Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



,

• • •


FİLİ (f.:  hərf.  -  açıq  boz rəng).  Azərbaycan musiqisində:  ’’Humayun”  dəst- 

gahmda,  İran  musiqisində:  “Mahur”  dəstgahında  olan muğam  şöbəsi.

FOLKLOR (ing.: folk - xalq, lore - təlim). Xalq müdrikliyi, xalq yaradıcılığı 

mənasını  verir.  Şifahi  ənənələrə  əsaslanan  bədii  yaradıcılıq  növlərini  - 

xalq ədəbiyyatını (nağıllar, zərbi-məsəllər, lətifələr və s.), xalq musiqisini 

(mahnı  və  rəqslər),  tətbiqi-dekorativ  sənətləri  və  s.  əhatə  edir.

Musiqi  folkloru  xalq  mahnı  və  rəqslərindən  ibarətdir;  xalqın  arzu  və 

istəklərini,  duyğularını,  mənəviyyatını,  dünyagörüşünü,  həyat  tərzini, 

əmək  prosesini  əks  etdirir.  Məzmununa  görə  əmək,  mərasim,  məişət, 

tarixi  mahnı  və  rəqs  növlərinə  bölünür.



22

GAF.  XIX  əsr  Azərbaycan  musiqisində  dəstgahlar  tərkibində  olan  kiçik 

instrumental  epizod.  Muğamat  ifaçılığında  bir  şöbədən  o  birisinə  keçmək 

prosesində  istifadə  olunan təsnif və rəngləri  əvəz edir.

GƏBRİ.  “Dəşti”  muğamında  şöbə.

GƏRDANİYYƏ. “Nəva” dəstgahının əvvəlində ( “Mayəyi-Nəva”dan sonra) 

ifa  olunan  şöbə.

GƏZİŞMƏ.  Muğam  ifaçılığında  istifadə  olunan  üsul:  ifaçılıq  prosesində 

müəyyən  m usiqi  frazasını  zənginləşdirm ək  məqsədilə  onun  müxtəlif 

variantlarda təkrar edilməsindən ibarətdir. Muğam melodiyasının ifa edilərək 

yaradılm asında  məqam  pillələri  üzərində  gəzişmək  mühüm  əhəmiyyətə 

malikdir.

GUŞƏ. Dəstgahlar tərkibində şöbələrlə yanaşı bitkin melodik quruluşa malik 

vokal  instrumental  epizod.

GÜLRİZ.  “Şur”  dəstgahına  mənsub muğam  şöbəsi.

23

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

HACI YUNİ.  1. XIX əsr Azərbaycan musiqisində “Rəhavi” (“Rahab”) dəst- 

gahında  “Bayatı-Şiraz”  ilə  “Sarənc”(“Sarəng”)  arasında yerləşən  şöbə; 

2.“Nəva”  dəstgahmda  “Şahnaz”  ilə  “Bayatı-Kürd”  arasında  ifa olunan 

şöbə.

HARMONİYA.  Uyğunluq,  ton.



HASAR (ər.: hisar, f.: hesar - istehkam, barı, çəpər, mühasirə mənalarında). 

“Çahargah”  dəstgahmda  “M üxalif’  şöbəsindən  əvvəl  (“Bəstə-Nigar” 

şöbəsindən  sonra)  ifa  olunan  parça.  Melodik  cəhətdən  “Çahargah”ın 

mayəsinə  çox  oxşayır,  lakin  “Çahargah”dan  bir  kvinta  yuxarıda  (tarı 

nəzərə alsaq, mayəsi sarı simin şah pərdəsinə düşür) yerləşir;

“Zabul Segah”  dəstgahmda  çox zaman  “  Mübərriğə”  şöbəsindən  sonra 

(“M anəndi-M üxalif’  şöbəsinə  keçməzdən  əvvəl)  “H asar”  guşəsində 

dayanır.


HAVA. Musiqi əsərinin əsasını təşkil edən təranə, melodiya, müxtəlif musiqi 

obrazlarının  səciyyəsini,  vəziyyətini,  ruhunu  ifadə  edən  və  bunun  üçün 

lazımi intonasiya, vəzn-ahəng,  dinamik və tembr vasitələrinə malik olan 

yeni  melodiya.

HEYRATI.  “Mahur-Hindi”  muğamı kökündə  gümrah,  nikbin və cəngavər 

əhvali-ruhiyyəli  zərbi  muğam.

HƏZƏC  (ər.:  həzicə,  həzzəc  -  mahnı  oxumaq,  zəngulə vurmaq;  xoş  avaz 

ilə  oxumaq)  ən çox  yayılmış  bəhrlərdən  biri.

HƏZİN.  “Şur”  dəstgahmda  “Kürdi”  ilə  “Gülriz”  arasın­

24

da,’’Çahargah” dəstgahmda “Sarbang” ilə “Hüzzal” arasında; ’’Mahur” 

dəstgahm da  “A şur-A vənd”  ilə  “Saqinam ə”  arasında  və  “N əva” 

dəstgahmda  “Bayatı-Race”  ilə  “Əraq”  arasında  yerləşən  muğam  şöbəsi 

olub.

H Ə ZİZ (hərfi mənası: - periqey, aşağı nöqtə).  “Şur” dəstgahmda “Nişibi- 



F əraz”  şöbəsindən sonra  oxunan guşə olub.

HİCAZ.  1 .Yaxın  Şərq xalqları musiqisində  12 əsas muğamdan on ikincisi; 

XIX əsr Azərbaycan musiqisində “Rast”  dəstgahmda “Bal-Kəbutər”  ilə 

“Şahnaz” arasındakı; “Rəvahi” dəstgahmda “Bal-Kəbutər” ilə “Bağdadi” 

arasındakı;  “Ç ahargah”  dəstgahm da  “M avərənnəhr”  ilə  “Şahnaz” 

arasındakı  əsas  muğam  şöbəsi;

“Şur” dəstgahmda “Şəmayi-Şəms” zərbi muğamı ilə “Sarənc” arasındakı 

şöbə;


İran  musiqisində:  “Əbu-Əta”  muğamının  əsas  şöbələrindən  biri.

HUMA YUN.  1.  Yaxın Şərq xalqları musiqisinin 24 əsas muğam şöbəsindən 

biri; XIX əsr Azərbaycan musiqisində  “Rəhavi”  (“Rahab”) dəstgahmda 

“R ahab”  ilə  “Tərkib”  arasındakı  şöbə;

“Humayun”,  “Fili”,  “Şüştər”,  “Tərkib”,  “Bidad”,  “Məsnəvi”,  Üzzal” 

şöbələrindən  ibarət  dəstgah;

İran musiqisində: “Çəkavək”, “Bəxtiyari”, “M oalif’, “Leyli və Məcnun”, 

“Tərz”,  “Bidad”,  “Ney-Davud”,  “Guşeyi-Çahargah”,  “Məvaliyan”, 

“Əbül-çəp”, “Bavi” , “Suzi-Güdaz”, “Mureh”, “Nəfir” (“Nəfır-Fərəng”), 

“Şüştəri”,  “Camədəran”,  “Üşşaq”,  “Üzzal”,  “Zabul”,  “Bayatı-Əcəm”, 

“Bəhr-nur”, “Şahnaz”, “Dənasəri”, “Mənsuri”, “Məsnəvi” şöbələrindən 

ibarət  dəstgah.

“Humayun”  məqamı  (farsca:  “cənnət  quşu”,  “səadətli”)  -  Azərbaycan 

musiqisində yeddi əsas məqamdan biri. Nəzəriyyədə səssırasınm iki növü 

göstərilir:  Məqamın I növünün səssırası  1/2 -1.1/2 -  1/2 ton formullu iki 

tetraxordun  böyük  tersiya  (orta  ton  vasitəsi  ilə)  birləşməsindən  əmələ 

gəlir,  səssırası  9  pillədən  ibarətdir;  IV  və  VII  pillələr  məqamın  mayəsi 

hesab  olunur  (Ü.Hacıbəyli).

Məqamın II növünün quruluşu:  1/2 -1-  1/2 ton formullu iki tetraxordun 

yanaşı üsulla (artırılmış sekunda vasitəsi ilə) birləşməsindən əmələ gəlir. 

Səssırası  8  pillədən  ibarətdir:  II  pillə  m əqamın  mayəsi,  IV  pillə 

kadensiyalar  üçün  səciyyəvi  tondur  (M.  S.  İsmayılov).  Hümayun 

məqamının  I  növünün  səssırası  (do  mayəli  humayun).

25

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə