Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

196 
 
50.
 
 Bu mətndə qeyd olunan ər-Rəvasi nəsəbi ər-Ras (Araz - E.A.) çayının 
adından düzəlmiĢ nisbi sifətdir. 
51.
 
 Çox  ehtimal  ki,  Marağadan  6  fərsəx  uzaqda  yerləĢən  Cənzə  nəzərdə 
tutulur və söhbət Marağa rəsədxanasının nəzdindəki zəngin kitabxanasından gedir. 
Bununla belə, əl-Ənsəvidən iqtibas gətirən   Z.Bünyadov hesab edir ki, adı çəkilən 
Ģəxs  məhz  Gəncə  kitabxanasının  bələdçisi  idi  (Z.Bünyadov.  Azərbaycan 
Atabəylər...  1978.  s.235).  Halbuki  bunlar  (yəni  Cənzə  və  Kəncə  -  E.A.)  müxtəlif 
Ģəhərlərdir. 
52.
 
 Bu  Ģəxsin  adı  Xudadad  və    Xuzdaz'la  yanaĢı  Xəddad  kimi  də  qeyd 
olunur (Z.Bünyadov. Azərbaycan Atabəylər... 1898. s.235). 
53.
 
 Ġbn Xordadbeh. 1986. s.293. qeyd 33. 
54.
 
 Bir  əyalət  kimi  H.Qəzvini  onun  hüdudlarını  PiĢkindən  Araz  çayının 
sahilinədək  təsvir  edir  (Həmdallah  Qəzvini.  1983.  s.52).Yaqut'a  görə,  Muğan 
əhalisinin əksəriyyətini türkmənlər təĢkil edirdi (Yaqut. 1983, s.31). 
55.
 
 əl-Bakuvidə 10
0
 fərqlənir (Bakuvi. 1992. s.131).   , 
56.
 
 Yaqut'a görə, ġəmkur Arranda, Gəncədən  11  fərsəx uzaqda, 2 günlük 
məsafədə yerləĢən və qədim Ģəhər sayılan bir istehkamdır (Yaqut. 1983. s.28). Bəzi 
hallarda  ġəmkur  Gəncə  əyalətlərindən  biri  kimi  qeyd  olunur  (Azərbaycan 
Atabəylər...  1978.  s.214).  ġəhər  baĢqa  adla  da  -  Mütəvəkkiliyyə-məĢhurdur  (Ġbn 
Xordadbeh.    1986.  s.  297.  qeyd  3).  Bərdə,  Gəncə  və  Dərbəndlə  yanaĢı  onun  da 
ticarət  mərkəzlərindən biri olduğuna  iĢarələr var  (Z.Bünyadov. Azərbaycan. 1965. 
s. 152). 
57.
 
 Mətndən  aydın  olur  ki,  Ġbn  əl-Əsir  əs-Səm'aninin  məlumatını  təshih 
etmiĢ və əĢ-ġəmi nəsəbini əĢ-ġəmkuri kimi qəbul etmiĢdir. 
58.
 
 1102-1103  illərə  müvafiqdir.  Bax:  Tsibulski.  1964.  Bəzi  müəlliflər 
(məs. Yaqut əl-Həməvi) Beylaqanın məhz Dərbəndə yaxın olduğunu vurğulayırlar 
(Yakut. 1983. s.21). 
59.
 
 Yaqut  əl-Həməvi  Ģəhərin  sasani  çarı  Qubad  ibn  Firuz'un  (488-531) 
əmri ilə bina olunmasını qeyd edir. (Yaqut, 1983. s. 21). Bu məlumatı daha sonrakı 
müəlliflər,  məs.  H.Qəzvini  də  təsdiqləyir  (H.Qəzvini.  1983.  s.53).  Burada  dənli 
bitkilər  üçün  çox  əlveriĢli  Ģəraitin  olduğu  qeyd  edilir.  ġəhərin  uzunluq  və  en 
dairələrinin göstəriciləri H.Qəzvini və əl-Bakuvidə eyniliklə 83
0
 30' və 39
0
 50' -dir 
və  Əbu-l-Fida'nın  rəqəmlərindən  fərqlənir.  (Bakuvi,1992,  s.118).  Varsan  orta 
əsrlərdə  Arranın  Ģərq  hüdudlarında  yerləĢən  Ģəhərdir.  Mənbələr  və  elmi 
ədəbiyyatda  ona  aid  yetərli  qədər  məlumat  var.  Ələlxüsus  Babək  və  onun 
silahdaĢlarının istehkamı olan Bəzz qalasından bəhs edilərkən Varsan mütləq qeyd 
olunur. Bu haqda ətraflı məlumat üçün bax: Ġbn Xordadbeh, 1986. s. 291, qeyd 23; 
Yaqut. 1983. s. 32: Z. Bünyadov,1965, s. 181. 
60.
 
 V.Bartold  qeyd  edir  ki,  qədim  ərəb  coğrafiyaçıları  (məs.  Ġbn 
Xordadbeh və əl-Yaqubi) hələ Gəncənin adını çəkmirlər (Bartold, Gəncə, 1965. s. 
405, 407). Yaqutun məlumatında Ģəhər Cənzə kimi də adlanır: "Bilikli insanlar ona 


197 
 
Cənzə  deyirlər"  (Yaqut.  1983.  s.  30).  Gəncənin  hələ  VII  əsrdə  (39/659-cu  ildə) 
tikilməsi haqda H.Qəzvininin məlumatı var (H.Qəzvini. 1983, s. 53-54). Lakin bu 
tarix  əlimizdə  olan  baĢqa  qaynaqlarla  təsdiqlənmir  (Z.Bünyadov.  Azərbaycan. 
1965. s. 204). 
61.
 
 Ġbn  əl-Əsirin  Əl-Lübab  əsərində  (II.  s.  241)  qeyd  etdiyi  əl-Cənzəi 
nəsəbinin Gəncə ilə heç bir əlaqəsi  yoxdur, çünki adı çəkilən nəsəb Urmiyə  gölü 
hövzəsində yerləĢən Cənzəyə aiddir (Ġbn Xordadbeh, 1986. s. 293, qeyd. 36). 
62.
 
 Təbii  ki, 
müəllif  Gəncədən  bəhs  edərkən  onu,  dövrünün 
gerçəkliklərinə uyğun olaraq, Arranda yerləĢdirməli idi. 
63.
 
 V.Bartold. ġirvan.c. III.s.405, 407. 
64.
 
 Mətndən  göründüyü  kimi,  bəzi  mənbələr  ġirvanı  həm  Ģəhər,  həm  də 
ərazi kimi təsvir edir. Bunu sonrakı qaynaqlarda da müĢahidə etmək mümkündür. 
Məs., Yaquta görə, ġirvan "Bab əl-Əbvab'a (yəni Dərbəndə - E.A.) aid ərazidə bir 
Ģəhərdir" (Yaqut. 1983, s.27). Eyni zamanda o qeyd edir ki, ġirvan paytaxtı ġamaxı 
olan  Xəzər  dənizinə  yaxın  bir  nahiyədir.(Yaqut,  yenə  də  orada).  H.Qəzvini  də 
ġirvanı  Kür  çayı  sahilindən  Dərbəndədək  uzanan  ölkə  adlandırır  və  hətta  həmin 
ərazilərdən  ġirvanĢahlar  dövründə  toplanan  verginin  113  min  dinar  məbləğində 
olduğunu qeyd edir. (H.Qəzvini. 1983. s. 54); əl-Bakuvi də ġirvanı bir nahiyə kimi 
ətraflı təsvir edir  (əl-Bakuvi, 1992, s.125).  V.Bartolda  əsasən, "bəzi əlyazmalarda 
"ġərvan'"  əvəzinə  ġaberan  yazılır,  hətta  naməlum  müəllifə  məxsus  Hüdüd  əl-
aləm'də (v.33b) ġəbran ġirvanın baĢ Ģəhəri adlandırılır" (Bartold. ġirvan, c. III. s. 
571). Alimin təbiri ilə desək, ġirvan '"Kürdən Ģərqə, Xəzər dənizinin qərb sahilində 
yerləĢən,  əvvəllər  qədim  Albaniyanın  və  ya  erkən  orta  əsrlərdə  Arranın  bir 
hissəsini təĢkil edən vilayətdir" (Bartold, yenə orada). 
65.  Dərbənd  Xəzəran  =  Xəzəryanı  Dərbənd.  Bəzən  mənbələrdə  ġirvan 
Dərbəndi kimi də adlanır (məs. Yaqut. 1983. s. 14; Ġbn əl-Əsir. Kamil. I996.s. 135). 
66.
 
 Dərbənd  sözünün  mənasını  nəzərə  alsaq  (hərfən:  bağlı,  kilidli  qapı) 
onun bir çox yer adına Ģamil edildiyini görərik. Məs. Ġranda Xorasandan Cürcan və 
Astrabada  gedən  yolda  Dərbənd-i  ġikan  adlı  Ģəhər  və  buna  bənzər  digərləri 
(Bartold.c. III, s.) 
67.
 
 Sahilboyu bölgələrin və ya orada məskunlaĢmıĢ əhalinin adına görə bu 
dənizin  adı  mənbələrdə  müxtəlif  Ģəkildə  qeyd  olunur.  Məs.,  Ģimal  nahiyəsində  o, 
Xəzər,  Dərbənd,  Bab  əl-əbvab,  qərbdə  -  Bakı,  cənubda  isə  -  Təbəristan,  Cürcan, 
Dəyləm,  Qəzvin  və  s.  adları  ilə  məlumdur  (Ətraflı  məlumat  üçün  bax:  Bartold, 
c.III. s. 419-430: Qalonifontibus.1980, s. 25-27). 
68.  Nəzərə  almaq  lazımdır  ki,  Ġbn  Hövqəl  ilə  (X)  Əbu-l-Fida'nı  (XIV)  bir-
birindən bir neçə əsr ayırır. Qədim Albaniyanın Ģimaldan sərhəddi sayılan Dərbənd 
(bəzən Alan) keçidi hələ qədim yunan-Roma dünyasına məlum idi. Lakin bu keçidi 
qorumaq məqsədilə görülən fəal cəhd və tədbirlər yalnız Sasanilər dövrünə aiddir. 
Elə bu məqsədlə də burada möhkəm qala tikilmiĢdir (Bartold, yenə orada). 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə