mən Manas oğluyam. Tərtibçi Südabə Sərvi. Bakı: Nurlan, 2009, s.14 

3

 Aytmatov Çingiz. Heydər Əliyev haqqında. “Ədəbiyyat” qəzeti, Bakı, 2011, 6 may 




 

11 


1967-ci  ilin  may  ayında  Moskvada  görkəmli  Azərbaycan  ədibi  Cəlil 

Məmmədquluzadənin 100 illik yubileyinə Qırğızıstandan Çingiz Aytmatov 

qatılmış və mərasimdə nitq söyləmişdir. Daha sonra yubiley çərçivəsində 

Bakıya  gələn  yazıçı  ədib  haqqında  mətbuatda  “Şərqin  böyük  sənətkarı”

1



“Müdrik  söz  ustası”



2

 (“Ədəbiyyat  və  İncəsənət”  qəzeti),  “Böyük  ustad”

3

 

(“Bakinski raboçi”) adlı məqalələrlə çıxış etmişdir. 



Çingiz Aytmatovun  görkəmli Azərbaycan yazıçısı, dramaturqu İmran 

Qasımovla  çox  yaxın  münasibəti  olmuşdur.  Salman  Mümtaz  adına 

Ədəbiyyat  və  İncəsənət  arxivində  yazıçının  şəxsi  qovluğunda  saxlanılan 

məktublar  və  şəkillər  bu  əlaqənin  dərinliyini  bir  daha  sübut  edir. 

Məktublaşmalardan aydın olur ki, Çingiz Aytmatov özünün yaradıcılığı ilə 

bağlı  məsələləri,  gələcək  planlarını  İmran  Qasımova  yazmış,  onunla fikir 

mübadiləsində olmuş, bölüşmüşdür. Qarşılıqlı məktublaşmalarında Çingiz 

Aytmatov yaradıcılıq planlarından bəhs etmiş, dostunun əsərlərinin müsbət 

məziyyətlərindən söz açmışdır. 

Çingiz  Aytmatov  müasir  Azərbaycan  ədəbiyyatında  Bəxtiyar 

Vahabzadənin  yaradıcılığına  xüsusi  rəğbət  bəsləmişdir.  1985-ci  ildə 

Bəxtiyar  Vahabzadənin  60  illik  yubileyi  çərçivəsində  keçirilən  tədbirlər 

zamanı  Çingiz  Aytmatovun  Bakıya  gəlməsi  bu  rəğbətin  əyani 

göstəricisidir.  “Yaradıbdır  inam  məni,  mən  inamın  övladıyam”

4

 

məqaləsində  Bəxtiyar  Vahabzadə,  “Tale  müasirim”



5

 adlı  məqaləsində 

Azərbaycanın  xalq  yazıçısı,  60-cılar  nəslinin  nəinki  Azərbaycanda, 

ümumilikdə  postsovet  məkanında  ən  parlaq  və  maraqlı  imzalarından  biri 

Anarın yaradıcılığını yüksək qiymətləndirmiş öz fikirlərini ifadə etmişdir.  

Çingiz Aytmatov ədəbiyyatla yanaşı Azərbaycanın musiqi, rəssamlıq, 

heykəltaraşlıq və digər sənət sahələrinə və onların görkəmli yaradıcıları ilə 

yaxın  dostluq  münasibət  olmuşdur.  Onun  müsahibələrində  musiqi 

sahəsində  xüsusi  sevgiylə  bəhs  etdiyi  azərbaycanlı  bəstəkarlar  arasında 

Üzeyir Hacıbəyli və Qara Qarayev özünəməxsus yer tutmuşdur.  

Çingiz  Aytmatov  verdiyi  müsahibələrində,  yubiley  tədbirlərində, 

Azərbaycana  səfərlərində  Azərbaycan  ədəbiyyatı  haqqında  fikirlərini 

bildirmişdir.  Ortaq  mif  yaradıcılığı  və  şifahi  xalq  yaradıcılığından 

                                                 

1

 Aytmatov Çingiz. Şərqin Böyük sənətkarı. “Ədəbiyyat və incəsənət” qəzeti, Bakı, 1967, 



31 iyun 

2

 Aytmatov Çingiz. Müdrik söz ustası. “Ədəbiyyat və incəsənət” qəzeti, Bakı, 1967, 4 iyun 



3

 

Aytmatov Çingiz. Böyük Ustad. “Bakinskiy raboçiy”, Bakı, 1967, 4 iyun



 

4

 



Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri. On iki cilddə, XII cild. Bakı: Elm, 2009, s. 707-

712 


5

 Aytmatov Çingiz. Tale müasirim. “525-ci qəzet”, Bakı, 2005, 9 sentyabr

 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə