Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
32
2. Aşuradan öncəki rituallar
Bütün İslam aləmində olduğu kimi türk dünyasında da Məhərrəmlik tazi-
yələri, Kərbəla hadisələri, Aşura günləri ritual elementlərlə çox zəngindir. Bu ri-
tualların bir çoxu ümummifoloji anlamlı olub əski türklərin inanc sistemləri ilə
birbaşa bağlıdır. Ona görə də Kərbəla və Aşura türklərdə daha çox təntənə və
zəngin rituallar içində keçirilmişdir. Təbii ki, Kərbəla hadisələri ilə bağlı ritu-
allar müsəlmanların birlik, bərabərlik duyğularını gücləndirən ən təsirli İslami
elementdir. Buna baxmayaraq hər nədənsə uzun zaman elmdə Aşuranın, Şəbih
meydan tamaşalarının ritual tərəfləri əsasən yunan mifologiyasında, qismən də
Misir və İran mifoloji görüşlərində axtarılmış məsələyə bu aspektdən baxılmış-
dır.
4
Bunun ən böyük səbəbi türk mifologiyasını bilməmək, türk inanc tarixinə
bələd olmamaqdır.
Məlum olduğu kimi ritual fərd və ya qruplarla bağlı bəzi dəyərlərin uy-
ğun zamanlarda demək olar ki, dəyişməyən vərdişə çevrilmiş davranış biçimləri
ilə təkrarlanması kimi tərif edilir. Rituallar keçirilmə məqsədlərinə və vaxtlarına
görə fərqli şəkillərdə təsnif edilmişdir ki, bunlardan bilinən və məlum olanı ke-
çid ritualları, təqvim ritualları və ruhdan düşmə və ya kriz zamanı rituallarıdır.
Cəmiyyət həyatına təsirinə görə rituallar sosial birliyi saxlayan, onu möhkəmlə-
dən əsas amil kimi görünür. Bundan başqa əsas xarakterinə görə kollektiv bir
özəllik daşıyan rituallar qrupu, kollektivi bir yerdə tutmaqda, yardımlaşma, bir-
birinə dayaq olmaq hissini artırmaqda, cəmiyyətin kollektiv şüurunu gücləndir-
məkdədir. Rituallar keçmişi günümüzə, günümüzü də gələcəyə bağlayan körpü-
dür.
5
Bolşevik inqilabına qədər Azərbaycanın hər yerində Məhərrəmlik göstə-
ricilərinin geniş yayıldığını həm səyyahlar, həm araşdırıcılar, həm də artistlər
qeyd etmişlər. Şimali Azərbaycanın Qarabağ, Aran və Cənub bölgəsində xüsusi
hazırlıqla keçirilən Məhərrəmlik mərasiminin özünəməxsus ritualları olmuşdur.
Zamanla bunların bəziləri sosial, siyasi səbəblərdən unudulmuş, bəziləri də məz-
mununu dəyişmişdir. Təbii ki, Şəbih tamaşalarından öncəki ritual tamaşalarının
başında Aşura başlamadan səhər erkən vaxtdan sinəzənlər/əzadarlar, zincirzən-
lər adlanan qrupların ritual göstəricilərinin gəlməsidir. Əzadarlar və ya Cənub
bölgəsində adlandığı kimi sinəzənlər on adamdan iyirmiyə qədər olur ki, bunlar
bir cərgə boyu düzülüb sol əlləri ilə bir-birinin bellərindən tutur, sağ əlləri ilə rit-
mik bir şəkildə sinələrinə və dizlərinə vururlar. Sinəzən qrupunun bəzən üst pal-
4
Bax. Sultanlı Ə.,
Azərbaycan dramaturgiyasının inkişaf tarixindən, Azərnəşr, B.,
1964
; Rəhimli İ., Azərbaycan teatr tarixi. Çaşıoğlu, B., 2005; And M.,
Ritüelden drama.
Kerbela-muharrem-taziye, YKY, İstanbul, 2012
5
Karaman K., “
Ritüellerin toplumsal etkileri”, SDÜ Fen Edebiyat Fakültesi Sosyal Bilimler
Dergisi, Mayıs 2010, Sayı:21, s.227
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
33
tarlarını soyunub əlləri ilə çılpaq bədənlərinə vurduğu da bilinir. Burada önəmli
olan sinəzənlərin ayaqları ilə sürətlə önə və geriyə hərəkət etmələri və bu zaman
“Şaxsey”, “Vaxsey” demələridir. Qrup sağdan sola dönməklə daha sürətli bir
temp ilə Həsən, Hüseyn, Ya Hüseyn deyir, bunu bir teatr hadisəsinə çevirirlər.
“Aşura günü halva-yuxa paylıyardılar. Şəbeh tamaşası olardı. Buların biri İmam
Hüseyn olarmış, biri Əbəlfəz olarmış. Atın üstündə al qanın içində olarmışlar.
Zincir vurarmışlar. Ocağın qabağı dolu olarmış. Ələmi aparardılar gəzdirərdilər.
Mərsiyə deyərdilər. Bir qiyamət olurdu. Səhərəcən “Hüseyn” deyə-deyə sinə vu-
rardılar.”
6
Söyləyicinin də anlatdıqlarından göründüyü kimi artıq Məhərrəmlik
ritualları icra edilmədiyindən yavaş-yavaş unudulmağa doğru üz tutur.
Zəncirzənlər də əllərində zəncir ya kəndi dolaşaraq, ya da ritual meydan-
da baş verirsə, meydana toplaşaraq eyni anda, irəli-geri hərəkətlə kürəklərinə
zəncirlə vururlar. Azərbaycanda, İranda şiələr Aşura günündə Kərbəlada ola bil-
mədiklərinə, Hz.Hüseynə kömək edə bilmədiklərinə, imamın çəkdiyi müsibətə
mane ola bilmədiklərinə görə kürəklərinə zəncirlə vuraraq özlərinə əziyyət verir-
lər. Bu qrup kürəklərinə o qədər çox zəncir vurur ki, əyinlərindəki köynəkləri
yırtılır, kürəkləri zəncirin zərbələri altında qızarıb şişir, qızaran yerlərdən qan çı-
xır. Təbii ki, burada başqa bir qrupun başlarına qılınc, xəncər, böyük bıçaqla
zərbələr vurması nəticəsində əyinlərinə geydikləri ağ paltarlarını qanın rəngi ilə
qırmızıya boyamalarını da qeyd etmək lazımdır. Əslində Azərbaycanın Cənub
bölgəsində həm sinəzənlər, həm də zincirzənlər Məhərrəm ayının 1-dən, 10-a
qədər bu tamaşaları göstərirlər. Bunu özünəməxsus əza qafiləsi də adlandırmaq
olar. Xüsusən də zincirzənlər ev-ev, məhəllə-məhəllə gəzir, Şaxsey (Şah Hüseyn
sözünün qısaltması), Vaxsey (Vah Hüseyn sözünün qısaltması) sədaları altında
bu tamaşaları böyük bir şövqlə göstərirlər.
Geniş yayılan rituallardan biri də Aşura günü ülgüçlə və ya iti xəncərlə
alını çərtmək yolu ilə qan alınmasıdır ki, bu da şiə inancına görə böyük savab
sayılır. Aşura günü alnı çərtmə və qan axıtma qanı qana qatmaq mənasına gəlir.
Kərbəla qan gölünə dönmüşsə, İmam Hüseynin və yaxınlarının, əhli-beytinin,
qardaşı Hz.Əbəlfəzin, oğlu Əli Əkbərin, qardaşı oğlu Qasımın, körpələrin və
qızların qanı axıdılmışsa, müsəlmanlara da o acını qan çıxarmaqla yaşamaq dü-
şər. Yaşı lap kiçik olan körpələrdən başlayaraq yetkinlik yaşına çatan uşaqlara,
yaşlılara qədər başlarını ülgüclə və ya lezva ilə, ya da xəncərin iti tərəfi ilə çərtə-
rək qan çıxartmaq Məhərrəmlik rituallarının önəmli ünsürüdür. Son zamanlarda
geniş yayılan tənqidin nəticəsində bu element çox yerdə xəstəxanalarda qan ver-
məklə (donorluq) əvəz edilmışdir.
Məhərrəmlik rituallarından biri də Aşura günü sabahdan Qətlin sındığı
günortaya qədər insanların sudan, sabundan istifadə etməmələri, əl-üzlərinə su
vurmamaları, paltar yumamaları, hətta yemək yeməyib, özəlliklə də su içməmə-
6
Masallı folklor örnəkləri, 1-ci kitab, B., 2013, s.24
Dostları ilə paylaş: |