18
Ģəhəri mühasirədə saxladı. Bundan sonra Ģəhərdəkilər sülh istədilər və əl-Cərrah da
buna razılıq verdi. Lakin onların hamısını Qəbələ tərəfə köçürüb, əl-Qəniyyə adlı
kənddə
37
yerləĢdirdi.
Bundan sonra əl-Cərrah Barufanı tərk edib yola çıxır və bir azdan
Bələncərə
38
gəlib çatır. Burada xəzərlər üç yüzdən çox arabanı toplayaraq bir-
birinə bağlamıĢdılar ki, bu arabalar müdafiə dairəsi kimi qalanı qurĢaqlasın və
qalaya daxil olmaq mümkün olmasın.
[Müəllif] deyir: Əl-Cərrahın əsgərlərindən biri qılıncına əl atıb qınından
çıxarır və uca səslə bağırır: «Kim öz canını Allah yolunda fəda edər?»
Müsəlmanlar cavab verdikdə о yenidən qıĢqırır: «Ardımca gəlin!» Onun ardınca
yüz nəfərə qədər əli qılınclı əsgər getdi. Onlar bu arabalara yaxınlaĢdılar. Qala
divarlarından onların üstünə kafirlərin atdığı oxlar tökülürdü, lakin onlar
irəliləyirdilər. Arabalara yaxınlaĢanda əsgərlərdən birisi arabaları bir-birinə
bağlayan ipi kəsdi. Onlar bütün ipləri kəsəndə arabalar üzüaĢağı diyirlənib (səh.
33) müsəlman əsgərlərinin durduğu yerə çatdı.
[Müəllif] deyir: Müsəlmanların bələncərlilərlə döyüĢü günortaya qədər
uzandı. Sonra xəzərlər geriyə çəkildilər və müsəlmanlar zor gücünə qalanı bütün
var-dövləti ilə aldılar.
[Müəllif] deyir: Bələncərin hakimi 50 nəfər xəzər əsgəri ilə qaçıb Səməndər
Ģəhərinin
39
ətraflarına gəlib çatdı. Bələncər isə bütün var-dövləti, qadınları və
uĢaqları ilə müsəlmanların əlinə keçdi.
Müsəlman döyüĢçülərindən biri bu barədə hətta bir Ģer də dedi.
[Müəllif] deyir: Əl-Cərrah Bələncər hakiminin arvad-uĢağını və nökərlərini
əsir aldı. Onlara 30 min dirhəm qiymət qoyub bazara çıxartdılar. Əl-Cərrah onları
öz puluna alıb, istefaya çıxandan sonra özü ilə apardı.
Camaat bunu müxtəlif cür yozdu: birisi dedi ki, əl-Cərrah Bələncər
hakiminin arvadını onun gözəlliyinə görə satın aldı. BaĢqası dedi ki, var-dövlətinə
görə, bəziləri
isə dedilər ki, əsl-nəcabətinə görə.
[Müəllif] deyir: Bu söhbətlər əl-Cərraha çatanda o, həmin adamları yanına
çağırıb dedi: «Sizin bu qadın haqqında danıĢdıqlarınız mənə gəlib çatdı. Mən onu
nə var-dövlətinə, nə gözəlliyinə, nə də ki əsil-nəcabətinə görə almıĢam. Mən onu
ərinə qaytarmaq istəyirəm, həm də bunu onun Ģəhərində etmək istəyirəm, çünki bu
iĢ bizim xeyrimizədir. Mən bu fikrimi Əmirəl-möminin Yəzid ibn Əbdülməlikə
yazdığım məktubda eyhamla çatdırmıĢam».
[Müəllif] deyir: Bu sözlərdən sonra camaat bir səslə: «Allah sənə xeyir
versin, ya Əmir! Elədiyin nəcib iĢdir» - dedi.
[Müəllif] deyir: Bundan sonra əl-Cərrah Bələncər hakiminə ona aman
verilməsi haqqında fərman göndərir, həmçinin, xəbər verir ki, arvadını, malını,
uĢaqlarını və nökərlərini ona qaytarmaq istəyir, həm də bu iĢi onun iqamətgahında,
onun torpağında etmək istəyir. Müəllif deyir: (səh. 34) Bələncər hakimi həmin