Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
- 86 - 
təfəkkürün  təbii  inkişaf  yolu  ilə  də  gəlib  çıxa  bilərik.  Onda  milli-ictimai  şüurla 
demokratik  dəyərlər  sistemi  arasında  müşahidə  olunan  müəyyən  ziddiyyətlər  də 
təbii yolla aradan götürülmüş olar. 
Fəlsəfi  düşüncə  tərzi  fərdi-mənəvi  inkişaf  üçün,  insanın  kamilləşməsi 
üçün nə dərəcədə vacibdirsə, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da 
cəmiyyət  üçün,  dövlət  quruculuğu  üçün,  ictimai-siyasi  və  sosial-mədəni 
təşkilatlanma üçün bir o qədər vacibdir. 
Dövlətin,  cəmiyyətin  inkişaf  strategiyasının  elmi-fəlsəfi  təməl  üzərində 
qurulması  zərurətini  və  bu  baxımdan,  fəlsəfi  fikrin  inkişafının  ümummilli  əhə-
miyyətini qeyd etməklə yanaşı, onun hər bir fərdin öz şəxsi və ictimai həyatını nə 
dərəcədə  düzgün  qura  bilməsi  üçün  lazım  olduğunu  aydınlaşdırmağa  çalışaq. 
Əlbəttə, həyatın axarına düşən, verilən tapşırıqları səylə yerinə yetirən, «zamanın 
nəbzini  tutan»,  zamanla  qovğaya  girməyən,  «palaza  bürünüb,  elnən  sürünməyi» 
bacaran,  təlimatlara  vicdanla  əməl  edən,  «normal»  həyat  və  fəaliyyətin 
hüdudlarını aşmayan nümünəvi şəxslər, bəlkə də, hər şeyin səbəbi, mahiyyəti 
haqqında, həyatın mənası haqqında baş sındırmağa ehtiyac hiss etmirlər. 
Öz ailəsi, qohum-qardaşı, dost-tanışı ilə, iş yoldaşları ilə ünsiyyətdə olan, öz 
ev-eşiyi  barədə,  şəxsi  əmlakını  artırmaq,  yaxşı  yeyib-içmək,  yaxşı  «yaşamaq» 
haqqında  düşünən,  öz  zəhməti  və  ya  fərqli  bacarıqları  ilə  pul  qazanan  və  bu 
dünyasını  təmin  edən,  hətta  o  dünya  üçün də gün ağlayaraq vaxtı-vaxtında nəzir-
niyaz  verən,  dini  mərasimlərdə  iştirak  edən  insanlar  üstəlik  dünyanın  dərd-
sərinidəmi çəkməlidirlər? 
Fəlsəfə  «normal  insanın»  nəyinə  lazımdır?  Ümumiyyətlə,  fəlsəfə  hamı 
üçünmü, hər bir insanın hamının mənimsəməsi üçünmü nəzərdə tutulur? 
Belə  bir  fikir  var  ki,  hamı,  hətta  ateistlər  də,  heç  olmasa,  ömründə  bir 
dəfə  –  ölüm  ayağında  həyatın  mənası  haqqında,  yaşadığı  həyatın  sonluluğu  və 
sonsuz,  əbədi  dünya  haqqında,  Allah  haqqında  düşünür  və  ya  düşünməsə  də,  bu 
mövzunun  təsiri  altında  dərin  hissiyyat  keçirir.  Lakin  bu  zaman  İbn-Sinanın  və 
ya  Kantın  fəlsəfi  traktatlarını  yada  salmır.  «Fəlsəfə»  dərslərində  müəllimin 
öyrətdikləri də, təbii ki, belə məqamlarda yada düşmür. Yada düşən hazır fəlsəfi 
biliklər  və  dini  moizələr  yox,    əzəli-əbədi  dini-fəlsəfi  suallardır.  Bu  suallara 
yeganə və son cavab cəhdi. 
Qalan  hallarda,  xüsusən  «yaxşı  günlərdə»  əksəriyyət  fəlsəfəyə,  ümumiy-
yətlə,  ehtiyac  hiss  etmir.  Sərvət  toplayan,  yeyib-içmək,  kef  çəkmək  haqqında 
düşünən adamların fəlsəfə nəyinə lazımdır? 
İstər-istəməz  belə  sual  ortaya  çıxır  ki,  fəlsəfə  əgər  toxlara  lazım  deyilsə, 
bəlkə aclara  lazımdır? Xeyr, aclar məcburiyyət üzündən yemək haqqında, pul qa-
zanmaq  haqqında  düşünür,  öz  maddi  həyatını  təmin  etmək  uğrundakı  ça-
balarda  fəlsəfi  problemlər  üzərində  düşünməyə,  təbii  ki,  heç  vaxt  da  qalmır. 


 
- 87 - 
Bəs onda kim qaldı? Həyatın mənasını, millətin, xalqın, dünyanın taleyini kimlər 
düşünə bilər?  Ümid yenə toxlara qalır. Lakin qarnı yox, gözü tox olanlara. Var-
dövlət  tamarzısı  olmayan,  var-dövlət  toplamaq  imkanı  olan,  lakin  bunda  aludə 
olmayan,  potensial  şəxsi  sərvətini  milləti  və  dövləti  üçün  xərcləyənlərə.  Dini də, 
imanı da pul olanlar yox, «pul əl çirkidir» fəlsəfəsini yaradanlara. 
Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  dərs  dediyim  vaxtlarda 
marksizm-leninizm fəlsəfəsi ilə yanaşı, fürsətdən «sui-istifadə» edib həqiqi 
böyük  fəlsəfəni  də  gənclərə  çatdırdığım  məqamların  birində  bir  tələbəm 
mənə  sualla  müraciət  etdi  ki,  müəllim,  mən  filosof  olmaq  istəyirəm,  nədən 
başlayım?  Mən  ona  məsləhət  gördüm  ki,  evə  qayıdan  kimi  özünün  ən  bahalı 
paltarlarını,  zinət  şeylərini  yığıb  yandırsın,  sonrakı  addımları  isə  gələn 
dərsimizdə deyərəm. Lakin gələn dərsimizdə qız əlini qaldırıb utana-utana dedi 
ki,  müəllim,  bilirsinizmi,  mən  daha  filosof  olmaq  fikrindən  daşınmışam. 
Bəli,  mənim  göstərdiyim  yol  çətin  yol  idi.  Lakin  insanı  filosofluq  məqamına 
yüksəldən başqa yol tanımıram. 
Mənə  etiraz  edib  deyə  bilərlər  ki,  axı,  sizin  gostərdiyiniz  yol  tərki  – 
dünyalıqdır, asketizmdir və ən yaxşı halda, idealizmdir. Axı, bəs materializm də 
vardır, gedonizm də vardır… 
Yenə də marksizm fəlsəfəsini tədris etdiyim illər yadıma düşür. O vaxt bütün 
insanlar  kimi  tələbələr  də  özünün  məhz  marksist-leninçi  dünyagörüşünün 
tərəfdarı,  materialist  olduqlarını  isbat  etməyə  çalışırdılar.  Mən  isə  deyirdim  ki, 
isbatsız-filansız  hamının  materialist  olduğuna  inanıram.  Çünki  hələ  dini-fəlsəfi 
düşüncə  səviyyəsinə  yüksəlməyənlər  onsuz  da  materialistdirlər.  Materialist 
olmaqdan asan nə var, çətini materialist olmamaqdır. Mən öz əsas vəzifəmi məhz 
idealizmi  öyrətməkdə  görürdüm,  çünki  həqiqi  fəlsəfi  fikir  sadəlövh  ma-
terialist düşüncələrin fövqünə qalxmaqla, ideya haqqındakı ilk təsəvvürlərlə 
formalaşmağa  başlayır.  Çətini  onsuz  da  bu  maddi  dünyanın  hadisələri  içərisində 
itib-batan,  onsuz  da  öz  təbii-bioloji  başlanğıcından  ayrıla  bilməyən  və  öz 
instinktinin,  nəfsinin  əsirinə  çevrilən  insanların  ayağını  yerdən  üzmək, 
qanadlandırmaq,  maddiyyatın  fövqünə  qaldırmaqdır.  Və  burada  «Şahin 
nəğməsi»  kimi  əsərlər  neçə-neçə  fəlsəfi  traktatdan  daha  çox  kara  gəlir. 
(Təəssüflər  olsun  ki,  «proletar  yazıçısı»  olduğu  üçün  Maksim  Qorkinin  bu  gözəl 
əsərini proqramdan çıxaranlar da tapılıbdır.) 
Əsas  məsələ  gənclərdə  məftunluğun  heyrət  hissini,  müqəddəslik  duy-
ğusunu, ideala can atmaq əzmini formalaşdırmaqdır. Onların «İnsan mənəviyyat 
üçün yaşamalıdır»
1
, – qənaətinə gəlmələrini təmin etməkdir. 
                                                 
1
 Heydər Əliyev. Aforizmlər. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 1998, səh. 108  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə