23
Gələnlər belə deyirdilər: (səh. 43) «Ya Əmirəlmöminin! Bu iĢin öhdəsindən
hamıdan yaxĢı Səid ibn Əmr əl-HərəĢi gələr! O, doğrudan da, təcrübəli adamdır,
onun Xorasanda türklərin və soğdilərin əleyhinə aparılan cihadda fəaliyyətindən
hamıdan yaxĢı xəbərdarsan. Onun gözləri yaxĢı görməsə də, o, qorxmaz və cəsur
bir adamdır. Biz xahiĢ edirik ki, xəzərlərin iĢini ona tapĢırasan!»"
[Müəllif] deyir: HiĢam da dedi: «Yalnız o, baĢqa heç kəs».
Səid ibn Əmr əl-HərəĢi və onun xəzərlərlə
müharibəyə girməsi haqqında hekayət
[Müəllif] deyir: Həmin Səid ibn Əmr ġamın Mənbic adlı Ģəhərində
52
qalırdı.
Xəlifə HiĢam öz katibinə aĢağıdakıları yazmağı əmr etdi: «Sonra da, sən yəni Səid,
əl-Cərrah ibn Abdullahın və onun əsgərlərinin baĢlarına gələndən xəbərdarsan.
Budur, mən sənə bu məktubumu yazıram. Sən ordu sərkərdəsisən, ona görə də
ayağa dur. Mən bu məktubu ayaq üstündə durub yazdırıram, ona görə sən də
oturma, çünki vəziyyət deyildiyindən də gərgindir. Vəssalam!»
[Müəllif] deyir: HiĢamın maktubu Səidə çatanda, о cəld ayağa qalxaraq onu
oxudu. Sonra qatırına minib, əmisi oğullarına da atlanmağı əmr etdi. Onlar Səidin
əmrini yerinə yetirdilər. Çox keçmədən Səid xəlifə HiĢam ibn Əbdülmalikin
qaldığı ər-Rusafa Ģəhərinə
53
gəlir. Səid icazə alıb, xəlifənin hüzuruna daxil olur və
onu salamlayır. Xəlifə oturmağı əmr edir, о da oturur. Xəlifə ona deyir: «Ey Səid!
Ərdəbil torpağında qardaĢın al-Cərrah ibn Abdullah baĢqa müsəlman qardaĢlarınla
öldürülüblər. Bu barədə fikrin nədir?» Səid cavabında dedi: «Ya Əmirəlmöminin!
Bu gün məndən güclü adam yoxdur!» HiĢam dedi: «Bütün bunlara görə Allaha
Ģükür! (səh. 44) Bəs gözlərin necə olsun?» Səid dedi: «Ya Əmirəlmöminin! Bu elə
bir gündür ki, kor da hər Ģeyi görür və «əgər gəlin olmusansa, ətirə ehtiyac
yoxdur».
54
[Müəllif] deyir: Xəlifə HiĢam dedi: «Əhsən sənə! Və mənim sənə
buyurduğum budur!» Müəllif deyir: Bundan sonra HiĢam əmr etdi ki, xəzinəsindən
Bədr
55
əhalisinin nizələrindən birini gətirsinlər. Onlardan yalnız biri kara gəldi.
Onu HiĢamın hüzuruna gətirdilər, о da həmin nizəni Səidə verdi. Səid əl-HəraĢi
dedi: «Ya Əmirəlmöminin! Mən yuxumda qəribə bir Ģey görmüĢəm!» Xəlifə
soruĢdu: «Ey Səid, yuxunda nə görmüsən?» О саvab verdi: «Gördüm ki, sıx
xurmalığa girmiĢəm; ağacları öz nizəmlə bir-bir qıra-qıra axırıncı ağaca çatdım.
Sonra mən əl-Cərrah ibn Abdullahın qəbrinə girdim və onu qəbirdən çıxartdım.
DəhĢətlə yuxudan ayıldım və Məhəmməd ibn Sirinin
56
yanına gedib, yuxumda
gördüklərimi ona söylədim. О mənə dedi: Xurma ağacları xəzərlərin əsgərləridir,
inĢallah, onları qıracaqsan. О ki qaldı sənin əl-Cərrahın qəbrinə girməyinə, bu ona
iĢarədir ki, sən onun qanını yerdə qoymayacaqsan».
[Müəllif] deyir: HiĢam dedi: «Allaha and olsun, mən istərdim ki, Allah
sənin əlinlə xəzərləri qırsın. Bu Allaha necə də xoĢ gedərdi!»