Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
  1   2   3   4   5   6   7   8   9   ...   33


AZƏRBAYCAN MİLLİ  ELMLƏR AKADEMİYASI 
A.А.BAKIXANOV adına TARİX İNSTİTUTU 
 
 
SAHİBƏ BUDAQOVA 
 
 
 
 
 
 
 
 
 
 
NAXÇIVAN DİYARININ  
SİYASİ TARİXİ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 


 
Elmi redaktor:                 İsmayıl Hacıyev   
                                       AMEA Naxçıvan bölməsinin sədri, akademik  
 
 
Rəyçilər: 
 
Nərgiz Axundova 
                                       AMEA-nın müxbir üzvü   
                                       İradə Bağırova      
                                       tarix elmləri doktoru
 professor   
 
 
 
 
Budaqova Sahibə. Naxçıvan diyarının siyasi tarixi.   
Bakı, “Elm və təhsil”,  2014, 108 səh. 
 
 
 
 
 
 
Kitabda Naxçıvan xanlığı ərazisinin dəyişməsinə təsir edən siyasi 
hadisələr,  xanlığın  təşəkkül  tarixi  açıqlanır.  Diyarın  əhalisi,  kənd 
təsərrüfatı,  sənətkarlığın  vəziyyəti  baxımından,  eləcə  də  həlledici 
əhəmiyyəti,  şəhərlərin  inkişaf  tarixi  təhlil  edilir,  əhalinin  sosial  və 
milli  tərkibində  siyasi  baxımdan  baş  verən  dəyişikliklər  nəzərə 
çatdırılır. 
 
 
 
 
2014
098
133
4504000000


N
 qrifli nəşr
               
                                                      © «Elm və təhsil»
 
 
 


 
 

 
 
NAXÇIVAN DİYARININ SİYASİ TARİXİ YENİ 
TƏDQİQATDA 
Sahibə Budaqovanın “Naxçıvan diyarının siyasi tarixi” 
monoqrafiyasına 
 
ÖN  SÖZ 
 
Azərbaycan  tarixində  mühüm  bir  mərhələ  təşkil  edən 
xanlıqlar dövrü bir sıra xüsusiyyətlərinə görə əvvəlki dövrlərdən 
fərqlənir.  İlk  növbədə  Azərbaycan  xalqı  həmin  dövrdə  İran 
ərazisindən  xilas  olub  öz  dövlət  müstəqilliyini  bərpa  etməsi  ilə 
səciyyələnir.  Dövlət  müstəqilliyi  feodal  pərakəndəliyi  for-
masında əldə edilsə də dövlətçilik ənənələrinin dirçəldilməsi və 
inkişaf  etdirilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edirdi. 
Yeni  yaranan  Azərbaycan  xanlıqları  müstəqil  və  ya  yarımmüs-
təqil fəaliyyət göstərsələr də onlar dövlətlərə xas olan atributlara 
da  malik  idilər.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  dövlətçiliyi 
tarixində  xanlıqlar  dövrü  özünəməxsus  yer  tutur.  Ona  görə  də 
Azərbaycan  Respublikası  öz  dövlət  müstəqilliyini  bərpa  etdik-
dən sonra xanlıqların tarixinə maraq artmış, Bakı, Quba, İrəvan, 
Naxçıvan, Qarabağ, Şəki, Lənkəran, Gəncə, Dərbənd... xanlıqla-
rının  tarixinə həsr edilmiş tədqiqatlar meydana çıxmışdır. Xan-
lıqların  tarixi  ilə  yanaşı,  onların  sosial-iqtisadi  vəziyyəti,  sənət 
sahələrinin inkişafı, əhalisi və etnik tərkibi, qarşılıqlı münasibət 
və  əlaqələri,  daxili  və  xarici  siyasətləri  və  b.  məsələlər  də  təd-
qiqata cəlb  edilmiş, əhəmiyyətli  kitab və monoqrafiyalar, ümu-
miləşdirici əsərlər yazılmışdır. 
Tədqiqat aparılan feodal dövlətlərindən biri də Naxçıvan 
xanlığıdır.  Naxçıvan  xanlığına  aid  F.Əliyev  və  M.Əliyevin, 
M.Quliyevin,  N.Quliyevin  əsərlərini  xüsusi  ilə  qeyd  etməliyik. 
Bu  əsərlərdə  Naxçıvan  xanlığının  yaranması,  onun  sosial-iqti-
sadi  vəziyyəti,  xanlığın  siyasi  tarixi,  əhalisi,  Qafqazda  hərbi-


 
 

siyasi  mövqeyi  və  əlaqələri,  Rusiya  tərəfindən  işğalı  və  b. 
məsələlər tədqiq edilmişdir. 
Naxçıvan xanlığının mövcud olduğu illərdə (1747-1828) 
Naxçıvan  diyarının  tarixi  coğrafiyası  haqqında  da  əsər  nəşr 
edilmişdir.  Əsərin  müəllifi  tarix  üzrə  fəlsəfə  doktoru  Sahibə 
İbrahim qızı Budaqovadır. Müəllifin bu əsəri tarixi-coğrafiyaya 
aid ilk tədqiqat əsərlərindən biridir. 
S.Budaqovanın  yeni  monoqrafiyası  isə  Naxçıvan  xan-
lığının  siyasi  tarixinə  həsr  edilmişdir.  Əsərdə  Naxçıvan 
xanlığının inzibati-ərazi quruluşu, xanlığın əhalisi və onun əsas 
məşğuliyyət  sahələri,  Naxçıvan  xanlığının  şəhər  həyatı  kimi 
məsələlərə diqqət yetirilmişdir. 
Naxçıvan  xanlığının  ərazisinə,  onun  inzibati  ərazi  böl-
güsünə tədqiqatda əhəmiyyətli yer verilir. “Naxçıvan sancağının 
müfəssəl  dəftəri”nə  görə  diyarda  14  nahiyə  var  idi.  Həmin 
nahiyələrin  təhlili  kitab  müəllifinin  də  yekun  qənaəti  budur  ki, 
Naxçıvan  sancağının  ərazisi  XVI-XVIII  əsrlərdə  Naxçıvan 
Muxtar Respublikasının ərazisindən xeyli böyük  olmuş, müasir 
Ermənistan  Respublikasının  bir  sıra  rayonlarının,  o  cümlədən 
Əzizbəyov,  Yexeqnadzor,  Cermuk,  Sisyan  və  Mehri  rayon-
larının  ərazisini  də  əhatə  etmişdi.  Naxçıvan  xanlığının  ərazi  və 
inzibati  bölgüsündə  əsas  dəyişikliklər  1797-ci  ildən  sonra  baş 
vermişdi.  S.Budaqova  yazır  ki,  İran  hakimiyyəti  dövründə 
Naxçıvan  xanlığı  inzibati  cəhətdən  Naxçıvan  və  Ordubad 
tümənlərinə bölünürdü. 1797-ci ildən sonra Naxçıvan xanlığına 
daxil  olan  Mehri  və  Qafan  mahalları  İbrahim  Xəlil  xan 
tərəfindən işğal olunmuşdu. XIX əsrin əvvəllərində-xanlığın Ru-
siya tərəfindən işğal edilməsi ərəfəsində Naxçıvan tüməni Nax-
çıvan, Əlincə, Xok və Dərələyəz mahallarından, Ordubad tümə-
ni  isə  Ordubad,  Əylis,  Dəstə,  Cənnəb  və  Biləv  mahallarından 
ibarət  idi.  Göründüyü  kimi,  tədqiqatçı  Naxçıvan  xanlığının 
ərazisinə və inzibati ərazi bölgüsünə aydınlıq gətirmişdir. 
Monoqrafiyada Naxçıvan xanlığının əhalisi, onun sayı və 
etnik  tərkibi  haqqında  da  bəhs  edilmiş,  ümumiləşdirmələr 
aparılmış  və  yekun  nəticə  çıxarılmışdır.  Müəllif  ilk  mənbələrə, 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə