Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

İbrah im  A ğayev

qüvvələri  təmin  etmirdi.  Onlar  hər  vəchlə  azsaylı  xalqlar,  etnik 

qruplar  arasında  qarışıqlıq  salmağa,  milli-demokratik  prosesin 

bu  xalqlar  və  etnik  qrupların  inkişafı  üçün  açdığı  geniş 

imkanlardan 

öz 


mənafelərindən 

ötrü 


istifadə 

etməyə 


çalışırdılar.

Bu  cəhətdən  “Sadval”  adı  altında  Dağıstanda  Ləzgi  Xalq 

Hərəkatının  millətlərarası  münasibətlərin  yaxşılaşdırılmasına 

qarşı  apardığı  geniş  antidemoktarik  fəaliyyətini,  hələ  də 

Azərbaycan  ərazisində  “İkinci  Qarabağ”  törətməyə  ümid  edən 

digər qüvvələri qeyd edə bilərik75.  “Ləzgistan” dövləti yaratmaq 

ideyasını  həyata  keçirməyi  qarşılarına  məqsəd  qoyan  “Sadval” 

təşkilatının  liderinin  Yuxarı  Qarabağı  Azərbaycan  ərazisindən 

qoparmağa  çalışan  erməni  qəsbkarlarından  yalnız  bir  fərqli 

cəhət  ayırırdı.  Ermənilər  bu  işi  silah  gücünə,  “sadvalçılar”  isə 

məqsədini  dinc yolla  həll  etmək  istəyirdilər.  Məqsəd  isə  birdir - 

ərazi  bütövlüyümüzü  parçalamaq,  respublikada  sabitliyin 

yaranmasına  imkan  verməmək,  müstəqillik  yoluna  qədəm 

qoymuş  respublikanı  asılı  vəziyyətə  salıb  istiqlaliyyətini 

boğmaq  və  bununla  da  əvvəlki  kimi  onun  sərvətlərinə  sahib 

olmaq.


SSRİ-nin  dağılması  nəticəsində  xalqların  öz.  milli-etnik 

xüsusiyyətlərinə  qayıtmalarına  mey! 

göstərmələrini,  başa 

düşmək  heç  də  çətin  deyil.  Çünki  xalqlar  öz  etnik 

xüsusiyyətlərini  inkişaf etdirmək,  onları  nəsildən-nəslə  ötürmək 

üçün  çox  geniş  bir  imkan  əldə  etmiş  oldular.  Belə  şəraitin 

yaranmasını gözləyən  hər bir xalq,  millət, etnik  qrup tərkibində 

yaşadığı  respublikanın  ümumi  milli  mənafeyini  də  mütləq

75 

Cavadov  Q.C.  Azərbaycanın  azsaylı  xalqları  və  milli  azlıqları  (Tarix  və

Müasirlik),  Bakı:  Elm,  2000, s.270-274.

5 8

M üasir şəraitdə Azərbaycanda milli-etnik proseslər

diqqət  mərkəzində  saxlamalı,  respublikanın  milli  birliyinə  xələl 

gətirən  heç bir fəaliyyətə yol verməməlidir.

Görkəmli  Azərbaycan  filosofu, professor Ramiz Mehdiyev 

millət  və  millətlərarası  münasibətlər  anlayışlarını  təhlil  edərək 

göstərir  ki,  bu  anlayışların  məzmununda  dil  amilinin  və  etnik 

mənsubiyyət şüurunun  böyük  rolu  var.  Onun fikrincə,  millət və 

millilik  anlayışları  arasındakı  fərq  belə  bir  fikri  deməyə  əsas 

verir ki,  millət bir sosial mahiyyətə malikdir76.

Müasir  dünyada  milli  siyasət  dövlətin  yeritdiyi  ümumi 

siyasətin  tərkib  hissəsi  olub  həqiqi  dövlətin  mahivvətini  və 

xarakterini  üzə çıxarır.

Poiitoloji  ədəbiyyatda  verilən  tərifə  görə,  milli  siyasət 

millətlər  və xalqlar arasındakı  qarşılıqlı  münasibətlərin dövlətin 

müvafiq  sənədlərində  və  qanunvericilik  aktlarında  təsbit 

olunmuş 


şəkildə 

tənzim 


olunması 

üzrə 


məqsədyönlü 

fəaliyyətidir.

Milli  siyasətin  konseptual  müddəalarına  aşağıdakılar  aid 

edilir:


- xalqların  bərabərliyi;

-  bütün  xa.lqların  mənafe  və  dəyərlərinə  qarşılıqlı  hörmət, 

onlar arasında qarşılıqlı  faydalı əməkdaşlıq;

- millətçiliyin  neqativ təzahürlərinə qarşı barışmazlıq;

-  başqa  xalqların  mənafelərinin  tapdanması  hesabına  öz 

xalqı  üçün  rifah  yaratmaq  cəhdlərinin  siyasi  və  əxlaqi  mühaki­

məsi  və s.

Bundan  başqa,  milli  siyasət  coğrafi,  demoqrafik  amilləri, 

tarixi  xüsusiyyətləri,  əhalinin  milli  tərkibini,  yerli  və gəlinə əha-

7Л  M


c xth c u

 

P.A.  Межнациональные  отношения:  Анализ  проблем  и  поиск 



решении.  Баку:  Азернешр,  1992, ц. 122.

5 9


ib ra h im  A ğayev

linin  nisbətini,  dini  mənsubiyyəti,  milli  psixologiyanın  xüsu­

siyyətlərini, milli adətləri və s.  nəzərə almalıdır77.

Milli  siyasət  konstruktiv  və  destruktiv  olmaqla  iki  hissəyə 

bölünür.

Beynəlxalq  hüquq  aktlarına  görə,  habelə  BMT-nin  16 

oktyabr 

1948-ci  il 

tarixli 

“Milli  azlıqlar”  haqqındakı 

qətnaməsinə 

görə 


bütün 

millətlər 

və 

xalqlar •  öz 



müqəddəratlarını özləri təyin edə bilərlər78.

Lakin  burada  bir  cəhət  mütləq  nəzərə  alınmalıdır.  Başqa 

xalqın,  millətin ərazisinə tarixin  müəyyən  mərhələsində köçürü­

lərək  məskunlaşdırmış  hər  hansı  millətin  sonradan  həmin  xal­

qa,  yaxud  millətə  qarşı  öz  millətçilik  ambisiyasını  diqtə  etməyə 

heç  bir  siyasi  haqqı  yoxdur.  Burada  söhbət  ermənilərin  vaxtilə 

Azərbaycan  ərazisinə  köçürülərək  məskunlaşdırılmasmdan  və 

onların xalqımıza qarşı  həyata  keçirdikləri bədnam milli siyasə­

tin  əsassızlığından  gedir.  Əgər  dünya  dövlətləri  bu  siyasəti  dəs­

təkləyərsə,  bu,  o  deməkdir  ki,  Rusiya  Federasiyasında,  eləcə  də 

dünyanın  böyük  dövlətlərində  bir  çox  milli  qurumların  yaran­

masına  şərait  yaranar.  Bu  isə  dünyanın  siyasi  xəritəsinin  yeni­

dən çəkilməsinə, dövlətlərin  parçalanmasına səbəb ola  bilər.

Yuxarıda 

adı 

çəkilən 


sənəddə 

göstərildiyi 

kimi,

böyüklüyündən  və  kiçikliyindən  asılı  olmayaraq,  bütün 



millətlər  və  xalqlar  bərabərdir.  Bütün  münaqişə  problemləri 

böyük  dövlətlərin  iştirakı  ilə  dünya  ictimaiyyəti  və  ictimai 

təşkilatların  işə  qarışması  ilə  həll  olunur.  Hər  bir  ölkədə  hakim 



millətdən  əlavə xırda  millətlər  və  azlıq  təşkil  edən  etnik  azlıqlar 

da  vardır.  Bunlar  isə  elə  qruplardır  ki,  onların  özlərinə  məxsus *

 7

77 Şirəliyev  H., Əhmədov Ə.  Politologiya,  Bakı:  «Təbib»,  1997, s. 14C

7S Beynəlxalq müqavilələr toplusu.  Bakı:  Elm,  1998,  51  s.

6 0

dilləri,  adət-ənənələri  və  özlərini  başqalarından  fərqləndirmək 

xüsusiyyətləri  olur.  Bütün  ölkələrin  böyük  xalqları  isə  onların 

hüquq  və azadlıqlarını  təmin etməyə borcludur.  Məsələn, Azər­

baycan  Respublikasının  Prezidentinin  16  sentyabr  1992-ci  il 

tarixli  fərmanı  ilə  Azərbaycan  Respublikasında  milli  azlıqların 

hüquqlarının  qorunması  haqqında  ciddi  məsələlər  qarşıya 

qoyulur.  Onlara  dil  azadlığı,  qəzet  nəşr  etmək,  cəmiyyətlər 

yaratmaq  imkanı  verilir.  Lakin  onların  bəziləri  mədəni 

muxtariyyətlə  razılaşmır,  ərazi  muxtariyyəti  tələb edirlər.  Onlar 

xarici  ölkələrdə  bədxahlarımız tərəfindən qızışdırılır və bunların 

nəticəsində yeni münaqişə ocaqları yaradılır.

Milli-etnik  və  milli  azlıq  problemlərinin  həlli  işi  çox 

mürəkkəb  problemlərdir.  Burada  assimiliyasiya  siyasəti  deyil, 

əksinə,  milli  çoxluq  təşkil  edən  xalqla  birlikdə  onların  vahid 

ailədə yaşamasım təmin etmək əsas götürülür.

Azərbaycanda milli etniklərin problemlərinin həllinə xüsusi 

diqqət  yetirilir.  Çünki  respublikamızda  bir  sıra  milli  azlıqlar, 

etnik  xalqlar  yaşayır  və  fəaliyyət  göstərirlər.  Azərbaycan 

onların  hamısının  vahid  Vətənidir.  Vətənin  azadlığı  və 

müstəqilliyini  qorumaq, onun  tərəqqisi və inkişafına nail olmaq 

bu  xalqların,  etnik  qrupların  ümdə  vəzifəsidir.  Bu  mənada 

respublikanın  bütün  yerli  xalqları  üçün  Azərbaycan  torpağı 

müqəddəs  bir  yurd  olub  heç  bir  parçalanmaya  məruz  qala 

bilməz  və  ayrı-ayrı  adamların  və  qrupların  ambisiyalarına 

qurban verilə bilməz.

Təəssüf  ki,  Azərbaycan  beynəlxalq  aləmdə  öz  nüfuzunu 

artırdıqca  xalqımıza,  dövlətçiliyimizə  qarşı  aparılan  siyasi- 

ideoloji  təxribatların  coğrafiyası  get-gedə  genişlənir.  Buraya 

yalnız  ermənilər  deyil,  habelə  digər  azsaylı  xalqlar  da  cəlb

_______________________

M üasir şəraitdə Azerbaycanda  m illi-e tn ik proseslər

61



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə