Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



\

BABA TAHİR. Muğam guşəsi. “Şur” dəstgahmda, “Mayəyi-Şur” şöbəsindən 

sonra  ifa  olunur.

BAGDADİ.  “Rəhab”  dəstgahmda  “Hicaz”  şöbəsindən  sonra  “Şahnaz”a 

keçmək  üçün istifadə  olunan  guşə.

BAĞLAYICI HİSSƏ. Əsərin hissələri arasında keçid məqsədi daşıyan kiçik 

epizod.  Muğam  dəstgahlarda  rənglər,  diringələr,  bəzən  də  guşələr 

bağlayıcı  hissə  rolunu  oynayır.

BAKI MUĞAM M ƏCLİSLƏRİ. XIX əsrdə Bakı şəhərində və Bakı ətrafı 

kəndlərdə  şair  və  m uğam atçıları  öz  ətrafına  toplayan  yığıncaqlar. 

Azərbaycan muğam sənətinin inkişafında Bakı məclislərinin böyük rolu 

olmuşdur.  Bakıdakı  böyük  musiqi  məclisinin  rəhbəri  Məşədi  Məlik 

M ansurov  (1838-1909)  öz  dövrünün  açıq  fikirli,  istedadlı,  mədəni 

şəxslərindən biri, ’’musiqiçilər ailəsinin” görkəmli nümayəndəsi olmuşdur. 

İçərişəhərdəki  evinin  böyük  salonunda  öz  dövrünün  məşhur  ziyalıları, 

sənətkarları yığışardı. Qarabağdan, Şirvandan, İrandan gələn musiqiçilər 

bu evin qonağı olurdu.  Bu musiqi məclislərində ifaçılıq sənəti barəsində 

ciddi  söhbətlər  aparılır,  m usiqi  tarixinə  də  xüsusi  fikir  verilirdi. 

M uğam ların  tam am -dəstgah  və  düzgün  oxunmasına  xüsusi  diqqət 

y etirilərd i.  M əşədi  M əlikin  təşkil  etdiyi  m usiqi  məclisi  Bakı 

musiqiçilərinin bütöv bir nəslini yetişdirib tərbiyə etmişdi. Məşədi Məlikin 

oğlanları  -  Məşədi  Süleyman  və  Mirzə  M ansur  bu  ənənəni  davam 

etdirmişlər.

BAL-KƏBUTƏR (hərfi mənası:  bal “qanad”, kəbutər “göyərçin”).  ”Şur” və 

“Humayun” dəstgahlarının mayəsində hər bir musiqi cümləsini ayrılıqda 

tam am lam aq  üçün  (kadans)  hər  dəfə  zildən  bəmə  doğru  kvarta



10

intervalının özünəməxsus tərzdə çalınmasına (tarda iki dəfə boş ağ simin 

və sonra bir dəfə boş sarı simin vurulması) əsaslanır. Orta əsr Azərbaycan 

klassik musiqisində “ Rast” və “Rəhavi” dəstgahlarında “ Mavərənnəhr” 

ilə  “Hicaz”  şöbələri  arasında  ifa  olunan  guşə.  “Çahargah”  muğamının 

mayəsində  ifa  olunan  instrumental  epizod.

BALABAN.  Qədim Azərbaycan nəfəsli musiqi aləti.  Fındıq, tut, qoz, yaxud 

ərik  ağacından  hazırlanır.  Silindrik  gövdəsi  (uzunluğu  280-320  mm) 

üzərində 9 dəlik (8-1 ön, biri isə arxa tərəfdə) olur. Gövdəsinin baş tərəfinə 

qamışdan  ikiqat  dirçəkli  yastı  müştük  taxılır.  Buna  görə  el  arasında 

balabana yastı balaban da deyilir. Müştüyün ortasındakı xərək vasitəsilə 

alətin  kökü  dəyişdirilir.  Balabanın  diapazonu  kiçik  oktavanın  sol 

səsindən ikinci oktavanın do səsinə qədərdir. Yumşaq təsirli,həzin tembri 

var.  Balabandan  həm  solo  alət  kimi  istifadə  olunur,  həm  də  xalq  çalğı 

alətləri ansamblları və orkestrlərində, aşıq ansambllarında müşayiətedici 

alət  kimi  o,  əsasən,  dəmsaz  (ton  əmələ  gətirən)  alət  olaraq  xüsusi  yer 

tutur.  Tanınmış  balaban çalanlardan Bəhruz Zeynalovun adını çəkmək 

olar.


BARMAQ.  Xalq musiqi  ifaçılığında  istifadə  olunan  termin.  Musiqi  aləti 

ifaçısının fərdi yaradıcılıq üslubu ilə bağlı melodik ibarə, çox kiçik, lakin 

bitkin  instrumental  epizod,  improvizasiya  prosesində  yaradılan  variant 

mənasını  daşıyır.

BAS ALƏTLƏR. Registrinə görə aşağı, bas kişi səsinə uyğun gələn alətlərin 

müxtəlif növləri. Orkestrdə qalın səsli alətlər - simfonik orkestrdə: faqot, 

tuba, kontrabas və s.; xalq çalğı alətləri orkestrində: bas tar, bas balaban 

və s.


BAS TAR. Tarın ən aşağı registrə malik növü: qalın, bəm səsli simli-dartımlı 

musiqi  aləti.  Bas  tar  quruluşuna  görə  tarın  böyük  formasıdır,  mizrabı 

adi  tar  mizrabından  iki  dəfə  böyükdür.  Alətin  notları  bas  açarında 

yazılır.XX  əsrin  60-cı  illərində musiqi kollektivlərində  bas (bəm)  səslərə 

olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Fərid Fərzəlibəyov tərəfindən).

BAYATI. Xalq şeiri forması. 4 misradan ibarət xalq lirik vokal musiqi janrı.

BAYATI-ƏCƏM.  Muğam  şöbəsi.  Kiçik  həcmli  “Bayatı-Kürd”  muğamının 

tərkibinə daxil olan ikinci əsas şöbə (əcəm - ərəb olmayan adama deyilir, 

“əcəmin  bayatısı”  mənasını  verir).

BAYATI-İSFAHAN.  “Bayatı-Şiraz”  dəstgahının əsas  şöbələrindən  biri.

BAYATI-KÜRD.  “ Bayatı-Şiraz”,  “Dəşti” muğamlarında, eləcə də müstəqil

oxunan  muğam.



11

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

BAYATI-RACE. Klassik musiqidə “Şur” məqamında olan və “Şur” dəst- 

gahı  tərkibində  sayılan  “Əfşarı  (Ovşarı)”nm  guşələrindən  biri.

BAYATI-ŞİRAZ MƏQAMI. Azərbaycan musiqisində yeddi əsas məqamdan 

biri  (Ü.Hacıbəyli).  Quruluşu  1-1-1/2  ton  formullu  iki  tetraxordun  k.3 

intervalı  məsafəsində  birləşməsindən  ibarətdir;  səssırası  9  pilləlidir,  IV 

pillə  mayə  (tonika)  pilləsidir.

Məqamın səssırasının II,  IV, VI, VIII pillələri istinad-dayaq pilləsi  kimi 

“Bayatı-Şiraz”  muğamının  şöbələrinin  əsasını  təşkil  edir;  bu  məqamda 

qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır (do  “Bayatı-Şiraz” 

məqamının  səssırası).

BAYATI-QACAR.  “Dügah”,  “Şur”  muğamının  tərkibində  olan  əsas  şöbə­

lərdən  biri.

BAYATI-ŞİRAZ  MUĞAMI.  Azərbaycan  muğam  dəstgahlarmdan  biri. 

Məcmusu:  “Bərdaşt”,  “Nişibi-fəraz”,  “Bayatı-Şiraz”  (“Əbülçəp”  guşə), 

“Bayatı-İsfahan”,  “Zil  Bayatı-Şiraz”,  “Xavəran”,  “Üzzal”,  “Dilrüba” 

və  “Bayatı-Şiraz”a ayaq kimi  şöbə və guşələrdən  ibarətdir.

Bu muğam dəstgah “sol”  “Bayatı-Şiraz” məqam kökündə (tonallığında) 

ifa olunur.  “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin 

təsir  qüvvəsinə  görə  musiqiçilər  tərəfindən  çox  zaman  “ərusi-musiqi” 

(“musiqinin gəlini”) adlandırılır. Ü.Hacıbəyli “Bayatı-Şiraz”ı emosional 

baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir. 

B.Mansurov  “Bayatı-Şiraz”  muğamının  müstəqil  muğam  kimi  yalnız 

XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı-İsfahan” 

dəstgahı  kimi  tanındığını  söyləyir.

BAYATI-ŞİRAZ MUĞAMININ NOT YAZILARI. “Bayatı-Şiraz” muğamı­

nı  instrum ental  şəkildə  N. Məmmədov  tarzən  Əhməd  Bakıxanovun 

ifasından  (1962),  A.Əsədullayev  tarzən  Elxan  Mirzəfərovun  ifasından 

(2003)  nota  yazmışdır.  Bu  muğam  əsasında  bəstəkarlar  müxtəlif janrlı 

əsərlər,  o cümlədən  Süleyman  Ələsgərov  “Bayatı-Şiraz”,  Fikrət Əmirov 

“Gülüstan-Bayatı-Şiraz”  simfonik  muğamlarını,  Nazim  Əliverdibəyov 

a capella (müşayiətsiz) xor üçün “Bayatı-Şiraz” kompozisiyasını və onun 

orqan  üçün  işləməsini,  Polad  Bülbüloğlu  “Bayatı-Şiraz”  simfoniyasını 

yaratmışdır.

BAYATI-TÜRK.  “Şur”  dəstgahı  tərkibində  ’’D ügah”  “Fili”,  “Şikəstə”,

12

“C am ədəran”,  “Mehdiyi  zərrab i”,  “R uh-ül-ərvah”  kimi  şöbələri 

birləşdirən  muğam.

BEYTÜS-SƏFA.  Ədəbi məclis.  XIX əsrin  60-cı illərində  Şamaxıda  şair 

Məhəmməd  Səfanın  evində  yaradılmışdı;  məclisin  adı  da  bununla 

əlaqədardır  (ərəbcədən  tərcümədə  Səfanın  evi  deməkdir).

Seyid  Əzim  Şirvani,  Mollağa  Bixud,  Ağababa  Zühuri,  Qafar  Raqib, 

Ələkbər  Qafil,  Molla  Mahmud  Zuyi  və  b.  şairlər  məclisin  fəal  üzvləri 

idi.  Məclisə  Seyid  Əzim  Şirvani  və  Mollağa  Bixud  başçılıq  edirdilər. 

“Beytüs-Səfa”  Şuşadakı  “Məclisi-üns”,  “Məclisi-fəramuşan”,  Bakıdakı 

“Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı.  Məclisdə ədəbiyyat, incəsənət, 

fəlsəfə  məsələlərinə  dair  söhbətlər  aparılır,  klassiklərin  əsərləri  mütaliə 

olunur, onlarm məşhur şeirlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər 

xanəndələr  tərəfindən  oxunaraq  yayılırdı.

BƏHR-NUR.  “Rast-pəncgah” dəstgahında “Üşşaq”dan sonra, ’’Humayun” 

dəstgahında  “Bayatı-əcəm”  ilə  “Şahnaz”  arasında  ifa  olunan  guşə.

BƏHR. Musiqi vəzninin təşəkkül sistemi. Əgər vəzn musiqi səslərinin zaman 

ərzində  səslənmə  müddəti  ilə  əlaqədar  olan  ölçüdəki  qarşılıqlı  nisbəti 

ifadə  edirsə,  bəhr səslərin bu  hərəkət ahəngində  olan  həmin  bu  nisbətin 

meyarı  vəzifəsini  daşıyır  və  ölçü  normasını  təsbit  və  tənzim  etmiş  olur. 

Musiqi  səslərinin  məntiqi,  həm  də  mənalı  surətdə  təkrarlanması  və 

növbələnməsi  (ahəng)  üçün  bəhr  təşəkkülünün  olması  zəruridir.  Ən 

mürəkkəb, ən qarışıq və ən dolaşıq görünən vəzn müəyyən bəhr qəlibinə 

yerləşdirilə bilər.

Sərbəst  improvizasiya  yolu  ilə  ifa  olunan  Azərbaycan  muğamlarının 

bəhri  həm  olduqca  mürəkkəb,  həm  də  tez-tez  dəyişəndir.

BƏXTİYARI.  “Şüştər”  dəstgahında şöbə.

BƏM. Aşağı registr,  aşağı səs,  qalın səs.

BƏRBƏT (hərfi mənası: bər - sinə, döş + bət - ördək). Ən qədim Azərbaycan 

simli  musiqi  aləti.

BƏRDAŞT. Dəstgahların əvvəlində müqəddimə tərzində çalman kiçik instru­

mental  epizod  və  yaxud  xanəndə  tərəfindən  təxminən  5  beytlik  qəzələ 

oxunan  muğam  parçası.

BƏSİT.  Əruz vəznindəki  bəhrlərdən  biridir.

BƏSTƏKAR (lat.  compositor - müəllif, tərtibçi).  Müəllif,  musiqi əsərinin 

yaradıcısı. Xalq yaradıcılığında, adətən, bəstəkar və ifaçı bir simada birləşir.



13

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə