Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlyazması hüququnda 

 

 

 

MEHMAN AĞASƏLİM oğlu HƏSƏNOV 

 

 

 

ÇİNGİZ AYTMATOV VƏ AZƏRBAYCAN 

ƏDƏBİYYATI 

 

 

5717.01 – Türk xalqları ədəbiyyatı 

5716.01  – Azərbaycan ədəbiyyatı 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  



almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 



 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

 

BAKI –  2017 


 

Dissertasiya  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Nizami  adına 



Ədəbiyyat  İnstitutunun  Türk  xalqları  ədəbiyyatı  şöbəsində  yerinə 

yetirilmişdir. 

 

      Elmi rəhbər: 



                   akademik İsa Əkbər oğlu Həbibbəyli 

 

 

 

      

 

      Rəsmi opponentlər:  



         Jalə Fazil qızı Əliyeva 

filologiya üzrə elmlər doktoru, 

professor 

 

 



 

 

 

 

 

         Elman Hilal oğlu Quliyev 

 

 

 

         filologiya üzrə elmlər doktoru, 

 

 



 

         professor 

,        

 

Aparıcı müəssisə:   

         AMEA akad. Z.M.Bünyadov    

                                                       adına Şərqşünaslıq İnstitutu   

                                                       Türk filologiyası şöbəsi 

 

Müdafiə “______” _________ 2017-ci ildə, saat 14

  30

-da  Azərbaycan 



Milli  Elmlər  Akademiyası Nizami  adına  Ədəbiyyat  İnstitutunun  nəzdində 

filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə  fəlsəfə  doktoru  elmi 

dərəcəsi  almaq  üçün  təqdim  edilən  dissertasiyaların  müdafiəsini  keçirən 

D.01.131- Dissertasiya Şurasının iclasında keçiriləcək. 

 

Ünvan: Az.1143, Bakı, H.Cavid prospekti 115, Akademiya şəhərciyi, 

Əsas korpus, Nizami adına Ədəbiyyat İnstitutu, Elektron Akt zalı,  

IV mərtəbə. 

 

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq 



mümkündür. 

 

Avtoreferat  “______”   ___________ 2017-ci ildə göndərilmişdir. 



 

Dissertasiya 

Şurasının elmi katibi

filologiya üzrə fəlsəfə doktoru:                       İsmixan Məhəmməd oğlu            

                                                                           Osmanlı  


 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Dünya  şöhrətli  qırğız  yazıçısı  Çingiz 

Aytmatovun  (1928-2008)    əsərləri  Azərbaycanda  daim  böyük  maraqla 

qarşılanmışdır.  Bu  qüdrətli  sənətkarın  yaradıcılığını    qədim  tarixə  və 

böyük  ənənələrə  sahib  ümumtürk  mədəniyyətinin  həm  forma,  həm 

məzmun  baxımından  müasir  dünyaya  ən  mükəmməl  şəkildə  təqdimatı 

adlandırmaq  olar.  Çingiz  Aytmatovun  yaradıcılığı  zəngin  ortaq  türk 

təfəkkürünün  XX  əsrdəki  ən  parlaq  təzahürlərindən  biridir.  Yazıçının  adı 

müasir  dövrün  böyük  sənətkarlarının  ön  cərgəsində  dayanır.  Onun  bədii 

irsində  insan və zaman problemi bütün dərinlikləri və reallıqları ilə yüksək 

səviyyədə  təqdim  edilmişdir.  Dünya  miqyasında  ən  çox  oxunan 

yazıçılardan  biri  olan  Çingiz  Aytmatova  Azərbaycanda  da  həmişə  böyük 

maraq göstərilmişdir.  

Keçmiş  SSRİ  məkanında  oxşar  taleləri  yaşamış  digər  xalqlar  kimi, 

Azərbaycan  və  qırğız  xalqları  da  ortaq  ictimai-siyasi  və  mənəvi-mədəni 

prosesləri yaşamışlar. Eyni qədim köklərə malik olan bu xalqlar XX əsrin 

30-cu  illərinin  qanlı  repressiyalarından  keçmiş,  böyük  məşəqqətlərlə 

üzləşmişlər. İkinci Dünya müharibəsi illərində ön cəbhədəki fiziki itkilərin 

arxa  cəbhədə  vurduğu  mənəvi  zərbələrlə,  aclıq,  yoxsulluq  və  ən  əsası 

vicdanı ilə sınağa çəkilən kənd və şəhərlər hər iki xalqın qarşılaşdığı həyat 

həqiqətləridir.  Bu  baxımdan  Çingiz  Aytmatovun  və  müasir  Azərbaycan 

ədəbiyyatının görkəmli simalarının yaradıcılığında bənzər tipoloji motivlər 

kifayət qədər vardır. 

 Çingiz  Aytmatov  uşaqlıq  illərində  gördüyü  hadisələri,  yaşadığı  ağrı-

acıları  və  iti  müşahidələri  ilə  yaddaşına  köçürdüklərini  hələ  gənclik 

çağında  yaradıcı  istedadı  ilə  bədii  əsərlərində  həkk  etdirə  bilmişdir. 

Yazıçının “Gün var əsrə bərabər” romanında başladığı və “Çingiz xanın ağ 

buludu”  povestində  davam  etdirdiyi  repressiya  mövzusunu  Azərbaycanın 

xalq yazıçısı Yusif Səmədoğlu ölkəmizin və xalqımızın reallıqlarına uyğun 

olaraq  “Qətl  günü”  romanında  əks  etdirmişdir.  Bu  əsərlər  arasında  bir-

birini təkrar etməyən maraqlı oxşar motivlər və talelər mövcuddur. Yaxud 

İkinci  Dünya  müharibəsi  ilə  bağlı  povestlərində  Çingiz  Aytmatovla  İsa 

Hüseynov  arasında  ortaq  məqamlar  vardır.  Azərbaycan  ədəbiyyatı  da 

Çingiz Aytmatovun təsvir etdiyi dövrün hadisələrini və proseslərini bədii 

düşüncənin  diqqətində  saxlamış,  ölkə  gerçəklikləri  əsasında  cəlbedici 

ədəbi əsərləri meydana qoymuşdur.  

Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatında yeni epoxanın 

əsası  qoyulmuşdur.  Yazıçı  ədəbiyyatın  ümumbəşəri  missiyasını  xalqının 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə