Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

Dönmiş qübarə şahi-qulamxəridələr.

Saqib əsiri-eşqün olub, ey pərivəşim,

Görmüb sənün kimi gözəli hiç didələr.

* * *


Divanə qılur xəlqi bu məhparə gözəllər,

Tökdikdə qəra zülfini rüxsarə gözəllər.

Nəqqaşə təəccüb elə, məhvəşlərə etmə,

Etmiş mənim hərgiz günimi qarə, gözəllər.

Bir qətrə sudan, gör, nələri tərhə çəkübdür,

Əlbətki, qoyar aləmi avarə gözəllər.

Az bir yerə gör bir nələri cəm` eləmişdür,

Yandur deyəcək sən məni odlarə, gözəllər.

Qaş əgri kəmandur deyəsən zülfi-girəhgir,

Mənsuri çəküb zülfi ilə darə gözəllər.

Göz məst içüb qanı müjə tiri-cigərçak,

Əfsus ki, mail olur əğyarə gözəllər.

Rüxsar çəmən laləsi, rəşki-güli-şəbbu,

Xal afəti-din, kim eləsün çarə gözəllər.

Qəd sərvi-rəvandur, edər izhari-qiyamət,

Ləb lə`l saçar, gər gələ göftarə gözəllər.

Saqib, demə hərgiz bu gözəllərdə vəfa yox,

Ram olmadadur aşiqə bir parə gözəllər.

* * *

Dutsam səri-kuyin görüb əğyarə deyərlər,



Xalundan öpəm, türreyi-tərrarə deyərlər.

Zəncirə çəkər könlimi, azad edən olmaz,

Mənsur çəkildi deyəsən darə, deyərlər.

Bu dərdü qəmi-eşqə əlac eyləyən olmaz,

96



Mümkin ola gər, ləblərüvi çarə deyərlər.

Söz yox ona Yusif də deyürlərdi gözəldi,

Ey sərvqəd, əmma sana məhparə deyərlər.

Sorson nə içün aləmi aşub dutubdur,

Giysulərüvi tökmə bu rüxsarə deyərlər.

Kimdən sorasan noldı mənim aşiqi-zarım,

Hicründə düşüb çöllərə avarə deyərlər.

Qan qoyma mənim bağrıma bir busə verincə,

Zalim sana, ey məh, mana biçarə deyərlər.

Saqib, rəvişi-şe`rdə göstərsön hünər sən,

Əhsən sana, əhsən belə əş`arə deyərlər.

* * *


Şəm`i-rüxsarunda yandı şəm`tək pərvanələr,

Yanmamış ol şəm`ə mən, ey mahvəş, qoy yanələr.

Bir sən ol bir mən, nigara, bir də saqi camü mey,

Saqiya, dur, ver piyalə, görməsün biganələr.

Daneyi-xalun əsir olmuş kəməndi-zülfüvə,

Səndə zənciri-cünun var, görməyüb biganələr.

Fitnələr çox zahir etdi xəlq içində gözlərün,

Allah-Allah gözlərün cadu degül, bəs ya nələr?

Könlümi zülfin kimi çoxdan pərişan etmisən,

Könlümin cəm`iyyətin yıxmaz uranda şanələr.

Çəkmə qəm cənnətdən ötri, ol bizimdür ya degül,

Etməgə abad çoxdur, ey könül, viranələr.

Məscidə təklif edir sərgərm camü badəni

Zahidi-kəcbin, xərab olmuş məgər meyxanələr?

Müftilər fitvasi ilə getdi namusi-vətən,

Eylədi avarə xəlqi səbheyi-səddanələr.

Saqiba, mülki-vətəndən neyləyüm avarəsən,

97



Xabi-qəflətdən gətür baş, bəsdü bu əfsanələr.

* * *


Əbruyə tab vermə ki, qəddim kəman olur,

Müjganlarun xədənginə sinəm nişan olur.

Ey tiği-qəmzə ilə tökən xuni-aşiqi,

Hər an, hər nəfəs sənə qurban bu can olur.

Şəqqül-qəmər yüzünmüş ol e`cazi-Əhmədi,

Xətmi-Rəsuldən belə mö`cüz əyan olur.

Rəhzənlik etdi o məhə xalun nəticəsi, 

Xamtəm`əlik eyləyər, ey dil, ziyan olur.

Lə`lün həvasi etdi Məsihani ruhbəxş, 

Bu rəmzi-ləblərün qana kim, nüktədan olur.

Zülfün kəməndinə vəli könlüm əsiridür,

Azad etməsön məgər, ey şux, qan olur.

Əfşan, gəl, eylə zülfüvi, ey mahvəş, yüzə,

Bu rəsmidür xəzinəara pasiban olur.

Kuyin verübsə cənnətə Adəm əcəb degül,

Hicründə həmdəm görüb ahü fəğan olur.

Saqib, cəhanda səbr elə yarun cəfasinə,

Mə`şuqə aşiqə, bəli, namehriban olur.

* * *

Zülfün kəməndinə dili-viranə ram olur,



Ey şux, ona bu məst gözündən pəyam olur.

Seylabi-qəm haçan ki, aşar başdan hicridə,

Hərdəm mana bu dürdi-meyi-lə`lfam olur.

Ey dil, məhəbbət aləmi ənduhü dərdidür,

Kim dami-eşqə olsa əsir, təlxkam olur.

Əfşan çox eyləmə yüzüvə giysuyi-pürxəmi,

98



Bu şanə ilə aşiqüvün sübhi şam olur.

Bazari-hüsnə girsön əgər sən bu hüsnilə,

Yə`qub, söləyər sana Yusif, qulam olur.

Zahid nola həram oxusa vəsfi-badəni,

Əhli-kəmal rütbəsi biehtiram olur.

Baxma zəmanənün bu qədr hərc-mərcinə,

Bu hərc-mərci sanma həmişə müdam olur.

Hər nəfs öz muradinə bir gün yetər, gəlür,

Min intiqam almağa əldə niyam olur.

Saqib, qəm etmə heç nəyə, yox səndə ixtiyar,

Getməz bu keşməkeş belə, axır nizam olur.

* * *


      

Sərkeşligi kim eyləsə axır zəlil olur,

Muri-zəifə, pəşəyə məğlubqəbil olur.

Nəmrud çox da atdı Birahimi atəşə,

Xakəstər olsa da, genə axır Xəlil olur.

Sultan nə qədr baxsa həqarət gözilə gər

Miskin gədayə, bir də görərsən dəxil olur.

Eyb etmə xəlqə, öz rəvişin tərk edən degül,

İnsanlıq aləmi sənə nə, hər qəbil olur.

Dəsti-təərrüz açsa sana birsi, incimə,

Bir gün yetər, görəndə səni tez xəcil olur.

Nəfsündən ötri xəlqə əziyyətdən əl gətür,

Bihudə əmr içün məgər insan qətil olur?

Bir iş dutanda gözləməsön aqibət əgər,

Ta key sənə bu kibrü məniyyət vəsil olur.

Bir qətrənün qabağına səd çəkməsön əgər,

Qərq eyləyər cəhani, dönüb rudi-Nil olur.

Getsön yoluvı düz, daşa dəgməz əyağun heç,

99



Ey dil, inanmason, sana Saqib kəfil olur.

* * *


 

Cəhalət aləmi dutmış, müsəlman oldığımdandur,

Yalandan nəfsə tabe` əhli-Qur`an oldığımdandur.

Neçün bu aləmə gəldim, mən ani bilmədim hərgiz,

İnandum vaizün fe`linə, nadan oldığımdandur.

Dedilər var cənnət, əl gətür, dünyapərəst olma, 

Vətən mülkin bıraxdım getdi, nadan oldığımdandur.

Demə cənnət vətən gülzar imiş, hicrani duzəxdür,

Həqiqət eylədiyim, az əhli-iman oldığımdandur.

Sənün eşqündə verdüm baği-cənnət zahidə, ey məh,

Yetişdüm sərhədi-məqsudə, insan oldığımdandur.

Dedim: neyçün dutubdur quş yuva başunda, ey Məcnun?

Dedi: Leylayi-eşqə məhvü heyran oldığımdandur.

Dedim giysusinə yarun, neçün könlüm pərişandur?

Dedi: ey bəxti qarə, bax, pərişan oldığımdandur.

Dedim: ey şəm`, neçün ağlayursan yandı pərvanə,

Dedi: pərvanənün halına suzan oldığımdandur.

Dedim: Yə`qub neyçün gözlərin kur eylədi, Yusif?

Dedi: bax hüsnimə, aşubi-dövran oldığımdandur.

Züleyxayə dedim: Yusif neçün pabəndi-zindandur?

Dedi: eşqində mən çaki-giriban oldığımdandur.

Dedim: Saqib, neçün şe`rün belə peyvəstə şürbidür,

Dedi: Yusif kimi ustadə dərban oldığımdandur.

* * *


 

Sitəmlərün sənün, ey dəhr, gərçi əfzundur,

Əlacı, sağər içində şərabi-gülgundur.

Şikənci-türreyi-Leylayə dəgmə, ey şanə,

100



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə