Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   2   3   4   5   6   7   8   9   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
14 

 
lüğətlər üçün hazırlanmış materiallar kompüterdə yığılır; 

 
alqoritmə əsasən qurulmuş proqram kompüterin yadda-
şına daxil edilir

 
alınan nəticələr çap qurğusu – çıxışda çap edilir.  
EHM-də tezlik lüğətinin tərtibi isə aşağıdakı alqoritm üzrə 
görülmüşdür: 

 
mətndəki sözlərin seçilməsi

 
sözlərin əlifba sırası ilə düzülməsi

 
hər bir sözün işlənmə tezliyinin hesablanması; 

 
alınan  massivin  işlənmə  tezliyindən  asılı  olaraq  əlifba 
sırası ilə düzülməsi; 

 
alınan nəticənin çap edilməsi. 
“Azərbaycan qəzet dilinin tezlik lüğəti” bu silsiləyə daxil-
dir. Əvvəldə qeyd etdiyimiz kimi, ilk tezlik lüğəti 1997-ci il ildə 
işıq  üzü  görmüşdür.
1
  Sonralar  onun  yenidən  işlənmiş  variantı 
2004-cü ildə nəşr olundu.
2
. 2010-cu ildə isə Azərbaycan dilinin 
tezlik lüğəti çap edildi.
3
 Bu lüğətin tərtibi üçün Azərbaycan dili-
nin bütün üsulları təmsil olunmaqla təxminən 50 milyona yaxın 
söz formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuş-
dur.  Lüğətdə 12000-ə  yaxın  söz kökü  əhatə olunmuşdur. Azər-
baycan  tezlik  lüğəti  leksikanın  statistik  modeli  kimi  ümumi 
leksikologiyanın,  dil  tədrisinin  bir  çox  problemlərinin  həllində 
əvəzsiz mənbə rolunu oynayır. 
Bundan  başqa  tarixi  abidələrin  öyrənilməsində  statistik 
metodların  tətbiqi  təkzibolunmaz  əhəmiyyət  kəsb  edir.  Dünya 
dilçiliyində hind-Avropa dillərinin qrupları arasındakı qohumluq 
əlaqələrinin üzə çıxarılmasında 1927-ci ildə ilk dəfə Polşa alimi 
                                                           
1
  Azərbaycan  qəzet  dilinin  tezlik  lüğəti  (tərtibçilər:  K.A.Vəliyeva,  M.Ə.Mahmudov, 
V.Y.Pines, S.Rəhmanov). B., 1997 
2
  Azərbaycan  qəzet  dilinin  tezlik  lüğəti  (tərtibçilər:  K.A.Vəliyeva,  M.Ə.Mahmudov, 
S.Rəhmanov) B., 2004 
3
 Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri) (tərtibçilər: M.Ə.Mahmudov, Ə.Fətul-
layev,  S.Məmmədova,  R.Fətullayev,  R.Hüseynli,  B.Talıbov,  G.Əzimova,  N.Abdul-
layev), Ic. B., 2010 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
15 
Yan Çekanovskiy məhz bu metoddan istifadə etmişdir.
1
 Ameri-
ka  alimi  Morris  Svodeş  isə  1948-ci  ildə  leksik-statistik  metod-
dan istifadə edərək dillərin lüğət fondunu öyrənərkən belə qəna-
ətə gəlmişdir ki, bütün dillərin əsas lüğət fondu sabit sürətlə, ya-
vaş-yavaş dəyişir.
2
 Həmçinin dillərin tipoloji öyrənilməsində də 
statistik metodların böyük rolu vardır. 
Azərbaycan dilçiliyində tarixi abidələrin, o cümlədən yazı-
lı  abidələrin  kompüterlərdə  tədqiqi  ilə  bağlı  “Kitabi-Dədə  Qor-
qud”un 1988-ci ildə nəşr olunmuş tənqidi mətni üzrə (tərtibçilər: 
F.Zeynalov, S.Əlizadə) əlifba-tezlik və əks əlifba siyahısı hazır-
landı.
3
  Burada  tezlik  siyahısı  on  minə  yaxın  söz  formanı  əhatə 
edir. Dastanda qeydə alınmış sözlər işlənmə tezliyinə görə azal-
ma sırası ilə verilmişdir. 
Əlifba-tezlik  siyahısında  isə  söz-formalar  işlənmə  tezliyi-
nə  görə  deyil,  əlifbaya  görə  düzülmüşdür.  Tərtib  olunmuş  bu 
siyahının  dil  tarixi  ilə  məşğul  olan  mütəxəssislər  üçün  böyük 
əhəmiyyəti  vardır.  Klassik  irsimizdən  M.Füzulinin  nəzm  əsər-
lərinin  statistik-distributiv  təhlili  tədqiq  olunmuşdur.  Əlbəttə, 
klassik  ədəbiyyata  müraciətin,  müəlliflərin  əsərlərində  üslubi 
xüsusiyyətlərin özünəməxsusluğunu aşkar etmək, işlənmə tezli-
yinin  göstəricilərini  müqayisə  etməklə  naməlum  müəllifli  əsər-
lərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar. 
Bundan başqa Azərbaycan dilçiliyində linqvistik tədqiqat-
larda  bir  çox  problemlərin  həllində  geniş  istifadə  olunan  Azər-
baycan dilinin əks lüğəti tərtib edilmişdir.
4
 
Əks lüğət adı altında nə başa düşülür və onu adi lüğətdən 
(iki dilli, izahlı və s.) fərqləndirən cəhət nədir? 
                                                           
1
  Методы  математической  статистики  и  моделирование  в  сравнительной  исто-
рии языкознании. http:||yazıkoznanie.ru/content|view/ 127/ 215 
2
  Методы  математической  статистики  и  моделирование  в  сравнительной  исто-
рии языкознании. http:||yazıkoznanie.ru/content|view/ 127/ 215 
3
  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  statistik  təhlili  (Tərtibçilər:  Vəliyeva  K.A., 
Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S.). B., 1999 
4
Azərbaycan  dilinin  əks  lüğəti  (Tərtibçilər:  M.Ə.Mahmudov,  Ə.B.Fətullayev)  B., 
2004  


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
16 
Əks  lüğətlər  adi  lüğətlərdən  quruluşuna  görə  fərqlənirlər. 
Adi  lüğətlərdə  sözlər  başlanğıc  hərflərinə  görə  əlifba  sırası  ilə 
düzülür. Əks lüğətlərdə isə sözlər sonuncu hərflərinə görə əlifba 
sırası ilə yerləşdirilir, məs.:  
Adi lüğət 
Əks lüğət 
ağır 
şura 
udmaq 
oturmaq 
təsəlli 
udmaq 
çiçəkli 
çiçəkli 
şura 
ağır 
Misallardan  görünür  ki,  əks  lüğət  tərtib  olunarkən  sözlər 
sağ tərəfdən eyni şaquli ox boyunca, adi lüğətlərdə isə sol hissə-
dən şaquli ox boyunca yerləşdirilir. 
“Azərbaycan dilinin əks lüğəti” “Azərbaycan dilinin orfo-
qrafiya lüğəti” əsasında tərtib olunmuşdur. Bundan başqa “Azər-
baycan  dilinin  orfoqrafiya  lüğəti”ndə  iştirak  etməyən  sözlər 
“Azərbaycanca-rusca  lüğət”dən  götürülərək  əks  lüğətə  daxil 
edilmişdir. “Azərbaycan  dilinin  əks  lüğəti” türk dilləri üzrə  tər-
tib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab edilə 
bilər. 
Azərbaycan dilinin əks lüğətinin qısa da olsa, tətbiq dairə-
sini  xarakterizə edək. Azərbaycan dilinin  əks  lüğəti fonologiya, 
morfologiya və etimologiyadan başqa linqvistikanın digər sahə-
lərində aparılan tədqiqat işləri üçün də zəngin mənbədir.  
Fonologiyada  səslərin  tədqiqində,  xüsusilə  əsaslarda  mü-
şahidə edilən proseslərin izlənməsində, sözlərdəki sonuncu səs-
lər  qrupunun  aşkar  edilməsində  əks  lüğətin  əhəmiyyəti  böyük-
dür,  məs.:  əsaslarda  gedən  morfonoloji  proseslərin  öyrənilmə-
sində, yəni köklə şəkilçi birləşərkən səs əvəzlənmələri ilə əlaqə-
dar (k~y; t~d; q~ğ) məsələlərdə k, t, q ilə qurtaran sözlər qrupu-
nun tapılmasında əks lüğətin rolunu inkar etmək olmaz. 
Əks lüğət morfologiya bəhsinin tədrisində köməkçi vasitə 
rolunu oynayır: 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə