Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 
80 
də milad öncəsi 79-cu ildə hun hökmdarını moğol ohuanlarla 
savaşa sövq etmişdi. 
Əski  türklərdə  əcdadlara  mal  və  can  qurbanları 
verilmişdir.  Əski  türklərdə  ən  böyük  qurban  bozqırlı  türkün 
müqəddəs  bir  duyğu  ilə  sarıldığı  atdır.  Bir  çox  türk 
qəhrəmanları  öldüyü  zaman  atları  ilə  birgə  dəfn  olunmuşdur. 
Digər  heyvanlardan  cinsi  erkək  olanlar  qurban  üçün  daha 
uyğun sayılmışdır(22,50).  
İnsan  qurbanı  verilməsi  də  hökmdar  məzarlarından 
aydın  olur.  Belə  ki,  Atillanın  ölümü  münasibətilə  bir  çox 
adamların  öldürülərək  məzara  qoyulmasını  bildirən  VI  əsr 
tarixçisi  Jordanesin  qeydinə  görə  Göy  türk  xanlarının 
məzarları  başında  düşman  orduları  başçılarının  qurban 
edilməsi  kimi  bir  məlumat  da  bura  əlavə  edilə  bilər(22,51). 
İnsan  qurbanı  vermək  qədim  dünyanın  bir  çox  xalqlarında 
rastlanmaqdadır.  
Qədim  türklər  ölmüş  müqəddəslərə  səcdə  edər,  onlara 
həyatlarının  xüsusi  günlərində  və  məqamlarında  müraciət 
edərdilər.  Belə  təsəvvür  olunur  ki,  ölülərin  ruhu  göydə 
Tanrının  yanında  olur  və  dirilərin  bütün  hərəkətlərini  görür, 
şəri  pisləyir,  xeyiri  bəyənirlər.  Dirilərin  xeyir  əməllərindən 
ruhlar da xoşlanırlar. Başqırdlar ölüləri “Tösrö qolo” –“Tanrı 
qulu”  adlandırırlar  və  ölümə  də  o  dünyaya  getmək  deyirlər: 
“Asılına  qayttı”  (əslinə  qayıtdı,  başlanğıcına  qayıtdı,  Tanrıya 
qayıtdı)  və  ya  “ete  qat  kikkö  kitköndör”-göyün  yeddinci 
qatına getdi- deyilir.  
Başqırdlarda  batırların(pəhləvanların)  ənənəvi  mərasim 
(yola)  güləşi  zamanı  əcdad  ruhların  müraciət  olunur:”Ey 
mənim atam, ey mənim Tuyış atamın ruhu, mənə yardım et”. 
Ona  görə  də  “Yola  küreşe”  (mərasim  güləşi)  müqəddəs 


 
81 
mahiyyət daşıyır və onda qaydaları pozmaq yolanı pozmaqdır 
və  suçdur.Güləş  zamanı  yasağı  pozanları  öldüyü  zaman 
günahkarlara 
aid 
qəbiristanlıqda 
dəfn 
edirlər. 
Əcdada  sitayiş  etmək  və  ona  müracət  etmək  etnosun  ruhi 
yenilənməsi  və  möhkəmlənməsi  qaynaqlarından  biridir. 
Əcdad  kultu,  onların  ruhlarına  hörmət  etmək  insanların 
şüurunda  dünyanı,  kainatı  bütövləşdirir  və  bununla  da  bu 
dünyadakı  və  o  dünyadakı  həyatın  sonsuzluğununu,  ritm  və 
ölçü  kateqoriyalarını  dərk  etməyə  kömək  edir.  Əcdadlarımız 
Tanrı  inancında  mənəvi  sabitliyin  dəyərini  dərk  edərək  bu 
inanc  vasitəsilə  həyat  fəlsəfələrini  təmin  etmiş,  böyüyünə 
sayğı, kiçiyinə qayğı göstərərək ruhi qidasını uca Tanrıdan və 
müqəddəs saydığı əcdad ruhlarından almışdır. 
Müasir  mədəniyytdə  də  əcdad  ruhları  ən  əziz  günlərdə 
ziyarət  edilir,  onlarla  təmas,  ünsiyyət  yaradılır.  Novruz 
bayramında  bayram  axşamı  evlər  işıqlandırılmalı  və  qapılar 
bağlanmamalıdır.  Çünki  belə  günlərdə  əcdad  ruhları  öz 
yaxınlarını 
ziyarət 
edər, 
onların 
yaxşı 
yaşadığını, 
əminamanlığı, mehribanlığı, bolluq və rifahı görüb sevinərlər. 
Belə olduğu zaman əcdadların ruhları şad olur. 
Türk  inanc  sistemində  Tanrıçılığın  xüsusi  mövqeyi 
vardır(23;24;25;26;27;28;31və  b.).  Din  kimi  mövcudluğu 
milad öncəsi V əsrə aid edilən Gök Tanrı Asya hunlarında tək 
ulu  varlığı  təmsil  etmişdir.  Ancaq  sonrakı  dövrlərdə  günəş, 
ay,  ulduz  kultları  da  müşahidə  olunur.  Hun  hökmdarı  hər 
sabah  doğan  günəşə  və  gecə  bədirlənmiş  aya  təzim 
edərmiş(22,60). 
M.  Eliade  türk  icmalarında  qurban  vermə  törənlərində 
şamanın  heç  bir  vəzifə  tutmadığını,  bunun  ancaq  müasir 
dövrümüzdə torpaq və bərəkət ilə bağlı “Bay Ülgen”e verilən 


 
82 
qurbana  aid  olduğunu  bildirir.  At  qurbanı  mövzusunda 
şamana  düşən  rolun  son  zamanlarda  göründüyü  isə  V. 
Köppers tərəfindən təsbit edilmişdir (22,58).  
Qüdrətli  əcdadların  hami  ruhuna  kamlar  (şamanlar)  da 
müraciət  edir.  Bu  zaman  magik  xarakterli  mərasim  mətni 
Xarnau  söylənir.  Bu  janr,  qeyd  etdiyimiz  kimi,  magik 
məzmunlu,  sakral  mahiyyətlidir,  müxtəlif  təbii  qüvvələrə, 
heyvanlar  aləminə  müraciətlə  oxunur:  Ruhumun  əmrilə 
Qorqudun qəlbilə Tülke ata sağaltdın 
Sağaltsan  mən  burdayam!  Başqırdlarda  Tulpı,  Sukak 
ata,  Kuzkurta,  Karmkuta  kimi  müxtəlif  hami  ruhlar  vardır. 
Onların  hamısı  insanlarla  səma  arasında  əlaqə  yaradır  və 
onları qoruyurlar. Bayram günləri onlar yerə enir və insanlara 
baş  çəkirlər.Azərbaycanlılarda  insanları  onların  hami  ruhları 
olan Qaraçuxalar qoruyurlar. Bayram günlərində Qaraçuxalar 
ayaq üstə olur və bütün günü yatmazlar. Bununla da bayramın 
nikbin ovqatda davam etməsinə ruhi bir dəstək vermiş olurlar. 
Altay kamlarının ritual duasında Tenqriyə “Göylərin bö-
yük atası Tenqri xan” deyə müraciət olunur(24). Tenqri inan-
cının  da  başlanğıcında  dual  sistemin  mövcudluğunu  ehtimal 
etmək  olar.  Bu  xüsusilə  Tenq-er  (Tenqri)  və  Tenq-qiz  (Ten-
qiz) adlarında özünü göstərir.Oğuzların ilkin tanrı panteonun-
da  6  (Gün,  Ay,  Ulduz,  Göy,  Dağ,  Dəniz)  tanrıdan  biri  də 
Tenqizdir.  Əgər  Tenq  eri  Günəş  kişi  kimi  anlasaq,  o  zaman 
Tenq-qizi  de  Günəş  qadın  kimi  başa  düşməliyik.  Günəşə 
müraciətlə  oxunan  “saçlı  qız”  ifadəsi  də  bunu  göstərir. 
Amma  bu  daha  sonra  vahid  Tanrı  ideyasında  birləşmişdir. 
Tanrıçılıq  duasının əlimizdə  olan  mətnləri  islamın  müqəddəs 
kitabındakı ayələrlə səsləşməkdədir:  
Ey Tösrem! =Ey Tanrı!  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə