43
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
двух томах. Москва: Изд. «Советская энциклопедия,
1970) istifadə edirdilər.
P.S. Hələ tələbəlik illərindən ilk baxışdan diqqəti cəlb
edən hündür, xolerik, tenor səsə, eyni zamanda digər tem-
peramentə - cəld, çevik, yəni sanqvinik hərəkətlərə ma-
lik Əkrəm gündəlik dərslərə vaxtlı-vaxtında davamiyyəti,
əsasən yüksək hazırlığı, xüsusən fars dilini hamımızdan
yaxşı əxz etməsi, elmi fəaliyyətə meyilliyi ilə fərqlənərdi.
Seminarlarda demək olar ki, bütün müəllimlərin sevim-
li, əlaçı tələbəsi kimi tez-tez auditoriya qarşısına çıxıb
öyrəndiyi mövzuları emosional şəkildə, tələsə-tələsə, az
qala birnəfəsə, əzbərdən danışmağı xoşlardı. İşdir, şayəd
qəflətən çaşanda, nəsə yadından çıxardığı fikri, ifadəni,
frazanı özünəməxsus mimika və jestlərlə - bir-birini xa-
otik əvəz edən gah sağ, gah sol əlinin barmaqları ilə tez-
tez döyəclədiyi geniş alnından sanki qoparıb çıxarmağa,
yaxud alnına tökülən gur, xurmayi saçlarından sanki ya-
pışıb qoparmağa, beləliklə, qırılan nitqini, yarıda qalan
fikrini bu yolla təzədən bərpa etməyə çalışardı. Bu zaman
onun təbii təlaş və həyəcanları bizdə istər-istəməz, saf tə-
bəssüm doğurar, yaxud ürəkdən qopan, divarlarda geniş
əks-sədasını tapan şaqraq gülüşlərə, qəhqəhələrə çevrilər-
di. Ona suflyorluq etmək istəyənlərimiz də olardı. Ancaq
o, optik eynək altından çarəsiz baxdığı nə dərs otağının
hündür tavanından, nə də öz yerlərində oturan tələbə yol-
daşlarından nəsə kömək ummaz, yalnız öz potensialına,
öz intellekt və hissiyyatına güvənərdi.
Əkrəm sürətlə keçən bu uzun illər ərzində zahirən
qismən dəyişsə də, daxilən eyni gənclik temperamentində,
nikbin əhval-ruhiyyədə görünür. Eyni sadəlik, təbiilik və
44
Hafiz Rüstəm
səmimiyyət bu sabiq beynəlmiləlçi“afqanetsi”- Əfqanıs-
tan müharibəsinin veteranını qətiyyən tərk etməyib. Dai-
ma oxumaqdan, yazmaqdan, lazımi qeydlər aparmaqdan,
ümumiyyətlə, gərgin zehni fəaliyyətdən barmaqları qabar
bağlamış, beyni mazol olmuş Ə.Bağırov öz sevimli işinin,
peşə məşğuliyyətinin “qara fəhlə”sidir. Bu “qara fəhlə”
qədim əlyazmaların üzünü ağardır, qədim və orta əsrlə-
rin ədəbi proseslərini yenidən canlandırır, onlara yeni ,
müasir, oxunaqlı bir nəfəs bəxş edir, zövq aşılayır. Beləcə
köhnə və yeni nəsillər arasında ədəbi varislik ənənələrini
bərpa edən, fars və rus dillərindən ana dilimizə, yaxud ək-
sinə tərcümədə heç bir problemi olmayan, dissertasiyasını
rus dilində yazıb müdafiə edən, mətnşünas, mənbəşünas
və yaxud məxəzşünas titullarına yiyələnən, farsca-rusca
sinxron tərcümələrin öhdəsindən asanlıqla gələn, yeni-ye-
ni elmi axtarışlar sevdasında olan, 60 yaşı təzəcə tamam
olmuş əzizimiz Ə.Bağırova möhkəm cansağlığı, şəxsi xoş-
bəxtlik və bir də onu indən belə, gələcəkdə daxilən də, za-
hirən də qocalmağa qoymayacaq, həmişə şux saxlayacaq,
gəncləşdirəcək yeni-yeni yaradıcılıq uğurları arzulayı-
ram.
45
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Kitab - töhfələr
46
Hafiz Rüstəm
47
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Hicran nəğməsi
M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov təkcə
ölkəmizin hüdudları daxilində deyil, o cümlədən MDB mə-
kanında, İran, Əfqanıstan və Türkiyədə də Orta əsrlər Şərq
ədəbiyyatı üzrə nüfuzlu bir mütəxəssis kimi tanınır. Gözucu
nəzər yetirdiyimiz son iki ildə keçirilən beynəlxalq elmi top-
lantılarda - Azərbaycanın görkəmli şərqşünas alimi, Əməkdar
elm xadimi, professor Mübariz Əlizadənin 100 illik yubile-
yinə həsr olunmuş “Şərq filologiyasının aktual problemlə-
ri” mövzusunda Respublika elmi konfransında (2011-ci il),
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il-
dönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual prob-
lemləri”ndən bəhs edən III Beynəlxalq elmi konfransda (2 – 5
may 2012), AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı
Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş “Orta
əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” mövzusun-
da Beynəlxalq elmi simpoziumda (7 – 8 may 2012), “Türkdilli
kitab - əsrlərin xəzinəsi” mövzusunda türkdilli kitab tarixinə
həsr olunmuş Beynəlxalq elmi-praktik konfransda (Kazan,
17 – 18 oktyabr 2012), görkəmli Azərbaycan alimi , Əmək-
dar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik
yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri”
mövzusunda Respublika elmi konfransında (14 – 15 noyabr
2012) Ə.Bağırovun elmi məruzələri belə bir həqiqəti deməyə
əsas verir ki, o, tanınmış şərqşünas alim kimi çoxdan özünü
təsdiq etmişdir.
“Kredo”nun(2013-cü il yanvar – fevral ayları) səhifələ-
rində dərc olunmuş “Rəhməti Təbrizinin ilk tədqiqatçısı və
48
Hafiz Rüstəm
yaxud ədəbi təzkirələrin yorulmaz təqdimatçısı” adlı geniş
məqalə məhz tərcüməçi, mənbəşünas, əlyazma mütəxəssisi
Ə.Bağırovun anadan olmasının 60 illiyi və elmi-ədəbi fəa-
liyyətinin 35 illiyinə həsr olunub. Bu tədqiqatçının elmi ya-
radıcılığı ilə yanaşı, onun bu yaradıcılığını stimullaşdıran,
ilhamlandıran bədii yaradıcılığının diqqətəlayiq bir nümunə-
sini – bizim bəyənib təqdir etdiyimiz aşağıdakı həcmcə kiçik,
ancaq poetikasına görə heç də kiçik olmayan, orijinal, lirik bir
poemasını söz xiridarlarının yüksək hüzuruna təqdim etmək-
dən başqa çarəmiz qalmadı.
O, 1995-ci ildə İİR-nin Əhvaz şəhərində tərcüməçi işlədi-
yi, qürbətdə vətən həsrəti çəkdiyi vaxtlarda bu poetik təəssü-
ratı qələmə alıb. Böyük Vüsal axtarışında olan hər insan övla-
dının nə vaxtsa, yorğun düşdüyü hansı bir uzaq güzərgahdasa
quruca nəfəsi qalmış, yanıqlı bir neyə çevrildiyi, eləcə ney
kimi də təklikdən, vəfasızlıqdan yana-yana şikayətlənib arif
yolçuları yolundan saxladığı qəribə, ecazkar dəqiqələri olur.
Bu zaman insan qəlbində qeyri-ixtiyari, yalnız özünə məx-
sus, əlahiddə, fərqli, bənzərsiz və təkrarolunmaz Hicran-həs-
rət nəğməsi yaranır – Mövlana Ruminin əsrlərdən-əsrlərə
adlayan, axirətə qədər eşidiləcək, heç vaxt irfani iniltisi kəsil-
məyəcək Neyinin hekayəti kimi:
Dinlə, gör ney nə hekayət eyləyir,
Hicrü həsrətdən şikayət eyləyir.
Biz hətta böyük risklərdən çəkinmədən, fədakarlıqla, uğ-
runda bütün sağlığımızı, mövcudluğumuzu əsirgəmədən sərf
etdiyimiz, bütöv əldə edilməsi heç vaxt mümkün olmayan və
olmayacaq böyük, mücərrəd bir xoşbəxtlik idealı axtara-ax-
tara, prinsipcə həmin xoşbəxtliyin anlarına, zərrələrinə qovu-
şa-qovuşa, həm də eyni zamanda itirə-itirə yaşayırıq. Böyük
qazancdan çox böyük itkilərlə müşayiət olunan uzun bir ömür
Dostları ilə paylaş: |