Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
20
nin qalığı deyil; bu misal gətirilən əhvalatın da aydın şəkildə göstərdiyi kimi,
məlum transformasiyanın nəticəsi ola bilər.
Bütün şərhlərə, bir cümlədə iki əlavə ilə istənilən hər şeyi yerləşdirmək
olar fikrinə etiraz etmək olardı. Ancaq bu heç də belə deyil. Belə formanı "Şax-
ta, günəş və külək" və bir çox digər nağılların başlanğıcına necə yerləşdirək?
İkincisi, nəzərdən keçirilmiş əhvalatlar bütün kompozisiyaya münasibətdə eyni
konstruktiv elementi ifadə edir. Bundan sonar da eynidir, lakin fəaliyyət istiqa-
məti anlarının tərtibinə görə müxtəlifdir: evdən çıxmaq üçün kömək istəmək, hə-
diyyə verənlə rastlaşmaq və s. Oğurluq hallarının olduğu nağılların hamısı bu
konstruksiyanın davamını vermir, əgər bu konstruksiya lazim deyilsə, onda ox-
şar anları müqayisə etmək olmaz, çünki onlar heteronomdor, yaxud da güman
etmək lazımdır ki, yabançı sehirli nağıllarda konstruksiyaya sehirli nağıllardan
bir hissə düşmüşdür. Beləliklə, biz yenidən xarici oxşarlığa görə deyil, eyni tər-
kib hissələrinə görə müqayisə etməyin zəruriliyinə qayıdırıq.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
21
Muxtar KAZIMOĞLU (İMANOV)
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
mukhtarkazimoglu@gmail.com
NAĞILLAR BARƏDƏ BİR NEÇƏ SÖZ
XÜLASƏ
Arxaik təsəvvürlər sisteminin səciyyəvi xətləri nağılların yaranmasında
mühüm mənbəyə çevrilir. Nağıllarda cildini dəyişib dondan-dona girməyin, na-
ğıl qəhrəmanlarının sehrli O biri dünya varlıqları ilə qarşılaşmasının müxtəlif
nümunələrinə rast gəlirik. Nağılların oxunaqlığını təmin edən onların məzmun
xüsusiyyətləri ilə yanaşı, həm də forma xüsusiyyətləridir. Ritmikliyi, ahəngdarlı-
ğı bu cür forma xüsusiyyətlərindən hesab etmək olar. Nağıllarda ritmiklik bir
çox hallarda sözlərin, söz birləşmələrinin, cümlələrin təkrar olunması hesabına
yaradılır. Oxşar, yaxud eyni epizodların təkrar olunub paralellik yaratması da
nağıllarda tez-tez rast gəldiyimiz cəhətlərdəndir. Məqsədyönlü təkraretmə prin-
sipi nağıllarda xüsusi formulların ortaya çıxmasına rəvac verir.
Açar sözlər: nağıl, ritmiklik, söyləyici, kumilyativ nağıllar, paralellik
НЕСКОЛЬКО СЛОВ О СКАЗКАХ
РЕЗЮМЕ
Типичные линии архаической системы воображения стали важным
источником в создании сказок. В сказках мы встречаемся с различными
примерами трансформации, встреч сказочных героев с волшебными миро-
выми существами. Читаемость этих сказок обеспечивается наряду содер-
жательными особенностями, также и с особенностями формы. Особеннос-
тями этой формы можно считать ритмичность, гармонию. Ритмичность в
сказках во многих случаях создается за счет слов, словосочетаний и пред-
ложений. Часто встречаемая особенность в сказках это создание параллели
похожих или одинаковых эпизодов. Целенаправленный принцип повтора в
сказках приводит к появлению специальных форм.
Ключевые слова: сказка, ритмичность, сказитель, кумулятивные
сказки, параллельность
SOME WORDS ABOUT STORY TALES
SUMMARY
The characteric lines of archaic thinking system turns into the important
source in the creation of tales. In tales we meet different examples of
encountering of tale heroes with creatures of the magic other world, changing
form. Ensuring of the readability of the tales is not only their content characters
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
22
but also form characters. One can consider the rhythm, harmony from this kind
form characters. In tales rhythm sometimes is created according to the
repeatition of words, word combinations, sentences. Creating the paralelizm
repeatition of alike or the same episodes in tales is one of the points which we
meet very often. The principle of purposely repeatition in tales improves the
creation of special formulas.
Key words: tale, rhythm, teller, cumulative tales, paralelizm
Məsələnin qoyuluşu: Nağılların məzmun və forma xüsusiyyətlərinin
tədqiqata cəlb edilməsi.
İşin məqsədi: Nağılların məzmun xüsusiyyətlərinin öyrənilməsi, təkrar-
lar hesabına yaranan paralelliyin, ritmikliyin, ahəngdarlığın araşdırılması.
Elmdə “bəşəriyyətin uşaqlıq dövrü” deyilən bir anlayış var. Bu anlayışın
başlıca mahiyyəti qədim insanın çağdaş insandan fərqli dünyagörüşə sahib ol-
masını aydınlaşdırmaqla daha çox üzə çıxır. Çağdaş və arxaik dünyagörüş tipləri
arasındakı fərqi aydınlaşdırmaq istərkən insan və təbiət münasibətləri üzərində
dayanmalı oluruq. Belə bir məlum həqiqəti bir daha xatırlatmalı oluruq ki, arxa-
ik dünyagörüşün əsasında insanın təbiətdən ayrılmazlığı barədə təsəvvür durur.
Qədim insan təbiəti də özü kimi canlı varlıq sayır. Onun təsəvvürünə görə, dağ-
daş, çöl-çəmən, gül-çiçək, kol-kos, ağac, sel-su, ay-ulduz … insan kimi dil açıb
danışa bilər, həmçinin insan daşa dönüb yerində qala bilər, quşa dönüb göylərdə
uça bilər.
Arxaik təsəvvürlər sistemində mühüm yer tutan xətlərdən biri O biri
dünya anlayışı ilə bağlıdır. Qədim insan tam əmindir ki, onu əhatə edən real
aləmdən başqa, bir sehrli dünya da var. Bu sehrli dünya ya yerin altında, ya dər-
yaların dərinliyində, ya da göyün yeddi qatındadır. Divlər, göygöz kosalar, yed-
di başlı əjdahalar, quru kəllələr, zümrüd quşları, yel qanadlı atlar, pəri donlu ba-
lıqlar və s. sehrli dünyaya məxsus varlıqlardır. Onlardan bir qismi şəri, bir qismi
isə xeyiri təmsil edir. Xeyiri və şəri təmsil etməsindən asılı olmayaraq, O biri
dünyaya məxsus varlıqların qeyri-adi gücü, yenilməz qüdrəti olur.
Arxaik təsəvvürlər sisteminin xatırlatdığımız və xatırlatmadığımız səciy-
yəvi xətləri yalnız miflərin, əfsanələrin yox, həm də nağılların yaranmasında
mühüm mənbəyə çevrilir. Cildini dəyişib dondan-dona girməyin nağıllarda özü-
nəməxsus epizodlarına rast gəlirik. Nağıl qəhrəmanlarının sehrli O biri dünya
varlıqları ilə qarşılaşmasının müxtəlif nümunələri ilə tanış oluruq. Hadisələri
«bəşəriyyətin uşaqlıq dövrü»nə məxsus bir düşüncə tərzi ilə əks etdirmə nağılla-
rı yaşlılara sevdirdiyi kimi, uşaqlara da sevdirir. Uşaqlar öz xəyali dünyaları ilə
nağıl aləmi arasında bir oxşarlıq tapırlar. Bu cür oxşarlıq tapmağın hesabına
uşaqlar nağıllardan estetik zövq almaqla yanaşı, həm də nağıllarda təsvir edilən
əhvalatların çoxuna inanırlar. Onlar inanırlar ki, Qaranlıq dünyadakı sehrli qüv-
Dostları ilə paylaş: |