Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   ...   33

 
 

GİRİŞ 
 
Azərbaycan 
tarixşünaslığında 
geniş 
istiqamət 
alan 
xanlıqların  siyasi tarixinə məsələləri. müasir şəraitdə tarix elmi 
qarşısında  duran  mühüm  problemlərdəndir.  Hələ  keçmiş  sovet 
hakimiyyəti  dövründə  Qafqazın  tarixinə  dair  rus,
1
  gürcü
2
  və 
erməni
3
  tarixşünaslığında  bir  sıra  tədqiqat  əsərləri  meydana 
gəldiyi halda, dövrümüzə qədər, Azərbaycanda tarix elminin bu 
mühüm  sahəsi  diqqətdən  kənarda  qalmışdır.  Bundan  istifadə 
edən erməni və gürcü tədqiqatçıları Azərbaycanın ayrı-ayrı böl-
gələrini,  tarixi  həqiqətləri  saxtalaşdırmaqla,  özlərinin  torpaqları 
kimi  qələmə  verməyə  çalışmışlar.  Bu  sahədə  erməni  tarixçiləri 
xüsusilə  böyük  canfəşanlıq  göstərmişlər.  Onlar  daha  «irəli» 
gedərək,  Qafqaz  bölgəsinin  siyasi  xəritəsini  təhrif  etmiş,  tarixi 
həqiqətlərə  uyğun  gəlməyən  bir  sıra  əsərlər  yazmış,  uydurma 
xəritələr  çəkmiş  və  bunu  bütün  dünyaya  yaymışlar.  Bu 
baxımdan  Azərbaycanın  istər  bütövlükdə,  istərsə  də  ayrı-ayrı 
bölgələr  şəklində  tarixi-coğrafiyasının  tədqiqi,  müasir  dövrdə 
mühüm əhəmiyyət kəsb edir. 
Naxçıvan xanlığının sosial-iqtisadi həyatının ayrıca tədqiqat 
obyekti seçilməsi  heç də təsadüfi deyildir. Azərbaycan xalqının 
tarixində  özünəməxsus  mövqeyi  olan  bu  diyar,  istər  inzibati 
ərazi,  istərsə  də  əhalinin  məşğuliyyəti,  milli  və  sosial  tərkibi, 
təsərrüfat  həyatı  və  s.  baxımından,  əsrlər  boyu  ciddi  dəyişik-
                                                 
1
 А.П.Новосельцев.  К вопросу о политической границе  Армении  и Кав
-
казской  Албании  в  античный  период.  -  В  сб.  Кавказ  и  Византия.  T.1, 
Ереван, 1979 
2
 Д.Л.Мусхелишвили.  Из  исторической  географии  восточной  Грузии.  - 
Тбилиси, 1982. 
3
 С.Т.Еремян. Экономика и социальный строй Албании III-VII вв. - В кн. 
Очерки  истории  СССР  (III-ГХ  вв.),  -  М.,  1958;  Yenə  onun.  «Ашхара
-
цуйц» (Армянская география VII в.)- выдающийся памятник географии 
и картографии древнего мира.- ВЩН Арм. ССР, 1968, №5; Т.Х.Акопян. 
Очерки  по  исторической  географии  Армении.-  Ереван,  1960;  А.  Ай
-
вазян. Историко-архитектурные памятники. Нахичевани.- Ереван, 1983 
və b. 


 
 

liklərə məruz qalmışdır. Bu dəyişikliklərin dinamikasını izləmək 
üçün  isə,  hər  şeydən  əvvəl,  problemləri  şərtləndirən  amilləri 
aşkara  çıxartmaq  yerinə  düşərdi.  Bu  isə  müəyyən  dövr  ərzində 
coğrafi şəraitlə tarixi proseslərin qarşılıqlı təsirini nəzərə almağı 
tələb edir. 
Müasir  dövrdə  Naxçıvan  diyarının  tarixinin  öyrənilməsinin 
aktual  səslənməsi  bir  də  ondan  irəli  gəlir  ki,  hazırda,  tarixən 
Azərbaycan  torpaqlarına  göz  dikən  erməni  ekstremistləri  və 
ideoloqlarının,  tarixçilərinin  və  yazıçılarının
1
 
üzdəniraq 
«əsərlərinə»  istinad  edərək,  Naxçıvan  diyarını  da  uydurduqları 
«Böyük Ermənistana» mənsub olduğunu sübut etməyə çalışırlar. 
Onlar  Azərbaycanın  bu  qədim  torpağını  mənimsəmək  üçün 
dəridən-qabıqdan çıxırlar. 
Şübhəsiz  ki,  Azərbaycan  tarixi-coğrafiyasını  müəyyən  vaxt 
kəsiyi  ərzində,  bütövlükdə  tədqiq  etmək  daha  səmərəli  olardı. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  Azərbaycan  ərazisi  müəyyən 
dövrlərdə bütöv deyil, ayrı-ayrı bölgələr şəklində, bu və ya digər 
dövlətin  tərkibinə  daxil  olmuşdur  ki,  bu  da  ölkənin  tarixi-
coğrafiyasının  tam  mənzərəsini  yaratmaqda  xeyli  çətinliklər 
törədir. Digər tərəfdən, Azərbaycanın bütün ərazisini özündə əks 
etdirən, istər yerli, istərsə də xarici mənbələr demək olar ki, yox 
dərəcəsindədir.  Buna  görə  də  Azərbaycanın  tarixi-coğrafiyasını 
əvvəlcə ayrı-ayrı bölgələr üzrə öyrənmək, sonra isə bütün ölkəni 
əhatə  edən  əsər  yazmaq  daha  məqsədə  uyğun  olardı.  Naxçıvan 
diyarının  tarixi-coğrafiyasının  ayrıca  tədqiqat  obyekti  kimi 
seçilməsi də məhz bu deyilənlərlə bağlıdır. 
Naxçıvan  diyarı  XVI  əsrdən  XVIII  əsrin  30-cu  illərinədək 
Azərbaycanın  Səfəvilər  dövlətinin  tərkibinə  daxil  olsa  da,  ay-
rılıqda  inzibati-ərazi  vahidi  kimi  əvvəlcə  Təbriz  bəylərbəyli-
yinin,  XVII  əsrin  sonundan  isə  Çuxur-Səd  bəylərbəyliyinin  bir 
hissəsini təşkil etmişdir. Lakin bu müddət ərzində Naxçıvan iki 
                                                 
1
  Bu  baxımdan  Suren  Ayvazyanın  «Erməni  taleyi»  adlı  «tarixi»  romanını 
xüsusilə qeyd etmək lazımdır. Bu kitab Moskvada iki dəfə böyük tirajla nəşr 
olunmuşdur.  Həmin  əsərdə  S.A.Ayvazyan  Naxçıvanın  erməni  torpağı  ol
-
duğunu həyasızcasına «sübut» etməyə çalışır. 


 
 
10 
dəfə  Osmanlı  Türkiyəsinin  hakimiyyəti  altına  düşmüş  və  in-
zibati-ərazi  baxımından  müəyyən  dəyişikliklərə  məruz  qalmış-
dır.  Nadir  şahın  qısa  müddətli  hökmranlığı  dövründə  (1736—
1747-ci  illər)  ləğv  olunan  bəylərbəyliklərin  əvəzinə,  yeni  yara-
dılmış  Azərbaycan  vilayətinin  tərkibinə  daxil  edilən  Naxçıvan 
diyarı,  XVIII  əsrin  ikinci  yarısında  müstəqil  xanlığa  çevrilmiş-
dir.  Bu  dövrdə  hərbi  və  iqtisadi  baxımdan,  Azərbaycanın  digər 
xanlıqlarına  nisbətən  zəif  olan  Naxçıvan  xanlığı,  yenidən  bəzi 
ərazi  itkilərinə  məruz  qalmış  və  xarici  sərhədləri  dəyişmişdir. 
XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəllərində  yenidən  İran-Qacar 
dövləti  tərəfindən  istila  edilən  bu  diyarın  xarici  sərhədlərində 
ciddi  bir  dəyişiklik  baş  verməsə  də,  daxili  inzibati  bölgü 
baxımından burada bəzi yeniliklər gözə çarpır.  
Məlumdur ki.  tarix  elminin  bir qolu  olan  siyasi-tarix  yalnız 
müəyyən  inzibati  ərazi  vahidlərində  baş  verən  dəyişiklikləri 
deyil,  həm  də  həmin  bölgədə  əhalinin,  təsərrüfatın,  şəhərlərin, 
ticarətin,  sənətkarlığın,  kənd  təsərrüfatının  problemlərini  təbii-
coğrafi  şərait  və  insan  fəaliyyətinin  göstərilən  sahələrinə  siyasi 
hadisələrin  təsiri  baxımından  tədqiq  edir.  Beləliklə,  sosial-
iqtisadi  həyatın  demək  olar  ki,  bütün  sahələri  tarixi-coğrafiya 
baxımından tədqiqat obyektinə çevrilə bilər. 
Azərbaycan  Respublikasının  öz  müstəqilliyini  möhkəmlən-
dirmək  uğrunda  mübarizə  apardığı  bir  dövrdə,  onun  ayrı-ayrı 
bölgələrinin, o cümlədən Azərbaycanın tərkib hissəsi olan Nax-
çıvan diyarının siyasi-tarixinin  tədqiqi mühüm elmi əhəmiyyət 
kəsb edir. 
Qeyd  etdiyimiz  kimi,  böyük  elmi  əhəmiyyətə  malik  olma-
sına  baxmayaraq,  Azərbaycanın  siyasi-tarixi  baxımından  öy-
rənilməsi uzun müddət tədqiqatçıların diqqətindən kənarda qal-
mışdır. Yalnız son illərdə bu sahədə müəyyən addımlar atılmağa 
başlanmış,  ayrı-ayrı  tədqiqat  əsərləri  işıq  üzü  görmüşdür.  İlk 
təşəbbüs  kimi,  şübhəsiz  ki,  tarix  elmləri  doktoru  F.D.Məmmə-
dovanın,  Qafqaz  Albaniyasının  siyasi  tarixinə  və  tarixi-coğra-


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə